Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

Azərbaycanda maşınqayırmanın yaranması 
516 
 
Cədvəl  3.3.  “Maşınqyırma  texnologiyası”  kafedrası  əsasında  yaradılmış  yeni 
kafedralar 
[3.32].
 
 
Kafedra 
1932-ci 
ildə 
“Metalların soyuq emalı” adı ilə 
Azərbaycan  Sənaye  İnstitutunda 
yaradılmışdır,  kafedra  müdiri 
F.Yaroşevski. 
1942-ci  ildə  kafedranın  adı 
“Maşınqayırma  texnologiyası” 
kimi dəyişdirilmişdir. 
 1950-ci 
ildən 
kafedra 
Azərbaycan 
Politexnik 
İnstitunda fəaliyyət göstərir.  
Kafedra müdirləri:  
1950

1974-ci  illər  dos.,  t.e.n. 
F.Yaroşevski: 
1975

1984-ci  illər  dos.,  t.e.n. 
N. Ağayev: 
1984

1987-ci  illər  dos.,  t.e.n. 
Ə.Sadıxov : 
1987-ci ildən i.q. prof., t.e.d., 
 V. Mövla-zadə  
 
  
N-
si 
Yeni  yaradaılmış  kafedraların  adı, 
kafedra müdirləri 
Yaranma 
tarixi 

“Tikiş  və  yeyinti  maşınları”,  prof., 
t.e.d. R.Əlizadə 
1970 

“Metalkəsən dəzgahlar və alətlər” 
1970

1980  ci  illər  prof.,  t.e.d. 
C.Məmmədov 
1980

1993  ci  illər  prof.,  t.e.n.  M. 
Rüstəmov 
1993-i.q. prof., t.e.d. V. Abbasov 
 
1970 

“Avtomatlaşdırılmış 
istehsalın 
texnologiyası” 
1982

1995-ci  illər  prof.,  t.e.n.  Ə. 
Xəlilov 
1995

2000-ci 
illər 
dos., 
t.e.n. 
N.Məmmədov 
1982 

“Metrologiya və standartlaşdırma”  
1986-cı  ildən  i.q.  prof.,  t.e.d. 
A.Qafarov 
1986 

“Nəqliyyat maşınqayırması”, 1992-ci 
ildən 
“Maşınların 
bərpası 
və 
etibarlığı” 
1989

1992-ci 
illər 
prof., 
t.e.d. 
N.Ağayev 
1992

2003-ci 
illər 
prof., 
t.e.n. 
Ə.Sadıxov 
1989 

“Maşınqayırmada  avtomatlaşdırılmış 
layihələndirmə sistemləri” 
1991-ci  ildən  i.q.  prof.,  t.e.d. 
H.Hüseynov 
1991 
 
 
“Maşnqayırma  texnologiyası”  kafedrası  və  onun  bazasında 
yaradılmış  digər  kafedralarla bərabər  Azərbaycanda  maşınqayırma  üzrə 
mütəxəssislərin 
hazırlanmasında 
yerli 
müəssisələrin 
texniki 
imkanlarından da geniş istifadə olunmuşdur.   


Azərbaycanda maşınqayırmanın yaranması 
517 
 
1960-cı ildən Azərbaycan Politexnik İnstitutunda açılmış aspirantura 
bu  sahədə    yerli  elmi  kadrların  hazırlanması  istiqamətində  atılan  vacib 
addımlardan  biri  idi.  Bu  imkandan  istifadə  edərək  onlarla  azərbaycanlı 
mühəndis  elmi  dərəcə  əldə  edərək  ali  məktəbdə  mühəndis  hazırlığının 
daha  təkmil  aparılmasına  nail  olmuşlar.  1950

2000-ci  illərdə 
“Maşınqayırma texnologiyası” ixtisası üzrə 70 texnika elmləri namizədi 
və  10  texnika  elmləri  doktoru  yetişdirilmişdir  [3.32].  Bu  mütəxəssislər 
Azərbaycan  Texniki  Universitetində  təhsilin  təkmilləşdirilməsi  ilə 
bərabər,  həm  də  bu  ali  məktəbin  təşkili  və  idarə  olunmasında  yaxından 
iştirak etmişlər.  
Azərbaycan  ali  texniki  məktəbləri  istər  Sovet  dövründə,  istərsə  də 
sonra  xarici  dövlətlərin  ali  məktəbləri  ilə  elmi  mübadilədə  olmuşlar. 
Əsasən  Azərbaycan  Politexnik  İnstitutu  və  Azərbaycan  Neft 
Akademiyası  bu  sahədə  Avropanın  qabaqcıl  ali  məktəbləri  ilə 
əməkdaşlıq etmişlər. 
Sovetlər  ölkəsi  dağıldıqdan  sonra  yerli 
mütəxəssislər  qarşısında  xaricdə  elmi  staj 
keçmək  üçün  yeni  imkanlar  açılır.  Əsasən 
Almaniyanın  Akademik  Mübadilə  Xidməti 
(Deutscher  Akademischer  Austausch  Dienst- 
DAAD)  öz  fəalliyyəti  ilə  daha  da  fərqlənir. 
Burada,  özü  ilk  azərbaycanlı  olaraq  1975-ci 
ildə 
Almaniyanın 
Braunşvayq 
Texniki 
Universitetində  onaylıq  elmi  staj  keçmiş  Prof. 
Vaqif  Mövla-zadənin  (şəkil  3.44)  azərbaycan 
gənclərinin 
xarici 
səfərlə 
bağlı 
stimullaşdırılmasında  böyük  rolu  olmuşdur.  Vaxtilə  AzPİ-nin  məzunu 
olmuş  Prof.  Mövla-zadə  öz  elmi  karyerasına  bu  ali  məktəbdə 
başlamışdır. O, 35 illik fəaliyyəti  dövründə  məşğul olduğu pardaqlama 
prosesinin  optimallaşdırılması  sahəsində  yeni  elmi  məktəb  yaratmış  və 
bu  sahədə  elmi  mütəxəssislər  hazırlamışdır.  Onun  müasir  gənc  elmi 
mütəxəssislər   formalaşmasında  da   rolu  təkzib  olunmazdır. Professor 
 
Şəkil 3.44.  
Prof. V. Mövla-zadə. 


Azərbaycanda maşınqayırmanın yaranması 
518 
 
Mövla-zadə 
1987-ci 
ildən 
rəhbərlik 
etdiyi 
“Maşınqayırma 
texnologiyası”  kafedrasında  qabiliyyətli  gənc  alimlərin  yetişməsi  üçün 
böyük imkanlar yaratmışdır.        
Hal-hazırda  DAAD  xətti  ilə  Almaniyaya  getmiş,  orada  təhsillərini 
davam  etdirərək,  Alman  sənayesinin  müxtəlif  sahələrində  aparıcı 
vəzifələrdə  çalışan  azərbaycanlı  mühəndislər  AzTU-da aldıqları  texniki 
təhsili  daha  da  artıraraq,  maşınqayırmanın  müxtəlif  sahələrində  dəyərli 
elmi  işlər  görürlər.  Lazerlə  emal,  örtükçəkmə,  prototiplərin  sürətli 
hazırlanması, 
qaynaq, 
mexaniki 
emal, 
maşın 
hissələri, 
avtomatlaşdırılmış  layihələndirmə,  termodinamika  həmyerlilərimizin 
çalışdıqları 
vacib 
sahələrdəndirlər. 
Bu 
gənclər 
Azərbaycanın 
mühəndislik elmində yeni bir pillənin başlanğıcını qoymuşlar. Dünyada 
öz  güclü  sənayesi  ilə  məşhur  olan  Almaniyada  aparıcı  mühəndis  kimi 
çalışaraq,  həmyerlilərimiz  əldə  etdikləri  elmi  bilikləri  Azərbaycana 
transfer  etməklə,  mövcud  elmi  bazanın  daha  da  zənginləşdirilməsində 
əhəmiyyətli rol oynayırlar.         
 
 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə