Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   2   3   4   5   6   7   8   9   ...   107

3
onlar nəinki qədim Azərbaycanın, eləcə də Anadolu
yarımadasının və orta Asiyanın sakinləri olmuş və tədricən
şimala doğru hərəkət etmişlər.
Azərbaycan ərazisində  ən qədim etnoslar onun cənub
hissəsində miladdan öncə III minillikdən mənbələrdə adı
çəkilən Kutilər və Lullubilərdi. Mənbələri araşdırarkən belə
təəssürat yaranır ki, Lullubi Azərbaycanın prototürk əhalisinə
verilmiş kənar ad olmuşdur. Lullubilərin etnik mənsubiyyəti
və dili barədə müxtəlif fərziyyələr mövcuddur. Onların kassi,
elam, o cümlədən Qafqaz dilləri ilə qohumluğu mülahizəsi
ortaya atılmışdır. Lullubilərin döyüş məharəti qonşular
arasında vahimə törədirdi. Məhz buna görə turukkilər onları
yadelli, urartular isə Lulli etnik adını düşmən mənasında
işlədirdi.
Lullu tayfa ittifaqına daxil olan qohum etnoslardan biri
turukkilər olmuşdur. Onlar Urmiya gölünün cənubunda
keçmiş Aratta ölkəsinin ərazisində yaşayırdılar. Lullu dövləti
süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasi
qüvvə kimi çıxış etməyə başlayır. Avropa tədqiqatçıları belə
hesab edir ki, Ön Asiyada qədim bir dil ailəsi olub. Bu dil
ailəsini şərti olaraq Kaspi və ya Zaqroilam adlandırmaq olar.
Kutilər, lullubilər, elamlılar, kasslar, huritlər, sonra da
mannalar həmin dildə danışan etnoslar idi.


4
Azərbaycanın etnik tarixində ən dolaşıq məsələlərdən biri
də Albaniyada Uti adını daşıyanların etnik mənsubiyyəti
məsələsidir.
Qədim Azərbaycan ərazisində yaşayan etnoslardan biri
qaynaqlarda yad edilən kutilərdir. Urmiya gölünün cənub və
qərb regionlarında məskunlaşmışlar. Onlar trukkilər və
lullubilərlə ittifaqda olmuş, subar tayfaları ilə ünsiyyətdə
olmuşlar.
Tədqiqatçılaın bir qismi utiləri Qafqaz dilli hesab edir.
Vaxtı ilə kutilərin türk etnosu olması fərziyyəsi irəli
sürülmüşdür. (B.Zandsberqer). Kutilərin qərb qonşuluğunda
e.ə.13-12-ci əsrlərdə Kuman tayfaları yaşayırdı. Burası
aydındır ki, kutilərin e.ə.3-cü minillikdən 1-ci minilliyin
sonlarına qədər yaşadığı  ərazi e.ə.9-cu əsrdən Manna və
Midiya adları ilə məlumdur. Son illərdə Y.Yusifov Manna və
Midiya toponimlərinin və  şəxs adlarının təhlili əsasında kuti
etnosunun Altay mənşəli olduğu fikrini söyləmişdir. Bu fikir
diqqətəlayiqdir və onun xeyrinə bəzi faktlar vardır: 1-cisi, e.ə.
3-cü minillikdən 1-ci minilliyin sonuna qədər Cənubi
Azərbaycan ərazisində arasıkəsilməz etnik vərəsəliyin olması
və e.ə. 1-ci minilliyin əvvəllərindən həmin ərazidə türk
mənşəli Manna və Maday etnoslarının mövcudluğu.


5
2. Kutilərin bir hissəsinin e.ə. 1 minilliyin əvvəllərində
yaranmış Urartu ərazisində – indiki Türkiyənin Şərq
bölgələrində, Van gölünün hövzələrində yaşaması.
3. Qeybullayevin araşdırmaları göstərir ki, kutilərdə,
lullubi və kassilərdə bəzi şəxs adları Altay, türk və  Şumer
mənşəlidir.
Lullubilərin etnik mənşəyi haqqında ümumi fikir belədir
ki, guya onlar Elammənşəli idilər. Lakin Y.Yusifov bu fikri
təkzib edərək lullubilərin türk, Altay mənşəli olması fikrini
söyləmişdir. O, yazmışdır ki, Ön Asiyada Altaymənşəli
tayfalar e.ə. 3-cü minillikdə yaşayırdı.
Lullubilərin dilindən yeganə Kiur – «Allah» sözü
məlumdur. Ehtimal ki, qədim türklərdəki Kuar – ildırım Allahı
bu sözlə eyni mənşəlidir.
Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi
nəzərə alınır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa
birləşməsinin, daha sonra e.ə.9-cu əsrin 30-cu illərindən
Azərbaycan ərazimində ilk dövlət qurumunun adıdır.
Maraqlıdır e.ə. 7-ci əsrin sonlarına qədər Assur və Urartu
mənbələrində bu etnos «Manna» və «Mana» kimi qeyd olunsa
da, az sonra e.ə. 519-cu ilə aid fars dilində Bisutun qaya
yazısında və Midiya haqqında ətraflı məlumat vermiş
Herodotun tarix əsərində bu etnonim yoxdur.


6
İlk dəfə Azərbaycan türkoloqu T.Hacıyev göstərdi ki,
«Manna etnonimi türkmənşəlidir və onun ilkin forması Manqa
olmuşdur. Mannalıların türkdilli olması fikri ilk dəfə
Y.Yusifov tərəfindən irəli sürülmüşdür. Mannalıların
türkmənşəli olduğunu göstərən faktlardan biri də «Manq»
etnoniminin Altay-türk xalqları içərisində indiyədək
qalmasıdır.
Mannalıların türkmənşəli olduğunu göstərən mühüm
faktlardan biri də Urmiya gölünün adlarının türkcə olmasıdır.
(Mantiana, Zamua).
2-ci sual.
E.ə. IX əsrdə Manna ərazisində Zamua, Allabria,
Alateye, Zikirtu, Andia kimi xırda dövlət birləşmələri mövcud
idi. Urmiya gölünün cənubunda Zamua vilayəti yerləşirdi. Bu
ərazi lulluların məskəni olmuşdur. Assur qaynaqlarında
«Zamua hökmdarları» ifadəsi işlənmişdir. E.ə. IX əsrin I
yarısında Zamua ölkəsində xırda hakimiyyətlər mövcud idi.
Assurlardan uğurla müdafiə olunmaq üçün vahid
mərkəzə tabe olan dövlət idarə sisteminin yaradılmasına
ehtiyac duyulurdu.
Manna adı ilk dəfə e.ə.843-cü ildə Assur qaynaqlarında
yad edilmişdir. Ölkənin adı Mixi qaynaqlarında Mannaş,
munna, daha çox Manna şəklində yazılırdı. Urartu Mixi


7
yazıları ölkəni Manna Zikirtu müasir Miyan, Ərdəbil ərazisi
tövratda isə Mini kimi qeyd edilir.
Assur hökmdarı III 8 almanasar (e.ə. 859-824) Zamua
vilayətinə, 829-cu ildə isə Udakinin hakimiyyəti altında olan
torpaqlara soxulur. Yalnız Gilzan əyalətinin hökmdarı xərac
verməklə Assurlardan canını qurtara bilir. Beləliklə, e.ə. IX
əsrin ortalarında, bəlkə də I yarısında Urmiya gölü hövzəsində
Manna dövləti artıq yaranmışdır. Lakin o, Cənubi Azərbaycan
torpaqlarına tam hakim deyildi. Xüsusilə Gilzan müstəqil
hökmdarlar tərəfindən idarə olunurdu. Zamua-lullubilər ölkəsi
Mannanın mərkəzi torpaqları idi. Bu dövlət Assur və urartu
işğalçılarına qarşı mübarizənin gedişindən formalaşırdı.
Manna artıq e.ə. 9-8-ci əsrlərin hüdudunda Urmiya gölü
hövzəsində ən güclü bir dövlətə çevrildi.
Assur hökmdarı V  Şamşi Adadın (e.ə.823-811) yürüşü
nəticəsində Urartu Mannanın qərb torpaqlarından sıxışdırıldı.
Urartu Şərqi Anadoluda Van gölü yanında (Türkiyə)
yaranmış dövlət idi.
E.ə. 8-ci əsrin 1-ci yarısında Assuriya dövləti siyasi
böhran dövrünə qədəm qoyur. Belə şəraitdə Urartu Ön Asiya
hadisələrində iştirak edən qabaqcıl qüvvəyə çevrilir. Manna
Urartu hakimi 1 Argiştinin (e.ə.781-760) diqqətini cəlb edir.
O, e.ə.779-774-cü illərdə Manna torpaqlarına soxulur. Urartu


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə