Xülasə "Dədə Qorqud kitabı"nın ingilis dilindən tərcüməsi Paul Mirobilə məxsusdur. "Dədə



Yüklə 207,4 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix21.06.2018
ölçüsü207,4 Kb.
#50450
növüXülasə
1   2   3   4   5   6   7   8

|Ы> 

QpMjbJ.

  •  

2013/IV

39

qan  qarşılaşdırılmasına inanmalı  olsaq,  bu varlığın  qanında  çimmək Ziq- 

fridin gücünü “artırır” .

Digər tərəfdən,  “Rolandın Nəğməsi”  və “Beovulf”  eposlarında  əjdaha 

bədii nitqin başqa bir səviyyəsində,  metaforik və alleqorik səviyyədə işlə- 

nir.  Bayraqdar Amburun daşıdığı bayrağın üzərində olduğu kimi,  Sarasen 

Abismin  qalxanı  üzərində  də  əjdaha  şəkli  var.  Sonuncu  döyüşdə  bayraq 

kəsiləndə,  artıq hücum  edilən “adam”  deyildi,  əjdahanın  özü idi:

“Dragon  and  ensign  and  all  upon the plain”  (strophe  3550)

(əjdaha,  bayraq və hər  şey yerə  sərilib).

Burada  sadəcə  oaraq,  əjdaha  metaforası  yoxdur,  burada  şəxsləndirmə 

var.  Bunula  belə,  “Rolandın  Nəğməsi”ndə  əjdaha  metafora  kimi,  daha 

geniş  yer tutur.  Bu  mistik  monastrlar  düşməni  qorxutmaq  üçün,  qalxan- 

ların üzərində həkk olunurlar.  Əslində,  orta əsr Avropası heyvanlara sitay- 

iş  etməkdə  idilər  və  bu,  bütün  sahələrdə  -   ədəbiyyatda,  plastik  işlərdə, 

metal  döymələrdə,  arxitekturada  öz  təcəssümünü  tapırdı,  çünki  heyvan- 

lara  sitayiş  onların  inanclarında,  gündəlik  həyatlarında  qalmaqda  idi. 

Rolandın  öz bayraqdarı  üzərində  aslan  şəkli  çəkilmiş bayraq  daşıyırdı  və 

onun  qonfalonunun üzərində  əjdaha və  quş  şəkli  çəkilmişdi.

Bu  heyvan  obrazları  yəqin  ki,  orta  əsr  oxucusunu təəccübləndirmirdi. 

Maraqlı  olan  orasıdır ki,  biz bunlara həm  türk,  həm  də Avropa incəsənə- 

tində rast gəlirik. Bu,  şübhəsiz, insan-heyvan yaxınlığından irəli gəlir.  On­

lar eyni  damın  altında yaşayırlar!

"Dədə  Qorqud  kitabı"nda  heyvanlar  adamlarda təcəssüm  etdirilə  bilir 

(20).  Bu  monstrlar  insanların  fantaziyasının  və  yuxusunun  məhsuludur. 

Salur  Qazan  yuxuda  quduz  canavarlar,  Yegnək  ağ-boz  atları  görür.  Çar- 

lemaqne  yuxusunda fantastik varlıqlar,  leopardlar,  əjdahalar,  əcaib  qurd- 

lar,  ayılar  və  iblislər  görür  (bənd  185).  Adamlar  şirlərlə  vuruşur.  Xan 

Turalı,  Sid  şirləri  məğlub  edirlər və  bu  zaman  onlar  sanki  cəngavərlərlə 

vuruşurlar:

“ ...  ,  e  adelno pora’ leon;

El  leon  quando lo vio,  assi  enverqonço”  (strof 112)

(O,  düz vəhşinin üzərinə yeridi.  Şir onu görəndə  çox bərk qorxdu). 

İnsan və heyvan  arasında bu mübadilələr elə  sıx idi  ki,  fantastik,  hətta 

qeyri-adi  form ada  təsvir  edilmiş  varlıqlar  yaradılırdı.  Frank  kralı 

Çilperikin yuxusu buna bir sübut ola bilər ki, heyvan motivləri yaradan bu 

“əbədi  yuxular”  ya  dastan  qoşanların  özlərinin,  ya  da  başqalarının 

təəssüratıdır.

Uydurulmuş Fredeqare adlı altıncı  əsrdə yaşamış bir səlnaməçinin yaz- 

dığına görə, Kral yuxusunda  görür ki, rəmzləri  canavar,  ayı  eləcə də “ek- 

zotik aləmə”  aid şirlər,  leopardlar, taydişlər və başqa kiçik heyvanlar olan 

bütpərəst  Şimali  Alman tayfaları  ilə təmasda  olacaqlar.  Bu yuxu  orta  əsr




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

40

dünyasını  heyvan-insan  əlaqələrinin  mövcudluğu  baxımından  təqdim 

edir.  Kral  çox güman ki,  İncildən və  eləcə  də,  özünün  şimal  ədəbiyyatın- 

dan yaxşı xəbərdardı  (baxmayaraq ki,  taydiş eybəcər şəkil  almış at da ola 

bilərdi).  Bu yuxudan  dövlət rəmzləri  yaranmağa başlayır.  Saliklərin  əlif- 

bası buna gözəl misal  ola bilər.  Baş hərflər arasında heyvana xas hissələri 

quyruqlar,  ayaqlar,  gözlər  hətta balıqlar və  bitkilər  görə  bilərik.  Orta  əsr 

heykəltəraşları  (xüsusən  Qotik)  öz fantaziyalarını və yuxularını  qarqaoil- 

llərin  timsalında  təcəssüm  etdirirlər.  Bu  qeyri-adi  şəkildə  təsvir  edilmiş 

varlıqlar  yarım-adam,  yarım-heyvan  şəklində  olurdular.  Hətta  paytaxt 

şəhərlərdə rəssamlar qəribə formalı hibrid varlıqlar yaradırdılar. Məsələn, 

onlar  iri  caynaqları  və  uzun  tüklü  quyruqları  olan  adam  şəkilləri  çəkir- 

dilər.  Bu heykəltəraşlıq nümunələri  adamları və heyvanları  qeyri-adi  şək- 

ildə təsvir  edirdi.  Əgər biz  zərgərlik  məmulatlarına  nəzər  salsaq,  görərik 

ki,  Viskot bəzək  sancaqları  qartal  formasında düzəldilirdi  (21).

Əjdahaya gəldikdə, orta əsr təfəkkürü (həm türk həm də Şimali Alman) 

onu  “real  heyvan”  əsasında  yaratmağa  çalışmışdı.  Əjdahalar  qurd  və  ya 

ilana oxşadılırdı. Bunlar,  onların hər gün rast gələ bildikləri heyvanlar idi, 

lakin o,  onların deformasiya uğradılmış,  rəssam və heykəltəraşların fanta- 

ziyasında  yaradılmış  forması  idi  və  “ənənəvi  əjdaha”  formasında  təsvir 

olunurdu.  Həqiqətən  də,  Qazan  əjdaha  öldürən  qəhrəman  olması  ilə 

öyündükdən  sonra deyir:

“Bir yılanda ne var ki,  korktun  dedim” .

“B eovulf’da qorxunc bir cəngavəri  alleqorik formada təcəssüm etdirən 

əjdahaya,  normadan  artıq  böyümüş  bir  ilan  və  ya  qurd  kimi  baxılır. 

Anqlo-saks  dilində  “wyrm”  sözü  ilan  mənasında  işlənir.  “B eovulf’un 

monstrların və  cəngavərlərin  mövcud  olduqları  fantastik  aləmində,  əjda- 

ha  Beovulfu  öldürür  və  beləliklə,  bu  vəhşinin  qüvvəsinin  fəaliyyətinə 

imkan yaradır.

Orta  əsr  dünyası  şübhəsiz,  şəkildəyişmənin  hansısa  bir  formasında 

ifadə  olunur,  yuxular  söz  və  incəsənət  nümunələri  vasitəsi  ilə  təcəssüm 

etdirilir.  İnsanların  qorxusu və  ehtiramı  öz  əksini  buğalara,  su pərilərinə, 

qartallara,  şahinlərə,  canavarlara olan münasibətlərində tapır.  İnsan -  hey­

van  obrazı  həm  türk,  həm  də  Şimali  Alman  incəsənət  nümunələrində  tə- 

cəssüm  etdirilmişdi.  Gəlin  yaddan  çıxarmayaq  ki,  Hun  cəngavərlərinin 

bayraqdarları  üstündə  əjdaha  şəkilləri  olan  bayraqlar  daşıyırdılar.  Göy 

Türk  imperiyası  zamanı  bayraqdarlar  üzərində  qurd  şəkli  çəkilmiş  bay­

raqlar daşıyırdılar!

Heyvanlardan adamlara,  adamlardan heyvanlara dastan  qoşanların (və 

eləcə  də,  tamaşaçıların)  duyğularının  mübaliğə  (şişirtmə)  dərəcəsini  mü- 

əyyənləşdirən  amil  budur.  Bu  mübaliğəni  ifadə  etmək üçün  işlədilən  dil 

fiquru,  pleonazm  həm  türk,  həm  də  Şimali  Alman  eposları  üçün  ümumi




|Ы >   QpMjbJ.  •   2013/IV

41

bir  vasitədir.  "Dədə  Qorqud  kitabı"nda  göz  yaşları  həmişə  gözdən  axır, 

lakin  onlar sadəcə  olaraq  axmır:

“Boncuk boncuk gözlərinin yaşı  akar”

Tamaşaçıya göz yaşlarının gözlərdən axdığıı  söyləmək olduqca lazım- 

sız  bir  işdir,  lakin  bu  formulanın  burada  işlənməsi  qeyri-adi,  drammatik 

bir səhnə yaradır.  Bu formula aşağıdakı  şəkildə bütün kitabda işlənir: 

“Ağız  dilden bir kaç kelme haber bana” . 

və ya:

“Ağız  dilden kız kişi,  haber bana” .



Əsas ünsiyyət vasitəsi  olan gözlər və  ağız  sinekdoxa kimi  işlənmişdir. 

Bu  formulaların  daimi  işlənməsi  ilə  ağız  və  gözlər  bütövlükdə  şəxsi 

təcəssüm  etdirir!  Bu  iki  pleonazm  formulalarına  həmçinin  “ Sid”  və 

“Ronaldın nəğməsi”  eposlarında da rast gəlirik:

“diziendo  de la bocca:  nou verre  Carrion”  (strof 112)

(ağızdan  deyərək;  Mən Karrionu görməyəcəyəm).

Və ya demək olar ki,  hər yerdə işlənən  aşağıdakı  formula:

“loravan  de los  ojos”  (strof 132)

(Gözlərindən yaş tökərək).

Ağız  ədəbiyyatında  səslərin yaratdığı  aləm bu  ədəbiyyat üçün  çox va- 

cibdir.  Hər bir nağıl,  qəhrəmanlarının  göstərdikləri  şücaətlərin  əks-səda- 

sını  “səsləndirməlidir” .  Səslərin  yaratdığı  bu  aləm  həm  türk  ozanlarının, 

həm  də Avropa bardlarının işlətdikləri  metonomiya vasitəsi  ilə tamaşaçı- 

lara  çatdırılır.  "Dədə  Qorqud  kitabı"nda  semantik  dəyər “daşıyan”  sözlər 

cüt-cüt işlədilir.  Məsələn,  “gumbur-gumbur”  döyüş təbillərinin  “səsidir”, 

“qıyma-qıyma”  kəsilən ətin (qılıncla doğranan bədənin) “ səsidir”,  “qatar- 

qatar”  yalnız  bir-birinin  ardınca  gedən  dəvələrin  çoxluğunu  göstərmir; 

isimlərin  bu  şəkildə  cütləşdirilməsi  qatar-qatar  gedən  dəvə  karvanının 

“səsinin”  tamaşaçıların  qulağında  “cingildəməsinə”  imkan  yaradır.  Bu, 

eyni dərəcədə “tövlə-tövlə” ifadəsinə də aiddir. Bu ifadə, yalnız ağzınacan 

atla  dolu  olan tövlə  deyil,  həmçinin  içərisində  atların  kişnədiyi  və  təpik- 

ləşdiyi bir tövlədir.  “Hönkür-hönkür”  sadəcə olaraq ağlayan bir şəxsi gös- 

tərmir,  dinləyici  bu  alliterasiyalı  metonomiyanın  sayəsində  tökülən  göz 

yaşlarının  səsini  “eşidir” .  Bu,  eni  ilə “boncuk-boncuk”  (tökülən göz yaş- 

larının  səsi)  və  “kah-kah”  (gülüş  səsi)  ifadələrində  də  belədir.  İstər  allit- 

erasiya olsun,  istərsə  də  assonans  səslərin bu cür “canlandırılması”  ozan- 

ların  teatrlaşdırdıqları  tamaşalarda  məharətlə  işlətdikləri  bir  texniki 

vasitə,  metonomiya fiqurudur.

Biz  “Beovulf”  və  “Nibelung”  eposunu  oxuduğumuz  zaman  bunları 

açıq-aşkar  görə  bilirik.  “B eovulf’da  “buildings  clatter”(strophe  770) 

(binalar  guruldayır),  “fighters  crash”(strophe  777)  (döyüşçülər  məhv 

olur),  nifrət  bildirən  nəğmələr  “skreemed”(strophe  787)  (nalə  çəkirdi),




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

42

Kralın  zalı  “thundered”(strophe  767)  (guruldayırdı),  locked  ring  shirtts 

“clink”(strophe  1890)  düymələnmiş  halqalı  köynəklər  “cingildəyirdi” 

kimi  ifadələrdən  Beovulfun  əzəmətli  boy-buxunu  “eşidilir”,  çünki  onun 

addım  səsləri  eşidilə bilir!

“Nibelung”  eposunda  “the  crash  o f  shofts”(strophe  1610)  (nizələrin 

qırılması),  “broads  words  klashed”(strophe  2081)  (qordaların  toqquş- 

ması),  bridls  “jingl”(strophe  1305)  (yüyənlərin  cingiltisi)  və  “o f  hoofs 

was heard the clatter”(strophe  1602) (at ayaqlarının tappıltısı) eşidilə bilir.

Bütün  bu  epik  səslərə  görə,  bu  eposları  “Epik  Operalar”  da  adlandır- 

maq  olar!  Doğrudan  da,  bu  dastanlar yalnız  qopuzlar və ya arfalarla  (22) 

müşayət olunmurdu,  eləcə də,  ozanların özlərinin döyüşlərlə bağlı “musi- 

qili  şərhləri”  ilə  bağlı  müşayət  olunurdu,  çünki  dinləyicilər  bu  musiqili 

şərhi  sözün  xaricində,  söylənilən  dastanların  özünün  xaricində  eşitməli- 

dirlər,  keçmişin “səsi”  “musiqi” ilə indiyə daşınmalıdır. Biz də elə bu mu- 

siqi  formasını tədqiq  edəcəyik!  Bu qarşılıqlı Ağız -  Qulaq münasibətini!



QEYDLƏR

1.  “Ahi!  Culvert,  malvais hom de put’aire,”  (verse 763)

(Ah!  Qorxaq yaramaz,  iyrənc cinayətkar, bic doğulmuş)

2.  Beowulf, Howell D.  Chickering,  Jr.  edition Anchor Books,  1977.

3.  Məsələn,  biz  altıncı  boyda  bu  formulaya  rast  gəlirik:  “Adı  güzel  Muhammede 

salavart getirdi.”

4.  “Stanza”  or “laisse”  103.

5.  Həmin müəllif,  həmin əsər.  95

6.  Baxmayaraq  ki,  bu  Rossi  və  Baconun  1919-cu  ildə  Kaliforniya  Universitetində 

nəşr etdirdikləri “The lay  of the  Cid”  əsərində yoxdur.

7.  Anferdin  qılıncı  “Hruntinq”  adlanır  və  metafora  vasitəsi  ilə  ifadə  olunmuş  bu 

sözün  mənası  “qan döyüşündə  bərkidilmiş”dir.  Şimali Alman tayfaları  qılıncı  daha  da 

möhkəm  olsun deyə,  onu  suya batırırdılar.  Metalı  emal  edərkən aparılan fəaliyyətlər -  

döymə,  möhkəmlətmə və yenidən qızdırma həm türk,  həm də  Şimali Alman tayfalarına 

xas olan fəaliyyətlər idi.

8.  Bu,  poetik bir şişirtmə deyil.  Onuncu əsrdə yaşamış  Çin səlnaməçisi  Pien-i-Tien 

bu türk adətini belə təsvir edirdi:  “Bəzi böyük şəxsiyyətlərin ölümündən sonra onlar öz 

üzlərini bıçaqla kəsirdilər və gözlərindən axan yaş qana qarışırdı...” Biz “Nibelunq” epo­

sunda oxuyuruq:  “And wept  so  that for sorrow  ran blood from out her eyes  so bright” 

(stanza  1069)  (Və  elə  ağladı ki,  kədərdən onun gözlərindən al qan axdı).  Bu bir adətin 

nümayişidir ya bədii vasitədir?

9.  Qara Günə maraqlı bir şəxsiyyətdir;  anadan olmasına görə o, bir şaman kahinidir: 

“kara boğa derisinden beşiğinin örtüsü ban hiddetli tutunca kara taşı kul eyleyen,...”,  öz 

vəzifəsinə görə o, bir yuxu yozandır.

10.  Qədim Alman dilində qartal “falte”  adlanır.  Bunu qeyd etmək maraqlı olardı ki, 

Şimali  Alman  tayfalarının  və  türklərin  ov  üçün  istifadə  etdikləri  bu  quş  Ziqfridin 

simvoludur.  Bu iki qartal  (bədbəxtlik gətirənlər) Hagen və  Günterdir.  Günterin planları 

əsasında Hagen Ziqfridi öldürəcək.

11.  The Nibelungenlied.  George Henry Needler.  Henry Holt and Compan.  1905.

12.  "Dədə  Qorqud  kitabı"nda  biz  bu  eyni  adətə  iki  halda  rast  gəlirik:  “Ak  alınlı




|Ы> 

QpMjbJ.

  •  

2013/IV

43

Bayandır Hana  pencik  çıkardı”.  Biz  buna  “Sid"  eposunda  da  rast  gəlirik:  “Və  mənim 

ağam  Sidin beşdən bir  payı  qətiyyən  unudulmamalıdır”  (Cadieronle  en  quinta  al  Çid 

seys çientos cavallos,...(strophe  121)).  Sid kimi, türk xanları da əldə  edilən qənimətdən 

dəvə,  at və  s.  heyvanlar alırdılar.  Sid altı yüz at,  dəvə və  qatır alır.  Erginin tərtib  etdiyi 

yeni nəşrdə Azəri sözü “pencik” əvəzinə “hisse”  işlənmişdir.  (yeddinci boy)

13.  Bu  məsələ  ilə  bağlı  bax:  Joseph  Dugga’s.  Formulatic  Style  and  Poetik  Craft. 

University of California Press.1973.

14.Bunu da qeyd etmək lazımdır ki,  gümüşü-ağ -  Ay Allahı ilə  əlaqələndirilir.

15. 


“Gibi”  qədim türk dilində  işlənən “kip”  sözü əsasında yaranmış  maraqlı bir eti- 

mondur. Bu, Türkiyədə icra olunan bir şaman adəti ilə bağlıdır:  “saman doldurulmuş at” 

və ya “saman doldurulmuş qab” anlamını ifadə edir və çox güman ki, şaman ayinlərində 

istifadə  olunan bir təsvir  imiş.  Atın bu  şəkildə  təsviri  “kipigibi”  adlanırdı.  Samandan, 

dəridən və atdan istifadə olunması atla bağlı idi.  Bu heyvana bu cür sitayiş həm iqtisadi 

baxımdan,  həm də dini baxımdan irəli gəlirdi.

16.  “Porc” “pig”  (donuz)  sözü vasitəsilə də tərcümə edilə bilərdi.

17. Türk sözü olan “oturmaq” həm “əyləşmək”, həm də “yaşamaq” mənasını bildirir: 

doğrudan da,  “sərilmiş” xalça oturmaq və yaşamaq üçün yer anlamını ifadə edirdi.

18.  “Hiperbola ədədləri”ni 40,  33,  99 kimi “islami ədədlər”lə müqayisə et!

19.  “scarlet-bright”  ifadəsini “alaca kanı”  ifadəsi ilə  müqayisə et!

20.  Bu  o  deməkdir  ki,  heyvan  “heyvan  olaraq”  qalır,  lakin  insani  xüsusiyyətlərə 

malik olur.  Məsələn, Bamsı Beyrək öz atı ilə elə danışır ki, elə bil qadınla danışır.

21. Bu da maraqlı bir faktdır ki,  həm Viskoslar, həm də Ostrogoslar Qərbi Avropaya 

köç  etməzdən  əvvəl,  bir  müddət  Rusiyanın  cənubundakı  ərazilərdə  hunlarla  təmasda 

olublar.


22. Anqlo-Saks bardlannın istifadə etdikləri bu çalğı aləti çox güman ki, Almanların 

dəyirmi şəkildə olan lirasıdır.



İngiliscədən tərcümə edəni: FiLüf.d. Seyran  Əliyev

Rəyçi: fil.ü.e.d.  S.Rzasoy

Yüklə 207,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə