Xülasə "Dədə Qorqud kitabı"nın ingilis dilindən tərcüməsi Paul Mirobilə məxsusdur. "Dədə



Yüklə 207,4 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix21.06.2018
ölçüsü207,4 Kb.
#50450
növüXülasə
1   2   3   4   5   6   7   8

|Ы> 

QpMjbJ.

  •  

2013/IV

27

“Rolandın nəğməsi”  eposunda işlənmiş bu tip formulalar o  qədər çox- 

dur  ki,  onların  hamısını  burada  göstərmək  mümkün  deyil.  Gəlin  “ Sid”ə 

nəzər salaq,  çünki  hər üç mətndəki  oxşarlıq heyrətamizdir...

“O,  zərbə  endirdi.  Çəpəki  zərbə  düz və  dəqiq  oldu.

Dəbilqənin üstündən parıltı  saçan bir zərbə vurdu.

O,  dəbilqənin qaytanlarını  parçaladı,

Zirehli  örtükdən keçib  papağa dəydi,

Güclü zərbə papağı,  dəbilqəni və hər şeyi  kəsdi.

Və ya başqa bir misal:

O,  onun  dəbilqəsinə güclü və  sərrast bir zərbə  endirdi,

O,  dəbilqəni  qalan hər şüyi  iki  böldü.

Kralın  qayışını  kəsərək qılınc  aşağı  endi.”  (strophe  3a)

XII  əsr abidəsi  olan “ Sid”  digər epik poeziya nümunələri  kimi  sərbəst 

beytlərdən ibarət şer formasında yazılıb  (6).

Motivlərdə  işlədilən formulalar orta  əsr cəmiyyətlərinə xas  olan  pred- 

metlərlə bağlıdır.  Gəlin bu formulalarda işlənmiş əşyalardan,  o dövr üçün 

ən vacib  olan  qılıncdan başlamaqla,  ayrı-ayrılıqda  danışaq.  Qılınc köçəri 

cəngavərin  ən  yaxşı  yoldaşı  idi.  O,  onun  üçün  yalnız  silah  deyildi.  O, 

onun bədəninin bir hissəsi,  onun  mövcudluğu idi!  Biz “Dədə  Qorqud  ki- 

tabı”na  nəzər  saldıqda bunu  aydın  görürük:  “Kara  çelik  öz  kılıçlar” .  Bu 

formula bizim  kitabda ən azı  on beş  dəfə təkrarlanıb.  Burada işlənmiş  si- 

fətlər  ozanın  subyektiv  baxışlarının  fövqündə  durur.  Qılınc  ona  görə  tə- 

mizdir  ki,  onun  poladı  yalnız  sənəti  qılınc  düzəltmək  olan  adamlar tərə- 

findən döyülüb hazırlanır.  “Kara”  sözü isə onların materialı çıxarılan dağ- 

lara  bir  işarədir.  Qılıncların  gümüşdən  hazırlanan  və  üstü  qiymətli  daş- 

qaşla nəfis  şəkildə bəzədilmiş  dəstəyində  onların  sahiblərinin  adları  həkk 

olunurdu.  Bəzi  qılıncların  kəsən  hissəsi  əyri  olurdu,  bəzilərinin  iki  ağzı 

var  idi.  Əksər  qılıncların  isə  ortasında  qan  çıxması  üçün  ensiz  şırımlar 

olurdu.


Bəzi  qılıncların hətta adı  da olurdu,  məsələn, Məhəmməd peyğəmbərin 

Əliyə bağışladığı qılıncın adı “Zülfüqar” idi.  Əslində o, iki  ağızlı bir qılınc 

idi.  Bizim  Şimali  Alman  dastanlarında  da  belə  idi.  Roland  öz  qılıncını 

“Durendal”  adlandırırdı.  Bu,  onun  ölüm  gətirmə  missiyasını  təcəssüm  et- 

dirirdi.

“Bu gün  onların hamısını  isti  qana boyayacağıq”  (bənd  950) 

və ya

“Durendalın polad  ağzı  qızılı  qan axıdacaq”  (bənd  1079) 



Çarlemaqnenin qılıncı “Coiəs”  adlanırdı. Bu onun dadını görənlər üçün 

acı  istehza idi!

Anqlo-Sakson cəmiyyətində də “B eovulf’un  şairləri  qılıncın döyüşdə- 

ki  dəyərini  göstərmək  üçün  metafora  örnəklərindən  istifadə  etmişlər:




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

28

“döyüş  alovu”,  “həyat  saplarını  kəsən”  (bənd  15650),  “iti  uclu  nifrət” 

(bənd  84),  “zamanın  sınağından  çıxmış miras”  (bənd  795)

Anqlo-Sakson  cəmiyyətində  qılınclar  sehirli-dini  mahiyyət  kəsb  edir. 

Şimali  Almanların  allahı  Vodon  daim  dəmirçiləri  himayə  edirdi.  Elə  bu 

səbəbdən  qılıncı  düzəldənin  adı  onun  dəstəyində  həkk  olunur  və  qızılla 

bəzədilirdi  (7).  Qılıncları bəzən ilan adlandırırdılar. Bu, ya totem inancın- 

dan irəli gəlirdi, ya da bəzi qılmclarm ucuna zəhər sürtülməsi ilə bağlı idi.

Qılıncla bağlı  bütün  orta  əsr  ədəbiyyatı  üçün xas  olan  formulalar var. 

“Oz  kılıç”  formulası  “ Sid”də  “espadas  desnudas”,  “espa  nue”  (“yalın 

kılıç” kimi), “kılıç kurşamaq” isə “to gird one’s sword” (Beowulf), “cinxo 

esada”  (Sid),  “ceigent espees”  (Roland)  kimi  ifadə  olunur.

Bu formulalar olduqca tez-tez işlənir.

Müharibə ya sevinc gətirir, ya da kədər.  Bunların hər ikisi motiv hesab 

edilə  bilər.  Kədəri  təsvir  edərkən  üz  cırmaq  və  ya  saç  yolmaqla  teatr- 

laşdırılan “ağlamaq”,  “ süvən qoparmaq”  kimi  ifadələrdən istifadə olunur.

“Dədə  Qorqud  kitabı”nda  həm  kişilər,  həm  də  qadınlar  ürəkdən 

ağlayırlar,  qadınların gözləri  hətta qanlı  yaşla dolur:

“Kara  süzme gözlerini  kan yaş  doldu”  (8). 

və ya:


“dedi:  feryat figan  eyledi  ağladı.”

Bu  çox işlək formulada Burla Xatun nəinki  fəryad-fəqan  edib  ağlayır,

o  həm  də  üzünü  cırıb  dağıdır:  “güz  alması  gibi  al  yanağın  çekti  yırtdı” . 

Qadınlar  həm  də  çox  tez-tez  olmasa  da,  saçlarını  yolurlar:  “Karğı  gibi 

qara  saçın yoldu.”

Üçüncü  boyda Banu  Çiçək  saçlarını  yolur və  acı  dırnaqları  ilə  üzünü 

cırır:  “acı  tırnak  ak yüzüne  aldı  çaldı,  güz  elması  gibi  al  yanağını  yırttı” . 

Bu formula hər boyda ən azı iki  dəfə təkrarlanır. Ağlamağın pafosu ozan- 

ların teatrlaşdırma dünyasına aiddir,  faciəli  hadisənin kluminasiya nöqtə- 

sidir,  birbaşa qələbədən  sonrakı  şənlik ziyafətlərinin  əksidir.

Bu  ağlaşma  motivi  bizim  Şimali  Alman  eposlarında  da  diqqəti  çəkən 

xüsusiyyətlərdən  biridir.  Rolandın  deyiklisi  Auda  onun  ölüm  xəbərini 

eşidəndə “Dədə Qorqud kitabı”ndakı yasa batmış qadınlar kimi üzünü cı- 

rır,  saçını  yolur:

“Aude üzünü cırır,  o,  gözlərindən yaş  axıdır,  onun qanı  axır.”

Ağlaşma  motivləri  sözçülüyə  gətirib  çıxarır.  Məsələn,  “gözlər  yaş 

ağlayır”  (bənd 2943). Biz eyni formulaları “ Sid”də də tapa bılərik:  “Llora 

de las  ojos”  (bənd  16,30,86,104 və  s.).  Bu formulalar ozanın işlətdiyi  adi 

texniki  “alətlər”  olmaqdan  daha  çox  ağlaşma  mədəniyyətinin  etnik 

xüsusiyyətlərini  göstərir.

“Dədə  Qorqud  kitabı”nda  qadınlar  dəfələrlə  “ak  yüzlü”  və  ya  “akça 

yüzlü”  kimi  təsvir  olunur  və  bununla  da  aristokrat  qadınlar  tarlalarda




Yüklə 207,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə