Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   ...   12   13   14   15   16   17   18   19   20

 
   
                    ANANIN NƏSİHƏTİ 
 
    Oğul!.. Gedirsən? Sənə və dostlarına yaxşı yol olsun 
əziz balam. 
-Ana! Anacan, bu nədir ağlayırsan? 
-Gözlərimdən axan yaşlar sevinc yaşlarıdır oğlum. 
-Ana  məndən  nigaran  olma.  Arxain  ol  ana,  sənə    tez-
tez  məktub  yazaram.  Bax  yenə  gözlərindən  yaş  axır. 
Axı niyə və nə üçün? -Mən ki, vətənimin sərhədlərini 
qorumağa,  vətənə  sədaqətlə  qulluq  etməyə,  lazım 
gələrsə Qarabağı ərməni təcavüzündən xilas etməyə və 
vətən  qarşısında  borcumu  yerinə  yetirməyə  gedirəm, 
ANA! 
-Mən  buna  çox  şadam  oğlum.  Ana  ürəyim  sevincini    
gizlədə  bilməyir,  deyərək  göz  yaşlarını  təmizləyir  və 
birdənbirə üzü ciddiləşir, və deyir:  
-Oğlum! İşdir məni də unutsan, bir şeyi unutma oğlum. 
--O nədir, ana? 
-VƏTƏN.  Bəli  VƏTƏN.  Səni  boya-başa  çatdıran,  öz 
qoynunda  bəsləyən,  öz  gözəl  baharı  və  yayı  ilə  səni  
sevindirən və fərəhləndirən, şaxtalı, soyuq və mülayim 
qışı  ilə  bədənini  möhkəmləndirən,  bəzən  tutqun  və 
bəzən də yarım tutqun üzü ilə səni düşündürən doğma 
vətəni, onun gözəl təbiətini unutma oğlum! 
-Xeyr, xeyr ana! Mən onun məhəbbətini görünməz  və 
qırılmaz  tellərlə  ürəyimin  dərin  guşələrində  həkk 
etmişəm,  ana!  Axı  mən  doğma  vətənimin  və  sənin 
sədaqətli oğlunuzam, ana! 
-Qatar yerindən tərpənməyə hazırlaşır. Ana oğlunu  
  
                                          
 
     78 
                                              
 


 
 
qucaqlayıb öpür və gülər üzlə yaxşı yol deyərək, 
ondan müvəqqəti ayrılır. 
-Sağ ol ana. 
-Tez-tez məktub yaz! 
-Baş üstə ana yazaram..  
Qatar aram-aram yeriyir. Yeridikcə sürətini artırıb 
gözdən itir. Ana başını qaldırıb, doğma vətənin açıq, 
aydın və  günəşli səmasına baxıb, göz yaşlarını silə-
siıə : ”Allah hamınıza kömək olsun!” deyir. 
 
YENİYETMƏLƏRİN YAŞLILARA MƏKTUBU 
  
    Yaşınızı  bilməsək  də,  Sizi  yaşlı  görürük.  Yaşınız  
daha çox olsun, ömürünüz daha şən keçsin. Bizim sizə  
qarşı  hörmətimiz  və  məhəbbətimiz  var.  Biz  hər  şeyi, 
əlbbət  də,  hər  şeyi  Sizdən  öyrənirik.  Yaxşını  da,  pisi 
də.  Bizdən  incinməyin.  Çünki  bəzilərinizin  pis 
hərəkətlərinə  dözə  bilməyirik.  Onları  sizdən  kənar 
etmək  üçün,  pis  cəhətlərinizi  üzünüzə  deyirik  və  
bəzilərinizi 
tənqid 
atəşına 
tutmaqdan 
belə 
çəkinməyirik.  Axı  biz  yaxşını  pisdən  seçə  bilən 
yeniyetmələrik.  
    Bəli  yenə  deyir  və  deyəcəyik  də.  Sizə  qarşı 
hörmətimiz çoxdur. Düzdür siz də bizi sevir və hörmət  
bəsləyirsiniz.  Çox  sağ  olun.  Minnətdarlığımızı 
bildiririk və Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə, 
gələcəyimiz  üçün  xeyrli  olan  və  tənqidimizə  layıq 
olmayan  hərəkətlərinizi aşılayasınız!.. 
 
HÖRMƏTLƏ, YENİYETMƏLƏR 
 
                  
                     
 
     79 
                                              
 


 
 
     UZUN SÖHBƏT 
 
-Qurtardınızmı? 
-Xeyr. Hələ harasıdır. -Deməli ardı var. 
-Bəli,  bəli.  Xahiş  edirəm  axıra  qədər  dinləyin.  Yaxşı 
qulaq asın və təqsirkarı məzəmətləndirin. 
-Yə”ni kimi ? -Qonşumu. 
-Aha!  Deməli  sən  qonşun  haqqında  danışırsan.  Hə 
sonra.  De  gəlsin.  Dostum    hey  danışır  və  mən    istər 
istəməz  dinləyirəm.  Dinlədikcə  yuxum  gəlir.  Elə  bil 
ayaq üstə yatıram. Səsini eşidirəm. Lakin heç nə başa 
düşə bilməyirəm. 
-Hə, indi düzünü de görək kimdir təqsirkar? 
Mən  bu  sözləri  eşidib  diksinir,  dərindən  nəfəs  çəkib   
deyirəm: 
-Təqsirkar sənsən. Dostum incik bir səslə: -Nə üçün? 
-Çünki sizin söhbətiniz uzun və mənasızdır. 
O  bir  an  üzümə  baxır  və  bir    söz  deməyib  məndən 
ayrılıb  gedir.  O  deyəsən  məndən  incindi.  Qoy 
incinsin. Mən ki, düzün demişəm. Düz bir saat vaxtım  
hədər  getdi.  Başım  bərk  ağrayırdı.  Xoşbəxtlikdən  o 
mənə 
əcəzxananin 
yanında 
rast 
gəlmişdir.  
Əcəzxanaya girib baş ağrısı dərmanı aldım. Evə nahar 
etməyə  gedə  bilməyib  iş  yerinə  qayıtdım.  Mən 
günümü ac qarın və  baş ağrısı ilə başa  vurdum. Onu 
da  bilirəm  ki,  dostum  hələ    bir  neçə  gün  uzun  və 
mə”nasız söhbətindən əl çəkməyəcək.  
 
 
 
 
                                          
 
     80 
                                              
 


 
 
        GÜZGÜLƏR 
 
    Bir  otağın  divarından  iki  gözgü  asılmışdır.  Biri 
həcmcə böyük, digəri isə balaca. 
Balaca gözgü, böyük gözgüdən soruşur: 
-“Axı,  nə  üçün  ev  yiyəsi  bizə  belə  yaxşı  xidmət 
göstərir və hər gün üzümüzü tumarlayır? 
Böyük güzgü cavab verirərək deyir: 
-“Çünki biz hər şeyi düzgün əks edirik.” 
 
 
  LAMPA VƏ LAMPA ŞÜŞƏSİ 
 
    Bir  axşam  lampa  acıqla  alovunu  gücləndirib 
üstündəki  şüşəni  sındırır  və  nə  vaxta  qədər  mən  bu  
şüşənin yükünü çəkəcəyəm deyir. 
    Bir  qanadı  qırılmış  quş  kimi  cingildəyən  şüşə 
lampanın bu hərəkətindən çox bikeyf olub deyir: “Sən 
nə etdin? Bilməyirsənmi ki, mən olmasam səni heç kəs 
yad  etməz  və  pərvanalar  ətrafına  dolanıb  səni 
oxşatmazlar. Hiss içində boğulub ölərsən.” 
    Deyilənlərin  haqq  olduğunu  başa  düşən  lampa,  
şüşədən  üzr  istəyir  və  düşüncəsiz  olaraq  etdiyi 
hərəkətindən peşman olur. 
 
 
 
 
 
  
                                          
 
    81 
                                             
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə