Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
428 
2.8.5. Mexaniki emal texnologiyasında inkişaf 
 
 
B
irinci  dünya  müharibəsindən  sonra  mexaniki  emal,  tətbiq  olunan 
texnoloji  sistemin  tərkib  hissələrinin  inkişaf  səviyyəsi  ilə  xarakterizə 
olunurdu.  Maşın  hissələrinin  emalında  yüksək  məhsuldarlıq  əldə  etmək 
üçün yüksək emal rejimlərinin tətbiqinə imkan verən dəzgah, alət, kəsici 
material və tərtibat kimi texniki avadanlığın daimi inkişaf etdirilməsi ön 
planda dururdu.   
 
30-cu  illərin  ortalarında  dəzgahqayırmada  inkişaf  yeni  konstruktiv 
dəyişikliklərlə, əsasən  isə  köçürməyə  əsaslanan  yeni idarə sistemlərinin 
tətbiqindən ibarət idi. Şablonlarla köçürmə hələ XIX əsrdən  məlum idi. 
Bu  idarə  sisteminin  intensiv  tədqiqi  XX  əsrin  əvvəllərinə  təsadüf  edir. 
1900-cü  ildə  italyanlı  mühəndis  Bontempi  özü  tənzimlənən  köçürmə 
frez  dəzgahının  yaranması  üçün  dayaq  rolunu  oynayan  təklif  verir. 
1901-ci  ildə  fransız  Avril,  dəzgahlarda  avtomatik  idarə  olunan  sistemi 
patentləşdirir.  1913-cü  ildə  alman  mühəndisi  Zaylershaymın  (alm. 
Seilersheim)  rəsm  nəqşləmək  üçün  düzəltdiyi  dəzgada  hərəkət  şpindel 
başlığının  köməyi  ilə  yerinə  yetirilir.  Başlıq  koordinat  oxları  üzrə 
hərəkət edə bilən ötürmə ilə təchiz olunurdu.  
 
1923-cü  ildə  amerikanın  Keller  Machanical  Engineering  Co. 
(Brooklyn)  firmasında  baş  konstruktor  vəzifəsində  çalışan  Kargil    Şou 
(ingl.  Cargill  Shav)  elektrik  ötürməyə  malik  köçürmə  frez  dəzgahını 
ixtira  edir.  Pəstahın  həndəsəsi  kontaktlara  malik  şupla  toxunaraq  alətə 
ötürülür.  Şupun  hərəkəti  hər  üç  istiqamətdə  yerinə  yetirilir.  Amerika 
avtomobilqayırma  sənayesində  hissələrin  bu  üsulla  hazırlanmasına  olan 
yüksək maraq, bu dəzgahın sürətlə yayılması üçün zəmin yaratmışdır.  
 
1938-ci ildə Almaniyanın Nube və İngiltərənin Watford Electric and 
Manufacturing  Co.  firması  ilə  birgə  işləyərək  AEG  firması  üçün  Eltas 
idarəetmə  sisteminə  malik  köçürmə  frez  dəzgahını  düzəldirlər  (şəkil 
2.127).  Bu  dəzgahlar  o  dövr  üçün  avtomatlaşdırmanın  səviyyəsini 
göstərirdi. 1940-cı ildə bu dəzgahlarda 12 t-a qədər hissələr emal oluna 
bilirdi. Köçürmə üsulu ilə emal sonralar torna, üstyonuş və qaynaq üsul- 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
429 
 larında da tətbiq edilir [2.5].  
 
Köçürmə  frez  avtomatlarında  idarəetmə  sisteminin  inkişafı 
dəzgahlarda  başqa  hissə  və  düyümlərin  inkişafını  da  stimullaşdırır. 
Proses zamanı operatorların işini yüngülləşdirmək üçün operator lövhəsi 
inkişaf etdirilib dəzgahlara quraşdırılır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.127. Nube-köçürmə frez dəzgahı, AEG firması 1938.
 
 
Köçürmə  üsulu  ilə  emalın  getdikcə  istehsalda  özünə  geniş  yer  alması 
özüsazlanan 
dəzgahların 
inkişafını 
şərtləndirmişdir. 
Köçürmə 
tərtibatında  qüvvə  altında  işləyən  mexaniki  ötürmə  elementlərinin 
elektrik,  hidravlik  və  pnevmatik  üsulla  əvəz  olunması,  bu  üsulun 
səmərələliyini artırmişdır. Frez dəzgahlarında əsasən elektrik, torna dəz- 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
430 
gahlarında isə hidravlik köçürmə sistemləri tətbiq edilirdi.             
 
Bu  baxımdan  idarəetmə  sistemlərinin  ümumi  inkişafı  formalaşaraq 
getdikcə  maşınqayırmanın  inkişafında  önəmli  yer  tutmağa  başlayır. 
Əyrixətli  hərəkət  üçün  artıq  hidravlik  və  elektrik-hidravlik  ötürmə 
sistemi  tətbiq  olunur.  Dəzgahlarda  işçi  və  boş  gedişlərin  sürətli  yerinə 
yetirilməsi  üçün  xüsusi  idarəedici  düymələr  nəzərdə  tutulmuşdur 
[2.126]. 
 
Dəzgahların  baş  ötürməsində  də  irəliləyişlər  nəzərə  çarpırdı.  Öncə 
yeniliklər  ağır  dəzgahlarda  baş  hərəkəti  əhatə  edirdi.  Burada  böyük 
kütləli  hissələrin  hərəkəti  problem  yaradırdı.  30-cu  illərin  əvvəlində 
üstyonuş  dəzgahlarında  stolun  hərəkəti  üçün  hidravlik  ötürmə  sistemi 
tətbiq edilir.  
 
Preslərdə  ştamplama  prosesi  sürəti  əvvəlcədən  proqramlaşdırılmış 
sistemlə  idarə edilirdi. Təzyiq altında plastik tökmə  maşınlarında da bu 
sistemlər özünə geniş yer tapmışdır [2.5]. 
     Yeni  kəsici  materialların  yaratdığı  yüksək  məhsuldarlıq,  30-cu 
illərdə  ekskavator, gəmi  və turbin  hissələrinin  emalı üçün böyük  ölçülü 
dəzgahların  inkişafına  şərait  yaratmışdır.  Böyük  dəzgahlarda  can  atılan 
çeviklik onlarda kiçik hissələrin emalına da imkan yaratmalı idi. 1940-cı 
ildə Alman firması Şies (alm. Schiess) ən böyük karusel torna dəzgahını 
düzəldir  (şəkil  2.128).  Bu  dəzgahda  ölçüsü  25  m  və  çəkisi  550t  olan 
hissələri  emal  etmək  olurdı.  Ötürmə  sisteminin  gücü  400  a.g.  idi. 
Dəzgah  hissələrinin  yağlanmasına  və  idarəetmənin  səlis  gedişinə  
nəzarət sistemləri bir pultda cəmləşdirilmişdir. 
 
Belə  böyük  ölçülərdə  dəzgahların  hazırlanması  həm  konstruktiv, 
həm  də texnoloji cəhətdən  elə də asan deyildi. Əsasən, isə uzunluğu 30 
m  və  çəkisi  200  t  olan  eninə  tirin  hazırlanması  problem  yaradırdı.  Ona 
görə də, bu tir üç hissədən ibarət olaraq hazırlanırdı [2.5].  
 
Dəzgahqayırmada
 
konstruktiv  dəyişikliklər  aparılmasına  baxma- 
yaraq,  burada  əsaslı  yenilikdən  danışmaq  olmazdı.  Emal  vaxtının 
azaldılması  yüksək  kəsmə  sürətini  artırmaqla  əldə  edilirdi.  Yüksək 
dövrlər  sayı  və  veriş  böyük  ötürmə  gücü  tələb  edirdi.  Mexaniki  emalın 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə