Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
456 
 
Müasir  hesablama  texnikasının  atası,  XIX  əsrdə  hesablama 
avtomatlarının  düzəldilməsi  ilə  məşğul  olan  ingilis  riyaziyatçıları  Çarlz 
Bebbij  və  Herman  Hollerit  sayılırlar.  Bebbij  maşının  effektivliyini 
artırmaq  üçün  onu  iki  hissəyə  bölür:  yaddaş  və  əməliyyat  texnikası. 
1833-cü ildə Bebbij bizə bu gün məlum olan hesablama maşını ilə oxşar 
olan  maşının  düzəldilməsinə  başlayır.  Bu  maşın  dörd  əməliyyat  üçün 
nəzərdə  tutulub,  50000  rəqəmin  yaddaşına  imkan  verməli  idi.  Bebbij 
rəqəmlərin  maşına  verilməsi  üçün  deşikli  kartlardan  istifadə  etməyi 
nəzərdə tutmuşdu. O, əməliyyatların yerinə yetirilməsi üçün proqramları 
baraban  üzərində  yerləşdirmək  istəyirdi.  Bu  maşın  proqramla  idarə 
olunan  ilk  maşın  idi.  Burada  proqram  sərt  olmayıb  hər  bir  istifadəçi 
tərəfindən dəyişdirilə bilərdi. Prosesin idarəsi üçün Bebbij ikinci bir kart 
daxil  etmək  istəyirdi.  Bu  kart  ilə  əməliyyatların  təkrarı  və  prosesin 
gedişində müəyyən kartları adlamaq mümkün idi. Təsvir olunmuş maşın 
ilk  proqramla  idarəolunabilən  maşın  idi  [3.6].  Ancaq  Babbijin  bu 
maşınını  emal  texnologiyasının  problemləri  səbəbindən  düzəltmək 
demək olar ki, mümkün deyildi.  
 
Alman-amerikan  mühəndisi 
Hollerit 
də 
deşikli 
kartla 
işləyən 
seçmə 
və 
sayma 
maşınını  düzəldir  (şəkil  3.9). 
O,  ilk  dəfə  olaraq  deşikli 
kartlardan  verilənlər  yaddaşı 
kimi  istifadə  edir.  Onun  bu 
maşını 1890-cı ildə Amerikada 
keçirilən 
əhalinin  siyahıya 
alınması  prosesində  işləmə 
qabiliyyətini sübut edir. Holle- 
ritin 
maşınından 
kartların 
qiymətləndirilməsində  istifadə 
olunur [3.5].           
 
 
Şəkil 3.9. Holleritin sayğac maşını.  


Avtomatlaşdırmanın yayılması 
 
457 
 
Elektron  hesablama  maşınlarının  sonrakı  inkişafında  XIX  əsrin 
ortalarında  Bul  (ingl.  George  Bool)  tərəfindən  yaradılmış  riyaziyyatın  
yeni  bölməsi  böyük  rol  oynamışdır.  Burada  işlənmiş  yeni  hesablama 
qaydası formal  məntiqi fikri  ifadə  etməyə imkan  verirdi. Sonralar onun 
nəzəriyyəsi Bul cəbri kimi məşhurlaşır.  
 
Təxmiən  bir  əsr  sonra  alman  mühəndisi  Tsuze  (alm.  Zuse)  və 
amerikalı  Ayken  (ingl.  Aiken)  tərəfindən  hesablama  texnikasının 
yaradılması  istiqamətində  növbəti  addım  edilir.  Tsuzenin  düzəltdiyi 
hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq uğurla işləyir.     
 
Tsuze  Berlində  təyyarə  zavodunda  mühəndis  kimi  fəaliyyət 
göstərirdi.  O,  təyyarələrin  statik  hesabatları  və  riyazi  məsələlərin  həlli 
zamanı  bu  işlərin  avtomatlaşdırılması  üzərində  düşünməyə  başlayır. 
Tsuzenin  ideyası:  dişli  çarx  və  ştanqalardan  imtina  etmək  və  dual  say 
sistemindən  istifadə  etməklə  yeni  bir  məntiqə  əsaslanan  hesablama 
maşını  düzəltməkdən  ibarət  idi.  Artıq  1938-ci  ildə,  o,  özünün  ilk  sınaq 
maşınını-Z1-i  nümayiş  etdirir.  Bu  maşın  öz  məntiqinə  və  yaddaş 
prinsipinə  görə mexaniki  maşınlara oxşayırdı. Maşında verilənləri  daxil 
etmək,  yaddaş,  idarə  və  xaric  etmək  üçün  ayrıca  proqramlar  nəzərdə 
tutulmuşdur.  Tsuzenin  maşını  hesablama  əməliyyatlarını  sırf  düal 
məntiq  əsasında  yerinə  yetirirdi.  Burada  “inkar  etmək”,  “və”,  “yaxud” 
kimi  əməliyyatların  da  aparılması  mümkün  idi.  Sonra  Tsuze  öz 
hesablama maşınında telefon relelərindən istfadə edərək Z2-ni düzəldir. 
 
Tsuze  apardığı  təkmilləşdirmələrdən  sonra    1941-ci  ildə  yeni 
keyfiyyətdə  işləyən  Z3  maşınını  nümayiş  etdirir  (şəkil  3.10).  Bu  qurğu 
artıq 
proqramlaşdırılabilən 
hesablama 
maşınının 
bütün 
vacib 
elementlərinə malik idi. Bununla Tsuze dünyada ilk dəfə olaraq, bu gün 
bizə  məlum  olan  EHM  ilə  eyni  konseptə  malik  olan,  tam  elektrik 
cərəyanı  ilə  işləyən  elementlərlə  təchiz  olunmuş  maşını  düzəltmiş  olur. 
Bu  maşın  2600  reledən  ibarət  idi.  Yaddaş  hər  biri  22  bitə  malik  64 
ədəddən  ibarət  idi.  Verilənlər  klaviatura  vasitəsilə  daxil  edilirdi.  Maşın 
taktla  işləyirdi.  Bu  takt  saniyədə  təxminən  5  dəfə  fırlanan  baraban 
tərəfindən  yerinə  yetirilirdi.  Maşını  dörd  hesablama  əməliyyatı  üçün 


Avtomatlaşdırmanın yayılması 
 
458 
tətbiq  etmək  mümkün  idi  [3.7].  Tsuze  maşınlarının  planlı  inkişafı 
sayəsində  1945-ci  ildə  dördüncü  nəsil  elektron  hesablama  maşını  -Z4 
yaradılır və bu maşın 1960-cı ilə qədər tətbiq olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.10. Konrad Tsuze və onun Z3 maşını. 
 
 
1945-ci  ildə  ABŞ-da  mühəndislər  Maukli  (ingl.  John  Mauchly)  və 
Ekert  (ingl.  John  Presper  Eckert)  tərəfindən  ilk  elektron  hesablama 
maşını  düzəldilir  (şəkil  3.11).  Bu  maşın  mütəxəssislər  arasında  ENIAC 
(Electronic  Numerical  İntegrator  and  Computer)  adı  ilə  məşhurlaşır. 
Mütəxəssislər  1943-cü  ildə  Pensilvaniya  Universitetində  bu  maşının 
yaradılmasına başlayırlar. 18000 elektron  lampasından və 500000 əl ilə 
lehimlənmiş  birləşmədən  yığılmış  bu  maşının  çəkisi  30  t  idi  və  onun 
yerləşdirilməsi  üçün  150  m
2
  sahə  tələb  olunurdu.  ENİAC  maşınının 
düymə  və  ştekerlərlə  işləməsi  proqramlaşdırmanı  çətinləşdirirdi. 
Bundan  əlavə,  maşının  etibarlığı  aşağı  olduğundan,  onun  işləmə  vaxtı 
yalnız bir neçə dəqiqədən ibarət idi. Əməliyyatın aparılması zamanı baş 
verə  biləcək  xətaları  azaltmaq  üçün  əvvəlcədən  bir  çox  lampanın 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə