Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
497 
                 
 
 
 
 
 
 
 
 
 
a) Dekart robotu 
 
  
b) Silindrik robot   
 
(3 xətti hərəkətli)   
 
 
(2 xətti və 1 dönmə hərəkətli)
 
 
 
 
 
 
 
 
 
 
c) Sferik robot 
  
 
d) SCARA robotu 
 
(1 xətti və 2 dönmə hərəkətli)    
(1 xətti və 2 dönmə hərəkətli)  
 
 
 
 
 
 
 
 
 
 
e) Şarnir robotu 
f)Paralelkinematikaya malik robot 
 
(3 dönmə hərəkətli) 
 
 
(6 xətti paralel hərəkətli) 
 
 
 
 
 
 
Şəkil 3.32. Sənaye robotlarının əsas kinematik formaları. 


Avtomatlaşdırmanın yayılması 
 
498 
Burada əsas məqsəd robotların istehsalı idi. Unimation firması 1961-
ci ildə General Motors firması üçün iki ton ağırlığında “Unimate” robot 
əlini  hazırlayır (şəkil 3.33). Bu əl, tökmə  maşınına inteqrasiya  edilərək 
istehsalda  tətbiq  olunur.  Unimate  robotunun  əli,  hidravlik  olaraq 
hərəkətə  gətirilirdi.  Mövqe  idarə  sisteminə  malik  bu  robotun  idarə 
proqramı üçün kodlar maqnit  lentində yazılırdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.33. Unimate robotu 
 
 
Robotun  yaddaş  həcmi  180  əmri  saxlamağa  imkan  verirdi. 
Proqramlaşdırma  öyrətmə  yolu  ilə  aparılırdı.  Robotun  qolu  öncə  lazım 
olan  mövqeyə  aparılır.  Bu  mövqenin  koordinatları,  əlin  açılması  və  ya 
bağlanması  üçün  əmrlər  sonra  yaddaşa  verilirdi.  Robotun  qolu  radial 
istiqamətdə 1067 mm və şaquli istiqamətdə 2300 mm hərəkət edərək, 34 
kq  ağırlığında  yükü  nəql  edə  bilirdi.  Unimate  firmasının  robotları  ilk 
vaxtlarda  yalnız  əşyaları  bir  yerdən  başqa  yerə  aparmaq  üçün  tətbiq 
edilirdi.  1963-cü  ildə  Çinçinati  Milakron  (ABŞ)  75  kq  yükü  nəql  edə 
bilən  sənaye  robotunu  hazırlayır.  1969-cu  ildə  Viktor  Ştaynman 
tərəfindən  layihələndirilmiş  6  sərbəstlik  dərəcəsinə  malik  robot  daha 
dəqiq  hərəkətləri  yerinə  yetirmək  qabiliyyətinə  malik  idi.  Bununla 
robotlar  daha  dəqiq  funksiyalara  malik olaraq sənayenin başqa sahələ- 


Avtomatlaşdırmanın yayılması 
 
499 
rində tətbiq olunur.    
 
SSRİ-də sənaye robotlarının istehsalı 60-cı illərin sonuna təsadüf edir 
[3.24].  İlk  dəfə  olaraq  UM1  markalı  robot  hazırlanaraq  sənayedə  tətbiq 
olunur  (şəkil  3.34).  Bu  robot  10  kq  yükü  qaldırmaq  imkanına  və  5 
sərbəstlik  dərəcəsinə  malik  idi.  UM1  robotu  mexaniki  emal 
texnologiyasında, 
soyuq 
ştamplamada, 
qalvanik 
örtüklərin 
çəkilməsində,  hissələrin  təmizlənməsində  görülən  işlərinin  yerinə 
yetirilməsi  üçün  təyin  olunmuşdur.  Robot  mövqe  idarəetmə  sistemi  ilə 
təchiz olunmuşdur. Bu, perfolentlərə yazılmış NC kodlarının köməyi ilə 
yerinə 
yetirilirdi. 
Əlin  dönməsi  və 
vertikal 
hərəkəti, 
həmçinin 
əldə 
bərkidilmiş 
tut- 
qacların 
hərəkəti 
hidromühərriklərin 
köməyi  ilə  yerinə 
yetirilirdi.  Çətin  iş 
şəraitində 
robotun 
tətbiqini 
mümkün 
etmək  üçün  onun 
hissələri 
qabıqla 
ətraf  mühitdən  izolə 
olun-muşdur.  Sonra- 
lar  SSRİ-də  bir  çox 
başqa modelli robotlar da işlənib istehsa-latda tətbiq edilir [3.24].     
   Sənaye robotlarının getdikcə inkişafı, bu qurğuları müxtəlif məqsədlər 
üçün  tətbiq  etməyə  imkan  verirdi.  Bu  vaxta  kimi  robotlar ağır  hissələri 
götürüb,  bir  yerdən  başqa  yerə  aparmaq  üçün  tətbiq  olunurdu.  1973-cü 
ildə  artıq  robotların  hazırlanması  ilə  məşğul  olan  71  firma  mövcud  idi. 
Həmin ildə Çinçinati Milakron T3 markalı, ilk  mini  komyüterdən  idarə 
olunan sənaye robotunu  hazırlayır.  Bu robotlarda, ilk dəfə olaraq idarə 
 
Şəkil 3.34. Sənaye robotu UM1 (1971). 


Avtomatlaşdırmanın yayılması 
 
500 
sistemində  elektrik  mühərriklərindən  istifadə  olunmuşdur.  Robot, 
ümumilikdə  çoxlu  kiçik  hissələrdən  hazırlandığından  onun  etibarlığı 
aşağı idi. Bu səbəbdən onlar sənayedə az tətbiq olunurdular [3.23].   
 
70-ci illərdə robotların inkişafında edilən ən mühüm addımlardan biri 
də  yaponların  bu  sahəyə  daxil  olub  öz  konsepsiyalarını  işləmələri 
olmuşdur.  Yaponların  hazırladıqları  robotların  ilk  modelləri  Unimate 
robotununun lisenziyası əsasında aparılırdı. Buna misal olaraq Kavasaki 
Unimate  firmasının  məhsullarını  göstərmək  olar  (şəkil  3.35).  Bu  firma 
Amerikanın  Unimation  firması  ilə  birlikdə  işləyərək,  1969-cu  ildə  ilk 
Yapon sənaye robotunu hazırlayır. Bu robot öz amerikalı oxşarı ilə eyni 
xüsussiyyətlərə  malik  olub,  hidravlik  idarəetmə  ötürməsinə  malik  idi. 
Kavasaki Unimate robotu əsasən avtomobil sənayesində tətbiq tapmışdır 
[3.20, 3.23]. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.35. Kavasaki Unimate 2000 robotu. 
 
Yaponiyada robotların texnoloji proseslərdə tətbiqinin üstünlüyü qısa 
bir  zamanda  aşkarlanaraq,  bu  istiqamətdə  önəmli  addımlar  atılır.  Belə 
ki,  1971-ci  ildə  40-dan  artıq  firmanı  birləşdirən  “Yapon  Robot 
Cəmiyyəti” yaradılaraq, yeni robot  sistemlərinin  inkişafı  istiqamətində 
böyük işlər görmüşdür.  


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə