Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
441 
III.  Elmi

texniki  inqilab  ərəfəsində  və  ondan  sonra 
maşınqayırmanın inkişafı 
 
  K
eçən  əsrin  ortalarından  başlayaraq  texnikanın,  o  cümlədən 
maşınqayırmanın inkişafı elmi-texniki inqilabın təsiri altında baş verirdi. 
İnkişaf zamanı edilən yeni elmi ixtiralar, texniki nailiyyətlər və texnoloji 
üsulların,  elmi-texniki  səviyyənin  mövcud  sərhədlərini  keçməsi  nəzərə 
çarpırdı. Bu yeniliklərin istehsalda tətbiqi sosial sferada həmişəlik təsirə 
malik idi. 
 
Aparılan  elmi  işlər  göstərmişdir  ki,  bu  ərəfədə  cəmiyyət,  sənaye 
inqilabı  zamanı  olduğu  kimi,  istehsal  qüvvələrinin  dəyişilməsi 
qarşısında  dururdu  [3.1].  XX  əsrin  ortalarında  mövcud  olan  proseslər 
istər  texnolji,  istərsə  də  sosial  məzmunda  XIX  əsrdəki  sənaye 
inqilabından  fərqlənsə  də,  onların  fərqi  mövcud  elmi-texniki  tərəqqini 
səciyyələndirmək üçün əsas əlaməti əks etdirirdi [3.1]. 
 
Elmi-texniki  inqilab  daha  çox  istehsalın  maddi-texniki  bazasında  və 
onun gücündə, həmçinin insanların iş prosesindəki funksiyasında və işin 
xarakterində əsaslı keyfiyyət dəyişiklikləri demək idi. Onun  məğzi elm, 
texnika  və  istehsal  arasındakı,  istehsal  prosesinin  texniki-iqtisadi 
elementlərinin  dəyişdirilməsi  ilə  müşaiyət  olunan  qarşılıqlı  əlaqədən 
ibarət idi. Bu prosesi bəzi  mütəxəssislər, hətta ikinci sənaye inqilabı da 
adlandırırlar [3.1].  
 
Bu  yeni  texniki  eranın  yaranması  XIX  əsrdə  sənaye  inqilabı 
ərəfəsində  formalaşmış  və  XX  əsrin  birinci  yarısında  təkmilləşdirilmiş 
istehsal  güclərinin  nəticəsi  kimi  büruzə  vermişdir.  Digər  tərəfdən  elmi-
texniki inqilab ənənəvi texnologiyalar ilə bərabər prinsipial yeni elmi və 
texniki  işlərin  tətbiqini  də  əhatə  etmişdir.  Bu,  məhsulların  yalnız 
ənənəvi  texnologiyalar  əsasında  hazırlanmasından  kənara  çıxaraq  
proseslərin avtomatlaşdırılmasında  daha aydın nəzərə çarpırdı.  
 
XX  əsrin  ortalarından  başlayaraq  sürətlənən  elmi-texniki  inqilab  bir 
çox  böyük  maşınqayırma  müəssisələrinin  iri  monopolistlərə  (məs. 
Daymler, Simens, General Motors və s.) çevrilməsinə şərait yaratmışdır. 


Avtomatlaşdırmanın yayılması 
 
442 
İri  müəssisələr  dövlətin  köməyi  ilə  elmi  tədqiqat  işlərini 
maliyyələşdirməyə  və  bunun  nəticələrini  istehsalda  tətbiq  etməyə  nail 
olmuşlar.  Bu  proses  bir  çox  sosioloqlar  tərəfindən  tənqidi  analiz 
olunmuşdur.  Onların  fikrincə,  kapitalistlər  elmi-texniki  inqilabın 
nəticələrindən  yüksək  gəlir  əldə  etmək  üçün  istifadə  edirdilər.  Onu  da 
qeyd  etmək  lazımdır  ki,  texnika  inkişaf  etdikcə  proseslərin  kapitalist 
istehsal münasibətləri ilə idarə olunması çətinləşirdi. Buna misal olaraq, 
kapitalist cəmiyyətində mövcud olan tsiklik böhranları göstərmək olar.  
 
Sosialist  cəmiyyətində  isə  elmi

texniki  inqilaba  cəmiyyətin  ümumi 
inkişafı  nöqteyi  nəzərindən  baxılırdı  [3.1].  Hamı  birlikdə  işləyir  və 
nəticənin  bölünməsində  iştirak  edirdilər.  Burada  insanların  istehsal 
prosesindən  ayrılması  ilə  bərabər,  onların  sosial  cəhətdən  də  ayrılması, 
yəni  onların  kapitaldan  asılılığının  azaldılmasına  çalışılmışdır.  Belə 
fikirləşirdilər  ki,  insanlar  bu  halda  ümumi  cəmiyyətin  rifahı  üçün  əqli 
əməyini əsirgəmədən yerinə yetirəcək. Sosialist ölkələrində ölkə siyasəti 
ilə  elmi-texniki  inqilabın  inkişafı  bir-birindən  ayrılmaz  bir  vəhdət  kimi 
nəzərdə tutulurdu. 50-ci illərdən başlayaraq sosialist ölkələrində, əsasən 
isə  Sovetlər  ölkəsində  sosializmin  qələbəsi  elmi  texniki  tərəqqi  ilə  bir

 
başa  əlaqələndirildiyindən,  burada  texnikanın  inkişafında  böyük 
sıçrayışlar  əldə  edilir.  Əsasən,  kosmos  texnikasındakı  nailiyyətləri  ilə 
sosilaist  ölkələri,  güclü  iqtisadiyyata  malik  kapitalist  ölkələri  ilə 
rəqabətə  girə  bilirdilər.  Bu  ərəfədə  SSRİ-də  elmi  işlərin  təşkili  və 
planlaşdırılması  üzrə  dövlət  komitələri  yaradılır.  Bu  komitələrin 
məqsədi  elmi  nəticələrin  istehsalatda  tətbiqini  gücləndirməkdən  ibarət 
idi.  
 
Elmi  tədqiqatlarda,  istehsalda  və  sonralar  idarəetmədə  elmi-texniki 
inqilabın  simvolu  olan  elektron  hesablama  maşınlarının  (EHM)  tətbiqi 
baş verir. EHM-lərin yaranması ilə insanların yerinə yetirdikləri məntiqi 
məsələlərin  maşınlara  ötürülməsi  və  gələcəkdə  istehsalın  avtomatlaş- 
dırılması və idarə olunması üçün şərait yaradılır. EHM, insanın istehsal 
prosesində yerini və rolunu dəyişən yeni bir texniki nailiyyət olaraq, özü 


Avtomatlaşdırmanın yayılması 
 
443 
ilə  cəmiyyətdə  sosial  effektlər  yaratmışdır.  Bu  sahədə  mütəxəssislər 
hazırlanaraq müxtəlif sahələrdə tətbiq olunurdular.  
 
Ümumiyyətlə,  XX  əsrin  ortalarından  başlayaraq  mövcud  olan  elmi-
texniki  inqilab  elmdə  və  elmi  fəaliyyətdə  köklü  dəyişikliklərə  səbəb 
olaraq    elm,  texnika  və  istehsal  arasında  qarşılıqlı  əlaqə  yaratmışdır. 
Keçən əsrdə texnikanın qədəm qoyduğu yeni bir epoxa bu günə kimi də 
davam etməkdədir.  
 
Kibernetika və elektronikaya əsaslanan avtomatlaşdırma son bir neçə 
on  illikdə  maşınqayırmada  yeni  bir  mərhələ  açmışdır.  Bu,  istər 
maşınların  konstruksiyasında,  istərsə  də  hazırlanmasında  mövcud  olan 
istehsal  münasibətlərində  kəmiyyət  və  keyfiyyət  dəyişikliklərinə  səbəb 
olmuşdur.       
 
Növbəti 
bölmələrdə 
elmi

texniki 
inqilabın 
təsiri 
altında 
maşınqayırmada baş verən inkişaf haqqında məlumat verilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə