Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   ...   12   13   14   15   16   17   18   19   20

 
  
HÜNƏR VƏ ZƏHMƏT 
 
Zəhmət çəkmişəm, 
Ağac əkmişəm. 
Bacım Hüriyyə, 
Axı sən niyə, 
Əyirsən onu, 
Sevmirsən onu?  
Sən də zəhmət çək, 
Bir ağacda ək. 
Bizdən pay alsın, 
Ana təbiət, 
 Göyə ucalsın, 
Hünər və zəhmət! 
 
SEVİNCİ AŞDI 
 
Ay bacım Gülşən, 
Başını dik tut. 
Utanma gül şən, 
Küsməyi unut. 
Sən axı məndən,  
Nahaq küsürsən. 
Nə danışırsan, 
Nə də gülürsən. 
Gəl barışaq biz, 
Gəl danışaq biz. 
Gülşən barışdı, 
Sevinci aşdı. 
1962 
  
    
                                  
 
 72 
                                              
 


 
   
BU BAĞ 
 
Bizim qəşəng bağımız var, 
Onda gözəl güllər açar. 
Gül-çiçəklər, qızılgüllər, 
Ətir iyi verir burda, 
Bir də nəğməkar bülbüllər, 
Şən nəğmələr deyir burda. 
Ah, nə gözəl bağdır, bu bağ! 
Gülür lalə, açır zanbaq! 
 
Atam, anam, bacım və mən, 
İşləyirik hər gün şən-şən. 
Baxırıq bu gözəl bağa, 
Ürəyimiz dönür dağa. 
Zəhmət çəkib, tər tökürük, 
Bəhrəsini götürürük. 
Ah, nə gözəl bağdır, bu bağ! 
Gülür lalə, açır zanbaq! 
 
1969 
 
 
 
 
 
 
 
 
  
                                          
   
  
 
 73 
                                              
 


 
   
GÜLŞƏNİN BAĞI 
 
Gülşən çıxıb eyvana, 
Hönkür-hönkür ağladı. 
Anası yaxınlaşıb, 
Başını siqalladı. 
Dedi: “Qızım nə olmuş, 
Söylə səni kim vurmuş”? 
Gülşən dedi: “ Ay ana , 
Axı mən gəldim cana. 
O qəşəng dibçəkləri, 
Əkdiyim çiçəkləri, 
Asif vurub dağıtdı, 
Kökdən qoparıb atdı. 
Əsir əlim, ayağım, 
Dağıldı mənim bağım”. 
Ana nəzərlərini  
Asifə dikib baxdı. 
Asif bir söz demədən,  
Səhvini başa düşüb, 
Gözlərindən  yaş axdı... 
 
1979 
 
 
 
 
 
 
                                          
 
  
 
  74 
                                              
 


 
 
    12 APREL 
 
12-si apreldir 
61-ci ildir. 
Gülür hamının üzü, 
Bu gün hamının sözü 
Kosmosdan, kosmonavtdan, 
Gələn gözəl həyatdan 
Fəxr ilə danışılır, 
Sevinc aşıb –daşılır. 
Beşikdəki körpə də 
Oyanıb yuxusundan 
Gəhgəhə çəkib gülür 
 Beşikdə oynamaqla, 
O hamını güldürür. 
Kim bilir bu uşaqda  
Nə fikir oyanmışdir, 
Axı bu günki kimi 
O belə olmamışdır. 
Bəlkə, o bu gün uçmaq, 
İstəyir ulduzlara? 
Bəlkə, o bu gün qonaq, 
Olmaq istəyir aya? 
Soruşun anasından, 
O sizə düzün deyər, 
Körpələrin dilini, 
Analar yaxşı bilər. 
 
1961 
  
                                          
 
     75 
                                              
 


 
 
 
HEKAYƏLƏR VƏ OÇERKLƏR 
 
  
                  QIŞ  LÖVHƏSİ 
 
                              (Mənsur şeir) 
 
    Qar  yağır.  Yağır  topa-topa.  Hava  sakit.  Göydə  bir-
birinə  toxunmayan  qar  dənələri,  yerdə  qucaqlaşıb 
öpüşürlər.  Hər  yer  ağ-appaq.  Ağaclarda  yoxdur  
yarpaq.  Təbiət  yaşıl  donunu  dəyişib  ağ  yorğana 
bürünüb. O sevinir. O fəxr edir. 
    Qar yağdıqca uşaqların sevinci artır. Onlar  qartopu 
oynayır, kirşədə  və xizəkdə sürüşürlər. Bəziləri  Şaxta 
babaya   heykəl qoyur.  Kiminsə  ayağı sürüşür, yıxılır, 
durur.  Kim  isə  soyuqdan  şikayətlənir.  Əlləri  üşüyür. 
Yerdən bir ovuc qar götürüb əlləri arasında ovuşdurur. 
Qar əriyir, əllər qızır. 
    Havanın  sakitliyi  pozulur.  Yağan  qar  gücünü 
artırmaq  üçün  küləyə  müraciət  edir.  Külək  əsir.  O 
getdikcə  güclənir.  Səmanın üzünü örtən  pərdə  çəkilib 
gedir. 
    Gecə.  Aydin  səma.  Ay  seyrə  çıxıb.  Bayaz,  sakit, 
soyuq və işıqlı gecə. Ay işığı bir-birini qucaqlayan qar 
ləpələrini parıldadır. Ay yerə, yer də səmaya işıq verir. 
    Səhər  açılır.  Hava  soyuqdur..  Külək  əsir,  soyuq 
külək.  Səhər  günəşinin  şuaları  biri-birinə  sığınıb  
yığılan qar ləpələrinə iynə kimi sancılır. Qarın canına 
qorxu düşür. Günəş şüaları getgedə daha da parıldayır. 
Gözləri  yaşarır.  Baxırsan.  Qarın  yalvarışları  elə  bil 
sənə   də   təsir   edir.   Gözlərin    də    yaşarır.   Günəş 
  
         
  
       
    76 
                                              
 


 
  
şüalarının  hərarətini  daha  da  çoxaldır.  Qar  taqətdən  
düşüb  yavaş-yavaş  əriyib  suya  dönür.  Günəş 
daldalarda  gizlənən  qarın  öhdəsindən  tam  gələ 
bilməyir. Batır.Axşam düşür. Külək əsir. Soyuq külək. 
Külək  soyuqdur.  Qılınc  kimi  kısir.  Əriyən  qar  buza 
dönür.  Hər  yerdə  su  buza  dönür.  Damlarda  əriyən 
qarın suları salxım büza çevirilir. 
   Buzlar! Şadlığından par-par parıldayan billur buzlar! 
Pəncərələrin  şüşələri  də  şaxtadan  buz  bağlayib.  Şaxta 
pəncərə  şüşələrində  bir-birinə  bənzərsiz  müxtəlif 
şəkillər  yaradıb.  Bəlkə  də  onlar  təbiətin  bizə 
müvəqqəti bəxş etdiyi sirli tablolardır. 
    Yənə  səhər  açılır.  Günəş  kainatın  seyrinə  çıxır. 
Külək əsir. Şah dağının zirvəsindən süzülüb gələn saf 
külək.  Günəşin  qızmar  şüaları  qarı,  buzu  əridib  suya 
döndərir. O daldalarda yığılıb qalan qarı əritmək üçün 
isti küləyi və yağışı köməyə çağırır. Buzlar yoxa çıxır. 
Qar  tamam  əriyir.  Əriyib  suya  dönür.  Axıb  çaya 
tökülür. Qış Xudahafizləşib gedir.  Təbiət  əynindən ağ 
yorğanı  çıxardıb.  özünə  yaşıl  don  biçməyə  başlayır. 
Novruz  gülü  muştuluq  gətirir.  O,  baharın  gəldiyini 
xəbər verir. 
    Ey  mənim  Qubamın  qışı!  Şah  dağımın  əsən  soyuq 
və saf küləyi! Ey Qubanı nura qərq edən Günəş! Siz də 
diyarınız  kimi  gözəl,  hərarətli,  rəngarəng  və 
güclüsünüz. Sizə min alqışlar.! 
 
 
 
 
  
                                          
   
  
 
 77 
                                              
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə