Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
434 
kəskin  artırmağa  imkan  yaradır.  Bu  nisbət  şəkil  2.129-dan  aydın 
görünür.  
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.129. Kəsici materialların kəsmə sürətinin inkişafına təsiri. 
 
Bərk  xəlitə  ilə  bərabər  30-cu  illərdə  keramikadan  hazırlanmış  kəsici 
materiallardan  da  istifadə  edilməyə  başlayır.  Bu  sahədə  ilk  sınaqlar 
1938-ci  ildə  Drezden  texniki  məktəbində  Verner  Osenberq  tərəfindən  
aparılmışdır. Keramikanın aşağı davamlığa malik olmasına baxmayaraq,  
onun  yüksək  bərkliyi  bərk  materialların  emalı  üçün  maraqlı  idi. 
Məsələn,  bərk  xəlitənin  pardaqlanması  zamanı  keramikadan  istifadə 
edilə bilərdi.    
  
Bu zaman almazların  maşınqayırmada tətbiqi artıq  məlum idi. Öncə 
almazdan  pardaqlamada  və  pardaq  dairələrinin  düzləndirilməsində 
istifadə  olunur.  Təxminən  30-cu  illərin  əvvəlindən  başlayaraq  almaz 
kəsici  material  kimi  incə  yonmada,  təmiz  pardaqlamada  tətbiq  olunur. 
Ali  məktəblərdə  aparılan  elmi  işlər  yeni  kəsici  materialların  tətbiqinə 
həsr  olunur.  Yüksək  kəsmə  sürəti,  aşağı  yeyilmə  kimi  kriteriyalar  bu 
tədqiqatların əsasında dururdu.  
 
Yüksək  kəsmə  sürəti  bu  ərəfədə  bir  tərəfdən  yeni  işlənmiş  kəsici 
materiallardan,  digər  tərəfdən  maşınqayırmada  tətbiq  olunan    yeni 
konstruksiya  materiallarından  asılı  idi.  Bərk  poladlar  və  xrom-nikel 
poladları  çətin  emal  oluna  bilən  materiallara  aid  olaraq,  aşağı  kəsmə 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
435 
sürəti  və  böyük  qüvvə  tələb  etdiyi  halda,  əlvan  metallar  yüksək  kəsmə 
sürətində  emal  oluna  bilirdi.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  kəsmə 
sürətinin qiyməti alətin davamlığı ilə məhdudlaşırdı.  
 
Konstruksiya  və  kəsici  materiallar  qarşılıqlı  təsirdə  olaraq 
dəzgahqayırmanın inkişaf istiqamətini müəyyənləşdirmişdir. Material və 
dəzgahlar  qarşılıqlı  inkişafda  idi.  Verilən  materialları  iqtisadi  cəhətdən 
əlverişli  kəsmə  rejimlərində  işləmək  üçün  dəzgahlar  lazımi  gücə  malik 
olmalı  idilər.  Aparılan  elmi

tədqiqatlar  kobud  və  təmiz  emal  üçün 
optimal  parametrləri  tətbiq  etməyə  imkan  verirdi.  Mexaniki  emal  üçün 
tapılmış  parametrlər  normativləşdirilirdi.  Bununla,  istehsalın  hazırlığını 
aparmaq,  əvvəlcədən  emal  vaxtını  hesablamaq  və  nəticədə  istehsalı 
səmərəli təşkil etmək mümkün idi. 
 
30-cu  illərin  əvvəlində  dəzgahlarda  elektrik  enerjisinin  tətbiqi  artıq 
adi  hala  çevrilmişdir.  Dəzgahlarda  böyük  gücə  malik  elektrik 
mühərriklərindən  istifadə  edilirdi.  Böyük  dəzgahlarda  bir  neçə 
mühərrikdən  istifadə  olunurdu.  Sürətlər  qutusuna  qoşulmuş,  dəyişən 
cərəyanla  işləyən  mühərriklə  lazım  olan  dövrlər  sayını  almaq  mümkün 
idi.  Bəzi  dəzgahlarda,  hətta  tənzimlənə  bilən  sabit  cərəyan 
mühərrikindən də istifadə edilirdi [2.110

2.115].  
 
Yüksək  kəsmə  sürəti  və  aşağı  köməkçi  vaxt,  əsas  həll  olunan 
problemlərdən  idi.  1920-ci  illərin  ortalarında  dəzgahlarda  əldə  edilə 
bilən  ən  yüksək  dövrlər  sayı  250...500  arasında  yerləşirdi.  1933-cü  ildə 
bərk xəlitə torna dəzgahında artıq 4000...6000 dövr/dəq dövrlər sayı ilə 
işləmək mümkün idi. Burğu dəzgahlarında dövrlər sayı 20000 dövr/dəq-
ə  çatmışdır.  Daxili  pardaqlamada  isə  hətta  dəqiqədə  60000  dövrlər 
sayını  tətbiq  etmək  mümkün  olmuşdur.  Bu  yüksək  dövrlər  sayı  təkcə 
yeni  kəsici  materialların  inkişafı  ilə  yox,  həm  də  əlvan  materialların 
asan  emalolunma  qabiliyyətinə  malik  olması  ilə  xarakterizə  olunurdu. 
Yüksək  sürətlərdə  emal  yastıq-val  sisteminin  də  inkişaf  etdirilməsinə 
gətirib çıxarmışdır. Kürə və diyircəkli yastıqlardan şpindellərdə də geniş 
istifadə  edilirdi.  Yüksək  dəqiqlikli  dəzgahlarda  isə  hələ  də  sürüşmə 
yastıqları tətbiq olunurdu.   


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
436 
 
Dəzgahlarda istifadə edilən dişli çarx ötürmələrində də yeniliklərə  
rast gəlinir. Dişli çarxlar çuqundan yox, legirli poladlardan hazırlanırdı. 
Sürətləri  dəyişmək  üçün  maşınlarda  muftalardan  istifadə  edilməyə 
başlayır.  Dişli  çarxla  bərabər  qayış  ötürməsi  də,  maşın  və  ötürmə 
arasında  elastik  əlaqə  rolunu  oynayır.  Dərilərdən  hazırlanmış  qayışlar 
ötürmə  zamanı  yaranan  titrəmələri  azaltmağa  xidmət  edirdi.  Yüksək 
dövrlər  sayında    işləyən  hissələr,  artıq  öz  məxsusi  tezliyinə  yaxın  olan 
kritik dövrlər sayında işləməli olurdular.  
 
Bu  baxımdan  dəzgahların  gövdələri  daha  sərt  hazırlanmalı  idi  ki, 
kəsmə  zamanı  yaranan  titrəmələrin  həm  emal  olunan  səthin 
keyfiyyətinə,  həm  də  işçi  hissələrin  uzunömürlüyünə  təsiri  az  olsun. 
Digər  tərəfdən  fırlanan  hissələrin  tarazlanması  ilə  titrəmələri  azaltmağa 
çalışırdılar.   
 
Dəzgahlarda  yüksək  kəsmə  sürətinin  tətbiqi  nəticəsində  kəsməyə 
sərf  olunan  vaxt  kiçilir  və  bununla  köməkçi  vaxtın  payı  ümumi  emal 
vaxtında  artır.  Buna  görə  də,  köməkçi  vaxtın  azaldılması  üzərində  də 
müəyyən işlər görülməyə başlanır. Hissələrin dəzgahda tez bərkidilməsi 
və  dəyişdirilməsi  üçün  elektrik,  hidravlik  və  pnevmatik  tərtibatlardan 
istifadə  edilirdi.  Emal  zamanı  boş  gedişin  yüksək  sürətlərdə  aparılması 
ilə  də  köməkçi  vaxtı  nisbətən  azaltmaq  olurdu.  Xüsusi  avtomatik 
mexanizmlərin  köməyi  ilə  bu  hərəkətlər  fəhlədən  asılı  olmayarq  yerinə 
yetirilirdi.  Universal  dəzgahlarda  emalda  isə  prosesin  gedişi  tamamilə 
fəhlədən asılı olaraq qalırdı.  
 
Mexaniki  emalda,  ilk  dəfə  olaraq  dartma  və  mərkəzsiz  pardaqlama 
əməliyyatları istehsalata daxil olur və artıq praktikada özünə yer tutmuş 
əməliyyatlarla  rəqabətə  girirlər.  1935-ci  ildən  veriş  istiqamətində 
frezləmə  üçün  xüsusi  dəzgah  layihələndirilib  tətbiq  edilir.  Frezləmə 
getdikcə  üstyonuş  və  iskənələmə  əməliyyatlarını  sıxışdırmağa  başlayır.       
 
Maşınqayırmada  tərtibatların  geniş  tətbiqi,  hissələrin  böyük  sayda 
hazırlanmasını  sürətləndirməyi  və  qarşılıqlı  əvəzolunmanın  tətbiqini 
tələb  edirdi.  Qarşılıqlı  əvəzolunma,  ölçmə  üsulları  və  oturtma 
sistemlərinin  yaradılması  ilə  XX  əsrin  əvvəlində  maşınqayırma  yeni 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə