Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
410 
 
rial  dəyərlərinin  üstün  olduğunu  qeyd  edirdilər.  Sonralar  axın  xəttində 
çalışan  işçilərin  şəraitini  yaxşılaşdırmaq  üzrə  tədqiqatlar  aparılır.  Əsas 
məqsəd monoton işdə çalışanları rotasiya etməklə yorğunluğun qarşısını 
almaqdan  ibarət  idi.  Bəzi  müəssisələrdə  isə  əlavə  tapşırıqlar  verməklə 
işdə canlanma yaratmağa səy göstərilirdi.       
 
Axın  xəttində  tətbiq  olunan  avtomatlaşdırılmış  avadanlıqlarda  emal 
prosesləri  XX  əsrdə  sənaye  işlərini  tamamilə  əhatə  etmişdir.  I  dünya 
müharibəsindən  sonra  axın  xətləri  qrup  emalını  yaratmışdır.  Qrup 
şəklində hazırlamada hər şöbədə yalnız bir  məhsul  istehsal  edilirdi. Bu 
texnologiya  maşınqayırma  və  elektrotexnikada  üstünlük  təşkil  edirdi. 
Qrup  texnologiyası  emal  prosesini  daha  kiçik  addımlara  bölməyə  və 
beləliklə,  məhsuldarlığın  artımı  üçün  şərait  yaratmışdır.  Axın  xəttində 
işin  taktı  ayrı-ayrı  yerlərdə  oturmuş  fəhlələrin  qabiliyyətindən  asılı  idi. 
Ümumi  axının  gedişi  isə  axın  xəttinin  başında  oturan  şəxsin  iş 
sürətindən  asılı  olduğundan,  sahibkarlar  orada  həmişə  yüksək 
məhsuldarlığa malik işçiləri oturdurdular.  
 
Elektrotexnika  sənayesində  sonralar  tətbiq  olunan  “yerdəyişən 
stollar”  böyük  rol  oynamağa  başlayır.  Yerdəyişən  stollar  elektrik 
ötürməsinə  malik  idilər.  Bu  stolların  tətbiqi  hələ  axın  xəttinə  keçid 
demək  deyildi.  Buraya  həmçinin  ehtiyat  hissələri  saxlanan  anbarın, 
başqa  emal  və  yığma  sexlərinin  işləri  inteqrasiya  olunmalı  idi.  Axın 
xəttinin 
tətbiqi 
bir 
çox 
müəssisələrdə 
fəhlələrin 
mütəşəkkil 
müqavimətinə rast gəlirdi.  
 
I  dünya  müharibəsindən  sonra,  ümumiyyətlə  Amerika  və  Avropa 
dövlətlərinin  sənayesində  durğunluq  baş  verir.  Kütləvi  şəkildə  istehsal 
olunmuş  məhsulların  izafiliyi  getdikcə  daralan  bazarda  onların 
satılmasını çətinləşdirməyə başlayır.   


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
411 
2.8. Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru  
 
2.8.1. İstehsalatda rasionallaşdırma  
 
 
K
eçən  əsrin  20

30-cu  illərində  cəmiyyətin  inkişafının  tərkib 
hissəsinə  çevrilmiş,  istesal  sahələrində  texnikanın  təkmilləşdirilməsi 
sülh  şəraitində  baş  verirdi.  Onun  inkişafı  gurultulu  ixtiralardan  çox, 
məlum  ixtiraların  tətbiqində  iqtisadi  səmərəliliyin  artırılması  ilə 
xarakterizə  olunurdu.  XIX  əsrdə  ixtira  olunmuş  texniki  yeniliklər  və 
alətlər  artıq  ümumi  şəkildə,  gündəlik  tələbat  mallarının  istehsalında  da 
tətbiq  olunmağa  başlamışdır.  Texnikanın  məlum  imkanlarının  bu 
həcmdə  tətbiqi  böyük  maliyyə  və  elmi  işlərin  aparılmasını  tələb  edirdi. 
Bütün  bunlar  kütləvi  istehsalın  sürətlə  yayılmasına  gətirib  çıxarır. 
Ümumilikdə  axın  xəttinin  tətbiqi  nəticəsində  sənaye  cəhətdən  inkişaf 
etmiş  ölkələrdə  böyük  rasionallaşdırma  effekti  əldə  edilmişdir.  Ancaq 
istehsalda  əldə  edilmiş  bu  effektin  yalnız  bir  hissəsi  məhsul  artımında 
özünü  göstərmişdir.  Məhsuldarlığın  artması  bir  çox  ölkələrdə  işsizliyin 
artmasına səbəb olmuşdur.  
 
Sənayenin  inkişafı  müxtəlif  ölkələrdə,  onların  inkişaf  tarixi  ilə 
əlaqədar  olaraq  müxtəlif  idi.  ABŞ  bu  inkişafın  önündə  gedirdi.  Sənaye 
dövlətlərində  baş  verən  məhsuldarlığın  artımı,  artan  işsizlik  şəraitində 
tələbatın aşağı düşməsi nəticəsində istifadə olunmamış qalmışdı.  
 
I  dünya  müharibəsindən  sonra  sənaye  dövlətlərində  sosial  –iqtisadi 
münasibət  olduğu  kimi  qaldığından,  texnika,  iqtisadiyyat  və  siyasətdə 
aparıcı  dairələr  də  olduğu  kimi  qalırdı.  Əsasən  müharibədə  uduzmuş 
Almaniyada  böyük  sənayeçilər  yeni  bir  sahə  axtarmağa  cəhd  edirdilər. 
Bir çox Qərb dövlətlərində hərbi texnika vasitəsilə çoxlu pul qazanmaq 
ideyası  hökm  sürürdü.  Buna  görə  də,  dövlətlərin  texniki  və  sənaye 
potensialı  əvvəlkindən  də  artıq  dərəcədə  hərbi  strategiyaların  təsiri 
altında  idi.  Bu,  ona  gətirib  çıxarmışdır  ki,  vətəndaş  obyektlərinin 
inkişafına  qoyulan  sərmayələr  getdikcə  azalmağa  başlamışdır.  Bu 
maliyyə vəsaitləri  getdikcə  hərbi  sənayedə  işlənmiş   texniki   yenilik- 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
412 
lərin bahalı sınaqlarına yönəldilirdi.        
 
Texnikanın  inkişafında  prinsipial  yeni  bir  dövr,  əsasən  Oktyabr 
inqilabı  nəticəsində  dəyişməkdə  olan  Rusiya  ərazisində  nəzərə 
çarpmaqda  idi.  İnqilabdan  sonra  işçilərin  əlinə  keçən  zavod  və 
fabriklərin  inkişafı  cəmiyyətə  xidmət  etməyə  yönəldilmişdir.  Köhnə 
dünya  tərəfindən  ələ  salınan  Sovetlər  dövləti,  təkcə  sadə  maşın  və 
avadanlıq  istehsal  etməklə  yox,  həm  də  inkişaf  etmiş  sənaye  dövlətləri 
arasındakı böyük texniki fərqi aradan götürməli idi. Sovetlər ölkəsi buna 
yalnız  xarici  işğalçıları  dəf  etdikdən  sonra  böyük  miqyasda  başlaya 
bilmişlər.     
 
Maşınqayırma  sənayesinin  metal  hissələrlə  təmin  olunması  həmişə 
olduğu  kimi bu sahədə texniki inkişafın əsasını təşkil  edirdi. Metalların 
hazırlanmasında  yeni  tendensiya  hiss  olunmaqda  idi.  Əlvan  metalların 
tətbiqi  getdikcə  artmaqda  idi.  Metalların  alüminium  və  maqnezium 
əsasında  legirlənməsi  əlvan  metalların  spektrini  artırmışdır.  Getdikcə 
süni  materialların  inkişaf  etdirilməsi  və  istehsalda  tətbiqi  metallara 
rəqabət yaradırdı.   
 
Buna  baxmayaraq,  polad  və  çuqun  20-ci  illərdə  sənaye  üçün  əsas 
material  sayılırdı.  Bu  dövrdə  dünyada  istifadə  olunan    materialların 
90%-i  onların  payına  düşürdü.  İstehsal  olunan  polad  və  çuqunun 
miqdarı bu və ya diqər dövlətin sənayeləşmə dərəcəsini göstərirdi.  
 
Metallurgiyada  mövcud  olan  texniki  inkişafın  əsasında,  məlum  olan 
texnologiyanın  təkmilləşdirilməsi  ilə  əlaqədar  olan  yeniliklər  dururdu. 
Domna  sobaları,  həmçinin  polad  istehsalında  tətbiq  olunan  konverter, 
Simens-Martin  və  soyuq  halda  emal  metodları  yeni  inkişafın  təsirinə 
məruz  qalmışdılar.  Təkmilləşmə  sobaların  ölçülərinin  böyüdülməsi, 
yanacağın azaldılması, istehsal gücü və prosesin stabilliyinin artırılması 
ilə  səciyyələnirdi.  Onu  da  qeyd  etmək  lazımıdr  ki,  20-ci  illərin 
əvvəlindən başlayaraq Besemmer və Tomas üsullarının tətbiqi Simens-
Martin üsulunun xeyrinə azalmışdır.  
 
Polad istehsalında əldə edilən irəliləyiş istehsalın təşkilində baş verən 
təkmilləşdirmədən  ibarət  idi.  Bir  növ  “inteqrasiya  olunmuş”  istehsal 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə