Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
437 
mərhələyə  qədəm  qoyur.  Maşınqayırmada  getdikcə  oturtma  işlərinin 
mexanikləşdirilməsi genişləndirilir. 20-ci illərin əvvəlində oturtma üçün 
normativ  şəklində  yaradılmış  val  və  deşik  sistemləri,  ilk  dəfə  olaraq 
istehsalatda  qarşılıqlı  əvəzolunmanı  geniş  şəkildə  təmin  etməyə  imkan 
vermişdir.  1920-ci  ilin  əvvəlində  bir  çox  firmalar  qarşılıqlı 
əvəzolunmanın vahid qaydada tətbiqini mümkün etmək üçün öz oturtma 
sistemlərini  işləyirlər.  1926-cı  ildə  bir  neçə  dövlətin  bir  araya  gəldiyi 
görüşdə  qeyri  elektrotexnika  sahəsində  vahid  standartlara  keçid 
məqsədilə  “International  Federation  of  the  National  Standardizing 
Associations“  –  İSA  yaradılır.    Bu  federasiyanın    təşkilat  komitəsi 
tərəfindən  30-cu  illərdə  alman  alimlərinin  işlədikləri  normativləri  də 
inteqrasiya etməklə beynəlxalq  müstəvidə İSA  müsaidə və İSA oturtma 
sistemlərini qəbul edir [2.116, 2.117]. II dünya müharibəsindən sonra bu 
təşkilatın 
adı 
dyişdirilərək 
International 
Organization 
for 
Standardization  adlanır.  Bu  təşkilatın  adının  bütün  dillərdə  eyni 
səslənməsi  üçün  ona  ISO  (  yunanca  “isos”sözündəndir,  mənası 
“bərabər” deməkdir) adı verilir. 
 
Yeni  dəqiq  emal  metodlarının  yaradılıb  tətbiqi  ilə  hissələrin 
qarşılıqlı  əvəzolunması  üçün  onların  verilən  dəqiqlikdə  hazırlanması 
asanlaşır. Pardaqlama, əsasən isə finiş üsulları hamar səthlərin emalında 
əl işlərinin azaldılmasına şərait yaratmışdır. İncə yonma və pardaqlama, 
o  cümlədən  hamarlama  və  cilalama  yüksək  keyfiyyətdə  səthlərin 
hazırlanması üçün yeni imkanlar açmışdır.     
 
1920-ci  illərdə  pardaq  dəzgahlarında  mərkəzi  ötürmə  valından 
qayışla alınan hərəkətlə işləmək hələ də qalırdı. Pardaq dairəsinin sürəti 
ilə  stolun  sürəti  arasında  kəskin  fərq  mövcud  idi.  Pardaq  dairəsinin 
sürəti 35 m/s həddində yerləşirdi. Xarici dairəvi pardaqlamada pəstahın 
sürəti  6-18  m/dəq  arasında  idi.  Kobud  pardaqlamada  kəsmə  dərinliyi 
0,05  mm,  təmiz  emalda  isə  mikrometrdən  kiçik  idi.  20-ci  iilərin 
sonundan  etibarən  pardaq  dəzgahlarında  maye  ilə  işləyən  idarəetmə 
sistemindən  istifadə  edilir.  Tezliklə  bu  sistem  düzxətli  hərəkət  edən 
stollarda tətbiq olunur [2.108].  


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
438 
1935-ci ildə Laypsiq sərgisində nümayiş etdirilən pardaq dəzgahları, 
artıq  stasionar  elektrik  mühərrikləri  ilə  təchiz  olunmuşdular  (şəkil  
2.130).  Hidravlik  ötürmə  sistemi  ilə  təchiz  olunmuş  dəzgahlarda 
köməkçi  vaxt,  sürətli  hərəkətin  hesabına  azalmış  idi.  Bu  üsul  əsasən 
eninə  verişlə  işləyən  pardaq  dəzgahında  böyük  effekt  verirdi.  Alət 
əvvəlcə  sürətlə  pəstaha  yaxınlaşdırılır,  sonra  isə  işçi  verişlə  kəsmə 
zonasına  daxil  olurdu.  Ümumiyyətlə,  eninə  verişlə  pardaqlama  30-cu 
illərin əvvəlindən başlayaraq istehsalatda geniş tətbiq olunur [2.118].  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  2.130.VOTAN firmasının daxili pardaqlama dəzgahı, 1927. 
 
 
Pardaq  dəzgahları  hələ  XX  əsrin  əvvəllərində  geniş  yayılmağa 
başlamışdılar.  Bu  dəzgahlarda  nəzərə  çarpan  növbəti  yenilik,  müstəvi 
pardaqlama  dəzgahının  inkişafı  idi.  Kobud  və  təmiz  müstəvi  
pardaqlama dəzgahının yaradılıb tətbiq olunması müstəvi səthlərin daha 
dəqiq  emalına  imkan  vermişdir  (şəkil  2.131).  Müstəvi  pardaqlama  bəzi 
hallarda üstyonuş və frezləmə əməliyyatlarını əvəz edirdi.  
 
Dirsəkli  valları  emal  etmək  üçün  xüsusi  dəzgahlardan  istifadə 
edilməyə başlanmışdır. Alətlər artıq dəzgahlarda pardaqlamanın köməyi  


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
439 
ilə itilənirdi. Pardaqlama zamanı hissələrin dəqiqliyinə nəzarət etmək 
üçün  özü  tənzim  olunan  ölçmə  qurğularından  istifadə  olunurdu  (şəkil 
2.132). Bu qurğular əsasən müstəvi, daxili və xarici pardaqlamada geniş 
tətbiq  tapmışdır.  Ölçü  qurğuları  emal  zamanı  dəqiqliyə  daimi  nəzarət 
etdiyindən,  fəhlələr  proses  zamanı  onun  qiymətini  əsas  götürərək 
prosesi  idarə  edirdilər.  Bu  fəhlələrin  işini  azaltmaqla  bərabər,  zay 
məhsulların sayını minimuma endirirdi [2.108].  
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  2.131. Müstəvi pardaqlama dəzgahı, Pratt&Witney Co., 1930. 
 
Texniki  səthlərin  xassələrinin  əhəmiyyəti  qarşılıqlı  əvəzolunmanın 
tətbiqi  ilə  daha  da  artmışdır.  Ancaq  bu  dövrdə  səthi  xarakterizə  edən 
parametrləri  kəmiyyətcə  təsvir  etmək  çətinlik  yaradırdı.  Pardaqlama 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
440 
əsrin  əvvəlindən  qarşılıqlı  əvəzoluna  bilən,  yüksək  dəqiqlikli  və 
keyfiyyətli  səthlərə  malik  hissələri  kiçik  xətalarla  hazırlamağa  imkan 
verən yeganə üsul olaraq qalırdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  2.132. Pardaqlamada tətbiq olunan ölçü qurğuları. 
 
 
Yüksək  dəqiqlikli  hissələrə artan tələbat təmiz  emal üçün  yeni  emal 
üsullarının  inkişafına  təkan  vermişdir.  Səthləri  hamar  hazırlamaq  üçün 
xüsusi  dəzgahlar  düzəldilib  tətbiq  olunurdu.  Buraya  hamarlama, 
cilalama,  honlama  kimi  üsulları  aid  etmək  olar.  Bu  finiş 
əməliyyatlarının  köməyi  ilə  verilmiş  səthləri  daha  incə  emal  edərək 
yüksək dəqiqlik və aşağı kələ

kötürlük əldə etmək mümkün idi.    
 
Müharibə dövründə dəzgahlarda əsas inkişaf ayrı-ayrı əməliyyatların 
bir  dəzgahda  inteqrasiya  olunması  nəticəsində,  az  dəzgah  və  kiçik  işçi 
qüvvəsi  ilə  böyük  məhsuldarlıq  əldə  etməyə  yönəldilmişdir. 
Müharibədən  sonra  isə  inkişaf  perspektivlərini  avtomatlaşdırma  və 
universallaşdırma təyin edirdi.    


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə