XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə24/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   20   21   22   23   24   25   26   27   ...   179

53 
 
AZƏRBAYCAN ƏRAZİSİNDƏ AŞKARLANMIŞ VIII-IX ƏSRLƏRƏ DAİR 
İSLAM NUMİZMATİKASİ MATERİALLARI TARİXİ PROBLEMLƏRİN                                  
HƏLLİNDƏ MƏNBƏ KİMİ 
Məmmədova Aygün  
 
Ayrı-ayrı  pul  dəfinələri  və  təksaylı  sikkələrin  tədqiq  edildiyi  İslam  numiz-
matikası  yeni  faktiki  materialın  aşkarlanması  sayəsində  zənginləşməkdədir.  XIX 
əsrdən ali tədris ocaqlarında tədris edilən və hazırda aktuallığını qoruyan bu elm sa-
həsinin əsas tədqiqat obyekti olan müsəlman sikkələri həm təsadüfi, həm də arxeoloji 
qazıntılar  sayəsində  aşkarlanaraq  virtual  saytlar  və  yeni  nəşrlər  vasitəsilə  işıqlan-
dırılır, dövrümüzdə cərəyan edən bir sıra tarixi problemlərin həllinə yardım edir.  
2006-cı ildə orta əsr Şəmkir şəhər yerində t. e. d. Tarix Dostiyevin (1, с. 465), 
2008-ci  ildə  Ağcabədi  rayonunun  Salmanbəyli  kəndi  yaxınlığında  Qalatəpə  şəhər 
məskənində Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, t. f. d. Təvəkkül Əliye-
vin (2), 2009-2010-cu illərdə Qəbələ rayonunun Səlbir ərazisində t. e. d., prof. İlyas 
Babayevin  (3,  с.  75),  2011-сi  ildə  Şamaxı  şəhəri  yaxınlığında  Gülüstan  qalası  ər-
azisində Ağsu-Şamaxı ekspedisiyasının rəhbəri, t. f. d. Akif Quliyevin (4) rəhbərliyi 
ilə tapılmış “Ərəb Xilafəti sikkələri” adı ilə tanınan numizmatik tapıntılar Xilafətin 
VIII-IX əsrlərə aid siyasi və iqtisadi tarixini açıqlayan önəmli faktiki qaynaqlardır.  
Araşdırdığımız dövrün tarixi-numizmatik təhlili sübut edir ki, VI əsrin sonu - 
VII əsrin əvvəllərində Azərbaycanın daxili pul dövriyyəsində əsasən Sasanilər döv-
lətinin müxtəlif şəhər-zərbxanalarında (Kerman, Suz, Nəhrtira, Mərv, Bişapur, Də-
rəbcərd, İstəxr, Səcəstan, Rey, Nəhavənd, Əbərşəhr, Ramhörmüzd, Ktesifon və s.), 
qismən  isə  Azərbaycan  zərbxanalarında  (Gilan,  Naxçıvan,  Boquan  (Bakı),  Partav 
(Bərdə), Dərbənd, Ərdəbil və s.) zərb edilmiş təxminən 4 q çəkiyə malik gümüş Sa-
sani drahmalarından, Qərb ölkələri ilə aparılan beynəlxalq ticarət əməliyyatlarında 
isə sasani gümüşü ilə yanaşı Bizans solidlərindən və gümüş heksoqramlardan isti-
fadə edilmişdir (5, с. 77, 83).  
Yüksək texniki səviyyədə zərb edilmiş, sabit çəki, əyar və tipə malik 4 q çəki-
yə malik zərdüştlük simvolikalı sasani gümüş drahması 400 ildən artıq bir dövrdə 
Azərbaycanın daxili pul təsərrüfatında əsas dövriyyə vasitəsi olmaqla yanaşı, Sasa-
nilər dövlətinin süqutundan sonra da uzun müddət Ərəb Xilafətində və beynəlxalq 
ticarətdə dünya pulu rolunu oynamışdır.  
VII əsrin 30-40-cı illərindəki ərəb yürüşləri və daha sonra Albaniya ərazisində 
cərəyan edən yüzillik ərəb-xəzər mücadiləsi Azərbaycanın istehsal qüvvələrinin və 
şəhərlərarası əlaqələrin zəifləməsinə, zərbxanaların fəaliyyətində nizamsızlığa səbəb 
olaraq, ölkənin ümumi iqtisadiyyatına və pul təsərrüfatına mənfi təsir göstərsə də, 
onun tam məhvi ilə nəticələnmədi.  
İlk ərəb xəlifələri işğal etdikləri ərazilərdə, o cümlədən, Azərbaycanda haki-
miyyətlərinin ilk illərində, əvvəllər istifadə edilən sikkə zərbi ənənəsini qorumağa 
çalışmış və yerli əhalinin istifadə etdiyi sikkələrin görünüşündə kəskin dəyişikliklər 
etməkdən çəkinərək, onlara kufi xəttilə bəzi islami ifadələr (məs. «Allahın adıyla, 


54 
 
rəbbim», «Rəbbim Allahdır», «Allahın adıyla, məlik» və d.) həkk etdirərək, numiz-
matik ədəbiyyatda «ərəb-sasani», «ərəb-pəhləvi» adlandırılan yeni gümüş drahmalar 
zərb  etdirmişlər.  Qeyd  edilən  dövrə  aid  Azərbaycan  ərazisində  tapılmış  sikkə 
dəfinələrinin təhlili sübut edir ki, belə sikkələrin zərbində son sasani şahənşahları - 
IV Hörmüzd, II Xosrov və III Yəzdigərdin sikkələrinin ikonoqrafiya və simvolikası 
saxlanılmışdır.  50-dən  artıq  zərbxanada  kəsilmiş  bu  sikkələrdə  də  eynilə  sasani 
sikkələrində  olduğu  kimi  zərbxana  və  zərb  tarixi  pəhləvi  hərfləri  ilə  sikkənin  əks 
tərəfində qeyd edilsə də, sasani sikkələrindən fərqli olaraq zərb tarixində üç tarixi 
eradan istifadə edilmiş və ərəb xəlifəsi canişininin adı pəhləvi, bəzi halarda isə ərəb 
qrafikası  ilə  həkk  edilmişdir.  Numizmatik  tədqiqatlar  sübut  edir  ki,  islami  zərbin 
təsisinə baxmayaraq, bu proses hicrətin 100-cü ilinədək (718) ərəb-sasani mis sik-
kələrinin  zərbi  davam  etdirilmiş  və  ilk  ərəb  fəthləri  dövründə  Azərbaycanın  pul 
təsərrüfatında  sasani,  ərəb-sasani  drahmaları  ilə  yanaşı  həm  də  Təbəristan,  ərəb-
bizans, ərəb-buxara drahmalarından da istifadə edilmişdir (6, с. 40-41).  
Ərəb Xilafətinin «islamlaşdırılması» prosesi ilk növbədə ərəb «milli» sikkə 
zərbi ilə başladı. Xəlifə Əbd əl-Məlikin təsis etdiyi sikkə islahatı bütün imperiya üzrə 
tənzimlənmiş sikkə sisteminin, unifikasiya olunmuş - hər üç sikkə metalından (qızıl, 
gümüş, mis) vahid şəklə salınmış sikkə nominallarının buraxılmasına yönəlmişdi. 
Dövrümüzədək gəlib çatan ilk əməvi sikkəsi 77 = 696/7-cı ildə kəsildiyindən isla-
hatın həmin ildə həyata keçirildiyi güman edilir. Bu islahat nəticəsində zərb edilən 
əsas sikkə vahidi dirhəmin çəkisi 2, 98 q, qızıl dinar bir misqal (4, 26 q) və mis fels 
2-3  q  ağırlığında  müəyyənləşdirildi,  onların  tipologiyası  əsaslı  dəyişiklərə  məruz 
qaldı. Əvvəlki sasani, Bizans, Roma və s. sikkə tipologiyalarından tam fərqli olaraq 
Xilafət  zərbxanalarında  kəsilən  sikkələrində  canlı  məxluqat  təsvirləri  ləğv  edildi. 
Anonim  zərb  edilən  belə  sikkələrə  islami  şəriət  qaydalarına  əsasən  müsəlmanlığı 
təbliğ edən konfessional mahiyyətli yazılar və Quran ayələri həkk edildi (6, с. 42).  
Yüksək əyarlı gümüş ərəb sikkəsinin əsas sikkə vahidi olaraq təsis edilməsinə 
baxmayaraq,  Azərbaycanda  aşkarlanan  sikkə  dəfinələrinin  topoqrafiyası  və  təhlili 
sübut edir ki, belə sikkələrin Azərbaycanın pul təsərrüfatında geniş yayılmasından 
sonra  da,  VIII  əsrin  20-30-cu  illərində  sasani  drahmalarından  istifadəyə  daha  çox 
üstünlük verilmişdir.  
Hakimiyyətin Əməvilərdən Abbasilərə keçidi bütün Xilafət sikkələrində ol-
duğu kimi, Azərbaycan sikkələrində də müəyyən dəyişikliklərlə müşayiət olundu. 
Eynilə Əməvilər dövründə olduğu kimi, ilk iki Abbasi xəlifəsi dövründə də Azər-
baycanda  sikkələr  anonim  zərb  edilirdi.  Abbasi  xəlifəsi  əl-Mehdi  dövründə  Azər-
baycan  sikkələrinə  xəlifənin,  vəliəhdlərin,  bəzən  isə  ərazi  hakimlərinin  və  d.  şəxs 
adlarının,  müxtəlif  şərti  işarələrin,  sözlərin,  xırda  naxışların  həkkinə  başlanıldı. 
Azərbaycan  zərbxanalarında  hər  üç  metaldan  kəsilən  Abbasi  canişinlərinin  sikkə 
tipologiyası  Əməvilər  dövründəki  kimi  kufi  xətti  paleoqrafik  dəyişikliklərlə  həkk 
edilirdi (6, с. 46).  
Abbasi xəlifələri dövrünə aid Azərbaycan ərazisində tapılmış təksaylı sikkələr 
və  sikkə  dəfinələrinin təhlili  göstərir  ki, əvvəlkinə  nisbətən  bu  dövrdə  sikkə  zərbi 
arealının genişlənməsinin, sikkə tapıntılarının artımının şahidi oluruq. Bu artım mis 
felslərin kəsimi ilə müşayiət olunurdu.  


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə