Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
463 
konstruksiyaya  malik  təyyarə  hissələrinin  hazırlanması  mövcud  texnika 
ilə  səmərəli  yerinə  yetirilə  bilmədiyindən,  Parsons  məsələnin  yeni  həlli 
üzrə düşünməyə başlayır. O, 1949-cu ildə Hava Qüvvələri Nazirliyindən 
(Air  Force)  yüksək  sərtliyə  malik,  rəqəmli  proqramla  idarəolunan  frez 
dəzgahının hazırlanması üçün sifariş alır. Sifarişin  həcmi 200000 dollar 
məbləğində olub, 21 ay müddətində yerinə yetirilməli idi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.13. Rotor pərlərinin yoxlanması üçün şablon 
 
Yüksək mühəndis kontingentinə malik olmasına baxmayaraq, Parsonsun 
firması  bu  məsələnin  öhdəsindən  tək  gələ  bilmir.  Böyük  problem 
elektronika  və  idarəetmə  sahəsində  az  təcrübənin  olmasında  idi.  Buna 
görə də, Parsons MIT ilə əlaqəyə girib, alimlərlə birlikdə yeni dəzgahın 
hazırlanmasındakı  problemləri  həll  etmək  istəyir.  Nəticədə,  MIT  ilə 
Parsons  Corporation  arasında  1949-cu  ildə  müqavilə  bağlanır.  Bu 
müqaviləyə 
əsasən,  MIT-in  nəzdində  servomexanizmlər  üzrə 
ixtisaslaşmış  ötürmə  və  idarəetmə  texnikası  laboratoriyası  və  rəqəmli 
kompyüter  tədqiqatı  ilə  məşğul  olan  şöbələr  yeni  avtomatik  idarəetmə 
sistemini  yaratmalı  idilər.  Bu  institutda  müharibənin  sonundan 


Avtomatlaşdırmanın yayılması 
 
464 
başlayaraq  binar  verilənlər  əsasında  servo  idarəetmənin  əsasları  tədqiq 
olunurdu.   
 
Problemin  tədqiqi  ərəfəsində  məlum  olur  ki,  idarəetmə  sisteminə 
verilən  informasiyanı  mənimsəmək  üçün  IBM  kart  oxuyucusunun  gücü 
çatmır.  Bu  problemi  aradan  qaldırmaq  üçün  onlar  informasiyanı  lentlər 
şəklində  vermək  və  onun  oxunması  üçün  qurğunu  işləyirlər.  Bundan 
əlavə, hesablama texnikasının yaddaşı yeni texnoloji tələbat nəticəsində 
yaranan informasiya çoxluğunu emal etmək üçün kifayət etmir. Alimlər 
bu  problemləri  həll  etmək  üçün  yeni  kompleks  sistemi  yaratmaq 
qərarına  gəlirlər.  Parsonun  sadə  şəkildə  işləyən  idarə  sisteminin 
hazırlanmasını tələb etməsinə baxmayaraq,  MIT-in təklifi ABŞ-ın Hava 
Qüvvələri  Nazirliyi  tərəfindən  bəyənilir  və  layihənin  vaxtı  uzadılmaqla 
yeni  maliyyə  vəsaiti  ayrılır.  Böyük  və  mürəkkəb  ştampların  mexaniki 
emal  yolu  ilə  hazırlanmasında  yaranan  problemləri  aradan  qaldırmaq 
üçün  5  koordinatlı  frez  dəzgahının  yaradılması  təklifi  getdikcə 
sənayeçilər tərəfindən daha güclü şəkildə dəstəklənməyə başlanır.  
 
1951-ci  ildə  MIT-də  artıq  3  koordinatlı  frez  dəzgahın  prototipi 
hazırlanıb  sınaq  üçün  istifadəyə  verilir.  Bu  dəzgahda  informasiyanı 
idarəetmə  sisteminə  daxil  etmək  üçün  üzərində  yazı  yaddaşı  olan 
perfolentdən  istifadə  olunmuşdur.  MIT,  sənayenin  marağını  rəqəmli 
proqramla  idarəetmə  sisteminə  yönəltmək  üçün  apardığı  gərgin 
texnoloji  transfer  işlərindən  sonra,  1952-ci  ildə  çoxlu  sayda 
sənayeçilərin  iştirakı  ilə  baş  tutan  üç  günlük  seminarda  bu  dəzgahı 
nümayiş etdirməyə nail olur.  Burada, üç koordinatlı dəzgahın idarəetmə 
sisteminin işləmə qabiliyyəti təsdiq edilir.  
 
Qısa  bir  müddətdən  sonra  MIT,  Glenn  Martin  Company,  Bendiks 
Corporation  və  Kearney&Trecker  firmaları  arasındakı  birgə  işin 
nəticəsində  komersiya  məqsədilə  ilk  rəqəmli  idarəetmə  sistemi 
hazırlanıb 
bazara 
çıxarılır. 
Ancaq 
bu 
sistemlərin 
yayılması, 
müəssisələrin  onun  iş  qabiliyyətinə  inanmaması  nəticəsində  ləng 
gedirdi.  Bu  məsələni  araşdırmaq  üçün  MIT  1954-cü  ildə  NC 
texnikasının  sənaye  şəraitində  etibarlığını  yoxlamaq  üçün  bir  layihəni 


Avtomatlaşdırmanın yayılması 
 
465 
həyata  keçirməyə  başlayır.  İstehsalda  NC  texnikasının  tətbiqi 
haqqındakı 
təcrübənin 
olmaması 
bu 
araşdırmanı 
aparmağı 
çətinləşdirirdi.  Ona  görə  də,  bu  işin  yalnız  yeni  texnikanın  iqtisadi 
potensialının  qiymətləndirilməsi  əsasında  aparılması  mümkün  idi.  
Bunun  üçün  müxtəlif  hissələr  MIT  dəzgahında  rəqəmli  proqramla 
hazırlanaraq 
müəssisələrə 
göndərilmişdir. 
Müəssisələr 
öz 
texnologiyaları  ilə  bu  hissələrin  hazırlanması  üçün  lazım  olan  vaxtı  və 
dəyəri  hesablayaraq  müqayisə  aparmışlar.  Ancaq  bu  araşdırma  heç  də, 
MIT-in gözlədiyi nəticəni vermir. Araşdırma zamanı məlum olur ki, NC 
texnologiyası ilə hazırlanan hissələr ənənəvi üsullara nisbətən baha başa 
gəlir.  O  da  məlum  olmuşdur  ki,  hissənin  maya  dəyərindəki  ən  böyük 
pay  proqramlaşdırmanın  üzərinə  düşür.  Bu  aspekt  yeni  elmi

tədqiqat 
işlərinin aparılması istiqamətini müəyyən etmişdir.  
 
Hələ  1953-cü  ildə  MIT-də  çalışan  mühəndislər  perfolentlərin 
hazırlanmasında  rəqəmli  hesablama  maşınlarının  tətbiqinin  vacibliyini 
görmüşdülər.  Bununla  proqramlaşdırmaya  sərf  olunan  əməyi  azaltmaq 
mümkün  idi.  İlk  vaxtlarda  hissələrin  emal  prosesinin  proqram- 
laşdırılması,  burada  tətbiq  olunan  hesablama  texnikasının  iş  prinsipi 
haqqında  dərin  texniki  biliyə  malik  olan  mütəxəssislərin  tətbiqini  tələb 
edirdi.  Hər  bir  emal  addımı  maşın  dilinə  tərcümə  olunmalı  idi.  Buna 
görə də, yeni proqramlaşdırma dili yaradılmalı idi  ki, bunun köməyi ilə 
istənilən  texnoloq  emal  prosesini  NC  idarəetmə  sistemi  üçün  hazırlaya 
bilsin.  
 
MIT-in  işçiləri  fəzada  vektorial  hərəkəti  təsvir  etməyə  imkan  verən 
proqram  dilini  işləyirlər.  Bu  dilin  bazasında  fəaliyyət  göstərən  sistem 
Automatically Programmed Tools – APT adlanır. 1959-cu ildə bu sistem 
artıq iki ölçülü hərəkət üçün hazırlanaraq numayiş etdirilir [3.7].  
 
Bundan  sonra  ABŞ-da  tədricən  NC  texnikasına  olan  münasibət 
dəyişməyə  başlayır.  Bir  çox  Amerika  dəzgahqayırma  müəssisələri  yeni 
texnika  və  texnologiyanın  potensialını  görərək,  onun  tətbiqini 
gücləndirmişdilər.  NC  texnikası  ilə  təchiz  olunmuş  dəzgahların 
sənayedə yayılması isə onun baha başa gəlməsi səbəbindən ləng gedirdi. 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə