Xülasə "Dədə Qorqud kitabı"nın ingilis dilindən tərcüməsi Paul Mirobilə məxsusdur. "Dədə



Yüklə 207,4 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix21.06.2018
ölçüsü207,4 Kb.
#50450
növüXülasə
1   2   3   4   5   6   7   8

|Ы> 

QpMjbJ.

  •  

2013/IV

31

“ Sid”də ziyafət və banketlər eyni  mahiyyət kəsb  edir.  Sidin yenicə ərə 

getmiş qızlarının şərəfinə təşkil  etdiyi vida mərasimində həm  şənlik,  həm 

də  kədər hiss  olunur,  çünki  bu,  Sidin  onun  qızlarını  döyüb  incidən  kürə- 

kənlərindən  intiqam  alacağı  bir  səhnəni  yaradacaq!  Kolada  döyüşündən 

(bənd 59,60)  sonra, böyük qonaqlıq təşkil  olunur.  Burada əsl  şənlik hökm 

sürür.  Sid  qarətin beşdə birini  alır (12).

“Nibelung  haqqında  nəğmə”də  də  ziyafətlər  qəmli  mənzərəni  təsvir 

edir.  Ov zamanı Ziqfrid Hagen tərəfindən öldürülür və onun arvadınm in- 

tiqamı  Günterin,  Hagenin,  Krinbildin  və  başqalarının  qətlə  yetirildiyi 

ziyafətlərdə alınır.  2378-ci  stanzanın axırıncı  iki bəndi bu orta əsr dixoto- 

moiyasını  yenə  də  önə  çəkir:

“M onarxın bayram  şənliyi  indi  yasa döndü,

Belə ki,  şənlik haçansa  sonda kədərlə bitir.”

“B eovulf’da və  "Dədə  Qorqud  kitabı"nın  on  ikinci  boyunda yas  bay- 

ram  şənliyini,  kədər isə  sevinci  əvəz  edir!  Bununla belə,  biz  qeyd  etmə- 

liyik  ki,  bu  qanlı  mənzərələrlə  yanaşı,  şənlik  mərasimlərini  təsvir  edən 

uzun  səhnələr  də  var.  Məsələn,  on  altıncı  beytdə  (qitədə)  Ziqfridə  cən- 

gavərlik  titulunun  verilməsi  və  altmış  beşinci  beytdə  (qitədə)  Brunhldin 

Vomsda keçirilən toy  şənliyi buna misal  ola bilər!

Bizim  orta əsr eposlarımızın əksəriyyətində mələk motivi  mövcuddur, 

çünki  həm  islam,  həm  də  xristian  dinində  onlar  eyni  vəzifəni  daşıyırlar: 

onlar Allahın xəbər çatdıranlarıdır. Bununla belə,  onların “dini” vəzifələri 

eyni  olsa da,  onların “texniki”  vəzifələri  bir-birindən fərqlənir.

Beşinci boyda Əzrailin fəaliyyəti tamamilə dini mahiyyət kəsb  edir.  O, 

Allahla Dəli  Domrul  arasında  əlaqə  yaradır.  Ən  başlıcası,  Əzrail  Allahla 

danışır və beləliklə maraqlı bir iyerarxiya yaradır:

Dəli  Domrul/adam -  Əzrail/mələk -  Allah!

“Rolandın  nəğməsi”ndə  Cəbrail  Roland  və  Allah  arasında  bu  əlaqəni 

yaratmır,  o,  Rolandın  ölümünü icra etmək üçün  şairin yaratdığı  “texniki” 

vasitədir.  Çünki,  məhz Cəbrail Rolandın canını  alır!  Bunun dini mahiyyət 

daşımaması  (Cəbrail  bir obraz  olmaqdan  daha  çox,  bir xristian  ornamen- 

tidir) belə bir faktla izah  oluna bilər ki,  bu xristian “elementləri”  çox gü- 

man ki,  səlnaməçinin sonrakı tarixlərdə əsas mətnə etdiyi “əlavədir”  (13).

“ Sid”də  də  Cəbrail  “Rolandın  nəğməsi”  eposunda  oynadığı  rolu 

oynayır.  O,  Sidin  şücaətinin böyüklüyündən xəbər verir:  “O,  dərin yuxu- 

ya getdi,  Cəbrail  onun yuxusuna girdi:  “Atlan,  ey  nəcib  Kampidor,  atlan 

və  bir  saat  ərzində  qabaqda  çap,  heç  bir  cəngavərin  nail  olmadığı  uğuru 

qazan.”

Motivlər haqqında bu  qədər,  indi  də gəlin məcazları  müzakirə  edək.




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

32

M əcazlar

Türk və Avropa mənşəli  olmasından asılı olmayaraq,  orta əsr epik ədə- 

biyyatında  ozanlar  məcazlardan  istifadə  etməklə,  orta  əsr  düşüncəsini 

obrazlı  bir dillə ifadə  etmişlər.

Reallığı  dəyişməklə  sonsuz  olaraq bir əşyadan başqasına keçmə,  ardı- 

cıl  şəkildə  əşyadan  sözə  və  ya  sözdən  əşyaya  keçmə  Avropa-türk  ağız 

ədəbiyyatını yaradan əsas keyfiyyətlərdir. Hiperbola, metafora, müqayisə, 

metonimiya,  təşxis  qəhrəmanlıq  dünyasını  təsvir  etmək  üçün,  ozanların 

istifadə  etdikləri  texniki vasitələrdir;  bunlar qəhrəmanlıq  səhnələrini  çək- 

mək üçün  ozanların işlətdikləri  rənglərdir.

Gəlin ən çox işlənən məcazlardan biri olan müqayisədən başlayaq. Dö- 

yüşlərin  amansızlığı  təbiət-silah  müqayisəsi  ilə  təsvir  edilə  bilər,  çünki 

bunların  hər  ikisi  orta  əsr  düşüncəsi  üçün  məhvedici  təsirə  malik  idi. 

"Dədə  Qorqud  kitabı"nda  Qazanın  nizəsi  düşmənin  sinəsindən  şimşək 

kimi  keçir:

“Göksünden  şimşek gibi  öteye geçdi.”

Nizə öz sancılma sürətinə görə şimşəklə müqayisə edilir. “Zil qara”  saç 

adətən cida və ya qarğı  ilə müqayisə  olunur:

“Karğı  gibi  kara  saçımı yolduğum  çok.”

Bu  saç-qarğı  müqayisəsi  saçın  rənginə  və  möhkəmliyinə  əsaslanaraq 

edilə bilər.  Beyrəyin  deyiklisi  Banı  Çiçəiyn gümüşü biləkləri  var:

“ ...  gümüş  gibi  ak bilegini  açtı,  elini  çıkardı.”

Banunun gümüşə bənzər biləkləri bir neçə semantik-bədii dəyər daşıya 

bilər.  Ola bilsin  ki,  ozan-şaman  imancına  görə,  kosmoloji  nərdivanın  al- 

tıncı  qatının,  cənnətin  rəmzi  olan  ayı  nəzərdə  tutur  (14).  Biləklər,  həm- 

çinin güc rəmzidir. Banı məşhur pəhləvan və mahir ox atıcısıdır. Bu bilək- 

gümüş müqayisəsi  bütün  eposda bir dəfə və yalnız Banı üçün işlənir.

Assonans  fiquru  əsasında yaranmış  müqayisələrlə,  Qazan  oğlu  Uruza 

təhlükəli  düşmənin nişanələrini  öyrədir:

“Kara deniz gibi  çalkanıp  gelen,

Kafirin askeridir.

Güneş  gibi  ışıldayıp  gelen,

Kafirin başında mığteridir.

Yıldız gibi  parlayıp  gelen,

Kafirin mizrağıdır.”

Uruza  məlum  olan  əşyalar,  dəniz,  günəş  və  ulduzlar Uruzun  hələ  bil- 

mədiyi  məvhumlara,  kafirlərə  köçürülüb.  Təbiətə  aid  bu  məfhumların 

gücü kimi,  düşmən  ordusunun gücü  də,  nəzərə  alınmalıdır.  Ata müharibə 

və  ona  qarşı  ehtiyat  tədbirlərini  müqayisələr  vasitəsi  ilə  oğluna  öyrədir. 

Şiddətli  döyüşləri təsvir etmək üçün,  dastan qoşanların işlətdikləri  müqa- 

yisələr deyilənlərin  daha güclü və təsirli  səslənməsinə  imkan verir və bu




Yüklə 207,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə