Xülasə "Dədə Qorqud kitabı"nın ingilis dilindən tərcüməsi Paul Mirobilə məxsusdur. "Dədə



Yüklə 207,4 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix21.06.2018
ölçüsü207,4 Kb.
#50450
növüXülasə
1   2   3   4   5   6   7   8

|Ы> 

QpMjbJ.

  •  

2013/IV

25

qisasını  alırlar.  Qardaşlar  qardaşlarının,  Xanlar  öz  cəngavərlərinin  qisas- 

ını  alırlar!  Qanelonu  təhqir  etməsinə baxmayaraq,  Roland  xəyanətkarca- 

sına öldürülür (1).  Bununla belə bu xəyanətkarlığın qisası  alınır!

Qisas,  öz  başçılarına  kömək  göstərmək  üçün  verdikləri  feodal  vədini 

tutmadıqlarına görə xainlərə verilən bir dərs idi.  B eovulf əjdaha ilə vuru- 

şarkən  onu  tərk  edib  qaçmış  cəngavərlərin  hamısını  ailələri  ilə  birlikdə 

sürgünə göndərir:

“Onun üçün  ağır keçən  anlarda,  çox  az  müdafiəçi  onun yanında  qalır. 

İndi  sizin qohumlarınız xəzinədən, bəxşişdən, xoşbəxt ev həyatından,  sər- 

vətdən,  rahatlıqdan  məhrum  olacaq.  Öz  haqlarından  məhrum  ediləcək, 

ailərlərinizin hər bir üzvü  sürgün  ediləcək...”  (2)  (bənd 2882-2887) 

Ləyaqət  qorunmalıdırsa,  onda  qisas  öz  ictimai  rolunu  oynamalıdır. 

Onun  qızlarını  döyüb-incitdikləri  üçün  Sid kürəkənlərini  öldürtdürür.  Bu 

cür  münasibət  orta  əsr  qanunlarında  (müəyyən  dərəcədə  kilsə  istisna  ol- 

maqla)  qətiyyən  yaxşı  qəbul  olunmur,  əslində  o,  təhrik  edicidir və  “icti- 

mai  qayda-qanunları”  çox  aşağı  səviyyədə  saxlamağa  kömək  edir.  Belə- 

liklə,  qisas  alma qırılmış feodal  əlaqələrinin  alışmış  qəzəbini  əks  etdirir.

Müharibənin bir  sənət nümunəsi  olduğu bir  cəmiyyətdə  döyüşlər  say- 

sız-hesabsız olur.  Bunlardan da biz “döyüş motivini”  yaradırıq.  Bu döyüş 

motivləri  adətən  daşlaşmış  formulaların  çoxsaylı  formalarında  təzahür 

edir.  “Dədə  Qorqud  kitabı”nda  bu  formulalara  iki  m üxtəlif formada  rast 

gəlinir.  Birincinin  dini  konnotasiyası  yoxdur,  at  belinə  qalxma,  silahlar- 

dan  yapışma,  hücum  etmə,  toqquşma,  nizə  vurma  (və  ya  başqa  silah 

işlənir),  yerə  salma,  kəsilmiş baş.  Bunların bəzilərinə nəzər salaq:

“Kazanın  üzerine  at  sürdü.  Altı  kanatlı  gürzünü  eline  alıp,  Kazanı 

v u rd u ”  “Mizrağını  eline  alıp  at  sürdü.”  “Aruz  qoca  meydana  at  tepti.” 

“Kazan kalkan tutdu.”

İkinci  motiv  dini  mahiyyət  daşıyır  və  dini  mahiyyət  kəsb  etməyən 

motivlər kimi  sabitdir.  Məsələn:

“Arı  sudan  abdest  aldılar,  ak  alınların  yerə  koydular,  iki  rekat  namaz 

kıldılar. Adı güzel Muhammede  salavat getirdiler,  derhal kafire at saldılar, 

kılıç çaldılar.  Gumbur-gumbur davullar dövüldü, burması altun tunç boru- 

lar çalındı.  O gün bir kiyamet savaş oldu,  meydan dolu baş oldu...”  (ikin- 

ci  boy)

Biz bu motivə üçüncü boyda da rast gəlirik:

“Arı  sudan  abdest  aldılar,  ak  alınların  yerə  koydular,  iki  rekat  namaz 

kıldılar. Adı güzel Muhammedi yad etdiler.  Gumbur-gumbur davullar dö- 

vüldü.  Bir kiyamet  savaş  oldu,  meydan  dolu baş  oldu...”

Yenə  də  dördüncü boyda oxuyuruq:

“Arı  sudan  abdest  aldılar,  iki  rekat namaz  kıldılar.  Adı  güzel  Muham­

mede  salavat getirdiler.  Bir kiyamet savaş  oldu,  meydan dolu baş  oldu...”




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

26

Bu  motiv  dördüncü  boydan  sonra  təkrarlanmır,  bununla  belə  bu  mo- 

tivlə  bağlı  çoxlu  sayda  formulalar  digər  boylarda  da  bol-bol  işlənir  (3). 

Məsələn,  onuncu və on ikinci boyda “gumbur-gumbur davullar dövüldü” 

formulasına  rast  gəlrik.  Eləcə  də,  səkkizinci  boy  istisna  olmaqla,  bütün 

boylarda “mizrağını  eline  aldı”  formulası  işlənib.

Bu motivlər bizim eposlarda iki vəzifə daşıyır. Hər şeydən əvvəl,  onlar 

dastan  qoşana  öz  hekayəsinin  “vacib”  hissələrini  yerləşdirməyə  kömək 

edir.  Sabit formulalardan ibarət olan yaddaşlara hopmuş bu motivlər oza- 

na  əzbərdən  deməli  olduğu  minlərcə  şeir  nümunələrini  işləyib  hazırla- 

mağa imkan verir.  Motivlər onun dastanlarının  skeletini təşkil  edir.  Onlar 

mökəm,  dəyişməzdir.  Onlar onun  söylədiyi  əhvalatın  nüvəsini  təşkil  edir 

və  elə  buna  görə  də  onlar  az  dəyişir,  baxmayaraq  ki,  dastan  qoşanların 

məharətindən asılı  olaraq,  onların azacıq dəyişilmiş variantlarına rast gəl- 

mək  olur!  Daha  sonra,  onlar  tarixi  mahiyyət  kəsb  edir  və  tamaşaçılara 

göstərir ki,  ozanlar (bardlar) öz nağıllarını “qoşmurlar” !  Onlar nəsillərdən 

nəsillərə  ötürülərək  yaddaşlara  həkk  olunmuş  həqiqi  döyüşlərin,  müha- 

ribələrin və qurtuluş  savaşlarının özəyidir.  M otivlər üzərində xalqın qələ- 

bələri  həkk  olunmuş  məhəng  daşlarına  çevriliblər.  Faktlar  ozanın  nağıl- 

larını əfsanəvi nağıllardan və miflərdən ayırır.  Ozan onları genişləndirə və 

istədiyi  qədər  məcazlardan  istifadə  edə  bilər,  lakin  motivlər  “dəyişməz” 

qalmalıdır,  tarixin  özü  qədər  dəyişməz!  Bu  motivlər  onlara  qulaq  asan- 

ların  da yaddaşlarında  dəyişməz  qalmalıdır.  Bu teatrın yaranmasında  ak- 

tiv  fəaliyyət göstərən  tamaşaçı  bu  “qravyuraları”  xalqın tarixinin  kollek- 

tiv  yaddaşında  həmişəlik  saxlayacaq.  Bu,  ağız  ədəbiyyatıdır,  Druid  fəl- 

səfəsinə bənzəyir,  söz daş üzərinə yazıldığı  kimi yaddaşlara həkk olunur!

Motivlər və  formulalarla  daşınan,  kollektiv yaddaşların  məhsulu  olan 

eposlar  Şimali  Alman  poeziyasında  da  mövcuddur.  Məsələn,  “Rolandın 

Nəğməsi”ndə biz  aşağıdakı  motivlərə rast gəlirik:

“O,  Oliveri  vurmaq üçün atını  səyirdir

Qalxanı  parçalayır,  qızıl  şişin istiqamətini  dəyişdirir

Nizənin ucu  qabırğalara doğru istiqamətini  dəyişir”  (4).

“spur  his  horse”  (atını  səyirtdi)  ifadəsini  “at  tepti”  ifadəsi  ilə  və  ya 

“spear -  point vees”  (nizənin ucu istiqamətini  dəyişdi) ifadəsini “ saplaya- 

madı,  öteye geçdi”  ifadələri  ilə müqayisə  et.  Və yenə  də:

“Öz  qızılı  mahmızını  öz  atına vurur,

Qəhrəmanlıq naminə  qəhrəmancasına atını  ona doğru  sürür.

O,  qalxanı  parçalayır,  o,  paltarın zirehini  qırır,

Nizənin iti  ucu  onun köksünə  sancılır,

O,  ona tüpürür,  onun bədəni  yuxarı  qalxır,

Və  onun  ölüsünü nizənin ucundan  otluğa atır”  (5).



Yüklə 207,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə