Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
447 
 
Əlbəttə,  avtomatlaşdırma  təkcə  ayrı-ayrı  dəzgahlara  aid  edilə 
bilməzdi.  Avtomatlaşdırma  axın  xətlərində  də  özünə  yer  tapmağa 
başlayır  [3.2,  3.3].  Bu  istiqamətdə  ilk  cəhd  20-ci  illərin  sonunda 
edilmişdir.  Burada  dəzgahlar,  bir-biri  ilə  əlaqələndirilərək  transfer 
xətlərini yaratmışdır. İdarəetmə əvvəlcə mexaniki olaraq sərt proqramlar 
əsasında yerinə yetirilirdi (şəkil 3.3). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.3. Elektrik lampaların yığılmasında sərt proqramdaşıyıcılarla  
 
idarə olunan avtomatik sistem.   
 
İlk  vaxtlarda  mexaniki  idarəetmə  sistemlərinin  aşağı  keyfiyyətə 
malik  olması  baxımından  bu  texnologiya  geniş  tətbiq  tapa  bilmir.  İlk 
avtomatlaşdırılmış 
axın 
xəttində 
tətbiqinə 
kimi, 
Morris 
avtomobilqayırma  firmasında  (İngiltərə)  1923-cü  ildə  mühərriklərin 
silindr  başlıqlarının  emalı  üçün  tətbiq  olunmuş  transfer  xəttini 
göstərmək olar. Bu transfer xətti 60 m uzunluqda olub, 53 əməliyyatı 21 
işçinin  köməyi  ilə  yerinə  yetirirdi.  1928-ci  ildə  Milvaukedə  (ABŞ) 
avtomobil  çərçivələrinin  hazırlanması  üçün  avtomatik  axın  xətti 
yaradılır.  Bu axın  xəttinin  avtomatlaşdırılma  səviyyəsi  o  vaxt  üçün  çox 


Avtomatlaşdırmanın yayılması 
 
448 
yüksək  səviyyədə  idi,  çünki,  burada  insanlar  yalnız  nəzarət  işlərini 
yerinə  yetirirdilər.  Qurğuda  gün  ərzində  10000  çərçivə  hazırlanırdı  və 
bu ABŞ-ın çərçivələrə olan ehtiyacın ¾-ü ödəyirdi.  
 
SSRİ-də  də  eyni  inkişaf  təmayülü  hiss  olunmaqda  idi.  İlk  transfer 
xətti  1939

1940-cı  ildə  Stalinqrad  traktor  zavodunda  tətbiq  olunur.  Bu 
axın  xəttində  təkərlərin  diskləri  hazırlanaraq,  onun  üzərinə  rezin 
üzlüklərin  keçirilməsi  yerinə  yetirilirdi.  Sonralar  həmin  zavodda  daha 
bir neçə axın xətti yaradılır. Bu xətlərdə nəzarət sistemləri tətbiq edilir.  
 
SSRİ-də  avtomatlaşdırma  problemləri  həm  nəzəri,  həm  də  iqtisadi 
cəhətdən  araşdırılmağa  başlayır.  II  dünya  müharibəsinin  başlaması 
ucbatından SSRİ-də avtomatlaşdırmanın inkişafı və tətbiqi müharibədən 
sonrakı dövrə təsadüf edir.  
 
Bu  vaxtda  isə  II  dünya  müharibəsi  ABŞ-da  SSRİ-yə  nisbətən 
avtomatlaşdırılmış  istehsalın  inkişafı  üçün  əlverişli  şərait  yaratmışdır. 
1940-44  cü  illərdə  dövlətin  hərbi  sənayeyə  verdiyi  sifarişin  həcmi  175 
mlrd.  dolları  keçmişdir.  Bu  maliyyə,  böyük  monopolistlərə  mexaniki 
emalla  məşğul  olan  axın  xətlərinin  genişləndirilməsi  ilə  bəarbər, 
proseslərin avtomatlaşdırılmasına imkan vermişdir. Avtomatlaşdırmanın 
inkişafını stimullaşdıran əsas amillərdən biri də, qəflətən işçi qüvvəsinə 
artan tələbat idi. 
 
XX  əsrin  50-ci  illərində  maşınqayırmada  avtomatlaşdırma  öz  yeni 
mərhələsinə  qədəm  qoyur.  Bu  həm  kapitalist,  həm  də  sosialist  istehsal 
sistemlərində  nəzərə  çarpırdı.  Avtomatlaşdırmanın  inkişafının  texniki 
cəhətdən  təhlili  göstərmişdir  ki,  yenilik  bu  vaxta  kimi  məlum  olan 
praktiki təcrübə və üsullardan ibarət idi. Elmi cəhətdən bu prosesə nəzər 
saldıqda  görmək  olurdu  ki,  yeni  yaranmış  informasiya  nəzəriyyəsi  və 
kibernetika  elmi  avtomatlaşdırmanın  genişlənməsi  üçün  zəmin 
yaratmışdılar. 
 
SSRİ-də  1950-ci  ildə  dünyada  ilk  tam  avtomatlaşdırılmış  zavod 
yaradılır  (şəkil  3.4).  Onun  ardınca  avtomatlaşdırılmış  yastıq  hazırlayan 
qurğuların  istehsalı  baş  verir  (şəkil  3.5).  Bu  hər  iki  müəssisə  öz  dövrü 
üçün  avtomatlaşdırmanın  səviyyəsini  göstərmək  üçün  nümunə  kimi 


Avtomatlaşdırmanın yayılması 
 
449 
göstərilirdi.  Bununla  həm  də  mexaniki  emal  əməliyyatlarının  tam 
avtomatlaşdırılması məsələsi həll olunur.  
 
Həmin  vaxtda  ABŞ-da  avtomobil  sənayesində    avtomatlaşdırılmış 
qurğuların tətbiqi və sayı sürətlə artmağa başlayır. Bu qurğular SSRİ-də 
olduğu  kimi,  elektron  idarə,  tənzim  və  nəzarət  sistemləri  ilə  təchiz 
olunmuşdular.  Avtomatlaşdırılmış  maşınların  ümumi  prosesdə  tətbiqi 
gücləndikcə prosesin idarə olunması çətinləşirdi.  
 
1950-ci  illərin  ortalarında  avtomatlaşdırmanın  mərkəzində  elektron 
elementlərlə  təchiz  olunmuş  transfer  xətləri  dururdu.  Bundan  əlavə 
avtomatik  işləyən  qurğular,  həmçinin  sərt  və  çevik  proqramlarla  idarə 
olunan  dəzgahlar  və  elektron  şüaları  ilə  işləyən  avadanlıqların  tətbiqi 
genişlənmişdir  [3.1].  Ənənəvi  texnologiyalarda  avtomatlaşdırmanın 
tətbiqi  ilə  məhsuldarlığı  artırmaq  mümkün  olmuşdur.  Məsələn,  domna 
sobalarında  və  Siemens-Martin  prosesində  bəzi  iş  pillələrinin 
avtomatlaşdırılmasını misal göstərmək olar.  
 
Avtomatlaşdırmanın  genişlənməsi 
getdikcə  yeni-yeni  sənaye 
sahələrini  əhatə  edirdi.  Elektronika  sənayesidə  elektrik  və  elektron 
hissələr  avtomatik  hazırlanırdı.  Tikinti  sənayesində  bir  çox  qarışdırma 
prosesləri  artıq  avtomatlaşdırılmış  mexanizmlərin  köməyi  ilə  yerinə 
yetirilirdi.  Kimya  sənayesi,  ərzaq  məhsullarının  hazırlanması  və  hətta 
idarəçilik  işlərində  də  avtomatlaşdırmadan  geniş  istifadə  olunmağa 
başlayır. 
 
İstehsal  ilə  məşğul  olan  sahələrdə  avtomatlaşdırmanın  inkişaf 
səviyyəsinin  avtomobil  istehsalında  tətbiq  olunan  maşın  və  üsullarla 
xarakterizə  olunması  bir  qayda  olmuşdur.  Dəzgahlara  olan  tələbat, 
hissələrin  konstruktiv  dəyişilməsi  zamanı  çevik  uyğunlaşmanı  və 
dəzgahların  vaxt  keçdikcə  qohum  əməliyyatlara  uyğunlaşdırılmasını 
təmin  etməkdən  ibarət  idi.  Dəzgahların,  idarə  və  tənzimetmə 
sistemlərinin  inkişafına  adaptasiya  olunmasına  imkan  vermək  üçün 
hissələrin düyüm şəklində hazırlanması tətbiq olunurdu. 
 
 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə