____________________Milli Kitabxana______________________
Bəxt mənə yar olub Ģahi-Süleyman bu gün,
Sayə salıb üstümə ol Ģəhi xaqan bu gün.
Gördü ki, mən durmuĢam zarü həzin dərdnak,
Görmək ilə aĢiqə eylədi ehsan bu gün.
Mən fəqiri görcəyin qıldı təbəssüm rəvan,
Könlümü Ģad eylədi Yusifi-Kənan bu gün.
Yetər ki, bəyzadəmiz babasını görməyə,
GetmiĢ idi naz ilə sərvi-xuraman bu gün.
QayıdıĢı ol zaman yolda mənə rast olub,
Etdi bazar əhlini əmrinə fərman bu gün.
Bar xuda eyləsin dövlətini müstədam,
Yavəri olsun anın xaliqi-yəzdan bu gün.
Ağlama zar, ey Kərim, Ģükr elə allıhana,
Rəyin ilə dövr edər gərdiĢi-dövran bu gün.
* * *
Bəxti-nafərcam tək açılmadı qarə sabah,
Ki, deyəm hali-dilim yari-cəfakarə sabah.
Məni rüsva elədi bəxti-siyahim gecələr,
Ki, neçün gəlmədi bir dəm eləyə çarə sabah.
Usanıb zülm binasından, edib Ģərmü həya,
Eyləmə sineyi-əfkarımı sədparə, sabah!
Yataram hicr dəmində, elərəm ahü fəğan,
Nəlur izhar edəsən halımı ol yarə, sabah!
Nə uzun oldu fəraqın gecələr, gəlmədi sübh,
Yazığam, ruzi-vüsalə yetir, ol karə sabah.
118
____________________Milli Kitabxana______________________
Mənə ol qədr təğafül elədi munca zaman,
Az qalıbdır ki, olam dərbədər, avarə, sabah.
Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin;
Həmdəm ol bir neçə dəm mən kimi qəmxarə, sabah.
QOŞMALAR
Fələyin əlindən qılan ahü zar,
Biri mənəm, biri, yarəb, kim ola?
Güli-ruxsarına çəkən intizar,
Biri mənəm, biri, yarəb, kim ola?
Ey gözləri cəllad, qaməti mövzun,
Bu qədər bəndəni eyləmə dilxun,
SərgəĢteyi-aləm, halı digərgun,
Biri mənəm, biri, yarəb, kim ola?
Kərimin könlünü eyləmə viran,
Zülümdən usanıb, halına bir yan,
Hicran ələmindən didəsi giryan.
Biri mənəm, biri, yarəb, kim ola?
* * *
Gözəllərin Ģahı, Ģuxü nazənin,
YetiĢibdi hökmün külli-cəhanə,
Bilirsənmi necə yaxĢı yaraĢır,
ZərəfĢan kəmərin, incə miyanə.
Gəlməyib dünyaya sən kimi dilbər,
Gülbərg-ləblərin yaquta bənzər,
Dolanım baĢına, ey pəripeykər,
Zülfimə sübhlər eyləmə Ģanə.
PəriĢan tellərin ald ı qərarım,
Mayiləm hüsnünə, sevgili yarım.
ÇeĢmi-siyah ımsan, lalə üzarım,
Olayım mən heyran sən kimi canə.
119
____________________Milli Kitabxana______________________
ġahibazi-aləm mən səni billəm,
DüĢübən torpağa yolunda ölləm,
Daneyi-xalının qurbanı ollam,
Qəbul eyləyəsən, Ģahi-zəmanə.
Cəmalın artıqdır Ģəmsü qəmərdən,
Yolunda keçmiĢəm can ilə sərdən,
Biçarə Kərimi salma nəzərdən,
Əgərçi kafərəm, gəldim imanə.
* * *
Ey ağalar, könlüm çapdı ələmlər,
Sultanım, sərdarım, ağam gəlmədi.
Dərdü qəm tapdağı olmuĢam həmin,
Göz qaldı yollarda, sonam gəlmədi
Fəraqü hicrində qalmıĢam həzin,
O Ģ ahibazımın çəkərəm qəmin,
Bu dərdlə ölməyim olubdu yəqin,
Üstümə gözləri alam gəlmədi.
HəmiĢə ahlardır virdü əzbərim,
Bilirmi halımı Ģahü sərvərim,
Yazıqlar halına, biçarə Kərim,
Can çıxınca dedin: "Balam gəlmədi".
120
____________________Milli Kitabxana______________________
ƏNDƏLİB QARACADAĞİ
XIX əsr Azərbaycan şerində həm klassik poeziya, həm də şifahi xalq
ədəbiyyatı
üslubunu davam etdirən istedadlı
şairlərdən biri
Əhdəlib
Qaracadağidir. Onun doğum və ölüm tarixi haqqında dəqiq məlumat yoxdur.
Əsərlərindən müəyyənləşdirmək olur ki,
Əndəlib Qaracadaği XIX
əsrin
əvvəllərində Cənubi Azərbaycanın Qaracadağ mahalında,
Əhər qəsəbəsində
anadan olmuşdur. Uşaqlıq illərini doğma yurdda keçirmiş, gənc yaşlarında isə
Şimali Azərbaycana gəlib bir müddət
İrəvan xanlığında mirzəlik etmişdir.
Xanlıq
Rusiyaya birləşdirildikdən sonra, o, mayor Şubinin yanında katib
vazifəsində işləmişdir.
Şairin
şəxsiyyəti və yaradıcılığı
uzun zaman elin aləminə naməlum
qalmışdır.
Onun haqqında ilk d əfə ədəbiyyatşünas Həbibulla Səmədzadə
məlumat vermiş, sonralar əsərlərinin bir qismi toplanıb nəşr edilmişdir.
Burada verilən nümunələr "Yazıçı" nəşriyatının çap etdiyi "Cənub ulduzları"
(1984) kitabından götürülmüşdür.
QƏZƏLLƏR
SərgəĢtə könlümün yenə min müddəası var,
Qovğalı baĢımın nə bəlalı bəlası var.
Bir dəm Ģikəstə könlüm açılmaz, səbəb nədir?
Gəl gör zəmanənin yenə bir macərası var.
Namehribani gör, küsüb əğyar ilən gəzər
Yarəb, kimin bu tərzdə bir bivəfası var?!
Sərrafi-əql ləli-ləbin müĢtərisidir,
Can nəqdini nisar qılıbdır, bəhası var.
Vəhm eylə, tərk qıl belə sevdanı, ey fələk,
Kim, bir xətərli mərhələdir, çox cəfası var.
Tənha bilib vücuduma qəsd etmə, ey könül,
Yüz min bəlayi-dövr kimi aĢinası var.
Ey Əndəlib, naleyi-bicadan əl götür,
Gəl gör, bu gülĢənin nə əcayib səfası var.
121
Dostları ilə paylaş: |