XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə3/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   2   3   4   5   6   7   8   9   ...   179


 
 
 
 
III BÖLMƏ 
 
TARİX VƏ SİYASƏT 
 
 



 
M. S. ORDUBADİ YARADICILIĞINDA MİLLİ KİMLİYİN İFADƏSİ 
 
Rəna Rəcəbli 
 
Qədim  və  zəngin  tarixə  malik  xalqımızın  klassik  və  mədəni  irsinin  tarixi-
etnoqrafik  baxımdan  araşdırılması  Azərbaycan  etnoqrafiyası  elminin  qarşısında 
duran  ən  ümdə  problemlərdən  biridir.  Bu  problemin  öyrənilməsində  xalqımızın 
inkişaf  tarixini,  təsərrüfat  məişətini,  onun  maddi  və  mənəvi  mədəniyyətini,  ailə 
məişətini, adət və ənənələrini özündə əks etdirən klassiklərin əsərləri, onların ictimai 
fəaliyyəti mühüm rol oynayır və qiymətli etnoqrafik mənbə sayılır.  
Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin öyrənilməsində əsər-
lərini  milli  ruhda  yazan  şair  və  yazıçılarımızın  da  yaradıcılığı  xüsusi  rol  oynayır. 
Azərbaycan  xalqının  milli-mənəvi  dəyərləri  və  milli  mənliyinin  təzahürü  Nizami 
Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Fizuli, Şah İsmayıl Xətai, 
Molla  Pənah Vaqif,  Mirzə Fətəli  Axundzadə,  Seyid  Əsim  Şirvani,  Mirzə  Ələkbər 
Sabir,  Cəlil  Məmmədquluzadə,  Nəriman  Nərimanov,  Hüseyn  Cavid  və  digər 
mütəfəkkir  yazıçılarımızın,  o  cümlədən  Məmməd  Səid  Ordubadinin  əsərlərində 
yaradıcılıq obyekti olmuşdur.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan 
yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim, ədəbiyyatımızda tarixi roman 
janrının banisi kimi tanınan Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçiril-
məsini  nəzərdə  tutan,  Azərbaycanda  ədəbiyyata  və  mədəniyyətə  verilən  yüksək 
qiymətin nümunəsi olan 2012-ci il 10 aprel tarixli sərəncamında deyilir: “Məmməd 
Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Çoxşaxəli 
ədəbi  fəaliyyət  göstərən  və  bir  çox  məşhur  operaların  librettosunun  müəllifi  olan 
sənətkar həmçinin dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər 
əsasında  dolğun  əks  etdirən  əsərləri  ilə  tanınır.”  (“Azərbaycan”  qəzeti,  2012:  11 
aprel)  Ədəbifəaliyyətə  publisist  kimi  başlayan  Məmməd  Səid  Ordubadinin  yara-
dıcılığı indiyədək etnoqrafik baxımdan öyrənilməmişdir.  
Məmməd  Səid  Ordubadinin  inqilabi-demokratik  yaradıcılığa  başlaması  XX 
əsrin ilk onilliyinə təsadüf edir. Bu dövrün istisnasız olaraq bütün mərhələlərində 
ədibin yaradıcılığı xalqla, xalqın həyatı ilə bağlı olmuşdur. Yarım əsrlik fəaliyyəti 
müddətində qəflət və cəhaləti, gerilik və avamlığı, zülm və əsarəti tənqid edən ilk 
əsərlərdən tutmuş sosializm quruculuğu haqqında  əsərlərinədək bütün yaradıcılığı 
boyu Məmməd Səid Ordubadinin yeganə məqsədi xalqa xidmət etməkdən, xalqını 
azad və xoşbəxt görmək üçün çalışmaqdan ibarət olmuşdur.  
Azərbaycan azadlıq hərəkatının hələ ideya əsaslarının hazırlandığı XX əsrin 
əvvəllrində  milli  demokratik  ziyalılar  “Molla  Nəsrəddin”  jurnalının  ətrafında  bir-
ləşdilər. “Molla Nəsrəddin” jurnalında inqilabi-demokratik ideyalı ziyalılar, o cüm-
lədən  Cəlil  Məmmədquluzadə,  Mirzə  Ələkbər  Sabir  və  Əliqulu  Qəmküsar  ilə 
birlikdə  Məmməd  Səid  Ordubadi  də  təmsil  olunurdu.  (Əzizov,  1997:70)Məmməd 
Səid Ordubadi “Molla Nəsrəddin” jurnalında Azərbaycan xalqının milli dəyərlərinin 
və kimliyinin təsvirçisi kimi cıxış edirdi.  
Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Bədbəxt 



 
milyonçu, yaxud Rzaqulu xan firəngiməab” və başqa əsərlərində millilik və milli-
mənəvi  dəyərlər  geniş  şəkildə  öz  əksini  tapmışdır.  Məmməd  Səid  Ordubadi  bu 
əsərlərində əsl xalqşünas və etnoqraf kimi tanınır. Onun əsərlərini oxuyanda xalq 
həyatını  dərinliklərinə  qədər  bilən,  xalqın  dərdinə  yanan,  milli  inkişaf  arzulayan 
ziyalı obrazı gözümüzün önündə canlanır. Məmməd Səid Ordubadinin əsərlərində 
əks  olunan  etnoqrafik  materiallar  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  Azər-
baycan xalqının maddi və mənəvi mədəniyyətinin, ailə məişətinin, ictimai həyatının, 
milli mənliyinin öyrənilməsi baximindan aktuallıq daşıyır.  
Məmməd  Səid  Ordubadinin  əsərlərində  təlim-tərbiyə,  elm,  ictimai  inkişaf, 
sosial tərəqqi məsələləri geniş şəkildə əksini tapmışdır. Ordubadinin şerləri, satirik 
şerləri, felyetonları, mənzum hekayələri, mənsur hekayələri, pyes və romanları XX 
əsrin  əvvəllərində  Azərbaycan  xalqının  inkişafında  özünü  göstərən  ənənələri  əks 
etdirirdi. Bu dövrdə Ordubadininyaradıcılığında Azərbaycan xalqının milli dünya-
görüşünün, milli ideyasının inkişafının əksi xüsusilə diqqəti cəlb edir.  
Məmməd  Səid  Ordubadinin  1906-cı  ildə  “Qəflət”  adlı  ilk  şerlər  kitabı  nəşr 
edilmişdir. Ədibin bu kitabında xalqın maariflənməsi məsələsi qoyulur. 1907-ci ildə 
isə  Məmməd  Səid  Ordubadinin  “Vətən  və  hürriyyət”  adlı  yeni  şerlər  kitabı  çap 
olunur. Bu kitab ideya və məzmun baxımından “Qəflət”dən fərqlənməsə də, şerlərdə 
azadlıq, mübarizə ruhu duyulurdu, müasirlik ab-havası hiss olunurdu. Bu şerlərdə 
xalqın  xoşbəxtliyinə, Vətənin  müstəqilliyinə  yalnız  birləşməklə,  birgə  səy  göstər-
məklə, azadlıq əldə etməklə nail olmaq ideyası təbliğ olunurdu. Azad olmaq üçün 
isə  mübarizə  ideyası  irəli  sürülürdü.  Təsadüfi  deyil  ki,  bu  kitabda  rus  müstəmlə-
kəçilərinə qarşı qəhrəmanlıqla mübarizə aparan Cavad xanın bədiiləşdirilmiş “dəfn 
mərasimində”onun  ömür  yoldaşı  Bəyim  xanımın  qəlbləri  vətənpərvərlik  hissi  ilə 
alovlandıran nitqindən ibrətamiz bir parça da oxuculara təqdim olunmuşdu. Azər-
baycançılıq  duyğularının  ifadəsi  olan  bu  nitqdə  Vətənin  azadlığı  uğrunda  həlak 
olanların ölməzliyi, daim yaşadığı fikri aşılanırdı. (Məmmədli, 2012: 6) 
“Vətən və hürriyyət” kitabındakı “Loğmanın vəsiyyəti” adlı şerində də Məm-
məd  Səid  Ordubadi  azadlıq  əldə  etmək  üçün  mübarizənin  zəruriliyini  belə  qeyd 
edirdi:  
... Yatdıq nə qədər naz ilə indisə ayılmaq.  
 Başdan keçib heysiyyəti-milliyə qazanmaq,  
 Can ilə təlaş eləyibən qana boyanmaq,  
 Bir əmri- müqəddəsdi vətən qeydinə qalmaq,...  
 Baş verməyən insanın hüquqatı verilməz,  
 Yüz kimsə əgər ölməsə min kimsə dirilməz,...  
 Millətdə tifaq olmasa asayiş edilməz,  
 Əfsus ola bir millətə qədrini bilməz,  
 Bilməz nədi qeyrət, nədi millət, nədi himmət,  
 İnsanlara fərz olmalıdır qeyrəti millət!...  
 Hüriyyəti insanlar əsarətlə yeritdi,  
 Öldü, özü ölməklə hamı həqqi diriltdi.... (Ordubadi, 1964: 9).  
Məmməd  Səid  Ordubadinin  “İki  cocuğun  Avropaya  səyahəti”  romanında 
akademik İsa Həbibbəylinin fikrinə görə bədii düşüncə ilə publisist notlar bir-birini 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə