Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
470 
texnologiyanın  ləng  yayılmasının  səbəbini  qiymət-səmərə  nisbətində 
görürdülər.  Dəzgahların  və  idarəetmə  sisteminin  baha  başa  gəlməsi  ilə 
bərabər  idarə  proqramlarının  hazırlanması  və  onların  informasiya 
daşıyıcılarına  köçürülməsi  böyük  maneə  olaraq  qalırdı.  Bu  problem 
əlverişli idarəetmə sxemlərinin yaranması ilə aradan götürülə bilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.16. Bir oxlu rəqəmli torna dəzgahının prototipi, 1958.
 
 
 
 
1960-cı  illərin  əvvəlində  rəqəmli  idarə  olunan  dəzgahların 
inkişafında  əsasən  üç  istiqamət  nəzərə  çarpır.  İdarəetmə  texnikasının 
daha  da  inkişaf  etdirilməsi,  yeni  proqramlaşdırma  üsullarının  işlənməsi 
və  dəzgahların  NC  texnikasının  tələblərinə  uyğunlaşdırılması  bu 
tərəqqinin əsasında dururdu.    
 
Almaniyada ilk NC dəzgahı 1960-cı ildə AEG firmasının hazırladığı, 
interpolyator  və  deşikli  lentlərlə  işləyən  dəzgah  idi.  Proqram  bu 
dəzgahda 5 sətirli perfolentin köməyi ilə yerinə yetirilirdi. Proqram bəzi 
həndəsi  elmentləri  (düzxətt,  çevrə)  hazır  tsikl  şəklində  tətbiq  edirdi 
(şəkil 3.17). Bu, proqramlaşdırmaya sərf olunan əməyi kəskin azaltmağa 
imkan yaratmışdır. Sonralar rəqəmli proqramların dəqiqliyini yoxlamaq 
üçün  xüsusi  oxuyucu  qurğulardan  istifadə  olunurdu.  Qurğular  proses 


Avtomatlaşdırmanın yayılması 
 
471 
dəzgahda  aparılmazdan  əvvəl  proqramda  olan  səhvləri  aşkar  etməyə 
imkan verirdi.  
 
Simens  şirkəti  də  başqa  alman  müəssisələri  kimi  NC  sistemlərin 
hazırlanmasına  başlamış  və  1960-cı  ildə  dəzgahlar  üçün  öz  ilk 
məhsulunu  bazara  çıxarmışdır.  Bu  sistem,  idarəetmə  sistemlərinin 
birinci nəslinin əlamətlərini özündə əks etdirirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.17. Analoq idarəemə sisteminə malik profil frez dəzgahı.
 
 
 
 
Az  sonra  Simens  firması  yeni  NC  sistemini  nümayiş  etdirir.  1965-ci 
ildə  Simens  ilə  Fanuc  firması  birgə  NC  sistem  yaratmağa  başlayırlar. 
Onlar  əvvəlcə  yüksək  elektrodinamik  xassələrə  malik  olan  addım 
mühərrikinin  yaradılması  ilə  məşğul  olurlar.  1970-ci  ildə  Hannoverdə 
keçirilən  sərgidə  AEG  firması  ilə  bərabər  Simensin  13  dəzgahqayırma 
müəssisələri  ilə  birlikdə  yaratdığı  DNC  (Direct  Numerical  Control-  bir 
başa rəqəmli  idarəetmə)    sistemi  də  vardır.  1975-ci  ildə  Simens  Yapon 


Avtomatlaşdırmanın yayılması 
 
472 
firması  Fanuc  ilə  birgə  SINUMERIK  CNC-mikroprosessorunu  işləyirlər 
(şəkil  3.18).  Yapon  firmalarının  bu  sahədə  rolu  da  getdikcə  artmağa 
başlayır. Yaponiyada NC idarəetmənin rolu gec anlansa da onlar qısa bir 
zamanda  öz  sistemlərini  inkişaf  etdirərək  Amerika  və  Avropa  arasında 
olan  fərqi  azaldırlar.  Burada  əsasən,    Fujitsi  və  Fanuc  firmalarının 
işlərini göstərmək olar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.18. SINUMERIK idarəetmə sistemi ilə təchiz olunmuş frez dəzgahı. 
 
 
80-ci  illərin  əvvəlində  artıq  NC  sistemlərinə  qarşı  böyük  texnoloji 
etibarlıq  yaranmışdır.  Bu  texnologiyanın  praktikada  tətbiqindən  alınan 
yaxşı  nəticələr,  onun  haqqında  olan  müsbət  təsəvvürü  daha 
möhkəmləndirmişdir.  Bu  dəzgah  tiplərinin  fərdi  və  kiçik  seriyalı 
istehsalda  iqtisadi  səmərələliyi  daha  aydın  nəzərə  çarpırdı.  Köməkçi 
vaxtın  azalması  və  proqramlaşdırmanın  asanlaşması  nəticəsində 
hissələrin  emalı  az  vaxtda  yerinə  yetirilə  bilirdi.  Digər  tərəfdən,  70-ci 
illərdə 
Avropada 
ixtisaslı 
fəhlələrin 
çatışmamazlığı 
yüksək 
avtomatlaşdırılmış maşınların tətbiqini tələb edirdi.         


Avtomatlaşdırmanın yayılması 
 
473 
3.2.3. Rəqəmli idarəetmə sistemlərinin tərkibi və  
 
 
proqramlaşdırılması 
 
 
Rəqəmli  idarəetmə  sistemlərinin  əsas  məqsədi  maşınlarda  işçi 
hissələrin  mövqeləşdirilməsinin  idarə  olunmasından  və  nəzarət 
edilməsindən ibarətdir. Mövqeləşdirmənin növündən asılı olaraq mövqe, 
xətti və kontur üzrə idarəetmə fərqləndirilir (şəkil 3.19). 
 
Mövqe  idarəetmə  ən  sadə  variant  olub,  maşının  işçi  hissələrini 
verilmiş  nöqtədə  bir-birinə  nisbətən  mövqeləşdirmək  və  bu  vəziyyətdə 
hər  hansı  bir  əməliyyatı  yerinə  yetirməyə  xidmət  edir.  Bir  nöqtədən 
başqa  nöqtəyə  hərəkət  boş  gedişdə  yerinə  yetirilir.  Buna  misal  olaraq, 
burğulama və qaynaq proseslərini göstərmək olar. 
 
Xətti  idarəetmə  emal  şəraitində  baş  verdiyindən  sistemə  böyük 
ağırlıq  düşür.  Dəzgahın  hərəkət  oxuna  paralel  hərəkət  zamanı  alət 
kəsmədə iştirak edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.19. Idarəetmə sistemlərinin növləri. 
 
 
Bu iki idarəetmə sisteminin üstün cəhəti onların sadə quruluşa malik 
olması  və  ucuz  başa  gəlməsindən  ibarətdir.  Sadə  əməliyyatlarda  tətbiq 
olunduğundan bahalı hesablama texnikasına ehtiyac qalmır.    


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə