Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   ...   12   13   14   15   16   17   18   19   20

 
  
mədəniyyət mərkəzi üçün istifadəyə verilmişdir. 
Qəsəbədə  “Xabad Or Avner“ adlı məktəb də fəaliyyət 
göstərir. Orda dərslər günün tələbləri səviyyəslndə 
keçir. Müasir tipli sinif otaqları və fənn kabinetləri 
şagirdlərin ixtiyarına verilmişdir. Burada texniki və 
gumanitar fənlərdən başğa şagirdlərə mədəniyyətin 
əsasları və İvrit dili də öyrədilir. 
    Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki.  1917-ci  il 
inqilabından əvvəl qəsəbədə 12 sinaqoq xalqa xidmət 
edirdi. Sovet hökuməti qurulandan sonra, binalar zəbt 
olundu  və  bir  neçə  Rabay  həbs  edilib,  doğma 
yurdundan sürgün edildi. Sovet hökumətinin rəhbərləri 
bütün  ixtiyarı  xalqın  əlindən  alıb,  özləri  ixtiyar  sahibi 
olmuşdular.  Ümidvarıq  ki,  yaranmış  müstəqilliyimiz 
gündən-günə  çiçəklənəcək  ,xalqın  hüquqları  müdafiə 
olunacaq  və  hər  yerdə  fəaliyyət  göstərən  Məscidlər, 
Sinaqoqlar,  və  Kilsələr  də  öz  funksiyalarını  yerinə 
yetirib  Azərbaycan  Respublikasının  müstəqilliyini 
alqışlaya-alqışlaya    onun   daha   da   tərəqqisi    üçün     
Allahdan xoş arzularını diləyəcəklər! 
 
                                    Quba - Nyu York   2002-ci il 
 
 
 
 
  
 
                                              
 
 93 
                                              
 


 
 
                 
BRUKLİN-TORONTO 
   
  
Mən və həyat yoldaşım Kanadanın Toronto şəhərinə 
dostumuz və qohumumuz  Arlib Avadiyayevin sevimli 
qızı Elladanın toy məclisinə getməyə  hazırlaşırıq. Bu, 
bizim  neçə  ıllərdən  sonra,  Kanadaya  ilk  səfərimiz 
idi.Kanadanın Toronto şəhərinə təyarə və ya avtobusla  
getməkdənsə, qatarla getməyi daha münasib bildik. 
   Gatar hər gün saat 7.15-də Mənhitin şəhərinin 
Pensinvali  vagzalından  yola  düşür  və  Kanadanın  
Toronto  şəhərinə  axşam  saat  7,40-də  daxi  olur. 
Deyilənlərə  görə  bu  məsafəni    qatarla    qət  etmək  
adama xoş gəlir və yorğunluq  hiss etməyirsən. 
   Mənhitinin  Pensinvali  stansiyasından  hərəkətə  gəlib 
aram-aram  Qudzon  çayının  kənarı  ilə  yeriyən  qatarın 
pənjərəsindən  ətrafa  göz  gəzdirib,  təbitin  bizə  bəxş 
etdiyi gözəlliklərə baxanda adamı  fərəh hissi bürüyür. 
İki  tərəfdən  meşəliklərlə    əhatə  olunmuş  çayın  axar 
suları Atlantik okeanına  qovuşmağa  tələsirdilər. Göz  
gördükcə  uzanan  və    biribirindən  qəşəng    görünən  
kəklı  saçlı  təpələr  elə  bil  ki,  başımızın    üstündən    
qanad   çala-çala bizi  sevindirir, hislərimizi  təlatümə 
gətirir  və  təbiətə    olan    məhəbbətimizi  dahada 
artırırdı.Yol uzunu bu mənzərəyə baxa-baxa,    xəyalın 
səni  çox  uzaqlara   aparır və doğma  yurdumun  qalın  
meşələri,  yam-yaşıl  təpələri,  Qudyalçayın,    Kürün,  
Arazın  axar  suları,  bir  kino  lenti  kimi  gözlərimin 
qabağından gəlib keçirdi.  
 
                                              
 
 94 
                                              
 


 
  
   Bir neçə saatdan  sonra  qatarın sürəti bizi Qudzonun  
sularından ayırır. O səmtini dəyişib, iki tərəfi ağaclarla 
əhatə  olunmuş  meşəliklərin  arası  ilə  hərəkət  edir  və 
bizi  axırıncı  nögtəyə  çatdırmaqa  tələsirdi.  Ağaclara 
xüsusi  bir  gözəllik  bəxş  edən  günəş  şüaları,  onların 
arasından yol tapıb,pəncərələrdən vagonlara daxil olur 
və  elə  bil  ki,  günəş  də  bu  səfərini  alqışlayıb,  sənə   
yaxşı yol arzulayır. 
   Bizim vaqonda oturanlardan kim isə nahar edir, kofe 
içir, oturduğu kreslonun arxa hissəsini əyib, ayaqlarını  
uzadaraq  istirahət  edənlər,  sakit-sakit  danışıb  gülənlər 
və  biri-birinə  hörmətlə  yanaşanlar  bu  səhnəyə  xüsusi 
bir  yaraşıq verirdi. 
   Artıq  meşəliklər  arxada  qalır.  Qatar,  meyvə 
bağlarının, tərəvəz  plantatsiyalarının yanlarından ötüb 
keçir. Bu mənzərə mənə Xaçmazın, Dəvəçinin tərəvəz 
plantatsiyalarını,  Quba-Xaçmaz  düzənliklərinin    hər   
iki  tərəfini  bəzəyən,  bərəkətli  meyvə  bağlarını  
xatırladır.  Hislərimi  sakitləşdirmək  üçün  bir  stakan  su 
içib  ayağa  durur  və  vaqonun  pəncərəsinə  yaxınlaşıb 
fikirləşirəm.  Harda  olsam  da,  dogma  yurduma  oxşar 
bir  yer,  bir  mənzərə  görəndə  həmin  jeri  də  özümə  
doğma  bilir  və  insanı  valeh  edən  bu  gözəlliklərdən 
ayrılmağa, qatar tələsirsə də, mən tələsmək istəmirəm. 
Onlar    gözlərimin    önündən  uzaqlaşdıqca  hamısını 
beynimdə həkk edirəm. 
   Hava 
yavaş-yavaş  qaralmağa 
başlayır.  Qatar  
Niaqara  şəlalərindən  tökülüb  gələn,  axar  suların 
üstündə    salınmış    körpüdən    keçir.    Biz    Toronto  
  
                                              
 
 95 
                                              
 


 
  
şəhərinə yaxınlaşırıq. Qatar yeridikcə  sürətini  azaldır. 
Budur,  artıq  qatar  mənzilə  çatıb,  Toronto    voqzalında 
onun  üçün    ayrılmış  dəmır  yol  xəttində    sakitcə 
dayanır.  Sərnişinlər  vagonlardan  gülə-gülə  çıxıb, 
Torontonun  bu  qəşəng  vagzal  binasından  mərkəzi 
küçəyə çıxırlar.    
   Görüş  və  öpüşlərdən  sonra  o  bizə  maşına  minməyi 
təklıf edir. Elektrik işığ Bizi vagzalın qarşısında Arlib 
müəllim,  oğlu  və  qızı    qarşıladılar  ına  qərq  olmuş 
şəhərin  bu  mərkəzi  küçəsi  ilə  getdikcə  Arlib  müəllim 
Toronto  şəhərini  Kanadada  ən  yaxşı  şəhərlərdən  biri  
olduğunu  söyləyir  və  burda  nə  qədər  qalsanız  da   
darıxmayacaqsınız  deyərək  bizi  arxayınlaşdırırdı.  Sağ  
olsun  ki,  ilk  addımdan  o  bizə  öz  qonaqpərvərliyini  
bildirirdi.  Maşın  növbəti  sfetoforda  dayananda  O 
başını  sola  çevirib  xoş  gəlmişsiniz  deyir  və  onlara 
ardınca  evə gəlməyi təklif edir. Qismətə bax ki, onlar 
da, bu  gün Bruklindən Toronto şəhərinə, sabahki  toy  
məclisinə,  ailəli  gəlmiş  Arlibin  uşaqlıq  dostları  Asaf 
İsrailov və Raşbil İsakov idi. Arlib bir neçə dəqiqədən  
sonra maşını bir evin qabağında saxlayıb deyir: “Gəlib 
çatdıq, bu bizim fərdi evimizdir“. 
   Biz maşından düşüb evə  girəndə görürük ki, Arlibin 
bir  uşaqlıq  dostu  da,  Efim  Agarunov  ailəsi  ilə 
ordadırlar. Onlar da,səhər ertədən maşınla Bruklindən 
çıxıb, bizdən iki saat qabaq Torontoya çatmışlar.  Qoy 
hamı,həmişə toylarda, məclislərdə olsunlar!... 
 
  
                                              
 
 96 
                                              
 


 
  
   Toronto  şəhərinin  ən  gözəl  restoranlarının  birində  
keçirilən  bu  toy  məclisi,  iştirakçılarını  sevindirir,  
bəynən-gəlinin  şərəfinə,  onları  boya-başa  çatdıran  və  
həmişə  xoşbəxt  olmalarını  istəyən,  valideyinlərinin 
sağlığına  badələr  qaldırıldı.  Müqəninin  məlahətli  səsi   
ətrafı  bürüdükcə  rəqs  edənlərin  sayı  da  artır  və  hamı 
bu  şənlikdən  xüsusı  zövq  alırdı.  Müqəni  mahnıları 
azərbaycan,  yehudi,  ingilis  və  rus  dilIərində 
səsləndirirdi...  
   Ertəsi  gün  Arlib,  bizə  Niağara  şəlaləsinə  gedib 
baxmağı  təklif  edir.  Biz  məmuniyyətlə  onun  bu 
təklifini  qəbul  edirik.  Çünki,  mən  həmişə  Niağara 
şəlaləsini  görmək  arzusunda  olmuşam.  Bu  şəlalə  
haqqında  çox  eşitmişdim  və  hətta  Amerikanın 
görkəmli  yazıçılarından  biri  olan  Mark  Tvenin  “Bir 
gün  Niağarada”  hekayəsini  də  oxumuşdum.  Arlibin 
təklifi  yerinə  düşmüşdür.  Onsuz  da  nəzərə  
götürdüyümüz  gəzməli  yerlərdən  biri,  gedib  şəlaləni 
görmək  idi.  Biz  beş  nəfər,  Arlibin  maşınına  oturub 
yola  düşürük.  O,  bizə  bildirir  ki,  bir  saat  yarımdan 
sonra,  şəlalənin  yanında  olacayıq.  Yol  uzunu  ətrafa 
göz 
gəzdiririk. 
Hər 
yer 
yaşıllıqlara 
qərq 
olmuşdur.Günəşin  hərarətli şüaları bu mənzərəni daha 
da  yaraşığa  gətirirdi.  O  maşının    istiqamətini    sağa 
çevirib  Niağara  çayının    kənarı        ilə  sürür  və    onu 
gətirib müəyyən  olunmuş  dayanacaqda  saxlayır. Biz 
maşından 
düşüb 
yavaş-yavaş 
şəlaləyə 
tərəf 
addımlayırıq.   
 
                                              
 
 97 
                                              
 


 
  
Təbiətin yaratdığı və insanlara, onların rahatlığı    üçün 
bəxş etdiyi bu gözəl mənzərəyə baxdıqca daxilən   şad 
olursan, ətrafa nəzər salıb bu gözəlliyə baş əyərək onu 
qucaqlayıb  öpmək  istəyirsən.  Artıq  biz  Niağara 
şəlaləsinin yanında durub ona tamaşa edirik. 47 meter   
hündürlükdən  50  meter  dərinliyi  olan  çarhavuza  
tökülən  sular,ordan  da  axıb  gedir.  Şəlalədən  tökülən  
sular  ətrafa  səs  salır  və  elə  bilki,onlar  yorulmadan 
gecə-gündüz tamaşasına gələnləri salamlayırdı. Ətrafa 
göz gəzdirdikcə cürbəcürə   mənzərələrlə qarşılaşırsan. 
Budur  uzaqdan  baxıb  ikinci  şəlalənın  axar  sularını 
görürsən. Bu Amerika sərhədindəki şəlalədir. 
Bu  iki  şəlaləni  biribirindən  ayıran  Keçi  adasıdır. 
Adanın  adı  John  Stedman  adlı  bir  nəfərin  saxladığı 
keçi sürüsünün 1780-ci ildə güclü soyuqlar nəticəsində 
donmuş  və  itmiş  keçilərinin  şərəfinə  qoyulmuşdur. 
Şəlalərin  üst      tərəfində  Ontario  gölü  və  Üç  Bacı 
adaları  görünür.  Bunları  tamaşaçılar  üçün  müəyyən 
olunmuş  yerlərə      qoyulmuş  durbinlələ  daha    aydın  
görmək  olur.    Şəlalədən      tökülən    suların    təsiri  
nəticəsində    su    damcıları    aşağıdan    yuxarı  qalxaraq 
şəlalənin  qarşısında  dumana  oxşar  nazik  bir  pərdə  və 
günəşin hərəkəti ilə öz səmtini dəyişən neçə rəngli göy 
qurşağını  əmələ  gətirir.  Niağara  çayının    ətrafına 
salınmış  parklar,  tamaşaçılarını    əyləndirən    oyun 
yerləri,  neçə  mərtəbəli  mehmanxanalar,  restoranlar, 
Kazino binası dükanlar,  fəvvara  vuran  su  kranları və  
 
                                             
 
  98 
                                              
 


 
  
onların    ətraflarında  əkilmis  müxtəlif  rəngli  güllər, 
gızılgüllər   tamaşaçıları   valeh  edib  sevindirir  və  ,  
təbiətin  insanlara   bəxş  etdiyi    bu gözəl   mənzərəni  
həmişəlik  beyinlərində  həkk  edərək  ondan  xoş 
təəssüratla  ayrılırlar.  Biz  də    axşama    yaxın  onunla  
xudahafizləşib  ondan  xoş  təbəssümlə  ayrılıb  yola 
düşürük. 
  Oradan  qayıdıb  gələndən  sonra  Arlibə  məxsus  olan 
evin  eyvanında  oturub  pürrəngli  çay  içə-içə  söhbət   
edir  və  onun  bir  neçə  illər  zəhmət  çəkib  həyətində  
yetişdirdiyi  alma,  armud,  heyva,  və  digər  meyvə  
ağaclarına,  ağaclardan  sallanan  meyvələrə  baxıb,bu 
zəhmətsevər 
insana 
yeni-yeni 
müvəfəqiyyətlər   
arzulayısan.Arlib təkcə öz təsərrüfatı ilə yox, o həm də 
ətrafında  yaşayan  qonşuların  təsərrüfatları  ilə  də 
məşğul  olur.  Bir  sözlə  o  həyətləri  bəzəyib  yaraşığa  
gətirən bir bağbandır. 
  Ertəsi  gün  biz  hamı  ilə  xudahafizləşir,  xoş  bir 
təəssüratla  onlardan  ayrılıb,  Kanadanın  Toronto 
şəhərındən,  Amerikanın  Brooklyn  şəhırınə,  yenə  də 
qatarla evimizə qayıdırıq. 
 
 
 
 
 
 
 
                               
99
 
                                          
 
  
 


 
Mündəricat 
 
Ön Söz-----------------------------------------------------3 
Azərbaycan----------------------------------------------10 
Gözəl Bakı-----------------------------------------------11 
Vətən Həsrəti--------------------------------------------12 
Azərbaycan Bayrağı------------------------------------13 
Qəlblərdə Yaşayırsan----------------------------------14 
Həmrəylik Günü----------------------------------------15 
Ürəyimdədir---------------------------------------------16 
A Novruz Bayramı-------------------------------------17 
Ana-------------------------------------------------------18 
Yaşa Quba-----------------------------------------------21 
Üzəyirin Nəfəsidir O-----------------------------------22 
Vətən Mənsiz Yaşar------------------------------------23 
Sülhə Səsləyir Bizi-------------------------------------25 
Sənə Bel Bağlayir Bu Dünyah------------------------26 
Quba------------------------------------------------------29 
Şeyxül-İslam--------------------------------------------30 
Əşrəf Veysəlli-------------------------------------------30 
Simax Şeyda---------------------------------------------32 
Nobert Yevdayev----------------------------------------33 
Milix Yevdayev------------------------------------------35 
Dünya------------------------------------------------------36 
Dil Var-----------------------------------------------------37 
Söylə Ey Nyu-York--------------------------------------38 
Telman Shamayev----------------------------------------41 
Yaşa Maşyaxov-------------------------------------------43 
Mən Qorxuram--------------------------------------------44 
 


İkiüzlülər---------------------------------------------------45 
Tapmasayıdın Sən O Gövhəri---------------------------46 
İlan Və Dovşan--------------------------------------------47 
Vurğunam--------------------------------------------------48 
Dillərdə Qız------------------------------------------------49 
Nə Üçün Tələsməyirsən----------------------------------50 
Sən Gülə-Gülə---------------------------------------------51 
İndi Də Gözəlsən------------------------------------------52 
Halim Yamandir-------------------------------------------53 
Bahar--------------------------------------------------------54 
Ürək---------------------------------------------------------57 
Uzun Meşə-------------------------------------------------57 
Qələm-------------------------------------------------------58 
Ürək Və Şair-----------------------------------------------61 
Ehtiyacin Varsa Götür------------------------------------64 
Ürək---------------------------------------------------------69 
Vaxt---------------------------------------------------------70 
Yaxşı Oyundur--------------------------------------------71 
Yaşar--------------------------------------------------------71 
Hünər Və Zəhmət-----------------------------------------72 
Sevinci Aşdı-----------------------------------------------72 
Bu Bağ------------------------------------------------------73 
Gülşənin Bağı----------------------------------------------74 
12 Aprel----------------------------------------------------75 
Qiş Lövhəsi------------------------------------------------76 
Ananın Nəsihəti-------------------------------------------78 
Yeniyetmələrin Yaşlılara Məktubu---------------------79 
Uzun Söhbət-----------------------------------------------80 
Güzgülər----------------------------------------------------81 
 


Lampa Və Lampa Şüşəsi---------------------------------81 
Şeytan, Tamah, Pul---------------------------------------82  
Bir Neçə Gün Qubada------------------------------------85 
Bruklin-Toronto-------------------------------------------94 
 
 
          Raşbil Şamayev 

  SİZDƏN UZAQ YAŞASAM
 
DA...
 
 
 
 
 
 
 
   Nəşriyyatın direktoru        Q. İsabəyli 
 
   Kompüter tərtibatçısı         D. Şamayev 
 
 
 
 
 
 
 
 
  Bakı-2015 
 
Əbədi Şirvan Nəşriyyatı mətbəəsində çap olunmuşdur. 
 
 


 
 
 
 
 
 
 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə