Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   2   3   4   5   6   7   8   9   ...   20

 
  
   Gəlin şairin “Gözəl Bakı-  məhəbbətim Azərbaycan” 
şeirinə  fikir  verək.  Bu  şeir  diasporda  yaşayan  bütün 
azərbaycanlılara   və   dostlarına    həsr     olunmuşdur. 
  
     Azərbaycan torpağının səxavətli balasısan, 
 
     Könülləri şadlandıran övladların anasısan, 
     Ürəyimin guşəsində həmişəlik qalasısan, 
     Sizdən uzaq yaşasam da, düşünürəm sizi hər an, 
     Gözəl Bakı- məhəbbətim Azərbaycan, Azərbaycan! 
      
Vətənə olan hislərini,
 
duyğularını bir sözlə məhəbbətini 
“Vətən həsrəti” şeirində belə ifadə edir: 
  
                 Taleh məni ayrı saldı vətəndən, 
                 Dəniz-dəniz uzaqlara düşmüşəm. 
                 Könlüm ancaq ilham alır vətəndən, 
                 Həsrət yüklü bu çaqlara düşmüşəm. 
 
                 Uzun yolun dərd yükümü ayrılıq, 
                 Həqiqətmi, bir yuxumu ayrılıq? 
 
Bu  kövrək  hislər,  bu  duyğular  onun  saf  ürəyindən  
süzülüb  gəlir,  oxucunu  düşündürür  və  vətənə  olan 
məhəbbətini artırır. 
    Şairin 18 Oktyabr 2013-cü ildə  Azərbaycan  Dövlət 
Müstəqilliyinin  22-ci   ildönümü  münasibəti  ilə  Nyu   
Yorkun  “Maliyyə mərkəzi”ndə  ucaldılan Azərbaycan  
Bayrağına həsr etdiyi şeiri diqqəti cəlb edir.  
    
Nyu Yorkda ucaldılır Azərbaycan bayrağı, 
Yaxın, uzaq ölkələrdən gəlir onun sorağı, 
Ruhumuzu təzələyir al-qırmızı yanağı, 
  
                                                  6 
                                               
 


 
  
Azadlığın saf rəmzidir Azərbaycan bayrağı! 
Ədalətin məskənidir onun ana torpağı!  
 
   R.  Şamayevin  bu    kitabında  Azərbaycan  xalqının 
milli  lideri  Heydər  Əliyevin  ölümünə  həsr  etdiyi 
“Qəlblərdə  yaşayırsan”  şeirində  şair  bu  gözəl    insana 
bəslədiyi məhəbbətini  aşağıdaki şəkildə ifadə etmişdi: 
  
                   Müstəqil bir dövlət yaradan oğul,  
                   Vətəni canından artıq istəmiş. 
                   Milləti birliyə çağıran oğul, 
                   Elləri xətadan qurtara bilmuş. 
 
   Şair  göstərir  ki,  bu  böyük  rəhbərin  ölümünə  təkcə 
insanlar  deyil,  eyni  zamanda  təbiətin  özü  də  yas 
saxlayır,  hətta  Xəzərin  coşan  dalğaları  da  elə  bil  ki, 
göz  yaşı  olub  bu  böyük  insanın  məzarı  üstünə 
səpələnir. 
  Şairin  yaradıcılığında  Quba  mövzusu  xüsusi  yer 
tutur. Onun üçün Quba hər şeydən əvvəl dünyaya göz 
açdığı  saf  havalı,  gül-çiçəkli  bir  doğma  diyardır.  Bu 
yerdə o ana laylasının sədaları altında yuxuya getmiş, 
günlər,  aylar  keçdikcə  böyüyüb  boya-başa  çatmışdı. 
“Gözəl Quba” şeirində oxuyuruq: 
  
                      Dörd bir yanın gül-çiçəkdir,  
                      Ətirlidir havan sənin. 
                      Dalqalıdır çox göyçəkdir, 
                      Dərələrin, təpələrin. 
 
                      Bir tərəfin Baba dağı, 
                      Bir tərəfin Şah dağıdır. 
  
                                                 
                                               
 


 
  
                      Hər uzanan meyvə bağı, 
                      Zəhmətinin çırağıdır. 
 
Bəli,  Quba  əməksevən  insanların  zəhməti  ilə  bu  gün 
belə gözəlləşən bir şəhərə dönmüşdür. 
   Şairin  “Söylə  ey  Nyu  York”  şeiri  isə  11  sentyabr 
2001-ci    ildə  Nyu  Yorkun  Dünya  Ticarat  mərkəzində 
baş verən faciəyə həsr olunmuşdur. Şeir həmən gündə 
yazılmışdır.  Bu  terror  nəticəsində  minlərlə  insan  öz 
həyatını  itirmişdir.    Analar,  atalar  öz  oğlunu,  qızını, 
bacısını,  qardaşını  axtarmış  göz  yaşı  axıda-axıda 
terrorist qurbanlarına rəhmət oxumuşlar. Şair yazır: 
 
      Analar saç yorub, şivən qopardı, 
      Onların naləsi göylərə çatdı. 
      Yayıldı günahsız ruhlar içində, 
      Təbiət tam batdı ahlar içində. 
  
   Kitabdakı  şeirlər  arasında  Şeyxisalam  Allahşükür 
Paşazadaya,  Əşrəf  Veysəlliyə,  N.  Yevdayevə             
S.  Şeydaya,  Milix  Yevdayeva,    həsr  olunmuş    şeirlər 
də vardır.  
   Şairin  yaradıcılığından  danışarkən  onun  yazdığı 
sevgi  şeirlərindən  də  söhbət  açmaq  yerinə  düşər.   
Onun”Dillərdə qız”, “İndidə gözəlsən”,Sən gülə-gülə”   
“Halım  yamandır”,   ”Tapmasayıdın    sən  o gövhəri” 
və  sair  şeirləri  saf  və  təmiz  məhəbbətdən    bəhs  edir. 
Şairə  görə  sevib  və  sevilmək  səadətdir.  Çünki  ülvi 
məhəbbət  insanın  qollarına  güc-qüvvət,  ürəyinə 
dəyanət və gözlərinə işıq verir. 
  
                                       
                                                 
                                               
 


 
 
  
“İndi də  gözəlsən” şeirində oxuyuruq: 
  
                  Gənclik günlərini gətirmə yada, 
                  İndi də gözəlsən sən mənim üçün. 
                  Əzizim, dəyişir hər şey həyatda, 
                  Hər gün gözlərinlə görürsən özün, 
                  İndi də gözəlsən sən mənim üçün. 
  
R. Şamayevin yazdığı uşaq şeirləri də diqqəti cəlb edir. 
Bu  şeirlərdə  o,  balacaları  əməyə  alışdırmağa, 
böyüklərə hörmət etməyə, doğru və düzgün danışmağa  
sövq  edir.  Çünki  onları    kiçik  yaşlarından  bu  ruhda 
tərbiyə etmək lazımdır. 
   Bu kitabda müxtəlif mövzularda yazılmış şeirlər    də 
vardır.  Onun  “Yadında  saxla”,  “Həmrəylik  günü”, 
“Mən qorxuram”, ”İkiüzlülər”,”Şair və ürək”,”Qələm”  
kimi şeirləri və poemaları də diqqəti cəlb edir. Bilirəm 
ki,  “Sizdən  uzaq  yaşasam  da”  kitabındaki  şeirlər, 
poemalar,  hekayələr  və  oçerklər  hörmətli  oxucuların 
xoşuna gələcəkdir.  
   Gəlin  şair,  dramaturg,  publisist,  tərcüməçi  İsrail  və 
Azərbaycan  Yazarlar  Birliyinin  üzvü,  Azərbaycan 
respublikasında “Qabaqcıl Maarif Xadımı” adına layıq 
görülmüş  Raşbil  Şamayevə  yeni-yeni  Yaradıcılıq 
müvəffəqiyyətləri arzulayaq. 
 
                                  Azərbaycan və İsrail Yazarlar  
                                  Birliyinin üzvü Simax Ş
 9
 
                        
                                        9 
                                
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə