Xülasə "Dədə Qorqud kitabı"nın ingilis dilindən tərcüməsi Paul Mirobilə məxsusdur. "Dədə



Yüklə 207,4 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix21.06.2018
ölçüsü207,4 Kb.
#50450
növüXülasə
1   2   3   4   5   6   7   8

|Ы> 

QpMjbJ.

  •  

2013/IV

33

“realistik  detallar”  dinləyicini  heyrətləndirir,  onları  cəngavərlərin  qəzəbi 

və qəddarlığı  altında məyus edib büzüşdürür. Məsələn, tez-tez təkrarlanan 

aşağıdakı  formulalar diqqəti  çəkir:

“düdük gibi  kan fışkırdı.”

Çox güman ki,  bunu  deyərkən  ozan  özü  də “fışıldayır” ! 

və ya:

“Ak meydanda yumru başı  top  gibi  kestim.”



Döyüşlərdə  qəhrəmanlar  “real”,  təbii  ifadələrlə  təsvir  olunur.  Yegnək 

düşmənə “yel  gibi”  hücum  edir və  onu “tutkal  gibi”  izləyir.

Gözlənildiyi  kimi,  qurd da tez-tez müqayisə  olunan tərəf kimi  istifadə 

olunur:


“kurd gibi uluştular.”

Bu,  Yegnek və  atasının yenidən qarşılaşmasının  sevincini  ifadə  edir. 

Təhqir  mahiyyətli  müqaisələr  çox  nadir  hallarda  işlənir  və  onlar 

adətən,  kafirlərə  aid  edilir.  Məsələn:

“İt gibi  güv-güv  eden  çerkes hırslı”  (15).

Bu  bir  neçə  nümuə  göstərir  ki,  ozanların  işlətdikləri  müqayisələr  on- 

ların ritorik çəkisini  qüvvətləndirir və eləcə də,  oxucuya müqayisə  edilən 

iki  məvhum  arasındakı  münasibəti  daha yaxşı başa düşməyə  imkan verir. 

Qazan  kimi,  ozan  da  öz  dinləyicisinə  ulu  əcdadlarının,  ulu  əcdadları  ol- 

masa da,  ən azı kifayət qədər uzaq olan əcdadlarının əksər adamların gör- 

mədikləri  və  eşitmədikləri  adət  və  ənənələrini  “öyrədir” .  Qazan  oğluna 

kafirlərin  həyat  tərzini  öyrətdiyi  kimi,  ozan  da  tamaşaçılarına  Qazanın 

öyrətdiyini  öyrədir.  Beləliklə,  dinləyiciyə  iki  dünyagörüşü  təqdim  edilir 

və bu müqayisənin həqiqi və ya poetik mahiyyət kəsb  etməsini müəyyən- 

ləşdirmək onun ixtiyarındadır.  Ozan bir aləmi  açıb  göstərmir o,  iki  aləmi 

açıb göstərir. Dünyaya bu ikili baxışı “Beovulf” eposunda da görmək olur. 

Öz  sürəti  və  cazibədarliği  ilə  məşhur  olan  Anqlo-Saks  gəmiləri  quşla 

müqayisə  edilir:

“Boğazı  köpüklü gəmi  quş kimi  süzürdü.”

“Beovulf”  eposunun  müəllifinin  (və  ya  müəlliflərinin)  işlətdikləri 

olduqca  cəlbedici  bir  müqayisə  Beovulf ilə  Qrendal  arasındakı  döyüşün 

amansızlığını  açıb  göstərir:

“Aşağıda  qılınc  buz  kimi  əridi;  yəni  o,  möcüzəli  şəkildə  əridi,  buzun 

özünün  əridiyi  kimi”

İstilik  (Beovulfun  qılıncı)  və  buz  (Qrendalın  zəhərli  canı)  arasındakı 

ziddiyyət tamaşaçı üçün buzlu su altındakı  şiddətli döyüşün hiss olunacaq 

mənzərəsini yaradır.  Eləcə  də,  bu dəyişdirilə bilən əşyalar dəniz və qılınc 

ola bilərdi.

“ Sid”də  işlənmiş  müqayisələr  orta  əsr  ispan  təfəkkürünə  çox  yaxşı 

tanış  olan  əşyaların əsasında formalaşır:




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

34

“visto camisa de rançal,  tan blanco  commo  el  sol”

(O,  kətandan  gözəl  və  günəş  kimi  ağ  bir  köynək  geyinmişdi)  (strophe

137)


“La cofia de rançal  que blanca  era commo  el  sol”

(Kətan papaq günəş kimi  ağ idi)  (strophe  149)

Buradakı  sun  -   shirt  (günəş  -   köynək)  müqayisəsi  Sidin  yaşadığı 

qəhrəmanlıq dünyasının dəbdəbəli tərəfinin portretini yaradır.  Bu realizm 

əslində  Sidə  məxsus  gerçəkliyin  “bard”  (ozan)  tərəfindən  ifadə  olunmuş 

hissəsidir,  çünki  o,  doğrudan  da,  həyatını  mərakeşlilərə  qarşı  mübarizə 

aparmağa  həsr  etmiş  və  bu  mübarizə  zamanı  həlak  olmuşdur.  Doğrudan 

da,  Sidin məğlubiyyəti qəhrəmanın ölümündən dərhal  sonra təsvir olunur. 

"Dədə  Qorqud  kitabı"  və  “ Sid”  üçün  xarakterik  olan  güclü  emosiya  və 

pafos bu müqayisədə  öz  əksini  tapmışdır:

“Qnomo la una de la carne  ellas partidos  son”  (strophe  125)

(Sonra onlar ayrıldılar,  elə bil  ki,  dırnaq ətdən ayrıldı).

Bu,  qızlarından  ayrılan  Sidin  onlara  necə  bağlı  olduğunu  çox  gözəl 

təsvir edir.

Əgər tamaşaçı  sözlərin  sətiraltı  mənalarını  hiss  etməlidirsə,  onda  mü- 

qayisə olunan əşyalar onlara məlum olmalıdır.  Bu “Rolandın Nəğməsi”n- 

dən götürülmüş və saflıq rəmzi olan ağ rənglə bir-biri ilə bağlanan saqqal- 

çiçək müqayisəsində  də  öz  əksini tapır:

“Blanche  ad la barbe  cume flu  en  avrill”  (strophe  3503)

(Onun  (Çarlemaqnenin)  saqqalı baharda açılmış  çiçək kimi  ağ idi). 

və ya:

“Blanche  ad la barbe  ensement cume flur”  (strophe  3172)



(Onun  saqqalı  budaqdakı  çiçək kimi  ağ idi).

Silahlar başqa  silahlarla müqayisə  edilir:

“La hanste b u f grosse  cumme uns tinels”  (strophe  3153)

(onun  (nizənin)  sapı  Kubalda kimi  qalın idi).

Eposda  təhqiramiz  ifadələrə  də  rast  gəlmək  olur.  Məsələn,  düşmənin 

xarici  görkəmi  bu müqayisə ilə təsvir olunur:

“Cil  sunt sciet ensement cume porc”  (strophe  3225)

(Vəhşi  qabanın  (16) üzərində  olduğu kimi  iri tüklər bitmişdi). 

“Nibelung haqqında nəğmə”  eposunun qəddar və cansıxıcı dünyasında 

müqayisələr,  bəzən  bu  soyuq  və  istehzalı  mənzərə  ilə  ziddiyyət  təşkil 

edən əşyaları  əks etdirir.  Su pəriləri Hagenə xəbərdarlıq edirlər ki,  o, Hun 

ölkəsinə getməsin:

“Onlar quş kimi  suyun üzərində  dolaşırdılar.”

Əslində,  su pəriləri  sehrli nağıllar aləminin personajlarıdır. Lakin möv- 

cud müqayisə tamaşaçıların  onları  “dərk”  etməsinə imkan yaradır və  elə- 

cə  də,  bu “quşlara”  görə  diqqəti  bu kimsəsiz mənzərəyə yönəldir.




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

35

Öz kralına və ya şahzadəsinə Bamsı kimi  sədaqətli  olmaq,  özünə səda- 

qətli  olmaq kimi  vacibdir:

“An oath he had to swear him, he’d serve him as his  slave”  (stanza 99) 

(O,  öz  ağasına and içməli  oldu ki,  ona bir qul  kimi  itaət edəcək).

Bu  and  bir  adamı  (feodalizm)  başqasına  bağlayır.  Bu  onları  özlərinin 

amansız ölümlərinə bağlayır.  “Nibelunq nəğməsi”ndə əfsanəvi bir xəzinə 

üçün vuruşan Ziqfrid və  onun  döyüş  dostları  aslanla müqayisə  olunur: 

“E ’men as two wild lions they  coursed the mountainside”  (strof 97) 

(İki  vəhşi  aslan kimi  onlar dağa tərəf qaçırdılar).

Buradakı  aslanlar tamaşaçının  gözləri  qarşısında  açılan  fantastik  dün- 

yaya gətirilir. Kral Etzelin kəndin arası ilə gedən cəngavərləri tüstü bulud- 

larına bənzədilir:

“Upon  the  road  the  dust-couds  mean  while  never  lay  but  rose  like 

smoke  o f fire  around on  every  side”  (stanza  1336)

(Bir  müddət  yoldan  toz  buludları  heç  çəkilmədi,  tonqaldan  qalxan 

tüstü buludu kimi  hər tərəfi bürüdü)  Sonra Volaçia hersoqunun cəngavər- 

ləri  quş  kimi  gəlir:

“With  seven hundred warriors  dashed forth  athwart her way:

Their going might ye liken unto birds in flight”  (stanza  1343)

(Yeddi  yüz  cəngavər irəliyə,  onun yolunun  əksinə  şığıdı,

Onların gedişi  quşların uçuşuna bənzəyirdi).

Gördüyümüz  kimi,  m üqayisələrin  tam aşaçının  təfəkkürünə  təsir 

etməsi üçün, müqayisə olunan əşyalar etnik baxımdan ona tanış olmalıdır. 

Bu, hiperbolalara da aiddir,  çünki onlar obyekti əzəmətli, ölməz və cahan- 

şümül  edənəcən  böyüdürlər.  "Dədə  Qorqud  kitabı"ndan  götürülmüş  bəzi 

nümunələrə nəzər  salaq:

“Bin yerde ipek halıcılığı  döşenmişti”

Orta  Asiyada  adamların  üstündə  oturduğu  bu  xalılar  əslində,  köçəri 

xalqların  mədəniyyətlərinin  başlanğıcıdır  (17).  Yer  yüzünü  xalı  ilə  ört- 

mək,  var-dövlət sahibi  olmaq kimi  dəyərləndirilir.  Yuvarlaq “min”  ədədi- 

nin işlədilməsi dinləyiciyə yüksək mövqeyi  daha yaxşı  çatdırmağa kömək 

edir (18).  Dədə  Qorquddan bacısı üçün  cehiz  olaraq,  heyvan istəyən Dəli 

Qarçar deyir:

“Bin erkek deve getirin.”

Bu,  Dəli  Qarcarın bacısının Beyrəyə ərə getməsini böyük bir hadisəyə 

çevirmək üçün,  etdiyi  bir cəhddir.  Düşmən  əlində  əsir olarkən,  Qazan  öz 

aldadıcı  təvazökarlığını  şişirtmək üçün hiperboladan istifadə  edir: 

“Min-min yerden  düşman gördümse  öyünme  dedim.”

O, 


səkkiz  dəfə  rəqəmləri  təkrarlayaraq,  onu  inanılmaz  bir  həddə,  yüz 

minə  çatdırır:

“Yüz bin  er gördümse yüzüm  dönmedim” .



Yüklə 207,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə