Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 
  
  DÜNYA 
 
     Ey dünya bir söylə nə gədər haqsızların var,  
     Söylə nəyə, heç nədən, haqq düzəldirlər onlar. 
 
     İnsanlar birbirindən nəyə uzaqlaşırlar,  
     Zəif işıqlar nəyə belə aşıb daşırlar?  
 
     Yalanın, boşbuğazın, saysan yoxdur qədəri, 
     Məğrurluq, təkəbbürlük bürüyübdür hər yeri. 
 
     Düzün heç yoxdur dili, əyrinin qabağında,  
     Sözü ona kar etməz, qalar öz dodağında. 
 
     Nə qədər yaxşılıqlar etsən də bir namərdə,  
     Çalışar ki, haqq-nahaq səni salsın kəməndə. 
 
     Nə qohumu, nə dostu tanıyırlar rəzillər, 
     Haram çörək yeməklə ad qazanıb gəzirlər. 
 
     Azalıb cavanların yaşlılara hörməti,  
     Bəzən heç düz gəlməyir onların da söhbəti 
 
     Bir çox  ana, atanın dərdi, qəmi çoxalıb, 
     Çünki, övladları tək, uzaqlarda yurd salıb. 
 
     Qardaşlar, bacılar da biribirindən uzaq, 
     Yalvarırıq Allaha sönməsin heç bir çıraq. 
    ------ 
     Sən diri ikən səndən hə, uzaq gəzir qohumlar, 
     Ancaq matəm günlərində gəlib birləşir onlar. 
  
 
                                             
 
  36 
                                              
 


 
  
     Diri ikən qılınc, qalxan götürürlər əllərə,  
     Matəm günü şaxsay-vaxsay səslədirlər dillərə. 
 
     Diri ikən qarğışları  lap yan-yana düzürlər,  
     Matəm günü ağlayaraq özlərini üzürlər. 
 
     Ölülərin dostudurlar, dirilərin düşməni,  
     Arzum budur tərk etsinlər bu nəlayıq peşəni. 
 
     Allah, götür üstümüzdən bu cür ağır yükləri, 
     Əfv et, razı qalsın hamı, şadlandır ürəkləri. 
 
     Nə gözəldir şən yaşamaq qoynunda sənin dünya! 
     Qoy həmişə ətir iyi versin bədənin dünya! 
 
 
 
 
 
 
 
2006 
DİL VAR 
 
Dil var ki, məlhəmdən də məlhəmlidir., 
Dil var ki, zəhərdən də zəhərlidir. 
Dil var ki, hirsindən yanar alışar 
Dil var ki, ilanı koluna salar  
Dil var sözlərini tamam udarsan , 
Dil var ki, lap zəhlən gedər susarsan. 
Dil var ki, söz ilə açar darvaza , 
Dil var sanki güllə vurur boqaza. 
Dil var yaraşığa gətirər evi, 
Dil var  tamam pozar bu mənzərəni  . 
 
 
 
 
 
 
 
2005 
 
                                                37 
                                              
 


 
 
(Mən bu şeiri) Nyu Yorkun “Dünya Ticarət 
Mərkəzi”ndə işləmiş,  terror qurbanlarının  əziz 
xatirələrinə  həcr etmişəm. 
 
     SÖYLƏ EY NYU YORK 
 
Qarşımda boş dəfdər, əlimdə qələm, 
Beyin fikirdədir, yaş gözlərimdən 
Dəftərin üstünə tökülür bu dəm, 
Qəfildən aldığım bir bəd xəbərdən. 
 
Söylə ey Nyu York, bu nə qəzəbdir! 
O almaz gözlərin kor oldu nədən? 
Söylə ey Nyu York, bu nə əzabdır! 
Şamların tez yanıb kül oldu nədən? 
 
İki şah binada, neçə min insan, 
Ağıl dəryasında üzən qız, oğlan, 
Yox oldu bir saat içində hamı,  
Düşmənlər boşaltdı zəhərli camı. 
 
Neçə orta yaşlı, qoca və cavan, 
Yanıb külə döndü  bu nədir, aman! 
Aman, bu yuxumu, yoxsa həqiqət ! 
Aman, bu nə dəhşət, bu nə müsibət! 
 
Qiymadılar sizə, o qəlbi daşlar, 
Allaha şər atan, allahsız başlar. 
İnsanlıq adına ləkə yapdılar, 
Allahı satdılar, dini satdılar. 
 
                                          
        
38 
                                              
 


 
  
Analar saç yorub, şivən qopartdı, 
Onların naləsi göylərə çatdı. 
Yayıldı günahsiz ruhlar içində, 
Kainat tam batdı ahlar içində. 
 
Ruhlar dilə gəlib xəbər aldılar 
Nəydi günahımız, nəydi ay Allah? 
Nəyə hamımızı oda saldılar? 
Yoxdur təqsirimiz,  olmayıb vallah. 
 
Budur işləyirdik, deyib gülürdük, 
Xoşbəxt gələcəyə divar  hörürdük. 
Hücum çəkdi bizə dəhşətli firqə, 
Birdən tufan qopdu bu nə təfriqə! 
Yandırıb, uçurtdu şah binaları, 
Binalar içində min-min canları. 
 
Ana, qadan alım özünü yorma, 
Bacım, yaş axıdıb şivən qoparma. 
Ata səbirli ol. kişisən axı, 
Qardaşım eyilmə şad olar yağı. 
Sən həyat yoldaşım, sən mənim canim, 
Övladını böyüt, halaldır qanım. 
Qoy xoşbəxt yaşasın dünyada  hamı, 
İnan əriyəcək terrorçu şami. 
Həyat məhv edəcək onları tamam 
İnsanlıq yüksələr hər vaxt, hər zaman. 
 
 
                                              
 
 39 
                                              
 


 
  
Amerika! Sən idin can-ciyərimiz, 
Açılan bəxtimiz, saf çörəyimiz. 
O dəhşətli gündə saralıb-solduq, 
Alovlar içində yandıq, kül olduq. 
 
Dünyanı qəlbində yaşadan torpaq, 
Budağından daha düşməsin yarpaq. 
Yaşayıb, yaratmaq sənə yar olsun! 
Bizim ruhlarımız baxıb şad olsun! 
  
                               2001 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
                                             
 
  40 
                                              
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə