Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
484 
hərəkətləri təkrar-təkrar yerinə yetirirdi. Rəqəmlə idarə olunan köməkçi 
avtomatların tətbiqi çevik istehsal sistemlərinin yaranmasında ilk addım 
idi.  
 
Verilmiş  sayda  hissələrin,  əl  əməyinin  müdaxiləsi  olmadan  tam 
avtomatik  emal  olunması  üçün  emal  mərkəzlərinin  texniki  imkanları 
hələ  kifayət  etmirdi.    Bu  məsələnin  həlli  istiqamətində  ilk  addım  60-cı 
illərin  ortalarında  atılaraq,  transfer  xətlərində  bir-birinin  ardınca 
qoşulmuş dəzgahlar tətbiq olunur. Bu, ilk  dəfə olaraq ABŞ-da fəaliyyət 
göstərən  İnternational  Harvester  şirkətində  tətbiq  olunur.  Pəstahların 
ayrı-ayrı  yerlərdə  emalı  bir  mərkəzi  kompyüter  tərəfindən  nəzarət 
olunurdu.  
 
İri  seriyalı  istehsalda  böyük  sayda  pəstahın  hazırlanması 
avtomatlaşdırılmış texnologiya ilə uğurla həyata keçirildiyi  halda, kiçik 
seriyalı  istehsalda  bu  texnologiyaların  tətbiqi  əlverişli  deyildi.  Kiçik 
seriyalı  istehsalda  avtomatlaşma  dərəcəsini  artırmaq  üçün  emal 
mərkəzləri  və  transfer  xətlərinin  sintezindən  ibarət  texnoloji  prosesin 
əsasları işlənməli idi.  
 
Kiçik və orta seriyalı istehsalda proseslərin avtomatlaşdırılması üçün 
1970-ci  ildə  Ropol  və  Doletsalek  yeni  çevik  istehsal  sistemlərinin 
işlənməsini təklif edirlər.  
 
Onlar  yeni  istehsal  sistemində  avtomatlaşdırılmış  emal  prosesini 
yerinə  yetirmək  məqsədilə  informasiya,  enerji  və  material  axınının 
maşın sistemində cəmləşdirilməsini nəzərdə tuturdular. Bu, o demək idi 
ki,  ayrı-ayrı  dəzgahlar  ümumi  texnoloji  sistemin  tərkib  hissəsi  olub, 
prosesin  ümumi  informasiya  və  material  axınına  inteqrasiya  olunur. 
Emal  mərkəzlərindən  fərqli  olaraq,  burada  tətbiq  olunan  dəzgahlardan 
yalnız  öz  imkanlarını  mövcud  texnoloji  prosesdə  iştirak  edən  başqa 
dəzgahlara uyğunlaşdırılması tələb olunurdu [3.16]. 
 
İnteqrasiya  olunmuş  çevik  istehsal  sistemləri    bir  neçə  emal 
mərkəzindən ibarət olub, həm də ölçü və təmizləmə maşınları və termiki 
emal  avadanlıqlarını  özündə  cəmləşdirir.  Avtomatik  nəqledici  sistemlər 
emal  olunan  hissələri  bir  əməliyyat  yerindən  başqasına aparır. Prosesin 


Avtomatlaşdırmanın yayılması 
 
485 
çevik yerinə yetirilməsi üçün lazım olan informasiya mərkəzi hesablama 
maşınında yığılır, emal olunur və yerinə yetirilir (şəkil 3.26).    
 
Çevik  istehsal  sistemlərində  istifadə  olunan  dəzgahlar  adətən  CNC-
emal  mərkəzləridir.  Dəzgahlarda  alət,  pəstah  maqazinləri,  ölçü  və 
nəzarət  sistemləri  avtomatlaşdırılmışdır.  Material  axını  qurğuları  
nəqliyyat,  yükləyici  və  boşaldıcı  qurğu  və  anbarlardan  ibarətdir. 
Elektron  idarə  olunan  sistem  və  diyircəklərlə  təchiz  olunmuş  nəqliyyat  
arabaları,  palet  avadanlıqları  və  robotlar  emal  olunan  hissələrin,  bəzi 
hallarda  hətta  alətlərin  də  ayrı-ayrı  emal  mərkəzləri,  anbarlar  və  aralıq 
yığma məntəqələri arasında daşınmasına xidmət edir.  
 
İnformasiya sisteminin  vəzifəsi çevik  istehsal sistemlərində prosesin 
idarə  və  nəzarət  olunmasından  ibarətdir.  Buraya  işçi  planların  və  idarə 
informasiyalarının  hazırlanması  və  həmçinin  texnoloji  prosesin  təşkili 
və  verilənlərin  yığılması  üçün  proqramlaşdırma  sistemləri  daxildir. 
 
Bununla  avtomatik  yerinə  yetirilən  emal  prosesində  tətbiq  olunan 
sistemlərin  nəzarət  və  idarə  edilməsi  sexin  mərkəzi  iş  prosesinə 
çevirilərək getdikcə əl əməyindən avtomatik hazırlama prosesinə  keçidi 
formalaşdırırdı.  
 
Doletsalek  və  Ropol  hələ  60-cı  illərin  sonunda  anlamışlar  ki, 
ineqrasiya olunmuş texnoloji sistemlər heç də utopiya olmayıb, mövcud 
texniki imkanlardan istifadə etməklə həyata keçirilə bilən bir konseptdir. 
O  da  məlum  idi  ki,  belə  bir  istehsal  sisteminin  yaradılması 
dəzgahqayırma  və  idarəetmə  sistemlərinin  istehsalçıları  qarşısında  yeni 
tələblər qoyurdu.  
 
İlk  çevik  istehsal  sistemi-  “System  24”  Firma  Molins  Machine  Co
tərəfindən  İngiltərədə  yaradılmışdır  (şəkil  3.27).  Bu,  sistem  böyük, 
əlvan  metallardan  hazırlanmış  hissələri  pəstah  maqazinindən  götürərək 
bir və ya bir neçə dəzgaha nəql etməyə və verilən tələblərə uyğun olaraq 
emal  etməyə  imkan  verirdi.    “System  24”  sisteminin  texnoloji 
üstünlüklərinə  baxmayaraq,  o  dövrdə  idarə  sistemlərinin  kifayət  qədər 
inkişaf  etməməsi  nəticəsində,  bu  sistem  geniş  tətbiq  oluna  bilmir  və 
onun istehsalı  dayandırılır. 60-cı  illərin sonunda, ABŞ-da  NC  dəzgah- 


Avtomatlaşdırmanın yayılması 
 
486 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şə
k
il
 3
.2
6

Ç
e
v
ik
 i
st
eh
sa

si
st
e
m
in
in
 s
x
e
m
a
ti
k
 t
əs
v
i
r
i

 



 r
əfl
ər
ə 
q
u
ll
u
q
 ed
ən 
a
v
t
o
m
a
t,
 2
-r
əfl
ər
,
 3
-a
r
al
ı
q
 m
ənt
əq
ə,
 4
-d
əz
g
ah
 p
al
etl
ər

ü
çü
n
 yü
kl
əm
ə 
m
ənt
əq
əs
i
,
 5

a
q
u
li
 
e
m
a
l m
ərk
əz
i
, 6
-y
ükl
əm
ə 
v
ə 
bo
ş
a
l
t
m
a
 t
ər
t
i
b
at
ı
,
 7
-d
əz
g
ah
 s
p
u
tn
ikl
ər
in
i y
ığ
m
aq
 ü
çü
n
 y
er
, 8
-r
e
l
s
 
ü
zr
ə 
h
ər
ək
ət
 
ed
ən 
r
ob
o
t
,
 9

fi
qi
 e
m
a
l
 m
ərk
əz
i
,
 
10
-i
k
it
ər
əf
l
i
 
al
ət 
m
aq
az
in
i,
 
11
-al
ət
ö
t
ür
ən
 m
ənt
əq
ə,
 
12
-r
e
l
s
 
ü
zr
ə 
h
ər
ək
ət
 
ed
ən
 r
ob
o
rt
,  
   
  
13
-b
ər
k
i
tm
ə 
v
ə 
a
ç
m
a
 m
ənt
əq
əs
i
,
 
14
-f
ı
r
l
a
n
a
n
 
k
r
a
n
,
 
15
-d
i
y
i
rc
ək
l
i
 
y
o


 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə