Ъянуби азярбайъанда милли – демократик щярякат


partiya mətbəəsi fəaliyyət



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   96   97   98   99   100   101   102   103   ...   107

müxtəlif vaxtlarda 13 gizli partiya mətbəəsi fəaliyyət
göstərirdi.Gəncə və  Şuşada da belə mətbəələr var idi.Bu
dövrdə azərbaycanca "Hümmət", "Təkamül", ermənicə
"Banvori dzayn" («Fəhlə səsi»- 1906) və "Orer" («Günlər»-
1907), rusca "Bakinski raboçi" (1906) və "Prizıv" («Çağırış»-
1906) və başqa qəzetlər nəşr edilirdi. İnqilabdan
sonra"Bakinskiy proletari" (1907-1909)"Yoldaş" (1907),
"Qudok" (1907- 1908), "Naşa jizn" (1914), "Bakı həyatı"
(1912) qəzetləri, "Volna" (1909), "Sovremennaya jizn" (1911),
\"Nor Xosk" ("Yeni söz"- 1911 -1912) jurnalları və s. nəşr
olunurdu.
Qeyd olunan bolşevik nəşriyyat orqanları ilə yanaşı inqilabi-
demokratik mətbuat orqanları da çap olunurdu.Bunlardan ən
görkəmlisi "Molla Nəsrəddin" jurnalı idi.Cəlil
Məmmədquluzadənin redaktoru olduğu bu jurnalın ətrafında
M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Nəzmi və
başqaları kimi Azərbaycanın qabaqcıl domokratik ziyalıları
toplaşmışdı.Bu jurnalın ardınca "Bəhlul" (1907), "Zənbur"
(1909-1910) jurnalları nəşr olunmuşdu.Bakıda uşaqlar üçün
"Dəbistan" (1906-1908), "Rəhbər" (1906-1907), "Məktəb"
(1911 -1917) jurnalları da çıxırdı.
Bakıda burjuaziyanın da geniş mətbuat şəbəkəsi var
idi.Burada "İrşad" (1905-1908), "Tərəqqi" (1908-1909) və
ona qədər başqa Azərbaycan, rus, erməni dillərində qəzet və
jurnallar çıxırdı. Onlardan ən geniş yayılanları "Füyuzat" və
"Yeni füyuzat" jurnalları, "Həyat" və "Tazə həyat" qəzetləri
idi. Xırda burjua mətbuat orqanlarından isə "Raboçi listok",
"Trud", "Raboçi qolos" və başqalarını göstərmək olar.


Azərbaycanda XX yüzilliyin əvvəllərində coğrafiya, həmçinin,
digər təbii elmlərin inkişafında da müəyyən uğurlar
qazanılmışdı.Coğrafi biliklərin ana dilində yayılmasında
H.B.Zərdabi, M.H.Mollazadə, A.Səhhət, Qafur Rəşid
Mirəzəzadə mühüm rol oynamışlar.Tarix elminin də bu dövrdə
müəyyən nailiyyətləri olmuşdu. Azərbaycan tarix elminin bir
sıra problemləri N.Nərimanovun, S.M.Əfəndiyevin,
A.M.Stopaninin, A.Aşurbəyovun, M.Ə.Rəsulzadənin,
Ə.Hüseynzadənin, Ə.Ağayevin, A.Topçubaşovun, Rəşid bəy
İsmayılovun, Hacı  Şeyx Həsən Mollazadə  Şokovipin
əsərlərində öz əksini tapmışdır.
Azərbaycan ədəbiyyatında da dövrün ictimai-siyasi və fəlsəfi
fikri öz əksini tapırdı. XX əsr Azərbaycan ədəbiyyatı klassik
ədəbiyyatın və  şifahi xalq yaradıcılığının mütərəqqi
ənənələrinə  əsaslanaraq, Xaqani, Nizami, Füzuli, Vaqif,
Axundov irsinə yiyələnərək, Şərqi Avropa və rus ədəbiyyatının
nailiyyətlərindən bəhrələnərək yeni ideya-estetik keyfiyyətlərlə
zənginləşmiş bir ədəbi mərhələ səviyyəsinə yüksəlmişdi.
1905-ci il inqilabının güclü təsiri ilə təşəkkül tapan
Azərbaycan tənqidi realizmini inqilabi-demokratik ideyaların
carçısı "Molla Nəsrəddin" (1906-1931) jurnalından ayrı
düşünmək olmaz. Jurnalın naşiri və redaktoru
C.Məmmədquluzadə (1866-1932) və onun ən fəal əməkdaşı
M.Ə.Sabir (1862-1911) tənqidi realizmin ən böyük
nümayəndələri olmaqla yanaşı, jurnalın da əsas ideya
sükançıları idilər.Tənqidi realizm məktəbinin Ə.Haqverdiyev
(1870-1933), Ə.Qəmküsar (1880-1919), Ə.Nəzmi (1882-
1946), M.Ə.Möcüz (1873-1934), Y.V.Çəmənzəminli (1887-
1943) kimi digər görkəmli nümayəndələri də var idi.
İnqilabi-demokratik publisistikanın fəal nümayəndələrindən
biri Üzeyir Hacıbəyov (1885-1948) idi.İctimai-siyasi və elmi-
nəzəri məsələlərin çoxunda yazıçı və jurnalistlərdən Əli bəy
Hüseynzadə (1864-1940), Əhməd bəy Ağayev (1868-1939),
Əlimərdan bəy Topçubaşov (1865-1931) iştirak edirdi. Dünya


ədəbi irsinin və  ədəbi fikrinin öyrənilməsində, müasir
ədəbiyyatın qarşısında bəzi estetik tələblərin qoyulmasında
burjua publisistləri faydalı iş görürdülər.
XX yüzilliyin əvvəlində Azərbaycan incəsənəti - teatr, musiqi,
təsviri incəsənət öz inkişafının yeni mərhələsinə daxil oldu.
Mədəni-maarif cəmiyyətlərinin, o cümlədən, Nicatın
yaradılması Azərbaycanın milli teatr sənətinin inkişafına
təkan verdi. Azərbaycan teatrının böyük korifeyləri Hüseyn
Ərəblinskinin, C.Zeynalovun, Hüseynqulu Sarabskinin,
M.A.Əliyevin, Sidqi Ruhullanın incəsənətə gəlmələri bu dövrə
aiddir.Azərbaycan teatrı bu dövrdə həm daxildə, həm də onun
sərhədlərindən kənarlarda özünü tanıtdı. 1916-cı ildə
yaradılmış, H.Ərəblinski və H.Sarabskinin başçılıq etdiyi
"Müsəlman dram cəmiyyəti" teatr sənətinin inkişafına yeni
təkan verdi. Azərbaycan opera teatrının da yaranması həmin
illərə təsadüf edir.
XX əsrin əvvəllərində Ü.Hacıbəyov, M.Maqomayev (1885-
1937), Z.Hacıbəyov (1884-1950), C. Qaryağdıoğlu (1861-
1943), H.Sarabski (1879-1945), Q.Pirimov (1881-1965) və bir
çox başqaları Azərbaycan musiqisinin inkişafında, xalqın
musiqi irsinin təbliğində, xalq mahnı və muğamlarının
yaradılmasında xüsusilə böyük xidmət göstərirdilər.
 1908-ci il yanvarın 12-si Azərbaycan musiqisi tarixində
unudulmaz günlərdən biri oldu. Bu gün Bakı küçələrinə
vurulmuş afişalar qeyri-adi bir hadisəni, H.Z.Tağıyev
teatrının binasında "Leyli və Məcnun" operasının ilk dəfə
tamaşaya qoyulmasını xəbər verirdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə