Xülasə "Dədə Qorqud kitabı"nın ingilis dilindən tərcüməsi Paul Mirobilə məxsusdur. "Dədə



Yüklə 207,4 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix21.06.2018
ölçüsü207,4 Kb.
#50450
növüXülasə
1   2   3   4   5   6   7   8

|Ы> 

QpMjbJ.

  •  

2013/IV

36

Ozan,  Qazanın  igidliyini  şişirtdiyi  qədər  də  tamaşaçının  təəssüratını 

şişirdir.  Xeyirxah  əməllər  hiperbola  fiqurundan  istifadə  edilərək  təsvir 

edilməlidir  ki,  onların  “xeyirxahlığı”  daha  yaxşı  hiss  edilsin.  Dirsə  Xan 

Allahın çağırışına əməl  edir:  “Tepe gibi  et yığdı,  göl gibi kımız sağdırdı.” 

Qəhrəmanın  gücünü  təsvir  etmək  üçün,  onun  bığı  yeddi  dəfə  boynu 

ardında düyünlənir.

“Rolandın  Nəğməsi”  eposunda  ordunun  əhəmiyyətini  şişirtmək  üçün 

eyni  ədədlərdən istifadə  olunduğunu görürük:

“De Francs  de France  en i  ad plus  de mil”  (strophe  117)

(Bütün Fransanın fransızları,  min və  ola bilsin ki,  daha çox);

“Par mi  cel  ost funt mil  grailles  suner”  (strophe  700)

(Ordunun içində min  şeypur çalındı).

Qəhrəmanın gücü  də,  hiperbolik ədədlərlə təsvir olunur:

“Li  arsevesques plus  de mil  colps i  rent”  (strophe  1414)

(Cəsur arxiyepiskop  minlərcə zərbələr endirir).

Lakin  hiperbolalar  məhz  döyüş  səhnələrini  təsvir  edərkən,  öz  böyük 

vəzifəsini  yerinə  yetirir.  Belə  ki,  müasir  kino  tamaşaçıları  kimi,  dastan 

dinləyiciləri  də,  onları  gündəlik  həyatdan  ayıracaq  fantastik  xarakterləri 

eşitmək (və ya görmək) istəyirlər.  Beləliklə,  real  detallar tamaşaçıları real 

və  qeyri-real  dünya  arasında  saxlayır.  "Dədə  Qorqud  kitabı"nda kəsilmiş 

başlar döyüş meydanını  doldurur:  “meydan dolu baş  oldu”,  “başlar kesil- 

di top  gibi” .  Qan,  öz  qıp-qırmızı  rəngi  ilə təsvir olunur:  “alaca kan” .  Qan 

və  şərab  "Dədə  Qorqud  kitabı"nda  ən  çox  işlənən  maye  növüdür. 

“Nibelunq haqqında nəğmə”  eposunda da bu iki  maye bol-bol  axıdılır: 

“Then flowing down o ’er saddle in  streems roas  seen the blood”  (stan­

za 203)

(sonra yəhərin üstü ilə  sel  kimi  aşağı  axan  qan göründü). 



və ya:

“In its blood the  statly knight him self then lathed”  (stanza  899)

(sonra onun  qanında ləyaqətli  cəngavər özü  çimdi).

Qan  və  şərab  şənlik  məclislərində  də  axıdılır  və  Etelin  zalı  od  tutub 

yanarkən  qan və  şərab  bir-birinə  qatışıb,  sel  kimi  axır:

“Bu  hərarət  elə  əzab  vericidir  ki,  ağzımda  dilim  quruyub.  Mən  fikir- 

ləşirəm  ki,  həyatımı  bu  zülmdən  qurtarmaq  üçün  mən  zəmanəni  tərk 

etməliyəm” .

Sonra Tronce  Hagen  dedi:

“ Siz  ey  nəcib  və  yaxşı  cəngavərlər!  Kim  ki,  susuzluqdan  əzab  çəkir, 

qoy  o,  qan içsin” .

İstilik belə  ehtiras yaradanda,  qan  şərabdan  daha üstündür.

“Beovulf”  eposundakı  1151  və  1152-ci  bəndlərdə  hiperbola  qorxunc 

reallığı  əks  etdirir:




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

37

“The hall was decorated with the lives o f the fo e .. ./a tapestry o f blood” 

(Zal  düşmənin həyatı  ilə.../qan xalçası  ilə bəzədilmişdi)

Bu,  1746-cı bənddə  də  öz  əksini tapıb:

“The bitter arrow” bitera straele “which puts the life out of the unwary 

brave warrior” .

(Acı  ox ehtiyatsız igid cəngavərlərin həyatını  əlindən  aldı).

B eovulf “indiyəcən yaşamış  ən güclü bir adamdır”  (strophe  789). 

“R olandın  N əğm ələri”  eposu  da  hiperbolalarla  zəngindir.  Bəzi 

nümunələrə nəzər  salaq:

“Par mi  la buche  en  salt fors li  cher sancs”(19)  (strophe  1763)

(Onun  ağzından fışqıraraq  qan gəldi). 

və ya:

“De  sun  cervet le temple  en  est rumpant”(strophe  1764)



(Onun gicgahından  qan fışqırdı);

“pa les  oreilles fors  s’e ist la cervel”(strophe 2260)

(Onun beyni  qulaqlarından gəldi).

Bunlar yalnız eposda işlənmiş hiperbola nümunələrindən bir neçəsidir! 

Biz  eyni  formulalara “ Sid”  eposunda da rast gəlirik:

“La  sangre le  esta corriendo  desde  su codo hacia abajo”(strofe  95) 

(Qıp-qırmızı  qan  seli  onun alnından üzü aşağı  axdı). 

və başqa bir nümunə:

“La  sangre va charreando”  (strof 38)

(qan  axaraq).

"Dədə Qorqud kitabı"  və “ Sid”  eposu üçün ortaq olan aşağıdakı  hiper­

bola nümunəsi  diqqəti  çəkir:

“fantos  son de muchos  que non  serien  contados”  (strof 121) 

“ Saymaqla oğuz beyleri  tükense  olmaz.”

Düşmən  Sidə yaxınlaşanda,  onların  qəzəbinin  səsi  həqiqi  mənada yeri 

çatladır:

“El  ruido  de los tambores la tierra quierre  quebrar”

(müharibə təbillərinin gurultusundan yer yarıldı). 

və ya:

“tembrar querie la terra dond  eran movedores”  (strof 34 və  150) 



(onların  atlarının  sıçradığı yer titrədi).

Şəxsləndirmə  iki  əşyanın  bir  əşyada  təcəssüm  olunmasıdır.  İkili 

görünüş  mövcud  olduğu  aləmdə  o,  müqayisəni,  metaforanı,  hiperbolanı 

bir  addım  kənara  itələyir.  Bu  görünüş  iki  olduğu  halda,  dolayısı  ilə  Birə 

çevrilir.  Bamsı Beyrək Qazan Xana müraciətlə  deyir:

“Zavallının,  biçarenin ümidi,

Türkistanın diregi,

Amit  suyunun  aslanı,




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

38

Qaracuğun kaplanı,

Darda qalmış igidin  arkası;”

Bu  sözlər dolayısı  ilə  Qazana aiddir, baxmayaraq ki,  onun adı bu məf- 

humlarla yanaşı  çəkilmir.  Bununla belə  söyləmənin  sonunda Bamsı  Bey- 

rək  onun  adını  çəkir və bu  da birbaşa,  Qazanı  bu  məfhumlarda təcəssüm 

etdirir.  Bu  şəkildəyişmə  yox  olma  deyil,  bu,  mütləq  bir  hakimiyyət 

rəmzidir.  Bu,  cahanşümül  bir qüvvədir.  Şəxsləndirmə  fiquruna  başqa bir 

nümunə  əjdaha  -   adam  tutuşdurması  ola  bilər.  Belə  ki,  "Dədə  Qorqud 

kitabı"nda  əjdaha  sadəcə  olaraq,  bir  “simvol”  deyil,  onun  vəzifəsi  şəxs- 

ləndirməkdir,  təcəssüm  etməkdir:

“Böyle deyince yigitler ejdahası  Xan Turalı  yerinden kalktı.”

Qaraca Çoban  da,  bir əjdahadır:

“Yigitlər ejdehası Karacuk Çoban  sapanının  ayasına taş koydu  attı.” 

Dəli  Domrul  da əjdahadır:

“İnsan oğlunun  ejdehası  eşine kıymadı”

Və yenə  eyni  boyda deyilir:

“İnsan oğlunun ejdehası Deli  Dumrul  elini  eline çaldı,  kah kah güldü” 

Bu əjdaha -  adam tutuşdurması metafora kimi götürülə bilməz.  Əjdaha 

türkün  mənəvi  dünyasında  böyük  rol  oynamışdır.  Orta Asiyada  yaşayan 

türklər  əjdahanı  suların  hakimi  hesab  edirlər.  Bir  türk  əfsanəsinə  görə, 

əjdaha Zümrüd Anka  ilə  vuruşur və  bu  döyüş  yaz  yağışı  gətirir.  Bundan 

başqa əjdaha xəzinələrin və qızıl  əşyaların keşıkçısı idi.  Elə buna görə də, 

əjdahaya türk mədəniyyətində müsbət element kimi  baxılır.  Bu  səbəbdən 

də, əksər kilim toxuyanlar öz kilimlərində əjdaha motivini yaratmışlar.  On 

birinci  boyda  Qazan  öz  düşmənləri  qarşısında  yeddi  başlı  əjdaha  öldür- 

məsi  ilə  öyünür:

“Yeddi başlı  ejdahaya yetişip vardım.”

Böyük türk qəhrəmanı  Oğuz kimi,  Qazan da,  əjdaha öldürməsi ilə fəxr 

edir.  Bu,  onu təbiətin bu  qüvvəsində təcəssüm  etdirməyə imkan verir.  Və 

məgər,  bu,  eynilə Ziqfridə  aid  deyilmi?  Onun  həyat yoldaşı  Krimhild  öz 

əri  haqqında belə  danışır:

“ She  spoke:  “A valorus  husband is mine  and  doughty too.

W hen he the worm-like  dragon by the mountain  slew,

in his blood the  stately  knight him self then bathed”  (stanza  899)

(O,  danışdı:  Mənim  ərim  qəhrəman idi,  həm  də ki,  cəsur.

Dağlardan gəlmiş  qurda oxşar əjdahanı  öldürəndən  sonra 

Bu vüqarlı  cəngavər özü  onun qanında çımdı).

“Nibelunq  haqqında  nəğmə”  eposunda  əjdaha  simvol  deyil,  o,  qəhrə- 

manın  özünün  müəyyənləşdirə  biləcəyi  real  gücdür.  "Dədə  Qorqud  kita- 

bı"nın  qəhrəmanları  əjdaha  öldürən  deyil,  onlar  özləri  əjdahadırlar!  Ziq- 

frid doğrudan da, əjdaha öldürəndir, lakin əgər biz yuxarıda deyilən şərab-




Yüklə 207,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə