Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
459 
dəyişdirilməsi lazım idi. Ona görə də, bu maşının praktiki tətbiqi bir çox 
çətinliklərlə bağlı idi [3.8]. 
Proqramlaşdırıla  bilən  hesablama  maşınlarının  inkişafında  Noyman 
(ingl. John von Neumann) tərəfindən işlənmiş iki yeni konseptlə müasir 
hesablama  texnikasının  əsası  qoyulur.  O,  paralel  işləyən  ENİAC 
maşınından fərqli olaraq yalnız bir mərkəzi riyazi əməliyyat sistemindən 
istifadə edir və əməliyyatları ardıcıl olaraq yerinə yetirir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.11. ENİAC hesablama maşını.
 
 
 
1948-ci  ildə  tranzistorların  ixtirası  ilə  hesablama  maşınlarının 
təkmilləşdirilməsi  və  praktikada  geniş  tətbiqi  üçün  növbəti  imkan 
yaranır. Tranzistorların  kiçik  ölçüyə  və  yüksək  etibarlığa  malik  olması, 
ucuz  başa  gəlməsi  və  az  enerji  işlətməsi  kimi  üstün  cəhətləri,  tezliklə 
elektron lampalarını sıxışdırır (şəkil 3.12).  
 
Bundan sonra yarımkeçiricilər texnikasının kiçik intervallarla inkişafı 
ilə  hesablama texnikasının  da  gücü  artmağa  başlayır. 1959-cu ildə ilk  


Avtomatlaşdırmanın yayılması 
 
460 
 
 
 
 
 
 
 
 
 
a) relelər   
       b) elektron lampaları 
 
c) tranzistorlar 
 
 
Şəkil 3.12. Reledən mikroelektronik elementə doğru. 
 
dəfə  olaraq  inteqrasiya  olunmuş  çevirici  sxemlər  (Integrated  Gircuits
IC),  1965-ci  ildə  yüksək  səviyyəli  çevirici  sxemlər  (Large  Scaled 
Integrated  Circuits,  LSI)  və  1975-ci  ildə  isə  ilk  mikroprosessorlar 
yaradılır  (cədvəl  3.1).  Çevirici  sxemlər  adətən  lövhələr  üzərində 
tranzistorları  lehimləyərək  düzəldilirdi.  Yüksək  səviyyəli  sxemlərdə  isə 
diod,  kondensator,  müqavimət  və  birləşmələr  ekstrem  kiçik  formada 
silisiumkarbid  lövhənin  üzərində  birbaşa  yaradılır.  Bu  yeni  texnologiya 
mikroelektronikanın  gələcək  inkişafını  müəyyən  edərək,  getdikcə 
hesablama texnikasında miniatürləşdırməyə imkan yaratmışdır. 
 
Cədvəl 3.1. Elektron elementlərin inkişaf mərhələləri. 
Yaranma 
tarixi 
Element 
Funksiya  elementlərinin 
sayı 
1837 
1906 
1947 
1960 
1970 
1975 
1980 
bu gün 
Elektromexanik rele 
Elektron lampa 
Tranzistor 
Inteqrasiya olunmuş idarə sxemləri 
(Mikroelektronikanın başlanğıcı) 
 



10-a qədər 
təxm. 1000-ə qədər 
təxm. 10000-ə qədər 
təxm. 100000-ə qədər 
100000000-dan artıq 
 


Avtomatlaşdırmanın yayılması 
 
461 
3.2.2. Rəqəmli idarəetmə sistemlərinin yaranması    
 
 
Dəzgahlar  üçün  idarəolunma  informasiyalarının  yaddaşa  verilməsi 
formalarının  axtarışı  uzun  ənənəyə  malik  olub,  öz  başlanğıcını  seriyalı 
istehsaldan  götürmüşdür.  Pəstahların  yüksək  dəqiqliklə,  təkrar  olunaraq 
emal  olunması  üçün  informasiyaların  uzun  müddətli  və  sadə  şəkildə 
saxlanması  baxımından  müxtəlif  yaddaş  konseptləri  yaranmışdır.  Onlar 
dəzgahların  sazlanmasını  sadələşdirərək  prosesə  nəzarət  işlərini 
sexlərdən planlaşdırma şöbələrinə keçməyə imkan yaratmışdır.  
   XX əsrin ortalarında dəzgahların avtomatlaşdırılmış  idarə olunmasına 
ABŞ-da  daha  çox  can  atılırdı.  Burada  məqsəd,  proses  zamanı 
dəzgahlarda çalışan fəhlələrdən asılılığın azaldılması və istehsalın  idarə 
olunmasını  mərkəzləşdirməkdən  ibarət  idi.  Hesablama  texnikasının 
tətbiqi  ilə  nəhayət  ki,  dəzgahların  idarə  olunması  üçün  yeni  bir  alət 
tapılmış  olur.  Sərt  proqramlarla  işləyən  informasiya  daşıyıcılarına 
nisbətən  yeni  yaddaş  mexanizminin  uğurlu  olmasında,  həm  də  idarə 
olunma  informasiyasının  saxlanmasının  yeni  üsulunun  işlənib  tətbiq 
olunması  böyük  rol  oynamışdır.  Hissənin  ümumi  emal  prosesi  formal 
şəkildə  abstrakt  təsvirə  gətirilərək  kodlaşdırılır  və  dəzgahın  idarə 
sistemini aktivləşdirmək üçün binar verilənlər şəklində verilir.  
 
Bu  yeni  konsepti  reallaşdırmaq  üçün  keçən  əsrin  40-cı  illərində  bir 
neçə rəqəmli idarəetmə prinsipi (NC- Numerical Control) yaradılmışdır. 
Buna  misal  olaraq  ABŞ-da  Arma  Corporation  şirkətində  Kunninqham 
tərəfindən görülmüş işləri misal göstərmək olar [3.9].  
 
Ancaq rəqəmli  idarəolunma üzrə ilk uğurlu innovasiya kimi MİT-də 
(ingl. Massachusetts Institute of Technology, USA) Parsonsun düzəltdiyi 
rəqəmli sistem sayılır [3.8]. Parsons atasının firmasında çalışdığı zaman 
vertolyotlar  üçün  pərlərin  hazırlanması  ilə  məşğul  olur.  II  dünya 
müharibəsindən  sonra  Parsons  Corporation  ABŞ-da  vertolyot  pəri 
hazırlayan  ən  böyük  müəssisə  idi.  Bu  hissələrin  emalı  ilə  bağlı  prosesi 
avtomatlaşdırmaq  üçün  düzəldilmiş  rəqəmli  idarə  sistemi,  müasir 
dəzgahlarda  tətbiq  olunan  sistemlər  üçün  əsas  sayılır.    Pərlərin 


Avtomatlaşdırmanın yayılması 
 
462 
hazırlanması  üçün  Air  Force  Material  Command  (AMC)  Parsonsa  
sifariş  verən  zaman,  həm  də  bu  konstruksiya  üçün  normativ  kitabçanın 
tərtib  olunmasını  tələb  edir.  Bu  məsələnin  həlli  informasiya  həcminin 
böyük  olması  ucundan  çox  əməktutumlu  idi.  O  dövrün  hesablama 
maşını ilə bu işi görmək üçün bir il vaxt lazım idi. Pərlərin yüklənməsini 
ENİAC  maşınında  hesablmaq  üçün  Pensilvaniya  Universitetinə  sifariş 
verilir.  Sonra  Parsons  IBM  firması  ilə  danışıqlar  apararaq,  möhkəmlik 
və  profil  hesabatlarının  aparılması  üçün  IBM  602A  maşınının  tətbiqi 
üçün qərar qəbul edir. Bu maşın cədvəlləşdirmə, seçmə və perfokartların 
deşilməsi  üçün  qurğu  ilə  təchiz  olunur.  Bu  qurğunun  tətbiqi  ilə  lazım 
olan hesabatlar aparılır.  
 
Bu  məsələ  həll  olunduqdan  sonra  Parsons  emal  dəqiqliyinin 
artırılması  üzrə  işləməyə  başlayır.  Qarşıda  duran  əsas  problem  pərlər 
üçün  şablonların  hazırlanması  idi.  Müxtəlif  ölçülərdə  hazırlanmış 
şablonlarla pərin en kəsiyinin dəqiqliyi verilmiş addımlarla yoxlanılırdı 
(şəkil 3.13).                  
 
IBM  hesablama  maşınları  ilə  əldə  edilən  müsbət  nəticə,  Parsonsu 
pərin  səthinin  rəqəmli  şəkildə  təsvir  olunması  ideyasına  gətirir.  O,  belə 
qənaətə  gəlir  ki,  şablonun  səthini  təsvir  edən  xətləri  çoxlu  sayda 
nöqtələr  toplusu  şəklində  təsvir  etmək  olar.  Parsons  ideyasını  həyata 
keçirməyə  nail  olur.  Nəticədə,  bu  informasiyalar  perfokartlara 
köçürülmüş  deşiklər  şəklində  verilə  bilirdi.  Dəzgahda  çalışan  fəhlənin 
işi,  bu    informasiya  əsasında  dəzgahı  mövqeləşdirməkdən  ibarət  idi. 
Sonra  səthlərdə  alınan  çıxıntılar  (emal  olunmamış  səthlər)  əl  ilə 
hamarlanırdı.  
 
Yeni  idarə üsulu Parsonsa emal prosesinin  optimallaşdırılıması üçün 
imkanlar açır. Prosesin gedişində əsas xətalar yenə də fəhlələr tərəfindən 
yaradılırdı.  Əsas  problem  rəqəmlərin  cədvəldən  oxunması  və  dəzgahın 
lazımi  mövqeyə  gətirilməsi  idi.  Bu  iş  əl  ilə  görülürdü.  Parsons  rəqəmli 
informasiyaları  daha  perfokartlara  deşik  şəklində  köçürmək  yox,  bir 
başa  dəzgaha  ötürmək  istəyirdi.  Bu  ideyanın  gerçəkləşməsi  Parsonsun 
firmasına  verilən  yeni  sifariş  ilə  daha  da  gücləndirilir.  Yeni 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə