Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
505 
istifadə  etməklə  hissələrin  yığmada  dəqiq  mövqeləşdirilməsi  mümkün 
olur.  Şəkil  3.40-da  verilmiş  prosesi  buna  misal  göstərmək  olar.  Burada 
axın  xəttinə  verilmiş  avtomobil  gövdəsinin  dəqiq  mövqesi  optik 
sensorlar  tərəfindən  ölçülərək  qiymətləndirilir  və  sonra  qabaq  şüşənin 
oturdulmasında istifadə edilir.  
 
Hal-hazırda  yığma  zamanı  fotoqrametrik  prinsiplə  işləyən  3D  ölçmə 
sistemləri  geniş tətbiq  edilir. Bu sistemlərin  köməyi  ilə yığılan  hissənin 
verilmiş  vəziyyətdə  mövqeləşmə  dəqiqliyi  3  ölçülü  şəkillərin  əsasında 
yerinə yetirilir [3.27].   
 
Robotların  çevikliyi  və  sərtliyinin  artması,  onların  təkcə  daha  dəqiq 
işlərin  yerinə  yetirilməsində  yox,  həm  də  mexaniki  emal  kimi  nisbətən 
böyük  güc  tələb  olunan  proseslərdə  tətbiqinə  imkan  vermişdir. 
Robotların  mexaniki  emalda  tətbiqi  hələ  80-ci  illərdən  məlumdur. 
Ancaq  onlar  ilk  zamanlarda  yalnız  az  qüvvə  tələb  olunan  və  kobud 
işlərin yerinə yetirilməsində istifadə olunurdular. 
 
Sənaye  robotlarının  mexaniki  emal  texnologyasında  tətbiqinə  aid 
misal kimi metal lövhələrin təzyiq altında soyuq emalını göstərmək olar. 
Bu  işlə  məşğul  olan  Stuttqart  Texniki  Universitetinin  elmi  işçiləri 
sənaye  robotuna  xüsusi  alətə  malik  olan  başlıq  birləşdirmişlər  (şəkil 
3.41).  Bu  başlıqda  bərkidilmiş  çəkic  müəyyən  tezliklə  pəstahı 
döyəcələyir. Başlığın hərəkət trayektoriyası pəstahın həndəsəsi əsasında 
əvvəlcədən  CAD/CAM  sisteminin  köməyi  ilə  hazırlanır.  Hissə 
yuxarıdan  aşağıya  doğru  döyəcələnərək  ona  lazımi  forma  verilir. 
Prosesin üstünlüyü ondan ibarətdir ki, hər bir verilmiş hissə üçün xüsusi 
alət  formasına  ehtiyac  qalmır.  Bu  prosesin  çevikliyini  artırır.  Tətbiq 
olunan  robotlar  başqa  texnoloji  tapşırıqların  yerinə  yetirilməsi  üçün  də 
tətbiq oluna bilir. Lövhələrin qalınlığı 2 mm-ə qədər, maksimal mailliyi 
isə 60°-dir.      
 
Alüminiumdan  və  süni  materialdan  hazırlanan  kompleks  gövdə 
hissələrin  emalında    tətbiq    olunan  müxtəlif  proseslərin  (təmizləmə,  
mexaniki  emal,  səthin  kimyəvi  emalı)  bir  işçi  yerində  aparılmasında 
robotların tətbiqi böyük imkanlar açır.  


Avtomatlaşdırmanın yayılması 
 
506 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
    Şəkil 3.41. Sənaye robotunun köməyi ilə soyuq emal.  
 
 
Nisbətən  ucuz  başa  gələn  sənaye  robotunun  əl  hissəsində 
yüksəksürətli  şpindelin  bərkidilməsi  ilə  yeni  texnoloji  məsələlərin  həlli 
mümkündür  [3.28].  Prosesin  aparılması  adi  dəzgahlar üçün  hazırlanmış 
NC  proqramlarının  köməyi  ilə  yerinə  yetirilə  bilir  (şəkil  3.42).  Bunun 
üçün  robotun  idarə  sistemində  xətti  koordinatları  polyar  koordinatlara 
çevirən  proqramın  olması  lazımdır.  Müasir  sənaye  robotları  dəqiqliyi 
±
0,05 mm həddində olan hissələrin emalına imkan verir [3.28].      
 
 
 
 
 
 


Avtomatlaşdırmanın yayılması 
 
507 
   Robotların  sənayedə  uğurlu  tətbiqi,  onların  hazırlanması  və 
istismarına  qoyulan  təhlükəsizlik  qaydalarına  riayət  olunması  ilə 
bağlıdır.  Bu  qaydalar  robotların  tətbiq  sahəsindən  asılı  olaraq  tərtib 
olunur.  Adətən  robotların  işçi  sahələri  istehsalın  başqa  sahələrindən 
metal  tor  və  ya  lövhələrdən  hazırlanmış  məhəccərlə  təcrid  olunur. 
Bundan  əlavə  xüsusi  cihazlarla  robotların  hərəkətləri  daimi  nəzarət 
edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.42. Robotla frezləmə.
 
 
Görülmüş  təhlükəsizlik  tədbirlərinə  baxmayaraq,  robotlar  insan 
həyatı üçün müəyyən təhlükə yaradırlar. İndiyə qədər baş verən bədbəxt 
hadisələr  ya  robotun  təmiri,  ya  da  proqramlaşdırılması  zamanı  baş 
vermişdir.  1981-ci  ildə  Kavasaki  firmasında  fəhlə  robot  tərəfindən 
öldürülmüşdür.  Fəhlə  robotu  təmir  edən  zaman  idarəetmə  sistemində 
baş  verən  qısa  qapanma  nəticəsində  robotun  əli  işçinin  başını  tutaraq, 
onu  qətlə  yetirmişdir.  Bu  hadisədən  sonra  robotların  hazırlanması  və 
tətbiqinə qoyulan təhlükəsizlik qaydaları sərtləşdirilmiş və  ümumi  nor- 


Avtomatlaşdırmanın yayılması 
 
508 
mativlər işlənmişdir. 
     Robotların  sənayedə  tətbiqinin  bu  günkü  səviyyəsi  göstərir  ki, 
onların  inkişafı  və  səmərəli  istifadəsi  hələ  də  inkişafdadır.  Sənaye 
robotlarını  tənqid  edənlərin  fikirlərinin  əksinə  olaraq,  robotlar  demək 
olar  ki,  istehsalın  bütün  sahələrinə  daxil  olmuş  və  işçilərin  əməyini 
yüngülləşdırmişdir.     


Azərbaycanda maşınqayırmanın yaranması 
509 
 
3.5.  Azərbaycanda maşınqayırmanın yaranmasına dair 
 
 
Ə
vvəlki bölmədə qeyd edildiyi kimi, XIX əsrin ortalarında Apşeron 
yarımadasında  tapılan  zəngin  neft  yataqları  Bakı  və  onun  ətrafındakı 
ərazilərdə  neft  sənayesinin  yaranmasının  əsasını  qoymuşdur.  Neft 
quyularında  tətbiq  olunan  neft  avadanlıqları  ilkin  vaxtlarda  xaricdən 
gətirilsə  də  bu  sonralar  artan  neft  istehsalı  ilə  əlaqədar  olaraq  daha 
səmərəli deyildi. XX əsrin əvvəlində Bakıda yalnız təmir emalatxanaları 
fəaliyyət  göstərirdi.  Burada  sıradan  çıxmış  nasoslar,  baltalar  və  digər 
neft avadanlıqları təmir olunurdu. 
Neft  sənayesinin  sonrakı  inkişafı  oktyabr  inqilabından  sonra,  bütün 
ölkədə  baş  verən  sənayeləşmə  prosesinin  təsiri  altında  yerli  neft 
maşınqayırması  müəssisələrinin  yaradılmasına  gətirib  çıxarmışdır.  Bu 
müəssisələrin  bir  qismi  yerli  təmir  emalatxanalarının  bazasında  təşkil 
olunsa da, böyük hissəsi yenidən yaradılırdı. Buna misal olaraq 1834-cü 
ildən  Azərbaycanda  fəaliyyətdə  olan  Leytenant  Şmidt  adına    zavodu 
göstəmək  olar.  Bu  zavod  yenidən  qurulmuş,  poladəritmə  və  ştamplama 
sexləri  ilə  tamamlanmışdır.  Montin  adına  zavodda  isə  mexaniki  emal 
proseslərinin  aparılması  üçün  dəzgah  parkı  genişləndirilmişdir.  Bu 
ərəfədə Bakı şəhərində neft-mədən avadanlıqlarının istehsalı üçün tətbiq 
olunan dəzgahların sayı 1000-i keçmişdir [3.29]. 
Sovetlər ölkəsi üçün istehsal olunan neftin əksər hissəsi Bakıda hasil 
olunduğundan,  burada  neft  maşınqayırması  da  getdikcə  inkişaf 
etdirilmiş  və  bütün  ölkə  üçün  aparıcı  sahəyə  çevrilmişdir.  1925-ci  ildə 
Bakıda  yaradılan  Dzerjinski  adına  dərinlik  nasosları  zavodu  da  bu 
yönümdə  atılan  addımlardan  idi.  Bu  zavod  ilk  vaxtlardan  SSRİ  üzrə 
aparıcı  mövqe  qazanmış  və  bunu  90-cı  illərin  əvvəlinə  qədər  qoruyub 
saxlamışdır.  
Bu  dövrdə 
Azərbaycanda  neft 
maşınqayırması  sənayesinin 
genişlənməsi  bu  sahədə  çalışa  biləcək  mütəxəssislərin  hazırlanması 
tələbini  qoymuşdu.  Məsələni  həll  etmək  üçün  1920-ci  ildə  Azərbaycan 
Politexnik İnstitutu yaradılır. Bu ali məktəb neft-mədən avadanlıqlarının 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə