Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
450 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.4. Mühərrik kolbası hazırlayan avtomatik axın xəttinin təsviri. 
(1- külçə, 2-tökmə, 3-kəsmə, 4- termiki emal, 5- oturaq hissənin emalı, 6- deşmə və 
mərkəzləmə,  7-  şlisin  frezlənməsi,  8  -  ilk  hamarlama,  9  –  yağlama  deşiyinin 
açılması, 10 – hamarlama, 11 – üst səthin yonulması, 12 – çəkinin yoxlanması, 13 – 
çilalama, 14 – yuma, 15 – avtomatik soba, 16 – son deşmə, 17 – nəzarət, 18 – yuma, 
19 – qoruyucu örtüyün çəkilməsi, 20 – yağlı kağıza bükmə, 21 – qablaşdırma)  
  


Avtomatlaşdırmanın yayılması 
 
451 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.5. SSRİ-də yastıq hayırlayan avtomatik axın xətti.  
 


Avtomatlaşdırmanın yayılması 
 
452 
 
 
Transfer xətlərində müxtəlif strategiyalardan istifadə olunurdu (şəkil 
3.6).  Ölçmənin    nəticələri  çox  vaxt  alətlərin  yenidən  sazlanması  üçün 
istifadə  olunurdu.  Bununla,  alətin  yeyilməsini  proses  zamanı  nəzərə 
almaq  olurdu.  Avtomatlaşdırılmış  istehsal  xətlərinin  əsas  özəyi 
idarəetmə  sistemi  idi.  Bu  sistemlərin  işləməsinə  nəzarət  etmək  və  onun 
istismarında  yaranan  problemləri  aradan  qaldırmaq  üçün  istehsal 
maşınlarında idarəetmə sistemi ayrıca aqreqat kimi tətbiq edilirdi. 
 
  Avtomatlaşdırmanın  tətbiqi  ilə  texnologiyada  yeni  düşüncə  tərzi 
yaranır. Bununla prosesin avtomatlaşdırılması ilə ideyadan tam məhsula 
qədər olan proses zəncirində yeni imkanların açılması nəzərdə tutulurdu. 
Burada  söhbət  sadəcə  olaraq  mexaniki  proseslərin  avtomatlaş- 
dırılmasından getmirdi. Umumilikdə, elektronikanın tətbiqi ilə yaranmış 
yeni  texnika  və  texnologiyalar  insanların  istehsal  prosesində  təkrar 
olunan,  yorucu  fiziki  əməkdən  azad  edilməsinə  yönəlməklə  bərabər, 
istehsalın  məhsuldarlığının  artırılmasına  xidmət  edirdi.  Bu  prosesin 
sosial  nəticəsi  ondan  ibarət  idi  ki,  insan  əməyinə  az  ehtiyacı  olan 
maşınların  intensiv tətbiqi  müəyyən sənaye sahələrində işçilərin kütləvi 
şəkildə işdən azad olunmasına gətirib çıxarmışdır. Yüksək məhsuldarlıq 
və  işsizlik  kimi  ziddiyyətli  qarşıdurma,  avtomatlaşdırmanın  istehsala 
tətbiq olunduğu gündən bu prosesi müşaiət edir.  
 
Elmi-texniki  inqilabın  əsas  anlarından  biri  informasiyanın  maşın  və 
elektron  hesablama  texnikasının  köməyi  ilə  emal  olunması  idi. 
Hesablama  texnikasının  yaranma  tarixi    avtomatlaşdırmanın  inkişaf  ilə 
sıx bağlıdır.                
 
 
 
 
 
 
 
 


Avtomatlaşdırmanın yayılması 
 
453 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.6. 4 və 6 silindrli mühərrik bloklarının hazırlanması  
 
 
üçün transfer xətti. 
 
 
 
 
 
 
 
 


Avtomatlaşdırmanın yayılması 
 
454 
3.2. Hesablama texnikasının maşınqayırmada tətbiqi 
3.2.1. Hesablama texnikasının yaranması haqqında  
 
 
M
aşınlarda  rəqəmli  idarəetmə  sistemlərinin  yaranması  hesablama 
texnikasının və elektronikanın inkişafı ilə birbaşa bağlı idi.  
 
Hesablama  maşınlarının  yaranma  tarixi  orta  əsrlərə  təsadüf  edir.  İlk 
dəfə  olaraq  1623-cü  ildə  alman  riyaziyatçısı  Vilhelm  Şikard  (alm. 
Wilhelm  Schikard)  sadə  əməliyyatları  aparmaq  üçün  hesablama  maşını 
düzəldir.  Ancaq  bu  maşın  öz  tətbiqini  tapmır.  Bundan  başqa  Blez 
Paskalın (ingl. Blaise Pascal) işlərindən də məlumdur ki, o 1643-ci ildə 
ilk  mexaniki  hesablama  maşınını  düzəltmişdir  (şəkil  3.7).  Paskalın 
maşınları nisbətən uğurlu olur. O, öz maşınlarından təxminən 50-ni sata 
bilir [3.5].  
 
Bu,  hər  iki  maşın  eyni  problem  ucbatından  məişətdə  tətbiq  oluna 
bilmirlər.  Əsasən  maşın  mexaniki  işlədiyindən  böyük  rəqəmlərin 
cəmlənməsi  zamanı  çarxları  hərəkət  etdirmək  üçün  böyük  qüvvə  tələb 
olunurdu.  Məsələn,  9+1  asanlıqala  yerinə  yetirildiyi  halda,  9999+1 
əməliyyatını  yerinə  yetirmək  üçün  böyük  qüvvə  lazım  idi.  Bu  məsələ 
texniki cəhətdən kifayət qədər həll olunmamışdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.7. Paskalın düzəltdiyi “Pascaline” maşını. 
 


Avtomatlaşdırmanın yayılması 
 
455 
Hesablama  maşınlarının  inkişafında başqa alman riyaziyyatçısı Qottfrid 
Vilhem  Laybnitsin  işləri  mühüm  rol  oynamışdır.  1671-ci  ildə  Laybnits 
ağacdan  hazırlanmış  maşınını  özü  ilə  Londona  götürür  (şəkil  3.8). 
Laybnits  o  dövrdə  Londonda  təzəcə  yaradılmış  “Kral  cəmiyyəti”-nə 
(ingl. Royal Society) üzv olmaq üçün onu cəmiyyətin üzvləri qarşısında 
nümayiş  etdirir.  Onun  maşını  Sir  Samuel  Morland  tərəfindən 
düzəldilmiş  maşınla  yarışa  qoyulur.  Laybnitsin  maşını  uduzsa  da,  onun 
konsepti yüksək qiymətləndirilir və o cəmiyyətə üzv götürülür [3.4]. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.8. Laybnitsin hesablama maşını. 
 
Laybnitsin  əlyazmalarından  məlum  olur  ki,  o  maşının  hissələrinin 
hazırlanması  zamanı  böyük  problemlərlə  üzləşir.  Maşının  hissələrini 
dəqiq  hazırlamaq  mümkün  olmadığından,  ona  ixtira  etdiyi  maşının 
üstünlüyünü  nümyiş  etdirmək  qismət  olmur.  Laybnitsin  ideyasının 
düzgünlüyünü  yalnız  1894-cü  ildə  dəqiq  emal  üsullarının  tətbiqi  ilə 
maşının hazırlanmasından sonra sübut etmək mümkün olmuşdur [3.5].   


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə