Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   2   3   4   5   6   7   8   9   ...   107

8
hökmdarı II Sarduri (e.ə.760-730) Manna üzərində qələbə
çaldığını bildirdi, sonra indiki Qaradağ  ərazisinə soxuldu. O
e.ə. 740-cı illərdə Mannanın müəyyən hissəsini Urartuya tabe
edə bildi. Lakin bu uzun sürmədi. Assur və Urartu arasında
rəqabət istifadə edən Manna işğal olunmuş torpaqlar uğrunda
mübarizəyə qalxır və siyasi dirçəliş dövrünə qədəm qoyur.
Assuriyada III Tiqlatpalasar (e.ə.744-727) hakimiyyətə
gələn zaman Ön Asiyada siyasi vəziyyət dəyişilir. Artıq
Manna III Tiqlatpalasarın şəxsində öz müttəfiqini görürdü.
Manna hökmdarı  İranzu (e.ə. 740-719) yaranmış siyasi
vəziyyətdən bacarıqla istifadə etdi. O, Urartu tərəfindən işğal
olunmuş Manna torpaqlarını geri qaytara bildi. Manna
vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi. Ölkədə canişinlik
sistemi yaratdı. İranzunun hakimiyyəti illərində Manna demək
olar ki, cənubi Azərbaycanın sərhədlərində bərqərar oldu və
Urmiya gölü hövzəsində  ən qüvvətli bir dövlətə çevrildi.
İranzu Assuriya ilə müttəfiq kimi davaranır, onun siyasi
üstünlüyünü tanıyırdı. Lakin ölkə daxilində başqa bir qrup
Urartu ilə ittifaqa üstünlük verirdi. Assur meylli xarici siyasət
Mannanı Urartu işğallarından xilas etmiş, ölkənin vahid
mərkəzdə birləşməsi üçün şərait yaratmışdır. Lakin Mannada
canişinlərin separatizm meyllərinə Urartu kömək edirdi.


9
Urartu hökmdarı I Rusa (e.ə.730-714) və anişin
Metattinin Manna hökmdarı İranzuya qarşı qaldırdıqları üsyan
Assuriya hökmdarı II Sarqon tərəfindən yatırıldı. İranzunun
vəfatından sonra oğlu Aza (e.ə.718-716) hakimiyyətə keçir.
Sui-qəsd nəticəsində o, öldürülür. Qardaşı Ullusunu (e.ə.716-
680) Manna hakimiyyətinə sahib olur. O sələflərindən fərqli
olaraq Urartu ilə ittifaqa girdi. II Sarqon Mannaya qoşun çəkib
Azanın qətlində iştirak edən Baqdattini dərisini soyub xalqa
göstərdi. Sonra Ullusunu da gəlib II Sarqonun qarşısında diz
çökür və hakimiyyətdə qala bilir. II Sarqon urartu tərəfindən
qoparılmış Manna əyalətlərini Uişdiş, Subi vilayətini geri
qaytardı. Bu zaman urartu çarı II Rusa özünü öldürdü.
E.ə. VII əsrin I rübündə Qafqazdan gəlmiş skit tayfaları
ilə ittifaqa girdi. Mannanın qərb və cənub-qərb vilayətlərində
və Assuriyaya qarşı böyük təhlükə yaradırdı. Belə  şəraitdə
Mannadakı qüvvələr Assuriya əleyhinə baş qaldırdı. Manna
hökmdarı Ahşeri (e.ə. 675-650) artıq Assuriyadan asılı
vəziyyətdə deyildi. Lakin Assuriya hökmdarı Aşşurbanipal
onu məhv etdi.
E.ə. 653-652-ci illərdə Babilistan Assuriya ağalığına
qarşı üsyan edir. E.ə. 625-ci ildə Babilistan Assuriyanın
əsarətindən xilas olur və orada yeni Babilistan çarlığı yaranır.
Bu dövrdən etibarən 28 il (653-625) midiyalılar skiflərin


10
hakimiyyətinə tabe olurlar. Kiaqsar e.ə. (625-585) Midiyada
skit ağalığına son qoyur. E.ə.616-615-ci ildə Manna
Midiyanın tərkibinə daxil olur.
Dövlət quruluşu
Manna dövləti hökmdar tərəfindən idarə olunurdu.
Hakimiyyət irsən keçirdi. Mərkəzləşmiş dövlət olan Mannada
canişinlik idarə-üsulu yaradılmışdır. Hökmdar qeyri-məhdud
hakimiyyətə malik idi. Belə bir fikir var ki, Mannada oliqarxik
dövlət quruluşu mövcud olmuşdur. İdarəetmə sisteminə
ağsaqqallar şurası da daxil idi. Onlar yalnız dövlətin daxili
problemləri ilə məşğul olub, hökmdarın xarici siyasətinə
qarışa bilməzdi. Manna cəmiyyəti erkən quldarlıq cəmiyyəti
kimi qəbul olunur. Bəzi müəlliflər Manna cəmiyyətində tayfa
quruluşunun qaldığını irəli sürür. Bu mülahizələrin heç bir
elmi əsası yoxdur.
Beləliklə, qədim türk xalqlarının tarixində Manna ilk türk
dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi
Mannadan başlanır. Manna e.ə. I minilliyin ortalarından
başlanır. Manna e.ə. I minilliyin ortalarından ön Asiyanın ən
qüdrətli dövlətinə çevrilən Midiyaya tabe edilsə də, iqtisadi və
mədəni cəhətdən Midiya dövlətinin ən inkişaf etmiş hissəsi
kimi qalmaqda idi. Mannanın adı çəkilən sonuncu yazılı


11
mənbəə Bibliyadır. İeremiya kitabında Urartu dövləti, Manna
və skiflər e.ə. 593-cü ildə midiyalılarla birgə Babil əleyhinə
çıxışa çağırılırlar.
Midiya dövləti
Midiya Mannadan cənub-şərqdə, İranın mərkəzində
yerləşirdi. Midiya adı ilk dəfə e.ə. 9-cu əsr qaynaqlarında yad
edilmişdir. Mannanın Qizilbunda vilayəti hər iki ərazinin
sərhəddini təşkil edirdi. Skitlərin ön Asiyaya gəlməsi ilə
Midiya Assuriyaya qarşı mübarizədə fəallaşdı. Herodotun
məlumatına görə bu mübarizəyə Fraorta (e.ə. 675-653)
başçılıq edirdi. Mixi yazılarda o, Kaştariti adlanırdı. E.ə. 672-
ci ildə Midiyanın Assuriyaya qarşı mübarizəsi uğurla başa
çatdı. Midiya müstəqil dövlətə çevrildi. Assuriyalılarda
mübarizədə Kaştariti məğlub olur və döyüşdə həlak olur. Bir
müddət (e.ə.653-625) Midiya skitlərin hakimiyyəti altına
düşür.
E.ə. 612-ci ildə çar Kiaksarın vaxtında (625-585) Midiya
dövləti türkmənşəli skitlərin köməyi ilə Babilistan ordusu ilə
birlikdə Assuriyanın varlığına son qoyur, ərazisi Midiya və
Babilistan arasında bölüşdürülür və bu münasibətlə tarixdə ilk
dəfə ikibaşlı qartal emblemini yaratmışdır. Təxminən XX əsr


12
sonra ikibaşlı qartal rəsmi Bizansda yenidən ortaya çıxmış və
III  İvan dövründə Rusiyaya da keçmişdir. Paytaxtı Ekbatana
olan (indiki Həmədan ərazisində) bu dövlət yaxın Şərq
ölkələrinin tarixində böyük rol oynamış, e.ə. 624-cü ildə
farsların ölkəsini tutmuş, Assuriya və Urartu dövlətlərinin
varlığına həmişəlik son qoyaraq imperiyaya çevrilmişdir.
Urartu, sonra Kiçik Asiyaya gedən yol üzərində yerləşən
Urartu Midiyanın tərkibinə daxil edilir. 5 illik müharibədən
sonra Lidiya çarlığı ilə müqavilə bağlanır. Kiçik Asiyanın
Qalis çayı Midiya və Lidiyanın sərhəddi kimi
müəyyənləşdirilir.
Kiaqsardan sonra hakimiyyətə oğlu Astiaq (e.ə.585-550)
gəlir. E.ə.550-ci ildə qüdrətli Midiya dövləti süquta uğrayır və
Midiya Əhəməni dövlətinə birləşdirilir. Midiya 20-30 il
ərzində  İranın ən qüdrətli dövləti olmuşdur. Keçmiş Urartu
ərazisi, farsların əyaləti, Assuriyanın Şimal torpaqları
Midiyaya daxil idi.
II Kir Midiyanı zəbt etdikdən sora Əhəməni fars
dövlətinin əsasını qoyur. II Kir Midiyada öz hakimiyyətini
qanuniləşdirmək üçün Astiaqın qızı Amitidanın ərini öldürüb
onunla evlənir.
Şimali Azərbaycan əhalisinə nisbətən erkən dövrlərdə
massaget (maskut), sak, başqa etnik adları şamil edirmişlər. II


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə