Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   ...   12   13   14   15   16   17   18   19   20

 
  
ŞEYTAN, TAMAH, PUL 
    
    Allah  yaşadığımız  kainatı  əmələ  gətirəndən  sonra, 
cürbəcürə  heyvanları  da  yaratdı.  Onların  hamısını  öz 
himayasında  saxlamaq  üçün  (Onlara  sahiblik  etmək 
üçün)  də  insan  adlı  ən  güclü  bir  məxluqu  da  dünyaya 
gətirdi.  Bir  neçə  əsr  onlar  dinc,  azad  yaşadılar.  Bir 
süfrədə  oturub  yeyib  içdilər.  Bu  mənim,  bu  sənin  deyə 
ayrı  seçkilik  etmədilər.  İllər  gəlib  keçdi.  Günlərin  bir 
günündə Şeytan gördü ki, insanlar keyfdədir, can deyib, 
can eşidirlər. Dedi, yox! Mən onları həmişə belə görsəm 
bağrim  partlayar.  O  allahdan  gizli  girdi    insanların 
bədəninə.  İnsanlar  başladılar  ayrı  seçkiliyə.  Bu  mənim, 
bu da sənin deməyə. Əmələ gəldi paxıllıq, haqsızlıq, biri 
birindən  söz  gəzdirmək,  biri-birinə  böhtan  yağdırmaq, 
israfçılıq, oğruluq, yalan danışmaq, faişəlik. Əmələ gəldi 
güclülər, gücsüzlər varlılar və kasiblər.   
    Şeytan  yenə  sakit  olmadı.  Güclüləri  qaldırdı 
gücsüzlərin üstünə. İnsanlar başladılar biri-birini öldürüb 
talan etməyə. Əmələ gəldi quldurlar, qaçaqlar. Güclülər 
acizləri  qul  edib  səhərdən  axşamadək  bir  parça  çörək 
üçün  işlətdilər.  Beləliklə  onlar  bütün  ixtiyarı  onların 
əlindən alıb, özləri ixtiyar sahibi oldular. 
    Allah  gördü  ki,  insanların  xasiyyətləri  tamam 
dəyişilib.  Bildi ki,  bu şeytanın işidir.  Dedi,  yox!  Onları 
əvvəlki vəziyyətə gəyirmək mənim üçün çətin olmasa da  
(Əlbbət  də  onları   əvvəlki   vəziyyətə   gətirmək   Allah 
üçün çətin deyil idi.)  qoy  belə  yaşasınlar.  O  Şeytanı 
tənbeh  etmək  üçün  yanına  çağırır. Şeytan gələn kimi
 
Allaha baş eyib deyir: 
  
                                                82 
                                              
 


 
  
 “Ey məni yaradan Allah Sizdən min dəfə üzr istəyirəm, 
bir qələtdir eləmişəm Sizdən gizli insanların arasına girib 
onları  azdırmışam,  onların  rahatlıqlarını  əllərindən 
almışam”. 
  Allah  deyir:  “Sən  insanların  dincliyini,  rahatlığını 
əllərindən  aldığına  görə,  Mən  də  bu  gündən  sənə  heç 
vaxt  dinc  yaşamağa  imkan  vermərəm”.  Bu  minvalla 
şeytan, heç rahatlıq görmədən insanlar arasında başlayır 
gəzməyə.  O  yalqız  qalmasın  deyə  Tamahla  dostlaşır. 
İnsanların  tamahı  artdıqca  dünyada  çoxlu  deyşikliklər 
əmələ gəlir. Varlılar daha da varlanmaq istəyirlər. Onlar 
nə qədər lə”l- cəvahirat yığırlarsa da, yenə də onları qane 
etməyir.  İnsanlar arasında  zülümkarlıq,  dava-dalaş  artır. 
Təmahkarlıq  insanları  pis  yola  aparır.  Bəzi  varlılar  heç 
kimə  köməklik  əlini  uzatmayır.  Daha  çox  yıqmaq 
istəyirlər.  Belə  adamları  tamah  kənardan  izləyib    tez 
toruna  salır,  var-dövlətini  əlindən  alandan  sonra,  gülə-
gülə  şeytanın  yanına  gəlib  deyir:  “Sən  mənim  hünərimi 
gördün də”.   
    Allah  tamahı  tərifləyir.  Çünkü  tamah  allahın 
tapşırıqlarını  tam  yerinə  yetirir.  O  yaxşını  pisdən  seçə 
bilir.  O  yaxşı  adamlara  ziyan  gətirməyir.  O  pis 
adamlarin,  heç   kəsə  öz  kömək  əlini   uzatmayanlarin, 
hamısını   özü   üçün   istəyənlərin   çanına   girib  onlara 
zərbə  vurur.  Bir  də,  o  insanlara  minnət  edib  deyir:  “Ey 
insanlar  eşidin.  Tamahkarlıqdan  əl  çəkin.  Məndən  xeyr 
görə   bilməzsiz.  Məndən   uzaq   gəzin  ki,  sabah   mən 
Allahin qarşısında təqsirkar hesab olub xəcalət olmayim. 
Məni    yaddan    çıxarın”.    Ancaq     insanlar    tamahın 
 
                                              
 
 83 
                                              
 


 
  
dediklərinə     məhəl     qoymadan    onu    özlərindəndən
 
uzaqlaşdıra  bilməyirlər.  Onun  toruna  düşüb,  bəlaları 
özləri öz başlarına gətirirlər..   
    Vəziyyəti  daha  geniş  şəkildə  canlandırmaq  üçün 
qurbanı  olduğum  Pərvərdigar  insanların  arasına  elə  bir 
şirin  şey  buraxır  ki,  o  cansiz  olmağına  baxmayaraq 
şeytanları da, tamahkarları da aradan götürmək və bütün 
dünyanı  idarə  etmək  qabiliyyətinə  malik  olur.  Onda 
Allahın sirləri gizlənir. O həm şirindir, həm acı. O adamı 
gah  güldürür,  gah  da  ağladır.  Gah  göylərə  qaldırır,  gah 
da  yıxıb  yerə  vurur.  O  gah  dostu  düşmən,  gah  da 
düşməni dost edir. Gah dalınca qaçır sənə çatmayır, gah 
sən  dalınca  qaçırsan  ona  çata  bilməyirsən.  O,  onun 
qədrini  bilənlərlə  dost,  qədrini  bilməyən    nadanlarla 
düşməndir.  O  ağıllı  kimdir,  axmaq  kimdir  bilməyir  və 
onları heç axtarmayır da. Onu kim saxlayırsa, kim ondan 
xeyir  işlər  üçün istifadə  edirsə  və  kim  öz  işlərini  planlı 
şəkildə  aparırsa  onun  olur.  Odur  sağlamı  öldürüb,  ölü 
dirildən.  O  həyatdır.  O  bəziləri  üçün  ana-atadan  da, 
qardaş-bacıdan  və  hətta  canından  da  belə  əzizdir, 
şirindir.  Odur  cavanları  qocalara  satdıran,  qocaları  isə 
cavanlara  aldıran.  Odur    insanların  arasına  nifaq  salan. 
Odur  bəzi insanlar  arasında  olan  bəd  əməlləri  gizlədən, 
Düzü-əyri,  əyrini-düz,  pisi  yaxşı-yaxşını  pis,  sadiqi-
faişə,  faişəni-sadiq,  cavanı-qoca,  qocanı-cavan,  adamı-
insan, insanı-şeytan edən PULDUR! PUL! 
 
 
 
 
 
 
 
2000 
 
                                              
 
 84 
                                              
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə