Xülasə "Dədə Qorqud kitabı"nın ingilis dilindən tərcüməsi Paul Mirobilə məxsusdur. "Dədə



Yüklə 207,4 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix21.06.2018
ölçüsü207,4 Kb.
#50450
növüXülasə
1   2   3   4   5   6   7   8

|Ы> 

QpMjbJ.

  •  

2013/IV

29

işləyən və  günəşin  şüalarından üzləri  yanmış  kəndli  qadınlardan  fərqlən- 

dirilir.  Cəngavərlərin  həmişə  “ala  gözlü”  və  ya  “kara  gözlü”  olduqları 

bildirilir.  Analara və  qızlara  aid  hörmət ifadə  edən  formulalar  da var,  “ağ 

birçəkli” .  Dastanda atalara və  ağıllı  kişilərə “ak  sakal”  deyə  müraciət olu- 

nur. Ağ rəng həqiqətən də saflıq, hörmət və əlbəttə ki, yaş rəmzidir. Bunun- 

la  belə,  onlar  ozanın  öz  şeirlərində  işlətdiyi  ifadələrdir.  Məsələn,  Qazan 

hələ  gənc  olmasına  baxmayaraq,  özü  haqqında  “ak  sakal  baban”  deyə 

danışır.  “B eovulf’da Beovulf gənc olmasına baxmayaraq,  saqqal  saxlayır!

Digər tərəfdən  Çarlemaqnenin  saqqalı  səlahiyyət və hörmət rəmzi  ifa- 

də  edir.  Qadınların gözləri  kimi,  saqqallar da kişilərin  ağlaşma motivinin 

bir  hissəsidir.  Emossional  hallarda  onlar  dartılıb  yolunur:  “O,  ağ  rəngli 

saqqalını  dartıb yoldu”  (bənd 2930).  Çox gənc  olmasına baxmayaraq,  Sid 

də  saqqal  saxlayır.  Bu,  eyni  vəzifəni  daşıyır.  O,  Sidin  özünü  şəxsləndirir: 

“ Sidin  gözəl  saqqal  saxlaması  necə  də  xoşdur”  (bənd  51),  “ Saqqalı  əzə- 

mətli  Sid”  (bənd  65).  Böyük hörmət rəmzi  olaraq Dirsə Xan  özü haqqın- 

da  danışarkən  “ağ  saqqallı”  ifadəsini  işlədir.  Oğuzlar  ağıllı  adamlara “ak 

sakallı  ihtiyarlar”  deyə  müraciət edirlər.  Hətta,  quşlar da  saqqallıdır:  “sa- 

kallı  boz  çalan  çayır kuşu  öttügünde”

“Dədə Qorqud kitabı”nda kafirlər də daxil  olmaqla,  bütün cəngavərlər 

“qara  başlıdır”  (kara  baş).  “Roland  haqqında  nəğmə”  eposunda  olduğu 

kimi,  bu  formula  da  digər  formulalar  kimi,  ozanın  əzbərləmə  vasitəsi 

hesab  edilə bilər:  “I’erbe verte”  (yaşıl  ot) ifadəsi Frank və  Sarasen doğru- 

dan  da “yaşıl  ot”  üstündə  oturduğundan  ola bilsin ki,  heç bir etnik  dəyər 

daşımır!  Eləcə  də,  xain  Qanelon  kimi,  Rolandın  “yaşıl  ot”  üstündə 

ölməsi!  Burada  semantik-mədəni  bağlılıq  yoxdur!  Digər tərəfdən  “Dədə 

Qorqud  kitabı”nda  işlənən  “yaşıl  çemen”  və  ya  “gözel  çemen”  onların 

mədəni  xüsusiyyətləri  ilə  bağlıdır,  çünki  xanlar  və  onların  orduları  öz 

“otaklarını”  bu  yaşıl  otların üzərində  qaldırırlar.  Yaşıl  rəng  (baxmayaraq 

ki,  dastanda  ot  göy  rənglə  təsvir  olunur)  dini  meyli  də  təcəssüm  etdirə 

bilər.  İslamda  ucalıq  rəngi  yaşıldır,  şaman  inancına  görə  isə  mavi  Göy 

Tanrının rəngidir.

Türk və  Şimali  Alman  xalqlarına  məxsus  eposlarda üç  motiv  -  yuxu, 

ziyafət və  mələk  motivləri  tez-tez  işlənir.  Yuxu  motivləri  dastanlar üçün 

xarakterikdir.  Onlar  nə  olacağını  qabaqcadan  görürlər,  lakin  bu  yuxular 

metaforik məhiyyət kəsb  edir.  Qazanın,  qardaşı  Qara Günə tərəfindən yo- 

zulan  yuxusu  ona  öz  yurdunun  dağılacağından  xəbər  verir  (9).  Çar- 

lemaqne  185-ci  beytdə  qorxunc  əlamətlərlə  dolu  bir yuxu  görür.  Bu  yu­

xular tamaşaçıları xəbərdar olduqları  (bütünlükdə bilmədikləri),  uzun za- 

man hazırlanan bir fəaliyyətin və ya planın nəticəsinin  intizarında  qoyur. 

Yuxu yuxu olaraq qalır və tamaşaçı  ozanla birlikdə “fəaliyyət”  göstərmə- 

lidir,  ya  onların  simvolizmini  ciddi  qəbul  edir,  ya  da  onları  gərgin  bir




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

30

təxəyyül  məhsulu kimi  bir tərəfə  atır.  “Nibelunq nəğmələri”ndə Krimbil- 

din  (Ziqfridin  sevgilisi)  yuxusu  eposun  bütün  dramasını  və  faciəsini  qa- 

baqcadan göstərir:

“Bu həyatın ortasında gözəl Krimbild nəcib bir yuxu gördü ki,

O,  gözəl,  güclü və vəhşi  bir şahini  (10)  necə  öyrədib,

Bu şahin iki qartal tərəfindən öldürülür: bu necə də qəddar bir səhnə idi. 

Onun  qəlbi  dünya boyda kədərlə doldu.

O,  bu yuxusunu anası  Kraliça Uteyə  söylədi,”

Lakin o,  yuxusunu bundan  daha aydın yoza bilmədi.

“ Sənin böyütdüyün tərlan bir alicənab  ərin rəmzidir”  (11).

Bu bəndlər 2379 bənddən ibarət poemanın  on üçüncü və  on  dördüncü 

stanzalarında verilir!  Bu yuxu hələ tamaşaçıların tanış olmadıqları Ziqfri­

din  faciəsi  haqqında  məlumat  vermək  üçün  ozanın  işlətdiyi  texniki  bir 

vasitədir.  Bu  da  aydındır ki,  dinləyicilər kimin haqqında  söhbət getdiyini 

bilir,  çünki  onun  qəhrəmanlıqla  dolu  şəxsiyyəti  haqqında  Skandinaviya 

dastanlarında bilgilər var.

Ziyafətlər  də  motivlərdir  və  bütün  başqa  motivlər  kimi,  onlar  da  yu- 

xarıda adları  çəkilən icmaların səciyyəvi  şəkil dəyişikliyinə məruz qalmış 

orta əsr dixotomiyalarındakı  etnik dəyərlərini  göstərir.  Ziyafətlər şənliyin 

və ya faciənin teatrlaşdırılmış  forması  ola bilər!  Səadət və  faciə  arasında 

bir  körpü  olan,  bir  epik  əsərdən  digərinə  keçən  ziyafətlər  tematik  bədii 

tarazlığı  müəyyənləşdirməklə bizə köməklik edir.

Biz  "Dədə  Qorqud  kitabı"ndakı  ziyafətlərin  vəzifəsini  qısaca  da  olsa 

nəzərdən  keçirdik.  Bu  səkkiz  ziyafətdən  yalnız  sonuncu  İç  Oğuzla  Dış 

Oğuzun parçalanmasına gətirib  çıxardı.  Şəxsi  və  ailə  zəminində  qovğaya 

səbəb  olsa da,  digər ziyafətlər adətən şənlik mərasimləri  olurlar. Məsələn, 

dördüncü boyda Qazan öz oğluna acıqlanır,  onuncu boyda isə sərxoş  Seg- 

rek öz  qardaşının  çətin vəziyyətindən xəbər tutur.

“Beovulf”  eposunda  da ziyafətlər  sevinc və  kədər ifadə  etməklə bədii 

paralelizmi  qoruyub  saxlayır.  Beovulf Qrendalla mübarizə aparan ingilis- 

lərə  gömək  etməyə  gələndə  böyük  şənlik  təşkil  olunur;  musiqi  çalınır, 

nəğmə oxunur. Bununla belə, bu bayram Qrendalın əsgərləri öldürməsi ilə 

yasa  çevrilir.  Bu  paralelizm  alliterasiya  fiqurundan  istifadə  olunmaqla 

stlistik formada belə ifadə  olunur:

“Qonaqlıqdan  sonra  bərk  yatdıqları  üçün,  onlar  kədərdən  xəbər  tut- 

madılar”  (bənd  119)

İlk  yarımbənddəki  “symble”  (ziyafət)  sözündəki  alliterasiya  yaradan 

“s”  səsi  və ikinci  yarımbənddəki  “sorge”  (kədər)  sözü,  bədii  vasitələrdən 

istifadə  etməklə,  orta  əsr  dixotomiyasının  ziddiyyətini  göstərir.  Lakin 

“B eovulf’da  elə  ziyafətlər  var  ki,  oradakı  şən  əhval  pozulmur  və  çoxlu 

şərab və bal  şərabı  içilir.




Yüklə 207,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə