Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   ...   12   13   14   15   16   17   18   19   20

 
 
    BİR NEÇƏ GÜN QUBADA 
 
    1995-ci  ildə  tale  məni  müəyyən  səbəblərə  görə 
doğma Yurdumdan ayırıb, 7 dəniz uzaqlara, dünyanın 
ən  azad  və  demokratik  bir  ölkəsinə,  Amerkanın  Nyu 
York ştatının Bruklin şəhərinə ğətirib çıxarmışdır. 
    Lakin  mən  sairlər,    bəstəkarlar,  müğənilər  vətəni  
olan  dogma  Azərbaycandan  ayrılanda  hiss  etdim  ki,  
ancaq  özümü  aparıram  qərib  bir  ölkəyə.  Qəlbim  isə  
həmişəlik  azərbaycanda  uca  dağların  ətəklərində, 
büllur  bulaqların  başında  meyvəli  bağların,  ğöz 
ğördükcə  uzanan  qalın  meşələrin  qucağında  qalır.  
Mənə  elə  gəlir  ki,  mən  və  Azərbaycanda  yaşayan  
digər Azərbaycan  dağ  yəhudiləri doğma diyarımızdan 
nə  qədər  üzaqlarda  yaşayıb  işləsək  də,  onun  həsrəti  
bizim  hisslərimizi  rahat  buraxmır.  Çünki,  ondan  
aldığımız  qüvvət  biləyimizdədir  və  ona  qarşı  olan 
məhəbbətimizi ürəyimizin dərin guşələrində  
həmişəlik həkk etmişik. 
    Bəzən məndən soruşurlar: 
-Xoşbəxtlik 
nədir? 
Məncə, 
xoşbəxtlik 
azad 
yaşamaqdır.  Gözlərimiz  bir-birimizi  bir  dost,  bir 
qardaş  kimi  şən  və  mehriban  görürsə,  deməli,  biz 
xoşbəxtik.  Xoşbəxtlik,  sülh,  dostluq,  haqq-ədalət, 
qardaşlıq, bir-birini yaxşı mənada başa düşmək, həyatı, 
insanları sevməkdir. Mən hərdənbir  Bruklin şəhərinin 
müxtəlif  guşələrində  yerləşən  “Azərbaycan”,  Baki,   
Abşeron,      Çinar,      Qafqaz,       Quba-Şirvan      adlı  
Restoranlarında  oturanda   özümü   Bakının  eyni  adlı 
Restoranlarında  hiss edirəm. Atlantik okeanın sahilləri 
                                          
 
     85 
                                              
 


 
  
mənə  Xəzər  dənizinin  sahillərini  xatırladır  və  məni 
qəriblikdən xilas edir. 
    Biz  çöx  yaxşı  başa  düşürük  ki,  diasporda  yaşayan 
hər  bir  şəxs  yaşadığı  ölkəni  qəlbən  sevməli,  onun 
qanunlarına  sözsüz  riayət  etməklə  bərabər  öz  doğma 
tarixi  vətənini  də  unutmamalı,  dilini,  dinini  adət  və 
ənənələrini  qoruyub  saxlamalıdır.  Buna  ABŞ  
Konstitusiyası  tam  yol  verir.  Mənə  elə  gəlir  ki,  bu 
gözəl xüsusiyyətlər diasporda yaşayan 
həmvətənlərimizin çoxunda vardır.  
    Biz–Amerkada  yaşayan  Azərbaycan  yəhudiləri 
cəmiyyətinin  üzvləri  Nyu  Cersi  ştatında  fəaliyyət 
güstərən Azərbaycan cəmiyyətinin üzvləri ilə sıx əlaqə  
saxlayırıq.  Hər  iki  cəmiyyətin  mədəni  əlaqələr  üzrə 
rəhbərləri Yakov Abramov və Tomris xanım Azərinin  
əməkləri  təqdirəlayiqdır.  Belə  kı,  hər  iki  tərəfin  
üzvləri  keçirilən  tədbirlərdə  yaxından  iştirak  edirlər.  
Bir  neçə  ildir  ki,  Novruz  bayramına  həsr  olunan 
şənliklər  Bruklin  şəhərinin  Atlantik  okeanı  sahilində  
yerləşən  Bakı  restoranında  keçirilir.  Bu  restoranın  
sahibi  bakılı  Mişa  Davıdov  məclislərin  daha  şən 
keçirilməsi  üçün  hətərəfli  köməklik  edir.  Yəhudilərin  
bayramı  olan  Laq  Ba  Omara  həsr  olunan  şənlik  isə  
“Oşeana”  restoranında,  yenə  də  Atlantik  okeanın  
sahilində keçirilir və bu şənlikdə bütün etnik qrupların  
nümayəndələri  ilə  birlikdə  Tomris  xanım  başda  
olmaqla  azərbaycanlı  bacı  və  qardaşlarımız  da  iştirak  
edirlər.  600  nəfərlik  yeri  olan  bu  restoranın  sahibi 
qusarlı balası Aron Yusifovdur.  
 
                                              
 
 86 
                                              
 


 
  
    Görüşlərimiz  həmişə  dostluq  və  qardaşlıq  şüarı 
altında  keçir.  Bu  görüşlər  və  əlaqələr  diasporda    
yaşayan  həmyerlilərimiz  arasında  dostluq  və  
mehribanlığı  daha  da  möhkəmləndirir,  Azərbaycanın  
adını  daha  yüksəklərə  qaldırmaq  üçün  əlimizdə  olan  
imkanların həyata keçirilməsinə şərait yaradır...    
 
    Domodedova  təyyarə  meydanında  biz  TU-154    
sərnişin  təyyarəsinə  minirik.  Mockva-Baku  marşrutu  
ilə  uçan,  Sibir  şirkətinə  məxsus  təyyarənin 
pəncərələrindən  ətrafa  göz  gəzdirir  və  gözlərimi 
qamaşdıran günəş şüaları ılə salamlaşır, yuxarıda qəlbi 
geniş səma, aşağıda ısə ağappaq görünən topa buludlar 
sanki məni doğma yurdumun təbiəti ilə görüşdürməyə 
tələsdirirdi.  
    İkı  saat  yarımdan  bir  az  keçmişdi.  Stüardessa  bir 
neçə  dəqiqədən  sonra  təyyarənin  Bakı  təyyarə 
meydanına  enəcəyini  xəbər  verdi.  Hər  kəs  öz  yerini 
tutaraq,  qayışlarını  bağlayıb  təyyarənin  enməsini 
səbirsizliklə  gözləyirdi.  Bir  neçə  dəqiqədən  sonra 
təyyarənin  təkərləri  yerə  toxünur.  Hamı  əl  çalır  və 
bununla 
sərnişinlər 
təyyarəçilərə 
qəlbən 
öz 
təşəkkürlərini  bildirirlər.  Heydər  Əliyev  adına 
Beynəlxalq  hava  limanında  bizi  Bakıda  yaşayan 
dostlarımız  qarşılayırlar.  Onlar  aeroportdan  Qubaya 
gedəcəyimizi  bilib, bizi Hacı adlı bir nəfər sürücünün 
maşını ilə yola saldılar. 
    Yorğunluğum  artıq  yadımdan  çıxmışdı.  Maşının 
pəncərəsindən   ətrafa   baxır  və  qədim  Bakının  yeni  
                                              
 
 87 
                                              
 


 
  
tikilmiş  binalarına  və  inşa  olunan  tikintilərə  baxıb 
sevinir,  müstəqil  bir  respublikanın  gənc  yaşlarında 
qündən-qünə  inkişafı  mənə  həddindən  artıq  xoş 
gəlirdi.  Bilirəm  ki,  sürücü  ilə  danışıb  onun  fikirini 
yayındırmaq  olmaz.  Şəhərin  daxilində  ona  verdiyim 
suallar “bəli” və “xeyr” cavabları ılə bitirdi. Şəhərdən 
mərkəzi yola çıxandan sonra verdiyim suallara sürücü 
ətraflı cavab verməyə çalışırdı.  
    Ümumiyyətlə xalqın qüzəranı yaxşılaşırmı? -sualına 
cavab  verərkən  “şıkayətimiz  yoxdur“  dedi.  Əvvəla 
xalqımızın  xoşbəxtliyi  onda  olub  ki,  Allah  bu  xalqa 
Heydər Əliyev kimi bir oğul vermişdir. O vətənin dar 
günündə  yenidən  qazandığımız  müstəqilliyimizin 
başının  üstünü  qara  buludlar  alanda,  xalqın  tələbi  ilə 
Azərbaycanın  başında  durdu  və  suverenliyimizi 
qorudu. Onun qəbri nurla dolsun!  
    İndi  prezidentimiz  Heydər  babanın  oğlu  İlham 
Əliyevdir.  Alla  onun  canını  sağ  eləsin.  Biz  onun 
simasında 
xalqımızın 
güzəranının 
daha 
da 
yaxşılaşmasını,  müstəqil  Azərbaycan  respublikasının 
gündən-günə  inkişafı  və  çiçəklənməsini  görürük.  Biz 
onu sevirik və ona inanırıq. 
    Söhbət mənzili yaxınlaşdırır deyirlər. Biz artıq Guba 
zonasına  daxil  oluruq.  Bu  mənim  Gubaya  7  ildən 
sonrakı  gəlişim idi. Yolun hər iki tərəfində göz 
gürdükcə  uzanan  meyvə  bağları  bizi  bağlar  diyarına 
yaxınlaşdırırdı.  Şəhərin  girəcəyində  Hacı  maşını 
saxlayır    və   yolun   sol   tərəfində    İlham   Əliyevin   
 
                                              
 
 88 
                                              
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə