XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə16/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   12   13   14   15   16   17   18   19   ...   179
    Bu səhifədəki naviqasiya:
  • Astract

34 
 
qeyd olunur: semitik, iran və adriatik irqlər. (“Composition antropologique et eth-
nique de la population de l’Azerbaidjan du Caucase”, 3-4) 
Əsərdə də qeyd olunduğu kimi, etno-linqvistik baxımdan Şimali Qafqaz və 
Dağıstanla müqayisədə Azərbaycanı qarışıq irqlərin sıx şəkildə məskunlaşdığı ərazi 
hesab  etmək  olmaz.  Belə  ki,  Şimali  Qafqazda  demək  olar  ki,  hər  dərə,  hər  vadi 
özünəməxsus  dialektə,  adər-ənənənələrə  və  qaydalara  malik  xalqlar  tərəfindən 
məskulaşıb.  
Yazılan məlumatlardan bir daha aydın olur ki, Azərbaycan xalqının əsasını 
Cənub və Cənub-Şərqi Qafqazda məskunlaşan türk-tatarlar təşkil edirdi.  
Məlumat üçün qısaca qeyd edək ki, Azərbaycan türkləri və Azərbaycanlıların 
təşəkkül  tapmasında  qıdim  xalqların  iştirakı  olmuşdur.  Məsələn:  1)  İskit-(skif 
tayfası) bura daxildir. Massaget, sak, kaspi, hun, uz, bulqar, savir (sabir, sibirlilər), 
xəzərlər. 2) Ən qədim türklər- bulqarlar, uyğurlar, çuvaşlar, yakutlar; ilkin türklər- 
oğuzlar, tuvanlar, xakaslar, şorlar; yeni yaranan türklər- azərbaycanlılar, özbəklər, 
qaqauzlar, qıpçaqlar, türkmənlər, cığataylar. 3) Şumerlər- (sumerlər) yəni üç min il 
bundan əvvəl yaşayan türklər. (Hüseynov M. 1999, 258-259) 
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan xalqının əsasını türklər təşkil 
edirdi. Lakin bu o demək deyidi ki, Azərbaycanda digər millətlərin nümayəndələri 
yaşamırdı. “Qafqaz Azərbaycanı  əhalisinin antropoloji və etnik  əsəri”-ndə o dövr 
Azərbaycanda yaşayan bir neçə xalq haqqında qısa şəkildə qeyd olunur: 
Tartarlar-  Azərbaycanda,  əsasən  Şərqi  Qafqazın  dörd  quberniyasında  məs-
kunlaşıblar (Yerevan, Tiflis, Yelizavetpol, Bakı).  
Türkomanlar  (tərəkəmələr)-  əsasən  Qars  əyalətində,  az  bir  hissəsi  isə  tərə-
kəmə adı altında Ahalsıx ərazisində yaşayırlar.  
Qarapapaqlar- Türkomanlar kimi onlar da əsasən Qars əyalətində sıx şəkildə 
məskunlaşıblar.  
Türko-tatarlar ümumiyyətlə Qafqazda- 2. 909. 132 nəfər, Azərbaycanda- 2. 
658. 766 nəfər 
Farslar-  Tiflis,  Bakı,  Batum  və  Dağıstanda  yaşayırlar  və  Azərbaycan  ləh-
cəsində danışırlar. Qafqazda: 19. 723 nəfər, Azərbaycanda: 12. 714 nəfər 
Tatlar-  Bakı,  Dağıstanın  cənub-şərqi  və  Yelizavetpol  ərazisində  məskunla-
şıblar. Qafqazda: 154. 587 nəfər, Azərbaycanda: 152. 747 nəfər 
Talışlar-  Lənkəran  ərazisində  daha  sıx  halda  yaşayırlar.  Qafqazda: 57.  539 
nəfər, Azərbaycanda: 57. 050 nəfər.  
Ləzgilər- əsasən Dağıstanda, bundan başqa isə Quba qəzasında və Yelizavet-
pol qəzasının bir neçə kəndində məskunlaşıblar.  
Avarlar-  mərkəzi  Dağıstanda,  Azərbaycanda  isə  Zaqatala  bölgəsində  məs-
kunlaşıblar.  
Udinlər- qədim Qafqaz Albaniyasının əhalisi hesab olunan bu xalqa Vartaşen 
(indiki Oğuz) və Nuxa(indiki Şəki) şəhərlərində daha çox rast gəlmək olar.  
Azərbaycan ərazisində bu xalqlarla yanaşı slavyan xalqları və avropalılar da 
məskunlaşmışdılar: 
Ruslar- Qafqazda: 346. 970 nəfər, Azərbaycanda: 179. 523 nəfər 
Ukraynlar- Qafqazda: 41. 730, Azərbaycanda: 16. 523 


35 
 
Polyaklar- Qafqazda: 22. 230, Azərbaycanda: 10. 930 
Litvalılar- Qafqazda: 5. 320, Azərbaycanda: 260 
Almanlar- Qafqazda: 22. 880, Azərbaycanda: 8. 970 
Ruminlar, fransızlar, italyanlar- Qafqazda: 1. 170, Azərbaycanda- ----- 
Yunanlar- Qafqazda: 99. 320, Azərbaycanda: 69. 820 (“Composition antro-
pologique et ethnique de la population de l’Azerbaidjan du Caucase”, 5-13) 
Qeyd edək  ki, bu məsələni daha düzgün və ardıcıl şəkildə şərh etmək üçün 
Nümayəndə  heyəti  mənbə  kimi,  Qafqaz  İdarəsi  tərəfindən  yaradılmış  və  sübut 
edilmiş elmi təsnifatdan istifadə etmişdilər.  
Beləliklə, bütün qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, cəmi 23 
ay yaşamasına baxmayaraq milli tariximizdə parlaq səhifələrdən biri hesab olunan 
AXC-nin aparıcı maarifçilərinin əsərlərində və nümayəndə heyətinə təqdim edilmiş 
sənədlərdə  Azərbaycan  xalqının  antropoloji  və  etnik  cəhətdən  zənginliyi  bir  daha 
sübut edilmiş və yüksək səviyyədə Qərb ictimaiyyətinin diqqətinə çatdırılmışdır.  
 
Ədəbiyyat 
1.
 
Délégation Azerbaidjanienne à la Conférence de la Paix. “Composition antropologique 
et ethnique de la population de l’Azerbaidjan du Caucase”. Paris, 1919 
2.
 
Həsənli C. “Azərbaycan beynəlxalq münasibətlər sisitemində”. Bakı, 1993 
3.
 
Hüseynov M. “dünya türklərinin müxtəsər tarixi”. Bakı, 1999 
4.
 
Musayev İ. “Azərbaycanın xarici siyasəti (XXəsr)”. Bakı, 2003 
5.
 
Nəsibli N. “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti”. Bakı, 2011 
6.
 
Rəsulzadə M. “Qafqaz türkləri”. Bakı, 2012 
 
Astract 
 
The main task of delegation of the newly formed Azerbaijan Republic, took part in 
Versailles  peace  conference  was  to  bring  Azerbaijan  people´s  will  and  existence  of 
Azerbaijan  Republic  to  the  attention  of  world.  For  this  purpose,  the  delegation  published 
books and broshures in various languages to introduce their country, its ancient history and 
art, their independent living right at their native land. The national identity of Azerbaijanis 
was one of the important issues in these documents.  
In one of the documents it is mentioned that the  nations  consisted of turks ad tatar 
tribes  lived  in  the  Caucasus,  exactly,  in  the  south-eastern  region  of  Transcaucasus  since 
ancient times. These tribes, as time passes, integrated with more numorous, more powerful 
turks. As a result of this process the local population living in this part of the Caucasus was 
named Azerbaijan turks or azerbaijanis with their country name.  
Local Azeri turks faced  more pressure in comparison  with  other nations during the 
Russian reign because of their belonging Islam religion and being brothers with Seljuk turks. 
Although  neighbours,  georgians  and  armenians  might  create  schools,  newspapers, 
associations in their own language Azeri turks were prohibited.  
Despite all these obstacles and barriers, of course, Azeriturkscouldn´ t stay away from 
the  high  public  ”cultural,  religious,  politic  independence”  idea.  Though  many  years  have 
passed  since  the  establishment  of  ADR,  measures  taken  by  the  nation  indicating  national 
dignity  of  Azeri  turks  and  their  leaders,  during  its  activity  are  actual  because  of  being 
important.  
Keywords: ADR and national dignity, Paris peace conference and Azerbaijanis 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə