Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   2   3   4   5   6   7   8   9   ...   107

5
ədəbiyyatda udları B.Plininin adını çəkdiyi udinlərlə eyniləşdirmək fikri var,
lakin həmin müəllif onların Kaspi dənizinin şimal-qərb sahilində yaşadığını
söyləyib.
Ptolomeyin göstərdiyi coğrafi enlik və uzunluqlar indiki meridian və
paralellərdən kəskin şəkildə fərqlənir. Ptolomeyin xəritəsi tarixşünaslıqda
problemi olaraq qalır və öz elmi tutarını gələcək üçün saxlayır.
Böyük Plini. «Təbiət tarixi».
Qay Plini Sekundi b.e.-nın I yüzillikdəki Albaniya və albanlar haqqında
yazan antik müəlliflərin ən tanınmışıdır. Kampaniya vilayətindəki Mizendə
donanma başçısı ikən Vezuvi vulkanının püskürməsi zamanı həlak olmuşdur.
Onun 37 kitabdan ibarət olan «Təbiət tarixi» əsəri bizə çatıb. Təbiət elmləri üzrə
antik dövr biliklərinin ensiklopediyası sayılan bu əsərdə (327 yunan və 146
latındilli əsərdən istifadə edilib) tarix üçün də qiymətli məlumatlar tapılır.
Əsərdəki Skifiya və Qafqaza aid məlumatları V.V.Latışev latın dilindən
rus dilinə tərcümə etmişdir.
Böyük Plini VI kitabda yazır: «Kürdən başlayaraq bütün düzənlikdə alban
tayfaları, sonra iberlər yerləşir. Onlar birincilərdən Qafqaz dağlarından axıb Kür
çayına tökülən o Kazan çayı ilə ayrılırlar. Albaniyada Baş  Şəhər Kabalakadır.
Albaniya sərhədlərindən başlayaraq dağların bütün sinəsi boyu silvlər adlı vəhşi
tayfa, aşağıda isə lupenilər, sonra didurlar və sodlar yaşayır.
Plini həm də qədim türklərdən yazan antik müəlliflərdən biridir.
Heredotda türk və turreget, Strabonda ürk adlandırılan bu etnoslar Plinidə və
Pomponi Melada türklər kimi qeyd edilir. Bu məlumat Dionisii Perisgetin
aşağıdakı arayışı ilə səsləşir: Kaspi dənizi mənsəbinə yaxın skiflər, sonra hunlar,
onlardan sonra kaspilər, daha sonra isə döyüşkən albanlar və kadusilər
yerləşmişlər.
Plini VIII kitabda yazır: «Nikeyli İsiqon yazır ki, Albaniyada alagözlü
adamlar doğulur ki, uşaqlıq çağlarından çalsaçlıdırlar və gecələr gündüzdən
daha yaxşı görürlər».


6
VIII kitabda deyilir: «Böyük Aleksandrın Hindistana yürüşü zamanı
(e.ə.327) Alban çarı ona qeyri-adi böyüklükdə bir köpək bağışladı».
Mətnin iki yerində «Alban çarı» ifadəsi işlədilib.
Bu onu göstərir ki, Albaniyada hələ e.ə. IV yüzillik.
Dağıstanda yaşayan müasir didoyların ulu babaları .
Yin ikinci yarısında hökmdar hakimiyyəti mövcud olub.
: Moisey Kalankatuklu. «Albaniya tarixi. Azərbaycanın X əsrə qədərki
vəziyyəti haqqında fikir söyləməyə imkan verən yeganə yerli mənbə
M.Kalankatuklunun «Albaniya tarixi» əsəridir. Bu əsərin adına ilk dəfə erməni
katalikosu Ananiyanın (943-967) Xaçına gəlməsi ilə əlaqədar rast gəlinir.
Burada aydın olur ki, əgər ermənilər xristianlığı 327-ci ildə qəbul
ediblərsə, albanlar artıq 270 il xristianlıqda idilər və bu tarix eramızın 54-cü
ilinə uyğun gəlir. Sonralar «Albaniya tarixinin adı Uxtanesin X əsrin sonlarında
tərtib edilən «Gürcülərlə ermənilər arasında kilsə  əlaqələrinin kəsilməsi tarixi»
əsərində adı çəkilir.
«Albaniya tarixinin tətbiq edildiyi vaxtı göstərən ilk tarixçi Mxitar
olmuşdur. O, «Albaniya tarixi»nin Sebosla (VII), Kevand (VIII) arasında
yazıldığını qeyd edir. «Tarix»in müəllifi özü yazdığı kimi Uti vilayətindəki
Kalankatuk kəndindən olan Moiseydir».
«Tarix»in ən qədim əlyazması 1279-cu ilə aiddir. «Alban tarixi» qədim
erməni dilində bizə gəlib çatmışdır. (qrabar). İerbu alban ənənəsinə aid
əsərlərdən bizə, dövrümüzə qədər çatan aşağıdakı tarixi mənbələri göstərmək
olar.
M.Kalankatuklu «Alban tarixi», Mxidor Qoş «Alban xronikası» «Gəncəli
Xosrovun əzablı həyatı», Kirakos Gəncəlinin «Tarix» əsərləri, habelə alban
hüquq məcəllələri – kilsə Kanonları və dünyəvi qanunlar.
«Alban tarixi» I-X əsr Albaniyasının və digər xalqların tarixini öyrənmək
baxımından son dərəcə  əhəmiyyətlidir. Əsər bir çox cəhətdən sosial-iqtisadi,


7
siyasi, dini-ideoloci, mədəniyət tarixi coğrafiya, Azərbaycanın etnogenezi
problemi baxımından böyük maraq doğurur.
Əsər 3 kitabdan ibarətdir.
Tədqiqatçıların bir qisminin fikrincə ilk  iki kitab VII yüzillikdə, üçüncü
kitabı isə X yüzillikdə yazılmışdır. İkinci fikrə görə isə «Alban tarixi»nin hər üç
kitabı X yüzillikdə qələmə alınmışdır.
Tamamilə aydındır ki, öz hakimiyyətinin inkişafı olan yazılı abidənin
sifarişçisi Cavanşir özüdür.
«Alban tarixi» müəllifinin məqsədi Albaniya dövlətinin, alban çarlığının
meydana gəlməsi və inkişafı tarixini, onun etnosu, ərazisi, siyasi və mənəvi
həyatının, onun çarları – alban Arşakiləri və böyük knyazlar Mehranilərin
(Cavanşir) hakimiyyətdə olduğu illərin tarixini göstərməkdir. Bu yazılı abidədə
Alban dövlətinin və Alban kilsəsinin müstəqilliyi tərənnüm edilmişdir.
Xronoloci baxımdan əsər Bibliya dövründən başlanıb 999-cu ilə qədərki
hadisələri əhatə edir.
Albanların mənşəyi, yazısı olan 15 xalqdan biri olduğu göstərilir. Ölkənin
tarixi coğrafiyası, Albaniya ərazisinin coğrafi təsviri, təbii sərvətləri, ölkənin
hüdudlarının dəqiq təsviri təqdim olunur.
IV fəsildə Albaniyanın siyasi tarixi verilir. Arşakilər sülaləsindən olan
çarların siyahısı verilir. I kitab V yüzillikdə hunların Albaniyaya basqının təsviri
ilə başa çatır.
İkinci kitab 552-ci ildən başlanıb 703-711-ci illərdəki hadisələrin təsviri
ilə qurtarır. Bu kitabda Cavanşirin başçılığı altında alban qoşunlarının da iştirak
etdiyi İran-Bizans və İran-Ərəb müharibələri təsvir edilir.
Kitabda Cavanşirin və Varaz Trdatın hakimiyyət illəri, xəzərilərin ölkəni
işğal etdiyi dövrdə Alban katalikosu vironun həyatı təsvir edilir.
Üçüncü kitab ərəblərin tarix meydanına daxil olmasına həsr olunub.
Burada Məhəmməd Peyğəmbəri Zühurunun qısa tarixi verilir, ərəblərin 698-
877-ci illərdə Albaniyaya, Ermənistana, İberiyaya hücumlarından söhbət açılır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə