XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə6/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   2   3   4   5   6   7   8   9   ...   179

14 
 
qeyri-mümkündür. Həm xalqın mübarizələrlə dolu keçmişini, hım də ayrı-ayrı əsr-
lədə bədii təfəkkür tərzini, ictimai quruluşa, ailə, əxlaq və məişət məsələlərinə mü-
nasibətini öyrənmək üçün dastanlar xalqın canlı tarixidir.  
Azərbaycan dastanları məzmun cəhətdən rəngarəng olduğu kimi, say etibarilə 
də çoxdur. Araşdırmalar nəticəsində dastanlar aşağıdakı kimi təsnif edilir: 
I.
 
 Qəhrəmanlıq dastanları 
1.
 
Qədim  bahadırlıq  nağıllar;  sehirli  nağıllar  və  əsatiri  görüşlərə  səsləşən 
qəhrəmanlıq dastanları.  
2.
 
Tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları.  
3.
 
Adi qəhrəmanlıq dastanları.  
II. Məhəbbət dastanları 
1.
 
Məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar.  
2.
 
Əl məhəbbət dastanları: 
a)
 
Nağıllarla bağlı məhəbbət dastanları; 
b)
 
Qədim eposla bağlı məhəbbət dastanları; 
c)
 
Yazılı ədəbiyyatla bağlı məhəbbət dastanları; 
d)
 
Orijinal məhəbbət dastanları; 
3.
 
Məcazi məhəbbət dastanları: 
a)
 
Astral dastanlar; 
b)
 
Rəmzi dastanlar.  
III. Ailə-əxlaq dastanları (3).  
Bəzi tədqiqatçılar isə Azərbaycan dastanlarını aşağıdakı kimi qruplaşdırmaq 
daha məqsədəuyğun hesab edirlər: 
1.
 
Qəhrəmanlıq dastanları.  
2.
 
Məhəbbət dastanları 
3.
 
Ailə-əxlaq dastanları (3).  
Azərbaycan qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisə-
lərdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə 
dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Qəh-
rəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr 
əsasında  yaranır.  Ən  məşhur  qəhrəmanlıq  dastanlarından  biri  də  "Koroğlu"  das-
tanıdır.  
Koroğlu dastanı haqqında araşdırmalardan məlum olur ki, o, yarı mistik xalq 
qəhrəmanıdır.  Rəvayətə  görə,  Koroğlunun  əsl  adı  Rövşən  olmuşdur.  Koroğlu  və 
silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri 
Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində 
fəaliyyət göstərdiyini qeyd edirlər[4].  
Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək 
öz əksini “Koroğlu” dastanında tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsi-
nin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi 
olan  istedadlı  şair  və  aşıq  olması  tarixi  həqiqət  kimi  qorunub  saxlanılmışdır. 
Dastanda adları çəkilən şəxslərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, 
Hasan paşa və b.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel 
qalası olmuşdur. Bu gün də Azərbaycan ərazisində müxtəlif bölgələrdə "Çənlibel" 


15 
 
adlı çoxlu qalalar mövcuddur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çən-
libelin adı çəkilir[4].  
Dastandan məlumdur ki, Koroğlunun bir əlində qılınc, bir əlində saz olub. Dö-
yüşə sazla girib, döyüşdən sonra da qələbəsini sazı sinəsinə basaraq tərənnüm etmə-
yə başlayıb. "Koroğlu" dastanındakı qoşmalar bu gün də böyükdən-kiçiyə hamının 
dilinin  əzbəridir.  Təsadüfi  deyil  ki,  dahi  Üzeyir  Hacıbəyli  “Koroğlu”  dastanı 
motivləri əsasında “Koroğlu” operası yazmış, operanın üvertürası isə, demək olar ki, 
bütün dövrlərdə Azərbaycanı tanıtma himni kimi səslənmiş və səslənməkdədir[4].  
 Eposun meydanagəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən 
alimi  B.  A.  Karrıyevin  gətirdiyi  dəlillər  bizdə  və  başqa  ölkələrdə  irəli  sürülən 
qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, E. Muşeq, A. Təbrizi, Ö. Çələbi, İ. 
Şopen, A. Xodzko, S. S. Penn, İ. Petruşevski və b. Koroğlu haqqında söylədiklərinə 
onun  tədqiqatında  daha  geniş  şərh  verilmiş,  bu  səbəbdən  də  tarixi  məxəzlərdən 
gətirdiyi sitatlar sonralar dərslikləri bəzəmişdir[4]. Alim belə bir qənaətlə razılaşır: 
"Doğrudan da, XVII yüzildə böyük şöhrət qazanmış Koroğlu adlı şəxs yaşamışdır. 
Azərbaycan və türkmən variantlarında göstərilir ki, Koroğlu tuk (daha dəqiq desək, 
təkə) tayfasından çıxmış türkmən idi və onun atası sultan Murada xidmət etmişdir".  
Beləliklə,  tarixi  mənbələrdə  Koroğlunun  şəxsiyyəti  haqqında  ilk  dəfə  A. 
Təbrizi  özünün  1662-ci  ildə  qələmə  aldığı  “Tarix”  kitabında  məlumat  vermişdir. 
Şəhərlərin kasıb əhalisinin və kənd camaatının üsyan qaldırmasından bəhs açarkən 
o göstərmişdir ki, üsyan başçılarının birinin adı Koroğludur. Övliya Çələbinin XVII 
yüzilliyə  aid  "Səyahətnamə"sində  də  Koroğlu  cəlalilər  hərəkatının  ən  görkəmli 
nümayəndələrindən biri tək xatırlanmışdır [4].  
A. Təbrizi İran şahı I Abbasın hakimiyyəti dövründəki hadisələrdən bəhs aç-
mış və baş verən üsyana başçılıq edən şəxslərdən birinin adının Koroğlu olduğunu 
bildirmişdir. Qəribədir ki, o, indi aşıqların oxuduğu mahnıların çoxunun da Koroğlu 
tərəfindən  qoşulduğunu  vurğulayırdı.  “Üsyankarlar  özlərini  “cəlalilər”  (ərəb  sözü 
“cəlal” - məşhur, şöhrətli, qorxu yaradan deməkdir) adlandırırdılar. Onlar şaha və 
tərəfdarlarına qarşı amansızcasına vuruşurdular. O yazırdı: “Cəlalilər monarxa bü-
tünlüklə  tabe  olmurdular;  onların  heç  yerdə  daimi  yaşayış  məskənləri  yox  idi; 
qabaqlarına  nə  çıxırdı,  hamısını  dağıdırdılar;  haralara  onlar  haqqında heç  bir mə-
lumat çatmamışdı, tez oralara üz tutur, soyğunçuluğa başlayır, qənimətlər toplayır 
və  yerdə  qalan  hər  şeyi  oda  atırdılar”[4].  Dastanın  Paris  nüsxəsində  qəhrəmanlar 
Cəlali  Koroğlu  və  Nəzər  Cəlali  adıyla  verilir.  Molla  Cumanın  düzüb-qoşduğu 
dastanların birində də bu addan istifadə olunur: “Cəlali Məhəmməd və Tavat xanım”.  
1571-1573-cü  illərdə  Təbrizdə  sənətkarlar  və  şəhər  yoxsullarının  böyük  bir 
üsyanı  olmuşdur.  Çəkməçi,  mahud  toxuyan,  şalvar-duz,  dəvəçi,  səbzəfruş  və  b. 
iştirak etdiyi üsyanı şah amansızcasına yatdırmışdır. H. Rumlunun, İ. Münşinin yaz-
dıqlarına görə, üsyanda qəssablar silki mühüm rol oynamışdır. H. Rumlu pəhləvan 
hərəkatının başçılarından birinin adının Əvəz olduğunu yazır. İ. T. Petruşevski bu-
nun Eyvaz ola biləcəyi fikrini irəli sürür. P. Əfəndiyev faktlar üzərində müqayisələr 
apararaq belə qənaətə gəlir ki, Eyvaz əvəzsiz bir pəhləvan, həm də Qəssab Alının 
oğludur. Belə olduqda dastandakı Eyvazın tarixi Əvəz-Eyvazın prototipi olmasına 
şübhə yeri qalmır [4].  


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə