Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   99   100   101   102   103   104   105   106   107

Prezident Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də
budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən
çıxartdı.Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olundu.
Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu
üzvüdür, Heydər Əliyev isə bütün türk dünyasının müdrik yolgöstərəni,
zəmanəmizin Atatürkü adını qazanmışdır!
Müstəqil Azərbaycan dövlətinin islam dünyasındakı nüfuzu da getdikcə
artmaqdadır.
Azərbaycan Respublikası bir çox beynəlxalq ittifaqlar və təşkilatların
üzvüdür.Azərbaycanın Avropa Şurasındakı uğurları göz qabağındadır.Heydər
Əliyev siyasətinin layiqli davamçısı olan İlham Əliyevin bu mötəbər beynəlxalq
məclisdəki parlaq çıxışları, onun başçılıq etdiyi deputat qrupunun erməni
millətçiləri üzərindəki qələbələri hər bir Vətən övladında haqlı qürur hissi doğurur.
Bununla yanaşı, İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının büro
üzvü seçilməsi və vitse-prezidenti kimi yüksək vəzifəyə layiq görülməsi
Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artdığını sybut edən daha bir
parlaq faktdır.
Prezident Heydər Əliyev bütün tarixi dövrlərdə, ənənəvi düşmənlərimizin həmişə
Azərbaycanı diz çökdürmək üçün istifadə etdikləri "erməni kartı"na qarşı neft
siyasəti strategiyasını işləyib hazırladı. Və sübut etdi ki, Qafqaz problemlərinin
həllində "erməni kartı"ndan daha güclü vasitələr vardır. Uzaqgörən siyasətçilər
indi yaxşı başa düşürlər ki, neft strategiyasının "erməni kartı"na və xarici
ölkələrdəki erməni lobbisinə qalib gələcəyi gün uzaqda deyil. Yaxın gələcəkdə
müəllifi Heydər Əliyev olan bu siyasətin nə qədər dərindən düşünülmüş və
uzaqgörən bir siyasət olduğunu zaman özü göstərəcəkdir!
Heydər Əliyev zəkasının, onun gərgin, ardıcıl və inadlı fəaliyyətinin nəticəsi olan
Bakı-Tiflis-Ceyhan əsas neft ixracı kəmərinin (xarici düşmənlərimizin və daxildəki
dönüklərin törətdikləri min bir hiylə və əngəllərə baxmayaraq, bu kəmərin
istifadəyə veriləcəyi gün uzaqda deyil!), həmçinin Bakı-Ərzurum qaz kəmərinin
region ölkələri üçün, o cümlədən türk dünyasından ötrü nə demək olduğu neçə-
neçə nəsillər keçəndən sonra başa düşüləcəkdir!
İQTİSADİ İSLAHATLAR VƏ ONUN NƏTİCƏLƏRİ
1991-ci ildə dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında
demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil
milli iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi
sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökumət


qarşısında: dövlət müstəqilliyinin möhkəmləndirilməsi; demokratik, hüquqi-
dünyəvi dövlət qurulması; bazar iqtisadi sisteminə keçid; ölkənin ərazi
bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının
yaxşılaşdırılması və s. bu kimi bir çox ciddi və taleyüklü vəzifələr qoyuldu.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas
mərhələyə ayırmaq olar.Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya
tənəzzül dövrü.İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi
sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Birinci dövrdə Azərbaycan Respublikasının qarşılaşdığı misli görünməmiş siyasi
(1991-1993-cü illərdə siyasi vəziyyətin qeyri-sabitliyi), hərbi (Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin 20%-i indiyədək
erməni silahlı qüvvələrinin işğalı altındadır.Ermənistandan və Azərbaycanın işğal
olunan ərazilərindən qovulmuş 1 milyondan çox azərbaycanlıların əksəriyyəti hələ
də çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə yaşayırlar. Bu qaçqınların
və məcburi köçkünlərin əksəriyyəti əmək qabiliyyətli olsalar da, faktiki olaraq
onların çoxunun daimi iş yeri yoxdur, təsadüfi qazanclar və hökumətin verdiyi cüzi
müavinətlər hesabına yaşamağa məcburdurlar) və iqtisadi (bu dövrdə keçmiş
müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə
və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması
nəticəsində istehsalın səviyyəsi xeyli aşağı düşdü, müəssisələrin əksəriyyəti öz
fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qaldılar,
işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsini
təşkil edən əmək haqqının səviyyəsinin real ifadədə aşağı düşməsi başlandı,
inflyasiya prosesi sürətləndi. O dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə
iqtisadiyyatının real imkanları nəzərə alınmadan əmək haqqının və sosial
ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya
prosesinin daha da sürətlənməsinə və hiperinflyasiyaya çevrilməsinə səbəb oldu)
problemlər vəziyyəti ağırlaşdırmışdı.
Bu dövrdə Azərbaycan Respublikasında iqtisadi islahatlara qiymətlərin və xarici
iqtisadi fəaliyyətin liberallaşdırılmasından başlanılmışdır.Liberallaşdırma prosesi
1995-ci ilə kimi ölkədə qiymətlərin kəskin surətdə qalxması ilə müşaiyət
olunmuşdur. Belə ki, 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən
2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdir. 1992-
ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə
nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,63 dəfə artmışdır.
Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan
digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın
Inkişafı (1993-1995)'' adlı Dövlət Proqramını qeyd etmək olar.1993-cü ilə qədər
ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və
sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun
həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan


yaratdı (ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların
xarici iqtisadi fəaliyyəti genişləndi və s.).
Birmənalı olaraq qeyd etmək olar ki, iqtisadi inkişafın birinci mərhələsində
aparılmış zəif islahatlar və kosmetik iqtisadi tədbirlər nəticəsində bütün iqtisadi
indikatorlarda neqativ meyllər müşahidə olunmuşdur. Belə ki, 1991-ci ildə ümumi
daxili məhsul (ÜDM) 2,7 milyard manat olmuş, 1991-1994-cü illər ərzində ölkə
iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı.. Bunun nəticəsi olaraq
əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirləri
real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3.6 dəfə aşağı
düşmüşdür. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi xeyli
yüksəlmişdir.Belə ki, 1991-1995-ci illər ərzində iqtisadi fəal əhali içərisində
məşğul əhalinin sayında azalma müşahidə olunmuşdur.
1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real
gəlirlərin səviyyəsi 5.7 dəfə azalmışdır. Bu hal iqtisadi tənəzzülü xeyli
sürətləndirmiş və bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə - hiper
inflyasiya mərhələsinə qədəm qoymuşdur (1994-cü ildə inflyasiya səviyyəsi
1763.5 faiz olmuşdur). Belə ki, istehsalın kəskin şəkildə azalması, siyasi qeyri-
sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər
və dövlət xərclərinin, əmək haqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi
vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-
büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi
imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.
Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü adlandırdığımız 1991-1995-ci illərdə
aparılmış sistemsiz iqtisadi islahatlar aşağıdakı neqativ hallara səbəb oldu: (I)
maliyyə-bank sistemi iflic vəziyyətə düşdü; (II) büdcə kəsirinin ÜDM-ə nisbəti
1994-cü ildə 13 faizə çatdı; (III) bütünlüklə büdcə kəsiri Milli Bank tərəfindən
maliyyələşdirildi ki, bu da pul kütləsinin həddindən çox artmasına səbəb oldu; (IV)
1992-1994-cü illərdə pul emissiyası əhalinin pul gəlirinin 40-45 faizini təşkil etdi;
(V) 1992-1994-cü illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60 faiz
təşkil etdi; (VI) 1994-cü ildə Milli Bankın faiz dərəcələri 250 faizə çatdı; (VII)
1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə
başladı və 1995-ci ilədək onun məzənnəsi Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ
dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü; (VIII) ölkədə inflyasiya özünün pik
səviyyəsinə çatdı; (IX) 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42
faiz azaldı; (X) 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici
sərmayə qoyulmadı; (XI) bu dövrdə əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı
və s.
1993- cü ildən etibarən Azərbaycan Respublikasının mərhum Prezidenti,
ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti
nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin
sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox


böyük nailiyyətlər əldə olunmuşdur. 1994-cu il sentyabırın 20-də Bakının
“Gulustan sarayı”nda  ADNŞ İLƏ ABŞ,Böyuk
Britaniya,Norveç,Turkiyə,Rusiya,Səudiyyə ƏrəbistanıYunanıstanın iri neft şirkətləri
daxil olan konsersum (sonralar bu konsersuma Yaponiya şirkəti də qoşuldu)
arasında  Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”,”Çıraq” yataqlarının və
“Gunəşli”yatağının bir hissəsinin birgə işlədilməsi və hasil olunan neftin pay
şəklində bolunməsi haqqında 30 illik saziş imzalandı.Bu muqavilə dunyada “Əsrin
muqaviləsi” adı ilə məhşurlaşdı(2001-ci ildən başlayaraq prezidentin fərmanı ilə
həmin gun respublikada “Neftçi gunu” kimi bayram edilir).Razılığa
görə,investisiyanın 80 faizini konsersum qoyur.Ən böyük nailiyyət isə ondan
ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində
iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan
modeli yaranmışdır.
Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan
Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox
irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş
(''Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-
ci illər)'', "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının
Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında
maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)",
"Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-
2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası",
"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət
Proqramı", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi
inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)") və
digərləri uğurla həyata keçirilmişdir. Eyni zamanda, hal-hazırda "Azərbaycan
Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər), “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair
Dövlət Proqramı” və digər vacib sənədlər uğurla icra olunur.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri
aşağıdakı kimi səciyyələndirilir: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və
özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin -
müstəqil milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-
iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə
səmərəli şəkildə inteqrasiyasının təmin olunması.


Bu model üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının fərqləndirici
xüsusiyyətlərini - göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə
həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması; qeyri-standart, lakin
iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan
və cəsarətli qərarların qəbul olunması; sosialyönümlülüyün gözlənilməsi; milli
mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil
edir.
Azərbaycan iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli və səmərəli
olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində
əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox
tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verməsinə
səbəb olmuşdur: inflyasiya cilovlanmış, Milli Bank tərəfindən büdcə kəsirinin
maliyyələşdirilməsi praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 1-2%-i
səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin
iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, növbəti-1997-
ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur.
Belə ki, 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2003-cü
illərdə isə orta hesabla 10% təşkil etmiş, 2004-2011-ci illərdə isə real ifadədə 3
dəfə artmışdır.
1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən
mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad
sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil etmişdir. Artıq torpaq
və aqrar islahatları institusional baxımdan faktiki olaraq başa çatmışdır. 1695,1
min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmış, kolxoz və
sovxozların bazasında fermer təsərrüfatları yaradılmışdır. Hazırda kənd təsərrüfatı
məhsulunun 99,8%-i özəl bölmədə istehsal olunur. Bu proses ölkədə mühüm
sosial-siyasi dəyişikliklərlə yanaşı, kənd təsərrüfatı sahələrinin iqtisadi
səmərəliliyinin yüksəlməsinə də təkan vermişdir. Son illərdə bir sıra ərzaq
məhsulları (məsələn ət və süd məhsulları, kartof-soğan və s.) idxalının xeyli
dərəcədə azalması buna bariz sübutdur.
Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsinin birinci mərhələsi artıq başa çatmış
və II özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılmış və bu proqram
çərçivəsində rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika
kompleksinin müəssisələri özəlləşməyə açılmışdır.
Sahibkarlığın inkişafı və özəlləşdirmənin həyata keçirilməsi ilə əlaqədar görülən
tədbirlər nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi artaraq 1994-cü ildəki
29%-dən 2011-ci ildə 81%-i ötmüşdür.
Son illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu da xeyli artmışdır. 2003-2011-
ci illər ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına qoyulan ümumi
investisiyaların həcmi 100 milyard ABŞ dollarını keçmişdir.


Bu dövrdə görülən işlər içərisində 1999-cu ilin sonunda Neft Fondunun
yaradılması xüsusi qeyd edilməlidir. Vaxtında qəbul edilmiş bu qərar iqtisadi
inkişafda yeni mərhələnin başlanmasını göstərir və Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin
bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmiş
uzunmüddətli iqtisadi strategiyasının məhsulu kimi qiymətləndirilməlidir. Bu
davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə
təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli
strategiya” (2005-2025-ci illər) mühüm əhəmiyyət kəsb edir.
Həmçinin son illər Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın
yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata
keçirilmiş və keçirilən iqtisadi islahatların, tədbirlərin (bu islahat və tədbirlərin
hansı siyasi sənədlərlə həyata keçirilməsi yuxarıda qeyd edilmişdir) davamlı
nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi ilbə-il yüksəlir, iqtisadiyyatın
regional və sahəvi kəsimdə inkişafı reallaşır.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
hər il Azərbaycan Respublikasının növbəti və gələn üç il üzrə iqtisadi-sosial inkişaf
konsepsiyası hazırlanır. 2011-ci ildə “Azərbaycan Respublikasının 2012-ci və
gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” yuxarıda qeyd olunmuş dövlət
proqramları ilə əlaqəli şəkildə hazırlanmışdır. Bu sənəd Azərbaycan
Respublikasının 2012-2015-ci illərdə iqtisadi və sosial inkişafının əsas
istiqamətlərini və proqnoz göstəricilərini müəyyən etməklə 2012-ci və sonrakı üç il
üçün Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin tərtibini
əsaslandırır.
Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin layiqli davamçısı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla
həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bu günkü
vəziyyəti, artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun
etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün
bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil
olmuşdur.
Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin
yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail
olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət
sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr
müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın
gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o
cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü
Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu


potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının
tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması,
sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi
vəzifələri aid etmək olar.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə