Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə6/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   2   3   4   5   6   7   8   9   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
25 
25 
25 
daha fəal  dövrü XIX əsrin  sonlarında olmuşdur. O, öz fikrini 
sübut etmək üçün XIX əsrin sonlarında qlobal dünyada mal və 
xidmət  ticarətinin  toplam  ümumi  daxili  məhsul  içərisindəki 
payının  (xüsusən  o  zaman  inkişaf  etmiş  ölkələr  baxımından) 
müasir  dövrdə  mövcud  olanlardan  daha  çox  olduğuna 
əsaslanır.  Misal  olaraq  o,  ABŞ-ın  qeyd  edilən  illərdə  xaricə 
açıqlıq  səviyyəsinin  indikindən  daha  çox  olduğunu  göstərir. 
Yenə yeni qitəyə müstəmləkələrdən gələn yüksək əmək axını 
da əməyin hərəkətini daha da artırmışdı. Həmçinin maliyyə də 
maneəsiz  ölkələr  arasında  dolaşmaqda  idi.  Lakin,  o  zamankı 
dünya  sistemində  mövcud  olan  şərtlər  əlverişli  olmadığından 
qloballaşma prosesi da daimi olmurdu. Çünki milli dövlətlər o 
illərdə bu prosesə tam hazır deyildi [129, 21].  
Qloballaşma  XX  əsrin  əvvəllərindən  başlayaraq  əsas 
etibarı  ilə  iqtisadi  proseslərin  nəticəsində  yaranmasına 
baxmayaraq,  getdikcə  dünya  məkanının  siyasi-ictimai  və 
sosial-mədəni  sahələrinin də əhatə etməyə başlamışdı.  Dünya 
iqtisadiyyatında  XX  əsrin  ikinci  yarısından  etibarən 
fundamental dəyişikliklər baş verir. Biz milli iqtisadiyyatların 
bir-birindən  ölkələrarası  ticarət  və  investisiyaya  qoyulan 
müxtəlif  maneələrə,  zaman,  məsafə,  dil  fərqləri  ilə,  dövlət 
idarəçiliyi, biznes sistemləri və mədəniyyətlər arasındakı milli 
fərqlərlə 
təcrid  olunan  bir  dünyadan  çox  sürətlə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
26 
26 
uzaqlaşmaqdayıq.  Və  biz  milli  iqtisadiyyatların  bir-biri  ilə 
qarşılıqlı  asılı  olduğu  və  inteqrasiya  olduğu  qlobal  iqtisadi 
sistemdə  birləşdiyini  müşahidə  etməkdəyik  ki,  bunu  da  sadə 
dillə qloballaşma adlandıra bilərik. Qlobal iqtisadi sistemdəki 
bu  inteqrasiya  meyli  son  illərdə  daha  da  sürətlənmiş  və  bu 
minilliyin ilk 10 ilində ən yüksək həddə çatacağı gözlənilir ki, 
şübhəsiz 
bu 
informasiya 
və 
telekommunikasiya 
texnologiyalarında  baş  verən  inqilabi  dəyişikliklərin 
məhsuludur. Qloballaşmanın 2 əsas komponenti var: 
- Qlobal bazarın yaranması; 
- İstehsalın qloballaşması.  
Qlobal  bazar  tarixən  bir-birindən  ayrı  olan  milli 
bazarların  bir  yerə  cəmləndiyi  nəhəng  çətirdir.  Coco-Cola, 
Levi's 
cinsləri, 
Sony 
Walkmanları, 
Mc 
Donald's 
hamburqgerlərinin  bütün  dünyada  istehlak  məhsulu  kimi 
qəbul olunması qlobal bazarın ən bariz nümunəsidir. Müxtəlif 
milli  zövq  və  seçimlər  qloballaşmaya  ən  böyük  maneə  kimi 
görünsə  də,  qloballaşma  dünyada  vahid  zövq,  dəb  və  seçim 
meydana  gətirmişdir.  Qlobal  bazarın  ən  əsas  və  diqqətçəkən 
xüsusiyyətlərindən  biri  budur  ki,  daxili  bazarda  bir-birinə 
rəqib  olan  transmilli  korporasiyalar  artıq  vahid  dünya  bazarı 
uğrunda rəqabət aparırlar, həmçinin əksinə daxili bazara daxil 
olan  xarici  rəqiblərlə  mübarizə  aparırlar.  Misal  üçün,  Coco-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
27 
27 
27 
Cola  və  Pepsi  artıq  sadəcə  ABŞ  bazarında  deyil,  bütün 
dünyada  rəqabət  aparır  və  bu  proseslər  «ABŞ  bazarı», 
«Yaponiya bazarı» kimi məfhumların ortadan qalxaraq vahid 
dünya  bazarının  meydana  çıxmasına  səbəb  olur.  İstehsalın 
xərc  və  keyfiyyət  üstünlüklərindən  yararlanmaq  üçün  öz 
məhsullarını müxtəlif ölkələrdə istehsal etməsidir. Başqa sözlə 
hissələri  ayrı-ayrı  ölkələrdən  mənbələnən  vahid  məhsul 
yaranmışdır.  Ona  görə  də  bu  gün  dünyada  transmilli 
korporasiyalar  tərəfindən  istehsal  olunan  məhsulları  konkret 
olaraq  amerikan  malı,  alman  malı,  fransız  malı  deyil,  dünya 
malı kimi xarakterizə etmək daha doğru olar [117].  
Qloballaşma  prosesində  2  əsas  mərkəz  var:  transmilli 
korporasiyalar  və  beynəlxalq  iqtisadi  və  siyasi  qurumlar. 
Yuxarıda  transmilli  korporasiyaların  qloballaşmadakı  rolunu 
izah  etdik.  Beynəlxalq  iqtisadi  və  siyasi  qurumlar  isə 
qloballaşmada  əsasən  siyasi  konyukturu  müəyyən  edir.  Bu 
qurumlar  millətlərüstü  qurumlardır,  hökumət  və  qeyri-
hökumət qurumlara bölünür. Misal olaraq rəsmi qurumlardan 
BMT,  Avropa  Şurası,  BVF,  Dünya  Bankı,  Dünya  Ticarət 
Təşkilatı,  beynəlxalq  qeyri-hökumət  təşkilatlarından  Human 
Rights  Watsh,  Transparency  İnternatonal  və  Amnesty 
İnternationalı  göstərmək  olar.  Bunlar  hökumətlərin  bəzi 
funksiyalarını  özündə  cəmləşdirir,  üzv  ölkələrdə  iqtisadi-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
28 
28 
siyasi  problemlərin  həllinə  yardım  edir,  məsləhətlər  verir,  bu 
ölkələrin  hökumətlərindən  daha  yüksək  statusda  olurlar. 
Qloballaşmada  dövlətin  zəifliyi  tezisi  ilə  müəyyən  mənada 
razılaşmaq olar. Məhz beynəlxalq iqtisadi və siyasi təşkilatlara 
qarşı  çevrilən  əsas  tənqid  kimi  onların  hökumətlərin  işinə 
müdaxiləsi  və  iqtisadi  və  siyasi  islahatlara  dair  verdikləri 
təkliflərin  ölkələrdəki  lokal  fərqləri  nəzərə  almadan  standart 
şəkildə  olması  və  bu  qurumların  funksiyalarının  əslində 
üçüncü  dünya  ölkələrinin  böyük  dövlət  tərəfindən  nəzarət 
altında saxlanması götürmək olar.  
Yuxarıda  qeyd  etdiyimiz  kimi  qloballaşma  prosesinin 
əsas  iki  ifaçısı  olan  transmilli  korporasiyalar  və  beynəlxalq 
iqtisadi və siyasi  qurumların bu nöqtəyə  gəlib çıxması 1944-
cü ildə yaradılan Brenton–Bud beynəlxalq maliyyə sistemi ilə 
sıx bağlıdır. Onun qarşısında duran ilkin vəzifənin Avropanın 
siyasi  xəritəsini  dəyişən  II  Dünya  müharibəsindən  sonra  güc 
əldə etmək istəyən dövlətlərin beynəlxalq iqtisadiyyatın ayaq 
üstə  qalması  və  geniş  məkanı  əhatə  etməsinə  xidmət  edərək 
möhkəm maliyyə bünövrəsini yaratmaq idi.  
Dünya 
inteqrasiya 
proseslərini 
sürətləndirmək 
məqsədilə  də  ticarət  və  maliyyə  sahəsində  tez-tez  rastlaşan 
əngəllərin  aradan  qaldırılması  zəruri  hesab  olunurdu.  Bunun 
üçün  də  dünyanın  bütün  ərazilərini  əhatə  edə  bilməyə  səbəb 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə