Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   97   98   99   100   101   102   103   104   ...   107

 
1908-1915-ci  illərdə  Üzeyir  Hacıbəyov  "Şeyx  Sənan",
"Rüstəm və Zöhrab", \"Əsli və Kərəm", "Şah Abbas və Xurşid
Banu", "Harun və Leyla" kimi bir sıra yeni operalar yaratdı.
 İlk dəfə 1913-cü il oktyabrın 25-də milli musiqili teatr
səhnəsində göstərilən "Arşın mal alan" musiqili komediyası
böyük müvəffəqiyyət qazandı.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında bəstəkar
Müslüm Maqomayevin də böyük rolu olmuşdur. O, 1916-cı
ildə Azərbaycan opera sənətinin qızıl fonduna daxil olmuş
"Şah İsmayıl" operasını yaratdı.
Mətbuatın və teatr sənətinin inkişafı Azərbaycan təsviri
incəsənətinin tərəqqisinə xeyli şərait yaradırdı.Rəssam Əzim
Əzimzadə (1880-1943) satirik qrafikanın inkişafında görkəmli
rol oynayırdı. O zamanın görkəmli Azərbaycan
rəssamlarından biri də Bəhruz Kəngərli idi (1898-1922). O,
xüsusi rəssamlıq təhsili almış ilk peşəkar azərbaycanlı rəssam
idi.
Xalq içərisindən çıxmış çoxlu bacarıqlı ustaların yaradıcılığı
ilə təmsil olunan Azərbaycan tətbiqi incəsənəti də inkişaf
etməkdə idi.Azərbaycan tətbiqi incəsənətinin ən mühüm və
geniş yayılmış sahələrindən biri, əvvəllərdə olduğu kimi yenə
də müxtəlif parlaq şəkil və naxışlarla bəzənmiş gözəl xalçalar
toxunmasından ibarət idi.


XX əsrin əvvəllərində Azərbaycan memarlıq incəsənətinin
inkişafı ölkənin qabaqcıl sənaye şəhərlərindən birinə çevrilmiş
Bakının artıb inkişaf etməsi ilə sıx əlaqədar idi. O zaman
salınmış ictimai binalar içərisində  İsmailiyyə (1910) (indiki
Azərbaycan Elmlər Akademiyasının binası), Mayılov
qardaşları teatrı (1911) (indiki M.F.Axundov adına
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını" binası)
xüsusilə seçilirdi.
Şəhər həyatının ümumi yüksəlişi ilə  əlaqədar Azərbaycanın
digər şəhərlərində də - Gəncədə, Nuxada, Qubada, Şamaxıda
yeni binalar salınması işi xeyli genişləndi.Bu isə həmin
şəhərlərin memarlıq görkəmini bir qədər dəyişdirirdi.
XX əsrdə Azərbaycanda kulturoloji fikrin inkişaf tarixini və
onun əsas istiqamətlərini bilmək cəmiyyətimiz üçün olduqca
vacib məsələlərindən biridir.XX əsr Azərbaycan kulturoloji
fikir tarixi, yüksələn xətlə inkişaf etmişdir. Bunu biz XX əsr
Azərbaycan mədəniyyətin inkişaf tarixi ilə tanış olduqda bir
daha onun şahidi oluruq. Bəşər mədəniyyətinin ayrılmaz
tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin
zənginləşməsində XX əsr məhsuldar bir mərhələ kimi
özünəməxsus yer tutmuşdur. Tarixin bu dövrü Xüsusiyyətləri,
tarixi - ictimai şəraiti ilə fərqləndiyindən bütün bunlar istər -
istəməz mədəniyyət və incəsənət sahəsində də öz dərin izini
buraxmışdır.Baş verən ictimai - tarixi, siyasi dəyişmələr milli
mədəniyyət və incəsəntdə öz təsirini təzahür etdirsə də,
ümumiyyətlə, inkişaf nöqteyi nəzərindən bu dövrü məhsuldar
bir mərhələ kimi səciyyələndirmək olar.
Əsrin əvvəllərində milli maarifpərvər qüvvəllərin mədəni
inkişaf uğrundakı mübariz fəaliyyətləri, həyata keçirdikləri
tədbirlər, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin


təşəkkülü, Azərbaycanda kulturoloji fikrin inkişafına çox ciddi
təkan verdi . Azərbaycan xalqının görkəmli ziyalıları
N.Nərimanov, H.Zərdabi, C.Məmmədquluzadə, R.Əfəndiyev,
Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyov, M.Maqamayev,
Ə.Əzimzadə, M.M. Nəvvab və onlarla digərləri öz müqəddəs
niyyət və arzularında yekdil idilər: ölkənin mədəniyyətini
yüksəltmək, kölə vəziyyətində olan savadsızları təlim - təhsilə
cəlb etmək, xalqın nümayəndələri içərisindən qabiliyyətli və
istedadlı şəxsləri üzə çıxartmaq, Azərbaycan maddi və mənəvi
sərvətlərini bütün bəşəriyyətə tanıtmaq və s. Qeyd etmək
lazımdır ki, bu müqəddəs tarixi vəzifəni həyata keçirən
görkəmli şəxsiyyətlər xalq qarşısındakı bu öhdəçiliyi şərəflə
yerinə yetirdilər. Əsrin əvvəllərində Azərbaycan həm iqtisadi,
həm siyasi, həm də mədəni cəhətdən geridə qalmış
ucqarlardan biri olmasına baxmayaraq mədəniyyətin ayrı-
ayrı sahələrində irəliləyişlər hiss edilməkdə idi.Artıq bu
dövrdə Azərbaycanda milli dramturgiyanın, teatrın,
mətbuatın, professional musiqinin əsası qoyulmuşdur.Hələ
milli teatrın qoyuluşundan əvvəl yazılan mükəmməl realist
dram əsərlərinin meydana gəlməsi Milli teatrların tarixində
nadir hadisələrdən idi.
Belə ki, 1873-cü ilin mart və aprel aylarında göstərilən
"Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşaları ilə
Azərbaycan teatrının tarixi başlayır. XX əsrin əvvəllərində
kulturoloji fikrin inkişafının şanlı səhifələrindən birini, ilk
növbədə ədəbiyyat təşkil edirdi. Bu əsr milli ədəbiyyatada yeni
intibah dövrünün başlanğıcı oldu: inqilabi - demokratik
ədəbiyyatın nümayəndələri hesab edilən
C.Məmmədquluzadə,M.Ə.Sabir, N.Nərimanov,
Ə.Haqverdiyev, Əli Nəzmi, M.S.Ordubadi, Əliqulu Qəmkusar,
Mirzə Əli Möcüz, Bayraməli Abbaszadə, realist - maarifpərvər
yazıçılar S.Axundov, Ü.Hacıbəyov, A.Şaiq, S.M.Qənizadə,
R.Əfəndiyev, Y.B.Çəmənzəminli, İ.Musa-bəyov, Marağam
Zeynalabdin, habelə romantik ədəbiyyatın nümayəndələri
Məhəmməd Hadi, H.cavid, A.Səhhət, A.Divanbəyoğlu,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə