XəZƏr universiteti erciyes universiteti


AZƏRBAYCANLILARIN MİLLİ MƏNLİYİNİN FORMALAŞMASININ



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə17/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   13   14   15   16   17   18   19   20   ...   179

36 
 
AZƏRBAYCANLILARIN MİLLİ MƏNLİYİNİN FORMALAŞMASININ 
TARİXİ MƏRHƏLƏLƏRİ 
 
Sevdagül Əliyeva 
 
Dünyada hər bir xalq özünün milli-mədəni dəyərləri, mənəvi baxışları, milli 
ideologiyaları ilə fərqlənir. Milli-mədəni dəvyərlər hər bir xalqın mənliyinin mənəvi 
ifadəsi  olmaqla  yanaşı  onun  yarandığı  gündən  bu  günədək  daşıdığı  fərqliliyin 
kodudur.  
  Hər  hansı  bir  etnosu  müəyyən  edən  amillər:  onun  ərazisi,  dili,  məişət  və 
mədəniyyət birliyi, mənşəyi və ən başlıcası isə öz-özünü dərkdir. Özünü dərk edən 
allahını da dərk edər deyirlər. Özünü tanımayan, özünə hörmət etməyən şəxs (millət) 
digərinə  hörmət  edə  bilməz.  Elmdə  müəyyən  edilmişdir  müxtəlif  əcdadlardan 
yaranmayan ətnos yoxdur. Etnogenez biosferdə baş verən bir prosesdir. Bu prosesə 
coğrafi, sosial, siyasi, texniki və digət müxtəlif amillər təsir edir. Etnogenezin dina-
mikası passionar təkanla baş versə proses özu hiss olunmayacaq dərəcədə ləng gedir. 
Tarix boyu baş verən xalqların köçü, müharibələr, təbii fəlakətlər, ekoloji hadisə və 
proseslər qəbilə və etnosların bir-birinə qarışmasına, bir çox xalqların yox olması və 
digərlərinin  yaranmasına  dillərin  və  mədəniyyətlərin  transformasiyası  və  yeniləş-
məsinə səbəb olmuşdur [10].  
Əlverişli təbii şəraitinə görə Azərbaycan çox qədim zamanlardan insanların 
məskən  saldığı  ərazı  olmuşdur.  Qədim  azərbaycan  əhalisi  əkinçilik,  maldarlıq, 
müxtəlif sənət sahələri ilə məşğul olmuş tarixə düşmüş zəngin maddi mədəniyyət 
nümunələri  yaratmışdır.  Əslində  ərazi  həm  etnosun  yaşadığı  yer,  həm  də  klassik 
dövlət atributlarindan biridir. Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim 
dövlətçilik ənənələrinə malik olan xalqdır. Ən qədim azərbaycan dövlət qurumları 
Quti,  Lullubi  Şərq  dövlətçiliyi  tarixində  dərin  iz  qoymuşdur.  Sonralar  dövlətçilik 
mədəniyyəti  təşəkkülünü,  müxtəlif  adlı,  müxtəlif  sülalələrin,  müxtəlif  işğalçılara 
uyğun dövrlərdə inkişaf etmişdir. Ərazimizdə yaranan Manna dövləti həm qədim-
liyinə həm də təkamül dərəcəsinə görə fərqlənir. E. ə. VIII-VII əsrlərdə Mannanın 
Şimalında məskunlaşmış Kimmer-İskit tayfaları da bu ərazidə xalqın təşəkkülü pro-
sesində iştirak etmişdilər. [1] Bu dövrdə bütün ərazini əhatə edən vahid görüş, tək 
allahlılıq yox idi,  hələ ki, Tanrıçılıq başqa dini görüşləri sıxışdırıb aradan qaldıra 
bilməmişdi.  
Makedoniyalı  İskəndərin  ölümündən  sonra  ölkəmizin  cənub  torpaqlarında 
Atropatena,  şimalında  isə  Albaniya  dövlətlərində  xalqın  formalaşmasının  növbəti 
mərhələsi təmin edildı. Ölkə ərazisində yaşayan çoxu türk dilli olan müxtəlif etnoslar 
dövlətin həyatında mühüm rol oynamışlar.  
Qədim Azərbaycan ərazisinin sakinləri əsasən türkdilli etnoslardan ibarət olsa 
da, onlar Şimaldan Qafqaz, cənubdan isə farsdilli tayfalarla qonşuluqda yaşamişlar. 
Dövrün əsas dini görüşləri: Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə Ulduzlara, 
Torpağa, Suya sitayiş davam edir, Albaniyanın bəzi qərbi dağlıq bğlgələrində xri-
stianlıq yayaiılmışdı.  


37 
 
“Kitabi-Dədə Qorqud” dastanı azərbaycan xaslqının təşəkkül tarıxını əks et-
dirərək, ərazidə yaşayan Qafqaz xalqları haqqında məlumat verməmişdir. Bunu hə-
min xalqların regionda əhəmiyyətli siyasi mövqe tutmaması ilə izah etmək olar. [4] 
Atropatena və Albaniya dövlətlərində feodal münasibətlərinin bərqərar olma-
ğa və azərbaycan xalqının formalaşmağa başlaması ərazinin Sasanilərin əsarəti altına 
düşməsi dövrünə təsadüf etdi. Azərbaycan xalqı və ümumxalq azərbaycan dili III-V 
əsrlərdə formalaşır. Azərbaycan xalqının kimliyinə ilk fars ünsürünün təsiri də elə 
bu dövrdən başlamışdır. Sasanilərin işgal olunan ərazilərə farsdilli tayfaları köçürmə 
siyasəti  gəlmələrin  öz  dillərini  qismən  saxlamaqla  assimilyasiyaya  uğramasına 
gətirib çıxardı.  
Ərəblərin hücümu yeni bir dövrün başlanğıcı oldu. İslam dinin yayılması, ərəb 
dilli  tayfaların  bu  ərazilərə  köçürülməsi,  yerli  azərbaycan  türkcəsinə  ərəb  kəlmə-
lərinin qarışmasına, bir sıra yeni adətlərin formalaşmasına təsir göstərsə də turk do-
minantlığı sasani dönəmində olduğu kimi yenə öz varlığını qorudu. [18] Vahid din 
azərbaycan xalqının formalaşmasının başa çatmasına şərait yaratdı. Ərəb istilasından 
sora  ölkə  ərazisində  yaranmış  olan  müstəqil  feodal  dovlətləri:  Sacilər,  Salarilər, 
Rəvvadilər,  Şəddadilər,  Şirvanşahlar,  Atabəylər  Azərbaycanın  ayrı-ayrı  regionla-
rında bir-biirini əvəz edən və eyni zamanda mövcud olmuş dövlətlər etnoslarin ço-
xunun  mənşə  birliyi  eyni  olan  xalqın,  mədəniyyət  və  məişət  birliyinin  formalaş-
masına şərait yaratmışdır.  
Uzun əsrlər boyu azərbaycan türklərinin qoruyub saxladığı dil, fars və ərəb 
ünsürləri ilə zənginləşsə də onun bərpasına ehtiyac yox idi. Türkdilli tayfaların ya-
ratdığı Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin turk dilini rəsmi dövlət dilinə çevir-
mək imkanı olmadı. Bununla belə, dövlət və yazı dili fars və ərəb dili olduğu dövr-
lərdə sadə xalq öz türkcəsində danışmağı davam etmişdir. Azərbaycan türkcəsinin 
rəsmi  dövlət  dili  və  saray  əyanları  ilə  yanaşı  ədiblərinin  də  danışıb  -  yazdığı  dilə 
çevrilməsi Səfəvilər dövlətinin dövründə mümkün olmuşdu.  
A.  Oleari  Azərbaycan  Səfəvilər  dövlətinin  paytaxtının  isfahana  köçürülmə-
sindən sonra da xarici qonaqların qəbulunda sarayda Azərbaycan dilinin işləndiyini 
göstərir [6, 176]. Alman alimi E. Kempfer Azərbaycan dili haqqında məlumat ve-
rərək yazır ki, “ Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş 
iyayılmış dildir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlə-
rinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən 
hər kəs bu dildə danışır” [6, 176]. M. Membre Azərbaycan türklərinin mərasimləri 
barədə verdiyi qiymətli məlumatlar əhalinin milli kimliyinə aydınlıq gətirir. O, Nov-
ruz bayramından beş həftə əvvəl, fevral ayının ortalarında keçirilən Xızır Nəbi bay-
ramı və bayram günlərində keçirilən müxtəlif oyunlar arasında Çovqan oyunu, toy 
və yas adətlərindən yazır. Mərasimlərdə bilavasitə özü iştirak edən əslən Venesiyalı 
olan Mikel Membrenin nəticələri ondan ibarətdir islamın təsirinə baxmayaraq, məra-
simlər qədim türk adət-ənənələri əsasında keçirilirdi[8, 84, 85]. Azərbaycançılığın 
güclənməsi  eyni  zamanda  Səfəvilərin  sufilik  dünyagörüşünün  inkişafı  və  Şiəliyin 
yayaılması ilə bir dövrə təsadüf etmişdir. Azərbaycan xalqının milli mənliyində fars 
təsirinin  uzunmüddətli  davamı  da  elə  şiəliyin  hələ  də  millətin  mənəviyyatının  bir 
hissə olmasından irəli gəlir.  


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə