Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Azərbaycanda maşınqayırmanın yaranması 
510 
 
istehsalı  və  tətbiqi  üzrə  ölkədə  çalışa  biləcək  mühəndislərin 
hazırlanması yolunda önəmli rol oynamışdır. Azərbaycanda 1931-ci ildə 
“Azərbaycan  neft  maşınqayırması  institutu”nun  və  1961-ci  ildə 
“Ümumittifaq  neft  maşınqayırma  elmi-tədqiqat,  layihə-texnoloji 
institutu”nun  yaradılması  və  uzun  müddət  fəaliyyət  göstərməsi  yerli 
mühəndis-ixtisasçıların  formalaşmasında  və  onların  bütün  ölkədə 
tanınmasında xüsusi rol oynamışdır.  
40-cı  illərin  əvvəlində  Azərbaycan  maşınqayırma  sənayesi  yalnız 
neft-mədən 
avadanlıqlarından 
ibarət 
olsa 
da, 
Böyük 
Vətən 
müharibəsindən  sonra  ölkədə  yeni  sahələri  əhatə  edən  texniki 
avadanlıqların hazırlanması üçün zavodlar yaradιlmağa başlayır. Onu da 
qeyd  etmək  lazımdır  ki,  maşınqayırmanın  sürətlə  inkişafı  təkcə  Bakıda 
yox,  onun  hüdudlarından  kənarda  da,  əhalinin  sıx  cəmləşdiyi  şəhərləri 
əhatə  etməyə  başlayır.  1946-cı  ildə  tikilmiş  Bakı  elektrik  mühərrikləri, 
50-ci  illərdə  inşa  olunmuş  Sumqayıt  boruyayma,  Mingəçevir  yol 
maşınları,  Xankəndi  elektrotexniki  qurğuları,  Naxçıvan  elektrotexniki 
qurğuları,  Ağdam  dəzgahqayırma,  Gəncə  dəzgahqayırma  və  avtomobil 
zavodlarını buna misal göstərmək olar.  
Altmışıncı  illərdə  ittifaq  üzrə  neft-mədən  avadanlığı  və  alətləri 
istehsal  edən  31  zavoddan  17-ni  özündə  cəmləməklə  Bakı  aparıcı  rol 
oynayırdı.  Bu  zavodlarda  istehsal  olunan  avadanlıqların  istehsalının 
texnoloji  təminatı  Bakıda  yerləşmiş  institutlarda  təhsil  almış  yerli 
mühəndislər  tərəfindən  yerinə  yetirilirdi.  Azərbaycanda  istehsal  olunan 
neft-mədən  avadanlıqları  SSRi-dən  başqa,  dünyanın  37-i  ölkəsinə  ixrac 
olunurdu [3.32].  
Neft  maşınqayırmasının  sonrakı  inkişafı,  70-ci  illərdə  zavodların 
irimiqyaslı  yenidənqurulması,  müasir  dəzgahlarla  təmin  olunması  və 
genişləndirilməsi  ilə  səciyyələnir.  Bu  yeniləşmə  ərəfəsində  Bakı 
kondisioner,  Azərbaycan  elektrik-istilik  qurğuları,  Bakı  dəzgahqayırma 
zavodları tikilib istismara verilir.  
1980-ci 
illərdə 
respublikada 
istehsal 
olunan 
maşınqayırma 
avadanlıqlarının 70% -i İttifaq  tələbatlarının  ödənilməsinə yönəldilmiş- 


Azərbaycanda maşınqayırmanın yaranması 
511 
 
dir.  Məhsulları  bir  çox  hallarda  2...3  min  km  uzaqlıqda  yerləşmiş 
istehlakçılara  daşımaq  tələb  olunurdu.  İttifaq  daxilində  inteqrasiya 
siyasətinin  tərkib  hissəsi  olan  bu  əməliyyat  Azərbaycan  istehsalçılarını 
sərbəst fəaliyyət göstərmək imkanlarından məhrum edirdi.     
Keçən əsrin 90-cı  illərindən başlayaraq Sovetlər ölkəsinin  dağılması 
ilə  əlaqədar  olaraq  Azərbaycan  maşınqayıranları  ilə  istehlakçılar 
arasında  olan  əlaqə  tədricən  zəifləmiş  və  əsrin  sonuna  yaxın  kəskin 
azalmışdır.  Azərbaycan  sənayesində,  əvvəllər  aparıcı  sahələrdən  olan 
neft  maşınqayırması  sahəsi  öz  rolunu  enerji  kompleksinə  vermişdir. 
Azərbaycanda  XX  əsrin  sonunda  baş  verən  neft  bumu  yerli 
maşınqayırma  sənayesinin  inkişafından  yan  keçmişdir.  Azərbaycanda 
neft  hasilatı  ilə  məşğul  olan  xarici  şirkətlərin  tətbiq  etdikləri  neft 
avadanlıqlarını xaricdən  gətirmələri yerli sənayeyə  mənfi təsir etmişdir. 
1990

97-ci  illərdə  böhran  vəziyyətində  olan  Azərbaycan  sənayesində, 
maşınqayırma  məhsullarının payı cədvəl 3.2-də  göstərilmişdir. Buradan 
tənəzzülün səviyyəsi aydın görünür.  
XXI  əsrin  əvvəlindən  başlayaraq  respublikada  maşınqayırma 
sənayesində  müəyyən  dirçəliş  hiss  olunur.  Maşınqayırma  müəssisələri 
özlərini  yerli  tələbləri  ödəmək  üçün  yenidən  təşkil  etmiş  və  keçmiş 
əlaqələri bərpa etməyə çəhd göstərmişlər. 
Azərbaycanda yaranmış neft sənayesinin genişlənməsi maşınqayırma 
sənayesində  çalışabiləcək  mühəndislər  ordusunun  yaradılmasına  təkan 
vermişdır. 
Respublika 
ali 
texniki 
məktəblərində 
hazırlanmış 
mühəndislər təkcə ölkə daxilində yox, həm də keçmiş Sovetlər ölkəsinin 
bir  çox  ərazilərində  fəaliyyət  göstərmişlər.  Hal-hazırda  yerli 
mütəxəssislər 
əsasən  daxili  bazara  üz  tuturlar.  Azərbaycan 
maşınqayırma sahəsinin xarici ölkələrlə əlaqəsi zəifləsə də, azərbaycanlı 
mühəndislərə bir çox xarici ölkələrdə rast gəlmək olar.  
Maşınqayırma  mühəndisləri  ölkə  daxilində  ilk  dəfə  olaraq  1920-ci 
ildə yaradılmış Azərbaycan Politexnik İnstitutunda hazırlanmışdır.  
Sonradan  Azərbaycan  Sənaye  İnstitutu  adlanan  bu  ali  məktəbin 
mexanika  fakültəsində  neft  maşınqayırması,  neftayırma  müəssisələri, 


Azərbaycanda maşınqayırmanın yaranması 
512 
 
neftçıxarma  işləri  və  qazma  avadanlığı  istehsalının  texnoloji  təminatı 
üçün mühəndislər hazırlanmağa başlanmışdır.  
   1932-ci  ildə  Azərbaycan  Sənaye  İnstitutunda  “Metalların  soyuq 
emalı”  kafedrası  yaradılır  və  onun  rəhbərliyi  F.Yaroşevskiyə  həvalə 
olunur. 1942-ci ildən bu kafedra “Maşınqayırma texnologiyası” adlanır. 
1950-ci  ilin  dekabr  ayında  mexanika,  dəmiryol  nəqliyyatı  və  tikinti 
fakültələrinin bazasında Azərbaycan Politexnik İnstitutu yaradılır. Dos., 
t.e.n.  F.Yaroşevski,  dos.,  t.e.n.  Semyanin  və  t.e.n.  Sultanovdan  ibarət 
müəllim  tərkibinə  malik  olan  “Maşınqayırma  texnologiyası”  kafedrası 
artıq  ixtisas  kafedrasına  çevrilmiş  və  bu  ixtisas  üzrə  mühəndislər 
hazırlamağa başlamışdır.  1950-ci ildə bu ixtisas üzrə müxtəlif kurslarda  
123  tələbə  təhsil  alırdı.  “Maşınqayırma  texnologiyası”  ixtisası  üzrə  son 
50  ildə  hazırlanmış  mütəxəssislərin  sayı  şəkil  3.43-də  verilmişdir. 
Buradan göründüyü kimi, 60

80-ci  illər arasında mühəndis hazırlığı bu 
sahəyə  artan  tələbatla  bağlı  olaraq  sürətlə  artmış  və  90-cı  illərdə 
başlayan  böhrandan  sonra  aşağı  düşmüşdür.  1951

96-cı  illərdə 
Azərbaycanda bu ixtisas üzrə 15527 tələbə təhsil almışdır [3.30]. 
“Maşınqayırma texnoloğiyası” kafedrasında aparılan çoxsahəli elmi- 
tədqiqat  işləri  yeni  kafedraların  yaradılması  üçün  zəmin  yaratmışdır. 
Yeni  mühəndis  hazırlığına  yönəldilmiş  bu  kafedraların  siyahısı  cədvəl 
3.2-də  verilmişdir.  Yeni  kafedraların  yaranması  maşınqayırma  ixtisası 
üçün  maddi-texniki  bazanın  möhkəmləndirilməsi,  mütərəqqi  fənlərin 
tətbiqi  və  elmi-pedaqoji  kadrların  hazırlığı  üçün  əlverişli  şərait 
yaratmışdır.  1950-ci  ildən  1970-ci  ilə  qədər  bu  sahədə  14  nəfər  texnika 
elmləri  namizədi,  sonrakı  30  ildə  55  nəfər  texnika  elmləri  namizədi  və 
10 nəfər texnika elmləri doktoru yetişmişdır.  
1993-cü  ildən  başlayaraq  Azərbaycanda  çoxpilləli  təhsil  sisteminə 
keçidlə  əlaqədar  olaraq  “Maşınqayırma  və  material  emalı”  istiqaməti 
üzrə  bakalavr  hazırlığına  başlanmışdır.  1997-ci  ildən  etibarən  isə 
Azərbaycan  Texniki  Universitetində  magistratura  açılmış  və  bu  ixtisas 
üzrə magistr hazırlığı həyata keçirilmişdir.    
 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə