Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
416 
Elektrik  mühərriklərinin  müxtəlif  ölçü  və  dəqiqlikdə  hazırlanması  bu 
kompanovkanın  tətbiqində  çətinlik  yaradırdı.  Tənzim  oluna  bilən 
mühərriklərin  tətbiqi  ona  görə  də,  bir  epizod  olaraq,  praktikada  öz 
həllini tapmamış qalmışdır.         
 
Elektrik  maşınlarının  özləri  də  inkişafdan  qalmırdı.  Elektro-
maqnetizm  nəzəriyyəsinin  fiziki  əsaslarının  daha  dərindən  öyrənilməsi 
hesabına  maşınlarda  yeni  materialların  tətbiqi  mümkün  olmuşdur. 
Rotorlarda  yeni  ferromaqnetik  materialların  tətbiqi 
maşınların 
keyfiyyətini  nəzərə  çarpacaq  dərəcədə  artırmışdır.  Dəqiq  hesablama 
üsulları, məhsuldar emal növləri və konstruksiya formalarının tətbiqi ilə 
bu  uğur  daha  da  artırılmışdır.  Konstruksiyada  aparılan  optimallaşdırma 
nəticəsində elektrik mühərriklərinin çəkisini təxminən 3,5 dəfə azaltmaq 
mümkün olmuşdur [2.104].     
 
Kütləvi istehsalda tətbiq olunan elektrik maşınları ilə bərabər, xüsusi 
texnologiyalar  üçün  də  mühərriklər  hazırlanmağa  başlayır.  Əsasən 
yayma  xətləri,  dağ-mədən  maşınları,  nəqliyyat  xətləri,  ventilyatorlar  və 
bir sıra sənaye maşınlarının hərəkətə gətirilməsi üçün müxtəlif güclərdə 
olan elektrik mühərrikləri istehsal edilirdi.  
 
Sonralar 
elektrik 
mühərriklərində 
dövrlər 
sayının 
pilləsiz 
dəyişdirilməsinə  imkan  verən  elektrik  vasitələrinin  (gücləndiricilərin) 
tətbiqi  sayəsində,  fərdi  ötürmələrin  istehsalatda  yayılmasını  daha  da 
sürətlənmişdir.  Nəticədə  elektrik  mühərriklərini  birbaşa  iş  maşınlarında 
quraşdırmaq  mümkün  olmuşdur.  Bu,    maşınların  kinematikasında 
sadələşmə  aparmaqla  və  ötürmə  bəndlərinin  sayını  azaltmaqla 
maşınların faydalı iş əmsalını artırmağa imkan vermişdir.           
 
Elektrik  enerjisinin  yayılması,  metal  hissələrin  hazırlanmasında 
qaynaq  texnologiyasını  vacib  bir  istehsal  üsuluna  çevirmişdir.  Qaynaq 
üsulu  ixtira  olunduğu  vaxtdan  maşınqayırmanın  bütün  sahələrində 
qaynaq  birləşməslərinə  rast  gəlinir.  30-cu  illərin  əvvəlində  qaynağın 
inkişaf  perspektivləri  prosesin  avtomatlaşdırılmasından  ibarət  idi.  Bu 
ərəfədə  bir  çox  dövlətlərdə  qövs

qaynaq  üsulunun  avtomatik  olaraq 
aparılması üçün üsullar işlənmişdir.  


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
417 
1936-cı  ildə  ABŞ-da  arqon  qazı  ilə  qaynaq  üsulu  ixtira  edilir.  Bu  üsul 
başqa  üsullardan  öz  yüksək  keyfiyyəti  və  ekoloji  cəhətdən  əlverişli 
olması  ilə  fərqlənirdi.  Qaynağın  aparılması  zamanı  verilən  qaynaq 
materialı  və  elektrik  cərəyanı  qaynaq  şəraitindən  asılı  olaraq    optimal 
tənzim oluna bilirdi.      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
418 
 
 a) Lövhə ütü, təxm. 1700 
 
 
 b) Kömür ütüsü, 1900 
 
 
 c) Elektrik ütü, 1920 
 
Şəkil 2.118. Ütülərin inkişafı.
 
2.8.3. 
Məişət texnikasının yaranması 
 
 
M
aşınqayırmanın    inkişafının  məişət  maşınlarının  yaranmasında 
rolu  elektrik  enerjisinin  tətbiqi  ilə  daha  da  güclənmişdir.  Məişət 
maşınları  əsasən  ev  işlərini  yüngülləşdirən  və  görülən  işin  keyfiyyətini 
artıran  paltaryuyan  maşınlar,  elektrik  ütüləri,  sobalar,  qəfədan  və 
tozsoran  maşınların  yaranması  ilə  istehsal  sahəsinin  tərkib  hissəsinə 
çevrilmişdir.  Yeni  məişət  maşınlarının  yaradılması  və  kütləvi  istehsalı 
da  mühəndislər  qarşısında  yeni 
keyfiyyətdə 
konstruktiv 
və 
texnoloji məsələlər qoyurdu 
[2.59]

 
Ütülər 
elektrik 
enerjisinin 
tətbiqinə  can  atılmış  ilk  məişət 
texnikasına  aid  edilir.  Hələ  1880-ci 
ildə ilk elektrik ütüsü ixtira edilərək 
patentləşdirilir və bununla, kömürlə 
işləyən ütülərin erasına son qoyulur 
(şəkil 
2.118). 
Ancaq 
elektrik 
ütülərinin  geniş  tətbiqi  I  dünya 
müharibəsindən  sonraya  təsadüf 
edir.   
 
Elektrik 
ütülərində 
istilik 
müqavimətləri  tətbiq  edilirdi.  Bu 
gün də ütülər bu prinsiplə işləyirlər. 
İlk  vaxtlarda  bu  müqavimətlər 
platindən hazırlanırdı. Ona görə də, 
elektrik  ütülər  çox  baha  başa 
gəlirdi.  Bu  problem  1907-ci  ildən 
etibarən, mis-nikel legirindən hazır- 
lanmış  məftilin  tətbiqi  ilə  həll 
olunur.  Yeni  legirin  ixtirası  ilə 
kifayət  qədər  istilikkeçirmə,  istilik  


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
419 
müqaviməti,  emalolunma  qabiliyyəti  və  əlverişli  qiymətə  malik  bir 
material  əldə  edilir.  Bu  material  sonralar  elektrik  ilə  işləyən  cihazların 
düzəldilməsində geniş istifadə edilmişdir.   
XIX 
əsrin 
sonuna 
qədərki  dövrdə  paltarların 
yuyulması  üçün  ağacdan 
hazırlanmış və pərlə işləyən 
qurğulardan  istifadə  olu- 
nurdu  (şəkil  2.119).  Paltar 
silindrik 
ağac 
çənin 
içərisində  xaricdəki  dəstəyi 
irəli-geri hərəkət etdirməklə 
yuyulurdu.  Yuma  vaxtı  10 
dəqiqə  məsləhət  görülürdü. 
Sonra  paltar  çıxarılıb  ağac 
ələyin  üstünə  qoyulurdu  ki, 
suyu axsın [2.59].       
 
1914-cü  ildən  etibarən 
paltaryuyan 
maşınlarda 
elektrik 
mühərriklərinin 
tətbiqinə  rast  gəlinir.  Bu 
maşınlarda 
konstruktiv 
olaraq  başqa  hissələrdən  istifadə  edilmişdir.  Paltarı  yumaq  üçün 
silindrik  şəkildə  hazırlanmış  çəndən  istifadə  edilirdi.  Əvvələr  əl  ilə 
fırlanan  silindrik  çən  sonralar  mühərriklə  fırladılmağa  başlayır  (şəkil 
2.120).  
 
Göründüyü  kimi  təhnənin  yan  tərəfində  yerləşdirilmiş,  elektrik 
mühərriki  ilə  hərəkətə  gətirilən  dişli  çarx  ötürməsinin  köməyi  ilə  təhnə 
fırladılır.  Suyun  qızdırılması  kənarda  aparılırdı.  Çünki,  o  dövrdə  isitmə 
sistemi hələ yaxşı inkişaf etməmişdir.  
Paltaryuyan maşınların inkişafında əsas yenilik 20-ci illərdə təhnənin 
fırlanan barabanla əvəz olunmasından ibarət idi. Başqa üsullarla müqa- 
 
Şəkil 2.119. Mexaniki paltaryuyan qurğu. 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə