Oğlum Telman Shamayevin əziz xatirəsinə
həsr edirəm
Bu qoca vaxtımda ey fələk nəyə
Qəlbimi yandırıb, alovladın sən?
Ahımı eşitdi çəmən, dağ, dərə,
Mənim ürəyimi cilovladın sən.
Üzü gülər, qəlbi təmiz oğluma,
Heç kəs kömək edə bilmədi, aman!
Əzrailin, o tez düşdü toruna
Ruhunu qəlbinə saldı asiman.
O səssiz səmirsiz köçdü dünyadan,
Ürək sözlərini deyə bilmədi.
Üç uşaq atası uçdu dünyadan,
O, heç son sözünü deyə bilmədi.
Ananın naləsi titrətdi yeri,
Yordu saçlarını zavallı qadın.
Bu nədir yatmısan, mənə bax bəri
Bir aç gözlərini qurbanın olum.
Bir bax bu həyatın gözəlliyinə,
Novruz gülü çıxır qarın altından.
Bahar çiçəkləri tanışdır sənə,.
Onları sevirdin axı sən hər an.
Yaddan çıxarmayıb dostların səni,
Onlar səni sağlam görmək istəyir.
Seyr edib səninlə bağı, çəməni,
Gülləri səninlə hörmək istəyir.
41
Ay oğul, cavab ver odlanır canim,
Sənə kar etməyir sözlərim mənim?
Ay Allah bu nədir söndümü şamım!?
Kaş ki, kor olaydı gözlərim mənim !
Hər yeri bürüdü ana fəryadı,
Oğlunun ölümü sarsıtdı onu .
Oqul, bizi dəfn etməli idi.
Nə üçün əy fələk, tərsinə oldu?
Ey ana bu dünya bil ki,səhnədir,
Gah güldürər səni, gah da ağladar,
Bir golu mükafat, biri təhnədir,
Sağlamı öldürüb, ölü dirildər.
Bu dünyanin yoxdur əvvəl axırı,
Toruna düşəni qaytarmaz gerı.
Nə İbrahim Xəlil, nə Yaqub, İshaq-
Kimi peyqəmbərlər qalmadılar sağ.
Nə Musa, nə Davud, nə də Süleyman
Tapa bilmədilər onlar da dərman.
Ölüm dünyasıdır bu dünya ana,
Şərbəti tökülür zəhərli cama.
Dolduqca heç kəsə nicat verməyir
Vaxtında yollanır bir söz deməyir
Yazılanı pozan olmayıb hələ
O zalım can alıb göz görə-görə.
Həyat bir nöqtədə dayanan deyil,
Nə qədər qaçsa da yorulan deyil.
14 Mart 2015-ci il
42
By şeyri şair Yaşa Maşyaxova ithaf edirəm
YADINDA SAXLA
Yənədə deyişdi havanın rəngi,
Pozuldumu lirikanın ahəngi?
Vüqarlı Şah dağım düşdü dumana,
Ah çəkdi ürəkdən o yana-yana.
Təbiət rəngini dəyişdi dərhal,
Rəngdən, rəngə düşdü o hərdəmxəyal
Qudyalçay dərdini yaydı çöllərə,
Ona qəmli-qəmli baxdı dağ, dərə.
Dənizə tələsdi bu axar sular,
Dənizdə dönərək buxara sular,
Tez xəbər çatdırdı ulduza aya,
Buludlar yığışdı bu mərasimə.
Səmanı bürüdü qara buludlar,
Dərdə şərik olub ağladı onlar.
Gurladı kainat, ildırım çaxdı,
Yer də yazıq-yazıq göylərə baxdı.
Bir qoca soruşdu: “Söylə ey bala,
Təbiət bikeyfdir nə üçün belə?”
Uşaq cavab verdi: “Əmican bu gün,
Bir şair ürəyi döyünmür daha.”
_Söylə oğul, söylə kimdir o şair?
Bəlkə o qəlblərdə hər vaxt yaşayır!
-Əmi o şairin Yaşadır adı.
-Tanıdım, bu xəbər məni sarsıtdı.
Məni məfdun etmiş onun şerləri,
Qəşəng təsvir edir gözəllikləri.
Deyirsən o ölüb? Səhvin var bala,
Sənət ölmür oğul, yadında saxla! 2003
43
MƏN QORXURAM
Mən qorxuram dili şirin,
Əməli bəd olanlardan.
Mən qorxuram xeyri qoyub,
Şər axtaran,
qəlbi pozqun,
üzü qara,
yaxşını pis,
Pisi yaxşı yozanlardan.
Mən qorxuram haqqı qoyub,
Haqsızlığa aşiq olan,
Dili yalan,
sözü çirkin,
İlqarı tez pozanlardan.
Qorxmayıram,
qorxmayıram,
Mən safliqdan,
qəlbi təmiz,
sözü doğru,
Həm yaradan,
həm yaşadan
insanlardan
Haqqa qardaş olanlardan,
Ədalətli yeni dünya
quranlardan.!
1993
44
İKİÜZLÜLƏR
Səndən başqasına nələr danışmaz,
Elə bil küsübdür bir də barışmaz,
Uzaq gəzər xeyrə, şərə qarışmaz,
Bir bəladır aman ikiüzlülər.
Yanında sən ona qardaşdan artıq,
Hər sözü, söhbəti nifrətə layiq,
İşi düşsə olar sənə sarmaşıq,
Sənə, mənə qurban ikiüzlülər.
Qəlbi xain, üzü gülər olurlar,
Xatirinə lap məclis də qururlar,
Səndən gizli qulağını bururlar,
Özlərinə heyran ikiüzlülər.
Tülkü olub girərlər qılığına,
Hər bir işin düşərlər sorağına,
Adi sözü deyərlər qulağına,
Qumbaradır yaman ikiüzlülər.
Dostu-dostdan ayıra da bilirlər,
Sonra baxıb ləzzət ilə gülürlər,
Mə”nasız və çirkin həyat sürürlər,
Cəza çəkər inan ikiüzlülər.
1989
45
Dostları ilə paylaş: |