Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   2   3   4   5   6   7   8   9   10   ...   107

13
Kir Şimali Azərbaycanda yaşayan massagetlərə qarşı yürüş
etmiş, onların hökmdarı Tomris tərəfindən məğlub edilərək
həlak olmuşdur. (Herodotun məlumatlarına əsasən).
II Kirin oğlu Kambiz (e.ə.530-522) Misir yürüşündən
qayıdarkən Suriyada müəmmalı  şəkildə ölür. Hakimiyyətə I
Dara (e.ə. 522-486) süi-qəsd nəticəsində hakimiyyətə gəlir,
Kirin qızı Atossaya evlənir. E.ə.522-521-ci illərdə  Əhəməni
dövlətini bürümüş üsyanlar yatırılır.
I Dara işğal olunmuş ölkələri 20 satraplığa bölür.
Bunlardan birinə Azərbaycanda yaşayan kaspulər, utilər,
matienlər və b. daxil idi.
I Daranın oğlu Kserks (e.ə.486-465) ordusunda fars-
yunan müharibələri zamanı azərbaycanlılar yaşayan tayfaların
iştirakı qeyd olunur. (Uti, mut, matien, mar).


 Mövzu:Atropatena və Albaniya dövlətləri
PLAN:
1.Atropatena dövlətinin yaranması
2.Atropatena dövlətinin xarici sitasəti.Qonşu
dövlətlərlə munasibəti
3.Atropatenanın dövləti Sasanilərin
hakimiyyəti dövrundə
4.Atropatenanin təsərrufati və mədəniyyəti
5.Albaniya dövlətinin yaranmasi
6.Albaniya dövlətinin qonşu dövlətlərlə
munasibətləri.Romalilara qarşi mubarizə
8.Albaniya Sasanilərin hakimiyyəti dövrundə
9.Albaniyanin təsərrufati və mədəniyyəti
ƏDƏBİYYAT:
1.Azərbaycan tarixi I cild Bakı 2007
2.Azərbaycan tarixi I cild Bakı 1994
3.Yusif Yusifov Qədim Şərq tarixi Bakı 1993
4.Azərbaycan tarixi(ən qədim zamanlardan
XXəsrin əvvəllərinədək) Bakı 1993


5.Plutarx “İsgəndər Zulqərneyn” Bakı 1993
6.Fazili A. Atropatena(e.ə.IV-
e.VIIəsrləri).Baki 1992
E.ə.V-IV əsrlərdə imperiyanın hər yerində olduğy kimi, Cənubi
Azərbaycanda da vəziyyət narahat idi. Satraplar bir-biri ilə
düşmənçilik edir, bir çoxu özünü padşah kimi aparır “şah”
adlandırılırdı. Belə  şahlardan biri də Mada satrapı Atropat idi.
Regionun tarixində görkəmli rol oynamış Atropatın adı
mənbələrdə ilk dəfə e.ə.331-ildə baş vermiş məşhur Qavqamel
vuruşması ilə əlaqədar çəkilir.
Cənubi Azərbaycan ərazisinin ayrı-ayrı hissələri X, XI və
XIV satraplıqların tərkibinə daxil idi. Mada satraplığı (X satrap.)
əvvəlki Mada padşahlığının, Cənubi Azərbaycan vilayətlərinin
ərazisindən əlavə, parikanilərin və ortokaribantilərin torpaqlarını
da əhatə edirdi.
Mərkəzi hakimiyyət üçün ağır olan illərdə Mada satraplığı
müstəqil siyasət yeridirdi. XI və XIV satraplıqlara daxil olan
torpaqları öz əlinə almışdı. Albanlar və sakasinlər də  İran
imperiyasının təbəələri deyil, Mada satrapının müttəfiqləri idilər.
Herodota görə, XI satraplığa kaspilər, pavsiklər,
pantimatlar və dareytlər daxil idilər. XIV satraplığa Kür-Araz ra-
yonlarında yaşayan utilər və müklər, habelə yaşayış yerləri Cənu-
bi Azərbaycan vilayətləri və onlara bitişik torpaqlar olan
saqartilər daxil idilər. Beləliklə, Cənubi Azərbaycanın  bütün


ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya
digər dərəcədə Atropatın hakimiyyəti altında idi.
Belə güman etməyə bəzi əsaslar var ki, hələ Mada dövləti
dövründə madalıların hakimiyyəti Qərbi Zaqafqaziyanın ayrı-ayrı
rayonlarına, xüsusən tarixi Gürcüstanın vilayətlərinə də yayılırdı.
Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən
məlumat verir ki, Atropatenanın bəzi hissələri “Fasisdən
yuxarıdakı yerlərdə Pontun (Qara dənizin) üzərində yüksəlir,
digər tərəfdən o, Hirkan (Kaspi) dənizinə qədər çatır.
Polibinin əsərində deyilir ki, “Həmin padşahlıq” (yəni
Atropatena) hələ farsların (yəni Haxamanişilərin) zamanından
mövcuddur”. Lakin bu fikrin səhihliyi olduqca şübhəlidir. Qədim
İran və antik qaynaqlara görə, əslində satraplıq və satrap
haqqında danışmaq olar. Lakin Atropatena satraplığı və satrapı
yox, Mada satraplığı. Atropatena şahlığı isə bir qədər sonra
meydana gəlmişdir.
Iran imperiyası dağıldıqdan sonra Aleksandrla Atropatın
qarşılıqlı münasibətlərinin ilk dövrdə necə olması haqqında
biliyimiz yox dərəcəsindədir. Atropat Aleksandrın hüzuruna gəlib
boyun əyməmişdi; Aleksandr isə onu vəzifədən götürüb yerinə
Oksadat adlı bir nəfəri təyin etmişdi. Lakin Atropat tez bir
zamanda makedoniyalılarla qarşılıqlı münasibətləri yoluna qoya
bildi. Yəqin ki, buna görə Atropat e.ə. 328-ci ildə yenidən
Madanın satrapı vəzifəsinə qaytarıldı. Lakin Atropatın
hakimiyyəti yalnız kiçik Madaya şamil idi.


Təzə-təzə təşəkkül tapan nəhəng dövlətdə o zaman vəziyyət
mürəkkəb və çox dəyişkən idi. Yeni padşah çox keçmədən uzun
müddətə Asiyanın dərinliklərinə getdi. Haxamanişilərin
hökmranlığı dövründə olduğu kimi, indi də Atropat fürsəti əldən
vermədi. E.ə. IV əsrin son rübü gələcəyin Atropatenası olan
Kiçik Mada üçün daxili yüksəliş və yetişmə dövrü idi- qüvvə
toplamaq, tədricən Aropatenanın qüdrət və müstəqilliyinin
təməlini qoymaq dövrü idi. Atropat makedoniyalılarla
yaxınlaşmaq siyasətini davam etdirirdi, qızını Şərqin yeni hökm-
darının ən qüdrətli əshabələrindən biri olan Perdikkaya ərə verdi.
324-cü ilin yay fəslinin sonuna yaxın Böyük Madada
vəziyyət mürəkkəbləşdi- Bariaks adlı birisi makedoniyalı
istilaçılara arşı mübarizəyə qalxdı. O, Haxamanişilər dövlətini
bərpa etməyə çalışırdı. Bariaks özünü Parsa və Madanın padşahı
elan etmişdi. Aleksandr Madaya yollandı, lakin Atropat öz
qüvvələri ilə Bariaksın üsyanını yatırdı, onu əsir tutub makedoni-
yalılara verdi.
Aleksandrın vaxtsız vəfatından sonra, e.ə. 323-cü ildə,
onun satrap və sərkərdələrinin Babildə keçirilən müşavirəsində
Atropat iştirak etməmişdi. Bu zaman Atropatın kürəkəni Perdikka
artıq dövlət naibi idi. Müşavirədə Mada satraplığı Pitona verildi.
Əlbətdə, söhbət yalnız Böyük Madadan gedə bilərdi, çünki Kiçik
Madanı Perdikkanın qayınatası idarə edirdi.
E.ə.321-ci ildə , Perdikka həlak olduqdan sonra, satraplıqlar
ikinci dəfə bölüşdürüldü. Bölgü Atropatın satraplığına şamil


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə