Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   ...   12   13   14   15   16   17   18   19   20

 
  
təşəbbüsü  ilə  tikilmiş  Guba  Olimpiya  İdman 
Kompleksini  göstərib  deyir:  Belə  olimpiya  idman 
kompleksləri Azərbaycanın bir neçə rayonunda tikilib 
istifadəyə verilmişdir. Bunlar gənc nəslin daha sağlam 
və  gümrah  yetişməsi  üçündür.  Burada  həmçinin  
turizm  mərkəzi olacaqdır. 
    Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  bu  idman 
kopleksi hörmətli prezident İlham Əliyev Baş nazir və 
Milli  Olimpiya  Komitəsinin  prezidenti  olduğu  vaxtda 
tikilib  istifadəyə  verilmişdir.  O,  sonra  yolun  sağ 
tərəfində salınmış Heydər Əliyev adına Mədəniyyət və 
İstirahat  parkını,  avtovağzalla  üzbəüz  tikilmiş  “Əli 
Ticarət  Mərkəzi“ni  göstərərək  şəhərin  daxilində  olan 
yenilikləri  özünüz  gəzib  görəcəksiniz,  -deyir.  Qardaş, 
bunların  hamısı  respublikamızın  demokratik  yolla  
getməsi  və  mütəqilliyimizin  qorunması  nəticəsində 
əmələ  gəlmişdir.  Sürücünün  həvəslə  danışması  və 
hadisələri  tam  aydınlığı  ilə  başa  düşməsi məni daha  
çox sevindirirdi. 
Maşın Guba ilə Qırmızı Qəsəbəni birləşdirən qardaşlıq 
körpüsünün  üstündən  keçərkən  Şah  dağının  havası 
ürəyimin  damarlarına  daxil  oldu.  Özümü  neçə  illər 
həsrətini  çəkdiyim  doğma  yurdumda  hiss  etdim. 
Körpünü keçəndən sonra uzun illər dərs dediyim, eyni 
zamanda  tədris  üzrə  direktor  müavini  vəzifəsində  
çalışdığım Qırmızı Qəsəbə 1 nömrəli beynəlmiləl orta 
məktəbin  yanından  sola  dönüb  Fətəli  xan  küçəsi  ilə 
gedərkən,  elə  bil  ki,  dərs  dediyim  uşaqların  şən 
səsləriini  eşidir  və  çiyin-çiynə   işlədiyim,  qardaş  və  
 
                                                89 
                                              
 


 
  
bacılarım  kimi  sevdiyim  müəllim  yoldaşlarım  bir-bir 
kino  lenti  kimi    gözlərimin  qabağından  gəlib  keçirdi.   
Bir  neçə  döngə  gedəndən  sonra  mənzilimizə  çatdıq. 
Biz maşından düşüb sürücüyə təşəkkürümüzü bildirdik 
və  onu  çay  içməyə  dəvət  etdik.  O  razılığını  bildirib 
bizimlə xudahafizləşib yola düşür. 
    Gəlişimizdən  heç  bir  saat  keçməmişdi  ki,  qapımız 
döyüldiü. Yaxınlaşıb açdım, kimləri görsəm  yaxşıdır? 
Uşaqlıq  dostlarım-Rafail  müəllim  Danilov,  İlazar 
Şaulov, 
Yaqub 
Yuşvayev. 
Görüşüb-öpüşürük, 
gözlərim  şadlıqdan  yaşla  dolur.  Bu  səhnənı  təsvir 
etməyə  çətinlik  çəkirəm.Söbətə  başladıq.  Onlar 
bildirdilər ki, bi neçə gündən sonra dostlarımız Zaxar 
müəllim  Yaşayev  və  İlyuşa  Gurşumov    Moskvadan, 
Yevda  Binyaminov  isə  İsraildən  gələcəklər.  Çox  şad 
oldum. Rafail müəllim dedi: 
    -Yaxşı  bir  gündə  gəlmisiniz.  Bu  gün  Azərbaycan 
Respublikasının  Prezidenti  möhtərəm  İlham  Əliyevin 
Qırmızı Qəsəbə sakinləri ilə görüşü olub  və  bu görüş 
çox  yüksək  səviyyədə  keçib.  Biz  hamımız  onun  həm 
respublika  daxilində,  həm  də  xaricdə  -beynəlxalq 
miqyasda  apardığı  siyasəti  bəyənir  və  inanırıq  ki, 
müstəqil  Azərbaycan  Respublikasının  gələcəyi  daha 
parlaq olacaqdır.Hamımız bir ağızdan “Amin“ deyirik. 
Dostlarım 
şirin-şirin 
danışıb 
söhbət 
etdikcə 
yorğunluğum tam yadımdan çıxır, İlazar deyir ki, artıq 
gecdir, yol gəlmisiniz. 
    Dostlarım  ayağa  durur  və  sabah  görüşərik  deyə 
xudahafizləşib   gedirlər.  Mən  isə  səhərin  açılmasını  
 
                                              
 
 90 
                                              
 


 
  
səbirsizliklə    gözləyirəm.  Yatağıma  girib  uzanıram. 
Sanki  xəyalım  dünyanı  gəzir.  Dünən  ilə  bu  günün 
fərqini  araşdırıram.  Doğma  yurdumun  ətirli  havası 
otağın  pəncərələrindən  daxil  olub  damarlarımı 
sakitləşdirir və məni yuxuya verir.  
    Səhər  ertədən  yatağımdan  durub,  əl-üzümü  yuyur, 
geyinərək evdən çıxıram. 
    Qəsəbədə  tam  sakitlik  hükm  sürür.  Küçədə  tək-tək 
adamlara  rast  gəlirəm.  Şah  Dağından  əsən  səhər 
küləyi,  təzəcə  yuxusundan  oyanıb,  dünyanın  seyrinə 
çıxan 
günəşin 
qızmar 
şüalarını 
tumarlayıb 
sərinləşdirdikcə,  mən  ətrafa  göz  gəzdirir,  təbiətin 
doqma  yurduma  bəxş  etdiyi  gözəllikləri  qucaqlayıb 
öpmək  istəyirəm.Yavaş-yavaş  qəsəbənin  mərkəzi 
küçəsi  ilə  Şah  dağının  istiqamətinə  tərəf  yeridikcə, 
yeni üslubda tikilmiş fərdi yaşayış binalarına baxır və 
onların qəsəbəyə yeni bir gözəllik verdiyini görürəm, 
    Yeridikcə  tək-tək  adamlara  rast  gəlir,  görüşüb- 
öpüşürük və hal-əhval xəbər alıb ayrılırıq. Mən, qədim 
körpüyə yaxınlaşanda mərkəzi küçənin başlanqıcından 
başlayaraq  küçəyə  asvalt  döşəndiyini  görüb,  mənimlə 
görüşən  cənabdan  soruşuram:  “Qəsəbə  küçələrinin 
hamısına asvalt döşəniləcəkdir, eləmi?“   
Bəlı  qardaş!  Hər  şey  deyişilir,  yeniləşir.  Bu 
müstəqilliyimizin  əsasını  təşkil  etməlidir.  Yeni  həyat, 
yeni yaşayış binaları, yeni hərtərəfli inkişaf etmiş azad, 
şüurlu  insanın  yetişməsi,  suveren  bir  respublikanın 
demokratik     prinsiplərini     əsas    tutmasından    irəli  
gəlməlidir. Həmsöbətimdən ayrılıb yeridikcə, quruluşu 
 
                                                91 
                                              
 


 
  
dünya demokratiyasına tay ola biləcək azad, şən, insan 
hüquqlarını müdafiə edən, ərazi bütövlüyünü tam əldə  
etmiş müstəqil Azərbaycan respublikasını görürəm 
Tarixlərin şahidi, 19–cu əsrin ən böyük tikintilərindən 
biri olan körpünün üstündə dayanıb, qarlı, vüqarlı Şah 
dağa,  onun  ətrafında  təbiətin  həkk  etdiyi  gözəllik 
portretinə baxıb, dərindən nəfəc çəkir və öz-özümə: 
-Dünyada  və  yaşadığım  Amerika  ölkəsındə  belə  təbii 
gözəlliklər  hədindən  artıqdır,  lakin  doğma  yurdumun 
gözəlliyi 
heç 
yerdə 
yoxdur 
deyə 
fikirimi 
tamamlayıram. 
    Qudiyal  çayın  axar  suları  səhərin  belə  sakitliyində 
elə  səslənirdi  ki,  elə  bil  axan  sular  da  coşa  gəlib 
müstəqil  Azərbaycan  Respublikasına  bəstələnən  yeni 
həyat  sinfoniyasından,  Qubanın  payına  düşən  bir 
parçanı ifa edirdilər.  
    Körpüdən  ayrılıb  Kolxoz  küçəsi  ilə  yavaş-yavaş 
yeriyir  və  Qudyalçayın  kənarında  yerləşən,  qəsəbə 
yehudilərini  özündə  birləşdirən  sinoqoqa  (ibadət  evi) 
gəlib,  səhər  ibadətinə  gələn  həmvətənlərimlə 
görüşürəm.  Qəsəbə  yəhudiləri  dini  icmasının  sədri  
Boris  Simanduyevin  xəstələndiyini  bilib,  ona  can 
sağlığı  və sağalmasını arzulayıram. ( bir neçə  gündən 
sonra  onunla  görüşürəm).  Hörmətli  Rabay  Natan 
İlyaquyev  məni  maraqlandıran  suallarıma  tam  cavab 
verir  və  Sinaqoqi iqtisadi cəhətcən təmin edən, onun 
orginal təmirinə köməklik göstərən  Qəsəbə camaatına 
və  ayrı-ayrı  şəxslərə  öz  təşəkkürünü  bildirir.  Bir  də 
qeyd   edir   ki,  altı   günbəzli   bina  da  təmir   olunub  
  
                                              
 
 92 
                                              
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə