Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
444 
3.1. Avtomatlaşdırmanın geniş yayılması 
  
 
E
lmi-texniki 
inqilabın 
əsas 
fenomeni 
avtomatlaşdırmadır. 
Avtomatlaşdırma dedikdə, ümumiyyətlə insan əməyi  və nəzarətini əvəz 
edən,  avtomatik  işləyən  maşın,  tərtibat  və  proseslər  nəzərdə  tutulur. 
Əlbəttə  avtomatlaşdırma  bütün  insan  əməyinə  aid  edilmir.  Əsasən  bu, 
təkrar  olunan  işlərin  əvəz  olunmasında  özünə  yer  tapmışdır.  Məsələn, 
torna  dəzgahında  forma  səthlərin  emalını  avtomatlaşdırmağa  ehtiyac 
olarsa,  onda  bütün  proses 

  pəstahın  verilməsi,  bərkidilməsi,  prosesə 
nəzarət,  hətta  alətin  yeyilməsinin  nəzarət  olunması  kimi  addımları  da 
avtomatlaşdırmaq  lazımdır.  Ancaq,  onu  da  qeyd  etmək  lazımdır  ki, 
avtomatlaşdırmaya  çəkilən  xərc,  yalnız  hissələrin  böyük  istehsal 
proqramında səmərəli olur.  
 
İş  proseslərinin  çoxu  nəinki  fiziki,  həm  də  psixoloji  cəhətdən 
(məsələn, hesabat işləri) təkrar olunan funksiyalara aid olunur. Ona görə 
də, avtomatlaşdırmanın tətbiq sahəsi təkcə istehsal proseslərini yox, həm 
də əqli işlərin müəyyən hissəsini əhatə edir.   
 
Avtomatik  işləyən  mexanizmlə- 
rin  yaranması  kitabın  əvvəlində 
təsvir 
olunduğu 
kimi, 
çox-çox 
qədimlərə 
gedib 
çıxır. 
Buraya 
Heronun,  Ktesibiosun  və  bir  çox 
antik  mexaniklərin  işlərini  misal 
göstərmək 
olar. 
Çox 
vaxt 
avtomatlaşdırma  ilə  məşğul  olanlar  
XVIII 
əsrdə  yaşamış,  məşhur 
mexanik, Vokosonun  işlərinə  istinad 
edirlər [3.2, 3.3]. O, 1738-ci ildə sərt 
proqramlar  əsasında  hərəkət  edən 
“dəmir  ördəyi”  nümayiş  etdirir  (şəkil  3.1).  Bu  ördək  addımlayaraq 
özünəməxsus  səslər  çıxardır,  yerdəki  dənləri  götürür  və  hətta  onu 
“həzm” edilmiş şəkildə xaric edirdi.   
 
 
Şəkil 3.1. Dəmir ördək. 
 


Avtomatlaşdırmanın yayılması 
 
445 
Vattın  buxar  maşını  üçün  ixtira 
etdiyi  mərkəzdənqaçma  tənzimləyi- 
cisi  də  ilk  avtomatik  işləyən  mexa- 
nizmlərə  aid  edilir  (şəkil  3.2).  Bu 
mexanizm  maşına  düşən  yükün 
dəyişməsi 
zamanı 
onun 
stabil 
işləməsini təmin edirdi. 
Sənaye  inqilabı  zamanı  bir  çox 
maşınlarda 
avtomatik 
işləyən 
mexanizmlərin  olması  ona  dəlalət 
edir  ki,  avtomatlaşdırma  hələ  elmi-
texniki  inqilabdan  əvvəl  tətbiq  olunurdu.  Bu,  maşın  və  mexanizmlərin 
müasir  avtomatlaşdırmanın  inkişafındakı  rolu  o  qədər  də  böyük  məna 
kəsb etmir. Onlar öz dövrünün mexaniki və ya avtomatlaşdırılmış yerinə 
yetirilən ictimai-istehsal üsullarını əks etdirirdilər. Əvvəllər məlum olan 
avtomatik  sistemlər  mövcud  istehsal  proseslərinin  inkişafına  səbəb 
olmamışlar  və  onların  tətbiqi  nəticəsində  yeni  texnoloji  proseslərin 
yaranması  halları  məlum  deyildir.  Qədim  mexanizmlərdən  yalnız,  
mütərəqqi avtomatik sistemləri nəzəri cəhətdən izah edən zaman istinad 
nöqtəsi kimi istifadə edirlər.     
 
Müasir  avtomatlaşdırmanın  əsaslarının  yaranması  isə  I  dünya 
müharibəsindən  sonraya  təsadüf  edir.  Bu,  həm  ayri-ayrı  aqreqatlara, 
həm  də  avtomatlaşdırılmış  proseslərə  aid  edilir.  20-ci  illərdə  metalların 
emalında  mexaniki  axın  istehsalında  bir  çox  iş  prosesləri  təkrar  oluna 
bilən  kiçik  əməliyyatlara  bölünmüşdür.  Emal  maşınları  böyük  həcmdə 
ixtisaslaşdırılmışdır.  Fəhlələrin  bu  maşınlarda  işi  pəstahı  daxil  etmək, 
hazır  məhsulu götürmək və  maşınlara nəzarət etməkdən ibarət idi. Bəzi 
hallarda  pəstahın  verilməsi  tamamilə  avtomatlaşdırılmış  yerinə 
yetirilirdi.     
 
Bu texnoloji şərait bir başa avtomatlaşdırma ilə bağlı idi. Avtomatik 
dəyişilə  bilən  alətlərlə  təchiz  olunmuş  iş  maşınları  böyük  həcmdə 
hazırlanaraq 
istehsalda 
tətbiq 
olunurdular. 
Metalların 
emal 
 
 
Şəkil 3.2. Mərkəzdənqaçma 
tənzimləyici. 
 


Avtomatlaşdırmanın yayılması 
 
446 
texnologiyasında  avtomatlaşdırmanın  tətbiqinə  baxmayaraq,  burada 
proses  başa  çatdıqdan  sonra  hissələrin  keyfiyyətinə  nəzarət  insanların 
üzərinə  düşürdü.  Prosesin  gedişinə  nəzarət  zamanı  statistik  üsullardan 
istifadə  etməklə  meyillənmələri  müsaidə  daxilində  elə  tənzim  etmək 
olurdu ki, nəticədə zay məhsul alınmasın. Bu prinsiplə işləyən maşınlara 
yarımavtomat deyilirdi. Onlar təyyarə, avtomobil və traktor istehsalında 
geniş tətbiq olunurdular. 
 
1940-cı  ildən  etibarən  istehsalda  elektrik  cərəyanı  ilə  işləyən 
maşınların  tətbiqi  adi  hal  almışdır.  Bu  ərəfədə  İngiltərə,  ABŞ  və  SSRİ-
də  eyni  zamanda  fotoelementlərlə  işləyən  dəzgahlar  hazırlanıb  tətbiq 
olunur.  İstər  SSRİ  torna  dəzgahı,  istərsə  də  Amerikada  hazırlanmış 
avtogen  qaynaq  maşını  cizgiləri  oxuyaraq  aləti  lazım  olan  trayektoriya 
üzrə  hərəkət  etdirə  bilirdi.  Bir  çox  hallarda  fotolement  tərəfindən 
oxunan  informasiya  bir  neçə  dəzgaha  ötürülürdü.  Hələ  30-cu  illərdə 
ixtira  olunmuş  elektronik  elementlərin,  maşınların  idarə  olunmasında 
tətbiqi  araşdırılmağa  başlanmışdır.  II  dünya  müharibəsində  bu 
elementlərin  tətbiqi  ilə  avtomatlaşdırılmış  dəzgahların  tətbiqinə  öncə 
ABŞ-da rast gəlinir.  
 
Maşınların avtomatlaşdırılması istiqamətində əsas addım 40-ci illərin 
sonunda  proqramlaşdırılan-idarəolunan  sistemlərin  yaranması  ilə 
qoyulur.  İş  prosesinin  aparılması  perfokartların  və  ya  maqnit    lentlərin 
üzərinə  yazılmış  sərt  proqramlar  əsasında  yerinə  yetirilirdi.  İdarəetmə 
servo  element  və  elektron  elementlər  əsasında  baş  verirdi.  Hissələrin 
dəqiqliyi  emal  zamanı  verilən  həddən  kənara  çıxdıqda,  bu  nəzarət 
sistemlərinin  köməyi  ilə  siqnal  şəklində  xəbər  verilir  və  ya  dəzgah 
dayandırılırdı.  
 
Təxminən  60-cı  illərin  ortalarında  avtomatlaşdırma  yeni  pilləyə 
qədəm qoyur. Mexaniki emalda pəstahın dəqiqliyinin permanent nəzarət 
olunması  və  verilən  qiymətlə  müqayisə  edilməsi  sayəsində  xətaları 
azaltmaq  mümkün olmuşdur. Bununla, ilk dəfə olaraq insan  müdaxiləsi 
olmadan  proses  avtomatlaşdırılmış  şəkildə  aparılırdı.  Bu  cihaz  bütün 
mexaniki emal üsullarında tətbiq tapmışdır.  


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə