XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə7/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   2   3   4   5   6   7   8   9   10   ...   179

16 
 
1577-1578-ci illərdə Şirvanda da bir xalq üsyanı olmuşdur. Tarixçi H. Rum-
lunun təsvir etdiyinə  görə üsyan  qəddarcasına  yatırılmış  və  onun  iştirikçılarından 
400  nəfərin  başı  kəsilib  şahın  sarayına  göndərilmişdir.  P.  Əfəndiyev  İ.  P.  Petru-
şevskiyə  istinadən  göstərirdi  ki,  Azərbaycan  kəndlərində  35  növ  vergi  və  mükəl-
ləfiyyat tətbiq edilirdi[4].  
Azərbaycan xalqının qədim  mədəniyyət abidələrindən biri də “Kitabi-Dədə 
Qorqud” adı ilə məşhur olan qəhrəmanlıq dastanlarıdır. Dastan xalqımızın orta əsrlər 
həyatında  baş  vermiş  tarixi,  mədəni  hadisələrin  öyrənilməsi  üçün  çox  böyük 
əhəmiyyətə malik olan bu zəngin xalq yaradıcılığı məhsuludur. Bu dastanlarda təsvir 
edilən  hadisələr  doğurdan  da  Azərbaycanda  cərəyan edir.  Burada  Gəncənin,  Bər-
dənin, Dərbəndin, Əlincə çayı və Əlincə qalasının, Dərəşam, Göyçə gölü və s. adları 
çəkilməkdədir. Daha doğru deyilsə, hadisələr Azərbaycan mühitində cərəyan edir.  
“Dədə  Qorqud”un  Azərbaycanla  bağlı  olduğu  vaxtilə  müxtəlif  məqsədlə 
Azərbaycana  gəlmiş  alimlərin,  səyyahların  əsərlərindən  də  aydın  surətdə  görün-
məkdədir.  Adam  Oleari  1638  ildə  Dərbənddə  olduğu  zaman,  azərbaycanlılardan 
Dədə Qorqud hekayələrini eşitdiyini, Qazan xanın və arvadı Burla xatunun, eləcə də 
Dədə Qorqudun özünün burada qəbrləri olduğunu qeyd edir. Həmin əsrin ortalarında 
Şamaxıya gəlmiş səyyah Övliya Çələbi isə öz səyahətnaməsində Dərbənddə Dədə 
Qorqudun  qəbri  olduğunu  və  şirvanlıların  bu  qəbrə  böyük  ehtiram  bəslədiklərini, 
hətta, etiqad etdiklərini yazır [1].  
“Kitabi-Dədə  Qorqud”  dastanları  XI-XII  əsrlərdə  və  daha  əvvəllər  (islamın 
yayılmasından qabaq) Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadi-
sələrin  əksəriyyəti  Dəmirqapı  Dərbənd,  Bərdə,  Gəncə,  Dərəşam,  Əlincə,  Qaradağ, 
Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. “Kitabi-Dədə Qorqud”u yazıya 
köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim 
edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələ-
cəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı 
Dərbənddə yerləşir. XIX əsr səyahətçilərinin əsərlərində bu fakta rast gəlmək olar[1].  
Müasir Azərbaycan cəmiyyəti “Dədə Qorqud” eposu ilə XX əsrin birinci ya-
rısında tanış olmasına baxmayaraq, o, ilk növbədə milli ədəbi düşüncənin konkret 
mərhələ-sidir. Onun təşəkkül, formalaşma, canlı ifa dövrü var. Bu cəhətdən, “Kitabi-
Dədə Qorqud” eposu həm də Azərbaycan ədəbiyyatının - ümumədəbi düşüncə ta-
rixinin konkret bir dövrüdür [6].  
Mədəniyyət  ən  geniş  mənada  insanın  həyat  fəaliyyətinin  bütün  əsas  sahə-
lərinin –maddi istehsal, sosial, siyasi münasibətlər, mənəvi inkişaf, məişət, insanlar 
arasında qarşılıqlı əlaqələrlə səciyyələnir. Milli özünüdərk, milli ləyaqət, mədəni və 
siyasi  qloballaşmanın  əsas  problemidir.  Milli  –mənəvi  dəyərlər  gələcək  nəsillərə 
daha da zənginləşdirilmiş halda ötürülməlidir, çünki başqa cür mədəniyyət varlığını 
qoruya bilməz. Bu baxımdan xalqımızın qəhramanlıq dastanları milli kimliyimizin 
formalaşmasında mühüm rol oynadığı ki, bu kimliyin ortaya çıxarılmasında mühüm 
rol oynamaqdadır. Dastanlarda Dədə Qorqud kimi söz söyləyib, söz qoşan müdrik, 
Qazan xan, Qaraca çoban kimi qəhrəmanlar, eləcə də Koroğlu, onun silahdaşları ki-
mi,  qəhrəmanlar,  onların  düşmənə  qarşı  mübarizəsi,  haqq-ədalət  uğrunda  çarpış-
ması milli kimliyin ifadə formaıarından biridir.  


17 
 
Ədəbiyyat sıyahısı 
1.
 
Azərbaycan xalq dastanları 5 cilddə, I-IV cildlər (tərtib edənlər: Ə. Axundov, M. H. 
Təhmasib), Bakı, Azərbaycan EA Nəşriyyatı, 1965-1968 
2.
 
Səfərli  Ə.,  Yusifov  X.  Qədim  və  orta  əsrlər  Azərbaycan  ədəbiyyatı.  B.,  «Maarif», 
1982, s. 7.  
3.
 
Ədəbiyyatşünaslıqterminlərilüğəti. Bakı-1978.  
4.
 
http://anl. az/down/meqale/sherq/2011/iyul/190780. htm 
5.
 
İsen M. Təzkirədən bioqrafiyaya və seçilmiş məqalələr. Bakı 2012 
6.
 
İsmayilova  Y.  «Dədə  Qorqud  kitabi»və  müasir  Azərbaycan  ədəbi  düşüncəsi.  Bakı 
2011 
 
 
AZƏRBAYCANIN QƏHRƏMANLIQ DASTANLARINDA MİLLİ 
KİMLİYİN İFADƏSİ 
 
Təranə Nəsimi Quluzadə 
 
The  world  states  not  depending  on  period  of  their  independence,  could  not  stay 
marginal  from  globalization  movement  and  integration  processes.  Thus,  the  new  attitude 
towards the solution of global, regional and local problems and issues of globalization and 
cultural integration is being observed in modern world policy.  
In broader term culture is characterized by the all main fields of life such as material 
production, social, political relations, moral development, mode of life, the mutual relations 
between  people.  The  national  cognition  and  the  national  dignity  are  the  main  problem  of 
cultural and political globalization. The national-cultural values should be conveyed to future 
generation in more enrichment form, otherwise the culture could not protect its existence.  
The history is studied with the aim to repeat the occurred positive and to reject the 
negative events. Although we are far from the quality praised in heroic eposes of Azerbaijani 
people is currently very topical from the perspective of the expression of nation’s identity. 
The expression of national honor, dignity, the respect to older, and the loyalty to country is 
really the embodiment of identity.  
Taking  into  an  account  that  the  national  values  of  nations  are  studied  broadly  in 
globalized world, the study of ancient identity peculiarity has a substantial role.  
Keywords: the national identity in heroic eposes 
 
 
 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə