Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
424 
Şəkil 2.124-dən göründüyü kimi, torpağı şumlamaq üçün sahənin hər 
tərəfində  bir  lokomobil  yerləşdirilərək,  onlar  bir-biri  ilə  iplə 
əlaqələndirilmişdir.  Bu  ip  torpaq  sahəni  şumlayan  kotanı  dartmağa 
xidmət edirdi. Bu maşınların faydalı iş əmsalı yalnız 5%-ə bərabər idi. 
 
Daxili  yanma  mühərrikinin  ixtirasından  sonra  kənd  təsərrüfatında 
tətbiq  olunan  maşınların  konstruktiv  cəhətdən  təkmilləşdirilməsi  ilə  
lokomobillər  tədricən  sıxışdırılmağa  başlayır.  İlkin  yaradılan  daxili 
yanma  mühərriki  ilə  işləyən  traktorlar  yalnız  dartıcı  rolunu  oynayırdı. 
Kənd  təsərrüfatında  işlədilən  mexanizmlər  isə  sadəcə  olaraq  dartıcı 
maşınların  arxasına  qoşulurdu.  Dartıcı  traktorlar  kiçik  çəkiyə  malik 
olduqlarından,  onlar  nisbətən  böyük  sürətlərdə  hərəkət  edə  bilirdi.  Bu, 
traktorların  sürəti  14  km/saata  çatırdı.  Traktor  hazırlayan  firmalar 
arasında 1917-ci ildə yaranmış “Fordson” ( “Ford” və “Son” sözlərinin 
birləşməsindən əmələ gəlmişdir) firması pioner sayılır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.125. Fordson traktoru, 1921. 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
425 
Fordson  traktorları  tezliklə  böyük  şöhrət  qazanır  (şəkil  2.125).  O, 
həm Amerika, həm də Avropada geniş tətbiq olunur. I dünya müharibəsi 
ərəfəsində  iqtisadi  blokadada  qalan  İngiltərə  taxıla  olan  ehtiyacını 
ödəmək 
üçün 
kənd 
təsərrüfatında 
mühüm 
dəyişiklər 
etmək 
məcburiyyətində idi. Atla torpaqların şumlanması ilə bu tələbatı ödəmək 
mümkün  deyildi.  Bu  problemi  həll  etmək  üçün  İngiltərə  Fordson 
firmasına  5000  traktor  sifariş  edir.  Alınan  gəlir  firmaya  traktorları 
inkişaf  etdirmək  üçün  şərait  yaradır.  Fordson  traktorları  başqalarına 
nisbətən  az  çəkiyə  malik  idi  və  ucuz  başa  gəlirdi.  Fordson 
yerşumlamada istifadə olunan kotanların inkişafının başlanğıcını qoyur.  
   I dünya müharibəsi dövründə bu traktorlardan ağır yüklərin, əsasən isə 
artilleriya qurğularının nəql edilməsində istifadə olunurdu. Daxili yanma 
mühərrikləri ilə işləyən traktor və  lokomobillər arasındakı rəqabət uzun 
müddət  çəkir.  Amerikada  lokomobillərin  tətbiqi  suya  və  daş  kömürünə 
böyük  ehtiyac  yaratdığından  təsərrüfatçılar  tədricən  daxili  yanma 
mühərriki  ilə  işləyən  traktorlara  keçirdilər.  I  dünya  müharibəsinə  qədər 
traktorların  Amerikada  tam  qələbəsi  başa  çatır.  Avropada  isə  suya  və 
kömürə elə də ehtiyac duyulmadığından bu proses uzun çəkmişdir.  
 
I dünya  müharibəsindən sonra alman  mühəndisi Fritç Huberin (alm. 
Fritz  Huber)  çarxlı  traktoru 

  “Buldoq”un  ixtirası  ilə  Avropada  kənd 
təsərrüfatında hökm sürən tələblərə cavab tapılmış olur. “Buldoq” aşağı 
dövrlər  sayında  işlədiyindən  Amerika  traktorlarına  nisbətən  az  səs 
yaradır  və  az  yanacaq  işlədirdi.  Tezliklə,  bu  traktor  Avropa  fermerləri 
tərəfindən geniş istifadə olunur.  
 
20-ci  illərdə  təkərlərdə  rezin  üzlüklərin  tətbiqi  ilə  traktorlar  yeni 
mərhələyə  qədəm  qoyur.  Amerikalı  mühəndis  Ales  Kalmersin  (ingl. 
Allis  Chalmersin)  1933-cü  ildə  ixtira  etdiyi  enli  rezin  təkərlərin  tətbiqi 
ilə  torpağa  düşən  spesifik  yükün  qiyməti  azalmış  olur.  Bunun 
nəticəsində,  traktorların  dartma  gücü  30%  artırılmış  olur.  Traktorların 
çevikliyi  artır,  onlar  şumlamadan  avtomobil  yoluna  və  əksinə  keçə 
bilirdilər. Pnevmatik təkərlərin tətbiqi traktorların xarici görünüşündə də 
dəyişikliyə  səbəb  olur.  Traktorların  üst  tərəfi  daha  alçaq  formada 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
426 
hazırlanır. Traktorlarda 1930-cu ildə tətbiq olunan bu forma indiyə kimi 
çox az dəyişikliyə məruz qalmışdır.      
Traktorların getdikcə ixtisaslaşması nəticəsində, onlarla avtomobillər 
arasında  olan  konstruktiv  fərq  də  böyüməyə  başlayır.  Traktorlarda   
hava  təkərlərindən  istifadə  edilməsinə  baxmayaraq,  onlar  aşağı  sürətə, 
təkərlərdə  yüksək  momentə  və  əlavə  ötürmə  sisteminə  malik  idilər 
[2.104].      
1937-ci  ildən  etibarən  traktorlarda  tətbiq  olunan  hidravlik  qaldırıcı 
sistem  qoşulqanlardan  imtina  etməyə  imkan  vermişdir.  Kənd 
təsərrüfatında  lazım  olan  mexanizmlər  bir  başa  traktorların  arxa 
hissəsinə  bərkidilirdi  (şəkil  2.126).  Bu  konstruksiya  1935-ci  ildə 
amerikalı  konstruktor  Ferquson  (ingl.  Ferguson)  tərəfindən  ixtira  edilir 
[2.57].  Burada  əsas  yenilik:  üçnöqtə  prinsipi  ilə  işləyən  hidravlik 
qaldırma  sistemindən  ibarət  idi.  Dartıcı  traktorlar  bu  sistemlə  artıq, 
maşının  içindən  arxaya  qoşulmuş  mexanizmləri  hərəkət  etdirmək 
imkanı  qazanmışdılar.  1939-cu  ildən  başlayaraq  bu  sistemlər 
İngiltərənin  kənd  təsərrüfatında  geniş  tətbiq  olunur.  Ford  firması  da 
özünün istehsal etdiyi Fordson traktorlarını bu sistemlə təchiz edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.126. Ferqusonun üçnöqtə prinsipi ilə işləyən hidravlik sistem.  


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
427 
Amerikalı  traktor  istehsalçısı  İnternational  Harvester  firmasının  ixtira 
etdiyi  çəngəl  başlıqlı  valın  tətbiqi  də  az  əhəmiyyətli  deyildi.  Bu 
mexanizm tezliklə traktorqayırmada mühərriklə işçi mexanizm arasında, 
qüvvə  ötürməsində  geniş  tətbiq  olunur.  Sonralar  üşnöqtə  sistemi, 
hidravlik 
və 
çəngəl 
başlıqlı 
val, 
hazırlanan 
traktorların 
konstruksiyalarının tərkib hissəsinə çevrilmişdir. 
 
Asılqan  mexanizmlər  daimi  traktorun  arxa  hissəsində  daşındığından 
və  onun  işçi  vəziyyətə  gətirilməsi  hidravlik  ötürmə  ilə  yerinə 
yetirildiyindən, traktorun çəkisinin azaldılmasına imkan yaranmışdır. Bu 
yeni konstruksiya traktorların sinifləşdirilməsinə gətirib çıxarmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə